Əsas Səhifə > Güney Press > Gürcüstan və Fransa prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Gürcüstan və Fransa prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər


19-02-2019, 16:18
Gürcüstan və Fransa prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Fransada işgüzar səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili fransalı həmkarı Emanuel Makronla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, paytaxt Parisdə keçirilən görüşdə iki ölkə arasında müxtəlif sahələrdə mövcud əlaqələr, Avropa İttifaqı-Gürcüstan münasibətləri müzakirə olunub.

E.Makron bildirib ki, Fransa Gürcüstanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəkləməkdə davam edir.

Tərəflər eyni zamanda Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyət və təhlükəsizlik məsələlərini də nəzərdən keçiriblər.

Görüşdə həmçinin Gürcüstan və Fransa arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlıq haqqında bəyannamə imzalanıb.

S.Zurabişvili Fransanın dövlət başçısını Gürcüstana səfərə dəvət edib.

Geri qayıt