Əsas Səhifə > Güney Press > Rüstəm Orucov Çində finala çıxıb

Rüstəm Orucov Çində finala çıxıb


15-12-2018, 10:25
Rüstəm Orucov Çində finala çıxıb
Azərbaycan cüdoçusu Rüstəm Orucov bu gün Çinin Quançjou şəhərində start götürən “World Master” turnirində finala çıxıb.

“Report” xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yarımfinalda Cənubi Koreyadan olan Çan-Qrim Anomu üstələyib.

O, həlledici görüşdə kanadalı Artur Marjelidonla qarşılaşacaq.

*** 09:32

Azərbaycan cüdoçusu Rüstəm Orucov bu gün Çinin Quançjou şəhərində start götürən “World Master” turnirində yarımfinala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı mübarizəyə 1/8 finaldan başlayıb və ardıcıllıqla iranlı Məhəmməd Məhəmmədi ilə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib.

O, yarımfianlda Cənubi Koreyadan olan Çan-Qrim Anomla üz-üzə gələcək.

Qeyd edək ki, iki gün davam edəcək turnirdə Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya tatami üzərinə çıxacaq.

Geri qayıt