Əsas Səhifə > Güney Press > Vədləri yerinə yetirdiyini iddia edən Paşinyan maaş və pensiyaların artırılmasına gəlincə, susur

Vədləri yerinə yetirdiyini iddia edən Paşinyan maaş və pensiyaların artırılmasına gəlincə, susur


20-11-2018, 14:38
Vədləri yerinə yetirdiyini iddia edən Paşinyan maaş və pensiyaların artırılmasına gəlincə, susur
"Noyabrın 1-nə olan vəziyyətə görə xalq qarşısında öhdəliklərimizi istisnasız olaraq yerinə yetirmişik".

Trend-in məlumatına görə, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mətbuat konfransında deyib.

Öhdəliklər dedikdə, N.Paşinyan Serj Sarkisyan və onun komandasının tamamilə istefaya getməsini, növbədənkənar parlament seçkilərini nəzərdə tutduğunu bildirib.

Lakin ölkəyə investisiyaların cəlb edilməsi, əməkhaqqı və pensiyaların artırılmasına gəlincə, o, susmağa üstünlük verib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək.

Geri qayıt