Əsas Səhifə > Güney Press > Türkiyəyə fəhləliyə gedən Rauf Əhmədov quduzluqdan öldü

Türkiyəyə fəhləliyə gedən Rauf Əhmədov quduzluqdan öldü


21-08-2018, 09:37
Türkiyəyə fəhləliyə gedən Rauf Əhmədov quduzluqdan öldü
Azərbaycandan Türkiyəyə pomidor tarlasında mövsümi işçi olaraq işləməyə gedən 42 yaşlı rauf Əhmədov quduzluqdan ölüb.virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı bir neçə gündür saxlanıldığı Balıkesir xəstəxanasında həyatını itirib. Onu Türkiyəyə getməzdən əvvəl Azərbaycanda it dişlədiyi məlum olub.

Xəbərə görə 2 uşaq atası Rauf Əhmədov təxminən 3 ay əvvəl Azərbaycandan türkiyənin Çanakkala bölgəsinə, Bayramiç qəsəbəsinə qohumlarının yanına gedib və orada pomidor tarlalarında mövsümi işçi kimi çalışmağa başlayıb. Avqustun 12-də o, baş ağrısı və qollarında uyuşma səbəbindən Bayramiç Dövlət Xəstəxanasının təcili yardım xidmətinə müraciət edib. Orada müayinə zamanı ağrıları daha da artan Rauf Əhmədovu Çanakkala Mehmet Akif Ersoy Dövlət Xəstəxanasına aparıblar.

Xəstəxanada müayinələrdən sonra Əhmədova quduzluq diaqnozu qoyulub. O, avqustun 18-də Balıkesir Atatürk Şəhər Xəstəxanasına köçürülüb və orada qarantində saxlanılıb. Rauf Əhmədovu bundan əvvəlki xəstəxanada müayinə edən tibb personalı və onunla təmasda olmuş dgər şəxslərə isə quduzluq əleyhinə vaksin vurulub.

Balıkesir xəstəxanasında 4 gün qarantində saxlanılan Rauf Əhmədov bu gün keçinib. Onun cənazəsini Azərbaycana göndərəcəklər.

Əhmədovu Azərbaycanda hansı şəraitdə it dişlədiyi barədə məlumat yoxdur. Quduzluq özünü bir neçə gün sonra, hətta aylar sonra büruzə verə bilir.

Geri qayıt