Əsas Səhifə > Güney Press > Qohumlar əlbir olub narkotik yetişdirdilər...

Qohumlar əlbir olub narkotik yetişdirdilər...


21-06-2018, 10:54
Qohumlar əlbir olub narkotik yetişdirdilər...
DİA.AZ: - Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə , Balakən rayonu Talalar kənd sakini Mikayıl Puçaxova məxsus həyətyanı sahəyə baxış keçirilən zaman orada istixanalarda aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd narkotik tərkibli çətənə bitkisi şitilləri, 24 ədəd eyniadlı bitkinin kökləri və 6,89 qram ağacın dibinə sərilmiş qurudulmuş marixuana aşkar edilib. Eləcə də onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb. M. Puçaxov və onun ailə üzvləri şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt