Əsas Səhifə > Güney Press > Maliyyə naziri işdən azad edildi

Maliyyə naziri işdən azad edildi


19-01-2018, 15:09
 Maliyyə naziri işdən azad edildi
Tacikistan prezidenti Emoməli Rəhmon ölkənin maliyyə naziri Abdusalom Kurbonienin vəzifədən azad edilməsi ilə bağlı fərman imzalayıb.

Trend-in məlumatına görə, Tacikistan hökumətinn bu gün keçirilmiş iclasında prezident A.Kurbonienin fəaliyyətində qüsurların olduğunu bildirib.

E.Rəhmon bir sıra şəhərlərdə əməkhaqlarının gecikdiyini və büdcə vəsaitlərinin düzgün xərclənmədiyini vurğulayıb.

Prezidentin digər fərmanı ilə Fayziddin Kahhorzod yeni maliyyə naziri təyin olunub.

Geri qayıt