Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Azərbaycanda bank sektorunun zəif oyunçuları bazarı tərk edəcək

Azərbaycanda bank sektorunun zəif oyunçuları bazarı tərk edəcək


16-01-2018, 14:58
Azərbaycanda bank sektorunun zəif oyunçuları bazarı tərk edəcək
“Azərbaycanda bank sektorunun konsolidasiyası 2018-ci ildə də davam edəcək”.

Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən “APA-Economics”ə bildirilib.

Agentliyin mütəxəssisləri qeyd edir ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır. “Manatın devalvasiyasından sonra problemli bankların aktivlərinin keyfiyyəti pisləşib. Hal-hazırda bağlanmaq təhlükəsi ilə üzləşən banklar səhmdarlar və daha güclü bazar iştirakçıları tərəfindən kapital inyeksiyası həyata keçirilməsinə baxmayaraq minimum kapital adekvatlığı əmsalına cavab verməyən banklardır. Buna görə də sektorun zəif oyunçuları 2018-ci ildə bazarı tərk edəcək”, - deyə "Moody's"dən bildirilib.

Agentlikdən verilən açıqlamada o da qeyd olunub ki, hal-hazırda Azərbaycanın bank sektoru ilə bağlı proqnoz neqativdir: “Bu proqnoz onu göstərir ki, mövcud şəraitdə banklar ödəmə qabiliyyəti riskləri ilə üzləşməkdə davam edəcək. Neft qiymətlərinin yüksəlməsi tədricən iqtisadi inkişafa və manatın məzənnəsinin sabitləşməsinə dəstək olub. Buna baxmayaraq, bankların milli valyutada likvidlik problemi davam edir. Bundan başqa, problemli kreditlərinin həcmi də yüksək olaraq qalır”.

Geri qayıt