Əsas Səhifə > Güney Press > Motosikletçilər yaponiyalını soydular

Motosikletçilər yaponiyalını soydular


17-11-2017, 17:05
Motosikletçilər yaponiyalını soydular
Bakıda xarici vətəndaşa qarşı soyğunçuluq olub.

AzNews.az “Report”a istinadən xəbər verir ki, Yasamal rayonunda yaşayan 22 yaşlı Yaponiya vətəndaşı Furisimi Uertenin əl çantası soyğunçuluq yolu ilə aparılıb.

Belə ki, motosikletlə hərəkət edən iki nəfər onun əl çantasını zorla əlindən alaraq hadisə yerindən qaçıblar. Əl çantasının içində isə zərərçəkənə məxsus 1000 dollar, 800 manat, mobil telefon və digər qiymətli əşyalar olub.

F.Uerte hadisə ilə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırmalara başlanılıb.

Geri qayıt