Əsas Səhifə > Güney Press > Yasamalda mağazaya basqın

Yasamalda mağazaya basqın


11-01-2017, 17:30
Yasamalda mağazaya basqın
Paytaxtda soyğunçuluq hadisəsi baş verib.

Virtualaz.org Daxili İşlər Nazirlkiyinin saytına istinadən bildirir ki, yanvarın 9-da Yasamal rayonunun A.Şərifzadə küçəsindəki meyvə-tərəvəz mağazalarından birində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əfsun Ələkbərov və Şahin Zöhrabov soyğunçuluq yolu ilə orada satıcı işləyən Sabirabad rayon sakini Amil Sayılovun cibində 381 manat pul olan gödəkçəsini soyundurub aparıblar.

Yasamal RPİ 29-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Ələkbərov və Ş.Zöhrabov tutulublar.

Geri qayıt