Əsas Səhifə > Güney Press > Xalik Məmmədov “Gülən İşi”i üzrə istintaqa cəlb olmasına

Xalik Məmmədov “Gülən İşi”i üzrə istintaqa cəlb olmasına


11-01-2017, 15:29
Xalik Məmmədov “Gülən İşi”i üzrə istintaqa cəlb olmasına
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

SOCAR-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məlumat tamamilə əsassızdır:

“Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib”.

Qeyd olunur ki, həqiqətə uyğun olmayan məlumat yayanlar “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar.

Geri qayıt