Əsas Səhifə > Güney Press > Belə bir oğulu olan VƏTƏN

Belə bir oğulu olan VƏTƏN


15-04-2016, 15:29
Belə bir oğulu olan VƏTƏN
Mayor Samid İmanovun başçılıq etdiyi dəstələr onun yüksək komandirlik bacarığının sayəsində düşmənə ağır zərbələr vurmuşdular,100dəfələrlə düşmənin arxasına kecmiş,komandanlığa cox vacib materiallar gətirib catdırmışdır qeyd etdiyim kimi 6 medala layiq görülmüş silahlı qüvvələrin en bacaraqlı zabitlərindən biri olmuşdur
2014-ci il avqust ayında erməninin təxribatının qarşısın almaq ücün Samidin dəstəsi əməliyyat kecirtmiş 20ye yaxın ermənini məhf edərək geriyə qayıtmışdılar
2016-ci ilin aprelin 3dən 4-nə keçən gece ömrünü vətənə,millətinə həsr etmiş dağlar qartalı zabitimizin son döyüşü olmuşdur
Samid və komandiri polkovnik-leytnat Murad Mirzəyevin(şəhid olub) başcılıq etdiyi qruplar düşmənin vətənimizə və millətimizə qarşı təxribatlarının qarşısının almaq üçün komandanlığın emrinə əsasən Talış yüksəkliklərindəki düşmən mövqələrindəki erməni postların darma dağın etmiş 100yaxın ermənini məhf etmişdilər
Ayın 3dən 4nə kecərkən düşmənin arxasına kecən kəşfiyyatcılarımız düşmənə ağır zərbə vurmuş atışmada qəhraman zabitimiz ciynindən və ayağından yararalanmışdır
Samid bu gün yaşıya bilərdi bəlkədə indi aramızda idi onda yüksək zabit və komandirlik qüruru olmasaydı
Atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından cıxarılmasına etiraz eləmiş yaralı əsgərinin(gizir) cıxardılmasını əmr etmişdir ,əsgərlərinin etirazına baxmayaraq emrin icra edilməsi ücün qəti göstəriş vermişdir
Ərazidən uzaqlaşan qrup tez zamanda təhlükəli olmasına baxmayaraq yenidən qayıtmış ama komandiri yerində tapa bilməmişdilər,gecədən səhər işıqlanana kimi axtarışlar nəticəsin verməmişdir
Buna baxmayaraq cəsur komandirin cəsur əsgərləri həyatların riskə ataraq günün-günorta cağı döyüş gede gede ərazini yenidən axtarmış bir kolluqda komandirin cansız cəsədi ilə qarşılaşmışdılar,cəsur komandir Mayor Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək ücün ordan uzaqlaşmış ,bir kolluqda maskalanmış,aldığı yaralardan qan axması olduğu ücün yuxu aparmış,uzanaraq əlin qulağının dibinə qoyaraq yatmış,vətəni,milləti üçün gözlərini birdəfəlik yummuşdur
Samid bu gün aramızda olmasada onun yetişdiri 100lərnən oğullar yağı düşməndən şəhid qardaşlarımızın qisasın alacaqdır
Allah şəhidlərimizə rətmət eləsin!!!

Geri qayıt