Əsas Səhifə > Güney Press > Təbrizdə "Qarabağ bizimdir!" şüarı

Təbrizdə "Qarabağ bizimdir!" şüarı


7-04-2016, 09:06
Təbrizdə "Qarabağ bizimdir!" şüarı
Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Dia.az "Report"a istinadən xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu öz meydanında Özbəkistanın "Paxtakor" klubunu qəbul edib. Oyun 2:0 hesabı ilə Təbriz klubunun xeyrinə başa çatıb. Oyun zamanı "Ya ölüm, ya Qarabağ", "Qarabağ bizimdir, bizim olacaq!" şüarları səsləndirilib, plakatlar qaldırılıb.

Qeyd edək ki, bu oyundan sonra 9 xal toplayan qrupdakı birinciliyini bərkidib. "Paxtakor" isə 4 xalla 3-cü pillədə qərarlaşıb.



Geri qayıt