Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... .....                     Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir .....                     Azərbaycanda koronavirus testinin istehsalına başlanıb .....                     Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? .....                     Kremlin Qarabağda “B” planı... .....                     "Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm" .....                     Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb .....                     Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb .....                     Baş infeksionist koronavirusa yoluxub? .....                     Mövlam Şıxəliyevin bandasının məhkəməsi: .....                     "Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" .....                     Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. .....                     Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ .....                     “Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” .....                     Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? .....                     “Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” .....                     Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, .....                     Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu .....                     Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? .....                     İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir .....                     COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb .....                     "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... .....                     Manatın məzənnəsi dəyişə bilər .....                     Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib .....                     Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. .....                     Axı demişdim Nikola inanmaz olmaz! .....                     Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb .....                     2022-ci il üçün Çin ulduz falı: .....                     "Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? .....                     Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır .....                     Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, .....                     Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? .....                     Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ .....                     Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb .....                     Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? .....                     Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub .....                     General Vəli Ələsgərov həbsxanada ölübmü... .....                     "Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" .....                     Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər .....                     “Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” .....                 

Qəzəbli narkobaron, 4 milyon dollarlıq dəvə, Şeyxin təsbehi...
Tarix: 15-12-2014, 13:01 | Çap et
Qəzəbli narkobaron, 4 milyon dollarlıq dəvə, Şeyxin təsbehi...
Əliağa Vahidin paytaxt Bakıdakı heykəlinin sehrinə düşməmək mümkün deyil. Qəribə, qəribə olduğu qədər də maraqlı görünüşü ilə insanı ovsunlayan abidənin müəllifi rəssam Rahib Həsənov 25 il əvvəl hazırladığı heykəlin diqqət mərkəzində olacağını ağlının ucundan belə keçirməyib. Rahib Həsənov heykəl barədə çox az adamın bildiyi məqamları Lent.az-a açıqladı. Aldığı sifarişə könülsüz yaşayan Rahib Həsənov yaratdığı sənət əsəri ilə o zaman müzakirələrə, mübahisələrə yol açıb:

- 12 yaşım var idi. Anam “leçkomisiya”da yatırdı. Mən də hər gün ona baş çəkməyə gedirdim. Bir dəfə insanların xəstəxananın dəhlizində bir kişinin başına yığışdığını gördüm. Soruşdum ki, mama, o kişi, kimdir elə? Camaat niyə onun başına yığışıb? Anam dedi ki, o, Əliağa Vahiddir. Qəzəl deyir, insanlar da qulaq asır. O vaxtdan Vahidin əlləri yaddaşıma hopmuşdu. Çox maraqlı əlləri vardı. Taleyin işinə bax ki, Vahidin heykəlini hazırlamağı da mənə tapşırdılar...

1948-ci ildə Gəncədə anadan olan Rahib Həsənov peşəkar futbolla məşğul olub, hətta SSRİ yığmasına da dəvət alıb. Ancaq qəfil zədələnməsi Rahibin futbolla bağlı planlarını alt-üst edib və o, 1968-ci ildə Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. 1973-cü ildə institutu bitirib. Memarlıqla bərabər, rəssamlıq və heykəltəraşlıqla məşğul olmağa başlayıb:

- Memarlıq məni özünə çəkmirdi. Bu iş daha çox qadınlara yarayır. Mən də düşündüm kişinin əli palçığa batsa daha yaxşı olar (Gülür). 1973-cü ildə dostum, telestudiyanın baş rəssamı Rafael Əlizadə dedi ki, Rahib, Rəssamlar İttifaqında sərgi keçirilir. Gəl, sən də iştirak et. Çox düşündüm və iştirakla bağlı qərar verdim. O vaxt sərgiyə təqdim olunan əsərlər komissiya üzvləri tərəfindən seçilirdi, sonra nümayişə buraxılırdı. İştirakçılar çölə çıxararkən mən təsadüfən içəridə qaldım. Rəssamlar İttifaqının sədri Tahir Salahov əsərimin qarşısında dayanıb, heykəltəraş Qorxmaz Sücəddinovla mübahisə etməyə başladı. Əsərin adı “Xor kapellası” idi. Müasir üslubda işləmişdim. Tahir Salahov əsərdə yeni fikrin olduğunu söylədi. Qorxmaz Sücəddinov isə əsərin yarımçıq olduğunu deyirdi. Sağ olsun, sonda Tahir Salahov qəti olaraq əsərimin sərgidə nümayiş olunacağını bildirdi. Bax, ilk dəfə sərgidə belə iştirak etdim.

Rahib Həsənov 1982-ci ildə SSRİ Memarlar İttifaqının, 1984-cü ildə isə SSRİ Rəssamlar İttifaqının üzvü olub. 1979-cu ildə, Böyük Vətən Müharibəsində həlak olanların şərəfinə hazırladığı heykəllər Suraxanıda və İsmayıllının Topçu kəndində ucaldılıb. O, İçəri Şəhərdəki “Qobustan” direksiyasının interyerini işləyəndən sonra tanınıb:

- “Qobustan” direksiyasının açılışına Tur Xeyerdal da gəlmişdi. Məhz bu işimdən sonra tanınmağa başladım. Gənc Tamaşaçılar Teatrının yeni binasının tikintisi gedirdi. Bakının baş rəssamı Rəhim Seyfullayev “Qobustan”ı bəyənmişdi. Ona görə də Gənc Tamaşaçılar Teatrının girişində, uşaq mövzusundakı işi də mənə tapşırdı. Əsərin uzunluğu 10, hündürlüyü isə 4 metr idi. İşə Bakı şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev şəxsən nəzarət edirdi. Üç aya layihənin eskizini işləyib təqdim etdim. Oqtay Şıxəliyev də qələmlə layihəni yazıq-yazıq elədi. Dəli olmadım?! Hirsimdən vurub planşeti sındırdım. Rəhim Seyfullayev zəng elədi ki, Rahib, iş gedir? Vəziyyəti izah elədim. Dedi, əşi fikir vermə, ürəyin necə istəyir elə də işlə. Köməkçim Aydın Rəhimovla birlikdə bir ilin içində əsəri hazırlayıb, təhvil verdik. Əsərdə yerli və dünya nağıl qəhrəmanlarını işləmişdim. Ən sevimli əsərim idi. Əsəri görənlər baş əyib keçirdi. Deyirdilər, bizdə belə iş yoxdur. Təmirdən sonra elə bir əsəri götürüblər. Heç bilmirəm haradadır...

- Bəs, Əliağa Vahidin heykəlinin necə hazırladınız? Sifarişi kim vermişdi?

- 1989-cu ildə Vahidin yubileyi ərəfəsi idi. Heykəltəraşlar Sənan Salamzadə və Cahangir Məmmədov yanıma gəlib, Vahidin heykəlini hazırlamağı mənə tapşırdılar. Heykəl də büst formasında olmalı idi. Ancaq yeni, fərqli bir şey hazırlamağı tapşırmışdılar. Büst formasında, özü də fərqli bir şey? Birinci etiraz etdim. Dedim, rəssamlara verin, bir aya hazırlasınlar. Nə isə, razılaşmadılar. Mən də naçar qalıb qəbul etdim. Ancaq ağlıma heç nə gəlmirdi. İki-üç aydan sonra Sənan soruşdu ki, iş gedir? Dedim, Sənan, vallah ağlıma heç nə gəlmir. Dedi, vaxta az qalıb bir şey elə. Sənanla konkret söhbətimiz oldu. Fikirləşmək üçün iki-üç gün vaxt istədim. Sənan da dilxor getdi. Mən də 1983-cü ildən “Ağ dəvə” heykəlinin üzərində işləyirdim. Axşam plastilinlə dəvənin başını düzəldəndə qəfil öz-özümə fikirləşdim, bizim fikrimiz harada olur? Xeyir işimiz də, şər işimiz də başımızda olur. Bunu çölə çıxartmaq lazım idi. Elə belə, özüm üçün bu ideyanı işlədim. Ancaq bu fikrin bəyənilməyəcəyinə əmin idim. İki gündən sonra Sənana zəng etdim ki, gəl bax. Sənan da gəlib baxdı. Dedi, sabah da gələcəm. Neçə gün idi yatmırdım. Elə emalatxanada yuxu aparıb məni. Bir də gördüm Sənan məni oyadır. Allahşükür Paşazadə, tikinti materialları naziri Arif Mansurov heykələ baxmağa gəliblər. Rəhmətlik Arif Mansurov heykələ baxandan sonra Sənanın üstünə düşdü ki, ə, bu nə biabırçılıqdır?! Vahidin başında turp əkib e bu. Ayıb deyil, bu boyda şairin heykəlini bu hala salıb. Mənim xoşuma gəlmədi. Allahşükür Paşazadə Arif Mansurovu sakitləşdirib, dedi ki, Arif, mən dünyanı çox gəzmişəm ancaq belə əsər görməmişəm. Bəs, bu əsər qoyulmalıdır. İnanın, Şeyxin belə bir əsəri hiss etməyi ləzzət elədi mənə. Gedəndə də Allahşükür Paşazadə cibindən bahalı bir təsbehi çıxarıb mənə bağışladı.

- Vahidin qohumları, şair, yazıçılar da heykələ baxmışdılar?

- O qədər adam gəlib gedirdi ki… Yalan olmasın gündə on, on beş nəfər gəlirdi. Vahidin müəllimi Azər Buzovnalının adamları, Vahidin özünün Maştağadan, Bilgəhdən, Buzovnadan qohumları da gəlmişdi. Gələnlərin bir qismi deyirdi ki, Rahib, heykəli bu cür işləmə, biabır olarsan. Bir qisim adam isə deyirdi ki, bunu mütləq işləməlisən. Arif Mansurov heykələ görə çox qorxurdu. Qorxurdu ki, karyerası məhv olacaq. Açığı, Arif nə Şeyxə, nə də başqalarına inanırdı. Elə bilirdi ki, bu heykəl ona problem yaradacaq. Heykəl artıq gil formasında olanda Arif dedi, Rahib, mən sabah bura bir nəfər adam gətirəcəm, desə, yaxşıdır, deməli işə davam edirik. Yox, bəyənməsə, gözümüzün qabağında heykəli sındırırsan. Yaman dilxor oldum. Bir də gördüm Arif Mansurov, başında aerodrom papaq qoymuş kök bir kişi, onların da yanında əliavtomatlı üç nəfər emalatxanaya girdilər. Bu kök kişi heykəlin ətrafında fırlanmağa başladı. Fırlana-fırlana bir mənə, bir də Arifə baxırdı. Arif bir saata bir qutu “BT”-ni çəkib qurtardı. Əsəbdən əlləri əsirdi. Birdən bu kök kişi qışqırdı ki, Arif, bunu hardan tapmısan? Dedim, vəssalam, bunlar məni vuracaq. Dünyanın da pis vaxtı. Arif qayıtdı ki, nə olub? Dedi, bu bizim adamdı ki… Bax e, gör nəşəni necə işləyib. Sən demə bu narkobaron imiş. Vallah, mən də nəşə filan işləməmişdim, heykəlin altını ağac formasında hazırlamışdım. Həmin narkobaron da elə bilib nəşədir (Gülür). Bu, həlledici məqam oldu və heykəlin yolu açıldı. Heykəli Leninqrada, UNESCO-nun nəzdindəki zavoda apardıq. Dedilər növbə çoxdur, iki ildən sonra gələrsiniz. Bakıdan zəng edib tapşırdılar ki, heykəl yubileyə kimi hazır olmalıdır. Heykəli bürüncdən tökdülər. Ustalar deyirdi Leninin heykəlini tökməkdən yorulmuşduq, bu heykəl bizə ləzzət verdi (Gülür). Heykəli bürüncdə görəndə ləzzət elədi mənə, gözlərimə inanmadım. Mən hələ heykəli beş metr hündürlüyündə hazırlamaq istəyirdim. Sənan Salamzadə, Arif Mansurov və Allahşükür Paşazadənin sayəsində heykəli Filarmoniya bağında ucaltdıq. Həmin yerin görünüşü də əla idi. O yer elə-belə seçilməmişdi. Rəhmətlik Şahmar Ələkbərov da həmin ərəfədə “Qəzəlxan”ı çəkib qurtara bilmirdi. Mənə deyirdi ki, Rahib, fikri tutmusan, elə bunu axtarırdım ki, filmi bitirim. Hətta üç-dörd gün gəlib heykələ baxdı. Bəlkə də bu heykəl olmasa, Şahmar filmi tam başqa cür bitirəcəkdi.

- Açılış necə keçdi?

- Açılışda çox sayda insan iştirak etdi. Mənə də bərk-bərk tapşırmışdılar ki, heykələ yaxınlaşma. Birdən camaat bəyənib eləməz problem çıxar. Heykəl o dövr üçün “bunt” idi.

- Əliağa Vahidin heykəlinin müəllifi kimi Xalq rəssamı Natiq Əliyevin də adı çəkilir…

- Elə hazırda mən bu işlə məşğulam. Natiq deyir, heykəlin müəllifi mənəm. Bayaq dedim, Gənc Tamaşaçılar Teatrında Aydınla birlikdə çalışırdım. Vahidin heykəlini hazırlayanda Aydın mənə kömək edə bilmədi. Özünün əvəzində Natiq Əliyevi təklif etdi. Onlar Leninqradda birlikdə oxumuşdu. Natiqin işlərinə baxdım, xoşum gəldi. İstedadlı oğlan idi. Mənim emalatxanamın tavanı alçaq olduğu üçün Vahidin heykəlini Natiqin emalatxanasında düzəldirdik. Sözün düzü, mənə yer ayırmışdılar, ancaq emalatxana şəhərdən kənarda olduğu üçün imtina etmişdim. Natiqə də bərk-bərk tapşırmışdım ki, bir adamı bura gətirmirsən. Heykəli gizli şəkildə hazırlamalıyıq. Nə reklamçılar, nə rəssamlar işimizdən xəbər tutmalıdır. Ancaq Natiq dostlarını emalatxanaya gətirib. Onlar da işi bəyənməyib. Hərənin öz dəsti-xətti var. Onlar realistdirlər, mənim üslubum qeyri-adidir. Natiq dedi, mən bu işdə iştirak etmək istəmirəm. Dedim, nə olub? Cavab verdi ki, bu işə görə, özümü biabır edəcəm, karyeramı korlayacam. Çaşıb qaldım. Dedim, səni bura köməkçi kimi çağırmışam. Sənin nə işinə qalıb? Gedirsən get. Ay yarım olmadı, amma sonra qayıtdı. Natiq indi bunları düşünsün. İstedadlı oğlandır, bir sözüm yoxdur. Biz heykəli Leninqrada aparanda, qəzetdə də bu haqda yazılıb. Natiq də müsahibə verib. Bir baxsınlar da Natiqin işlərinə. Onun yaradıcılığında Vahidə bənzər bir iş yoxdur. İndi də Natiq İçəri Şəhərə gəlib ki, heykəlin müəlliflərindən biri də mənəm, mənim də adım sənəddə yazılmalıdır. Tərslikdən heykəlin müəllifliyini də ala bilmirəm. Çünki heykəl qoruğun balansında deyil. Əliağa Vahidin heykəli faktiki havadadır. Mədəniyyət nazirliyinə də, qoruğun rəhbərliyinə də müraciət etmişəm. Deyirlər gözlə. Yaxınlarda heykəl İçəri Şəhərin balansına verilməlidir. Mən də qalmışam belə, hətta zarafatla dedim, kran gətirib, heykəli apara bilərəm də? (Gülür) Onsuz da sənədi alsam, ora Natiqin də adını yazdıracam. 1995-ci ildə heykəlin hazırlanmasında iştirak edənlərə Fəxri Diplom verilib. Həmin diplomda adım müəllif kimi göstərilib.

Söhbət boyu Rahib Həsənov tez-tez “Ağ dəvə” əsərindən danışır, “Darıxma, o dəvəni sənə də göstərəcəm” deyirdi. Maraq məni bürümüşdü ki, Rahib müəllim cəld ayağa qalxıb “Ağ dəvə”nin üzərindəki örtüyü götürüb “Bax, Əliağa Vahidi bu dəvə yaratdı” deyib qımışdı. “Ağ dəvə”nin yükü çox ağır olub. Rahib müəllimin “Ağ dəvə”yə görə başı az bəlalar çəkməyib. İşləyib hazırladığı dəvə karvanından sarvan tək Rahib müəllimin əlində bir dəvəsi qalıb. Uzun müddətdir ki, ölkədən kənarda yaşayan Rahib Həsənov “Ağ dəvə”ni də özü ilə vətənə gətirib:

- 1983-cü ildən “Ağ dəvə”nin üzərində işləyirəm. Bu əsərin iki variantı olub. Birinci variantın başı çox bəlalar çəkib. İkinci variantı isə bu yaxınlarda bitirmişəm. Bu işin bürüncdən olan birinci modelini “Lukoil” almışdı. Ərəb şeyxlərindən kiməsə bağışlayacaqdılar. Şəki İcra Hakimiyyəti ilə danışıb razılaşmışıq. Qismət olsa, “Ağ dəvə” heykəli 15 metr hündürlüyündə Şəkidə ucaldılacaq. “Ağ dəvə” də bürüncdən hazırlanacaq. İnanın, bu əsərin ölkəmizdə ucaldılmasını çox istəyirəm. Ölkəmiz bundan ancaq qazanar. Bu əsərə baxmaq üçün Şəkiyə turist axını olar. Moskvada mafiozlar silahı başıma dirəyib dəvənin bir variantını oğurladılar. Dubayda da başımı aldadıb dəvənin bir variantını əlimdən aldılar. İş indi məhkəmədədir. Qorxumdan qəlibləri də özümlə Bakıya gətirmişəm ki, Allah eləməsin problem zad olar. “Ağ dəvə” heykəli Dubayda hərracda 3-4 milyon dollara satılıb.

Dəvənin üzərindəki “Quran” ayələrini Moskvada bir şərqşünas var, o, işləyib. “Ağ dəvə”də qotika da var. Dəvənin belində təsvir olunan bina ilk baxışdan təyin olunmur. Bu, həm kilsə, həm sinaqoq, həm də məsciddir. Axı, hamımızın Allahı birdir. Dünya dövr edir, insanlar da spiral kimi fırlanır. Dəvənin gözlərinin içində bayquş oturub. Bayquş müdriklik simvoludur. Vahiddəki kimi, burda da toy və matəm məclisləri işlənib. Heykəlin aşağısındakı 4 ilan 4 səmtə işarədir. İlanlar dünyanı həm nəzərdən qoruyur, həm də mühafizə edir. Dəvənin ayaqlarının altında kəllər var. Dəvəni onlar çəkib aparır. İndi dəvəyə bənzər bir canavar heykəli hazırlayıram. 18-ci əsrə qədər baş vermiş müharibələri orada işləyəcəm. Avtomat, pulemyot işi korlaya bilər deyə, müasir müharibələr o əsərimdə olmayacaq.

“Ağ dəvə” ilə bağlı sizə maraqlı bir epizod danışım. 1990-cı ildə Almaniyanın Maynts şəhərinin meri Bakıya gəlmişdi. Şəhəri gəzəndə Əliağa Vahidin heykəlini görüb və çox bəyənib. İki şəhərin qardaşlaşması ilə bağlı imzalanma mərasimində Mayntsın meri deyir ki, Vahidin heykəlini hazırlayan şəxsi görməsəm imza atmayacam. Məni “Baksovet”ə çağırdılar. İçəridə də bir xeyli adam var. Bakı şəhər Partiya Komitəsinin birinci katibi Rauf Gülməmmədov dedi, qalx ayağa, mer səni görsün. Qalxdım, bundan sonra qol çəkdilər. Sonra Mayntsın meri mənə yaxınlaşıb iş və həyat şəraitimlə bağlı suallar verdi. Mən də KQB-nin qorxusundan dedim hər şey yaxşıdır. Dedi ki, sənə inanmıram. Əl işlərimlə tanış olmaq istədiyini bildirdi. Fasilə zamanı vaxt tapıb, meri İçəri Şəhərdəki evimə apardım. “Ağ dəvə”ni görəndə heyrətləndi. Dedi, Mayntsda çoxlu azərbaycanlı yaşayır. Gəl, bunu Mayntsda hazırla. Razılaşmışdım, sadəcə aləm qarışdı, SSRİ dağıldı. Bu fikir də beləcə qaldı.

1994-cü ildən Kiprin paytaxtı Nikosiyaya köçən Rahib Həsənov bir müddət Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliyində, Fransada, Peruda, Panamada yaşayıb. Heykəltəraş son dövrlər paytaxtda ucaldılmış bir çox heykəldə fikir və məna çatışmazlığı olduğunu da dedi:

- Bakıya gələn kimi, şəhəri gəzdim ki, görüm yeni nə var. Mənalı heykəllər işləmək lazımdır. Bir balaca Bülbülün heykəli xoşuma gəldi. Mühitə düşüb, hər heykəli də mühitə salmaq olmur. Bir də Nizaminin heykəlinin böyründə tikilən avtomobil qarajı o nəhənglikdə heykəlin görünüşünü korlayıb...





 
Sorğu

Sizcə Azərbaycana dost hansı ölkədir?
Türkiyə
İran
Rusiya
ABŞ
Pakistan
Bir başqa ölkə

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... - “işçi haqqları” biznesi və sərmayəsiz böyük gəlirlər...
Bu gün, 12:53
Ölkəmizdə çarəsizlik sindromu baş alıb gedir - Şöbə müdiri
Bu gün, 12:47
Azərbaycanda koronavirus testinin istehsalına başlanıb - AÇIQLAMA
Bu gün, 12:45
Ordumuz 16 Noyabr mövqeyindən geri çəkilib? - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
Kremlin Qarabağda “B” planı... - “...Gələcəkdə bu izin ardınca düşəcək”
Bu gün, 12:42
"Son intihar hadisəsini eşidəndə həqiqətən gənc qız üçün üzüldüm"
Bu gün, 12:40
Bakıda döyülən şəxs iki gün sonra xəstəxanada ölüb
Bu gün, 12:38
Dövlət Xidmətinə fişinq hücumu: Səhvən "Allah rəhmət eləsin" yazıb - FOTO
Bu gün, 12:38
Baş infeksionist koronavirusa yoluxub? - AÇIQLAMA
Bu gün, 12:32
Mövlam Şıxəliyevin bandasının məhkəməsi: - vəkil müttəhimə danışmaq qadağası qoyub
Bu gün, 12:29
"Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi" - ÇƏKİŞMƏ...
Bu gün, 12:28
Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. - TƏHLİL
Bu gün, 12:27
Vilayət Eyvazov bu kapitanı yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 12:26
“Omikron” ştamı COVID-19-a təkrar yoluxma riskini artırır” - ÜST
Bu gün, 12:25
Zərdüşt Əlizadə Türk Dövlətləri Təşkilatı haqqında nələr dedi? - AÇIQLAMA
Bu gün, 12:24
“Ailəmə baxa bilmək üçün işə ehtiyacım var” - Şəhid qardaşı kömək istəyir
Bu gün, 12:23
Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, həlak olanlar var
Bu gün, 12:20
Aşqabadda Ermənistana ən ağır zərbə vuruldu - FAKT BUDUR!
Bu gün, 11:11
Aşqabadda verilən isti mesajlar: Tehranla Bakı arasında “buzlar” əriyir? - İNCƏLƏMƏ...
Bu gün, 11:05
İki şəxsə məxsus BOKT-un rəhbəri son 3 ayda ikinci dəfə dəyişir – TƏYİNAT
Bu gün, 11:02
COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb - Diqqət!
Bu gün, 11:01
"Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
Manatın məzənnəsi dəyişə bilər – Mərkəzi Bank qərar verəcək
Bu gün, 10:58
Ermənistan ordusunun qalıqları Baqramyan poliqonunda taktiki təlimlər keçirilib
Bu gün, 10:57
Soçi görüşü günü Avropadan Ermənistana uçuş hansı ssenarini pozmaq üçün dayandırıldı?.. - İLGİNC
Bu gün, 10:56
Axı demişdim Nikola inanmaz olmaz! - Korotçenko
Bu gün, 10:47
Şəkidə karantin qaydalarını pozan şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb
Bu gün, 10:43
2022-ci il üçün Çin ulduz falı: - kimisi qəpiksiz qalacaq, kimisi zəngin olacaq
Bu gün, 10:42
"Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR? - Hədəfdə VƏTƏNDAŞDIR!
Bu gün, 10:36
Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır - AÇIQLAMA
Bu gün, 10:33
Gürcüstanda son sutkada koronavirusa 5050 yoluxma halı qeydə alınıb, 80 nəfər ölüb
Bu gün, 10:33
Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:32
Kəmaləddin Heydərov bu icra başçısının oğlunu yüksək vəzifəyə TƏYİN ETDİ - ƏMR
Bu gün, 10:30
Bakıda koronavirusa görə bağlanan daha 2 məktəb açılıb - Diqqət!
Bu gün, 10:29
Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir: BƏS BİZ? - AÇIQLAMA
Bu gün, 10:28
Botanika İnstitutunun icraçı direktoru kollektivə təqdim olunub
Bu gün, 10:27
General Vəli Ələsgərov həbsxanada ölübmü... - MÜƏMMA
Bu gün, 10:23
"Avrasiya modeli Qərbin atlantist geosiyasətinə meydan oxuyur" - Valeri Korovin
Bu gün, 10:19
Kəlbəcər rayonunun Qılınclı kəndindən görüntülər - VİDEO
Bu gün, 10:17
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
Bu gün, 10:13
3 aydır Azərbaycandan pomidor ixracı demək olar ki - DAYANIB
Bu gün, 10:12
Ermənistanda ehtiyatda olan həkimlər hərbi xidmətə çağrılır - BU NƏ TƏDARÜKDÜR?
Bu gün, 10:10
İran Aşqabadda imzalanan razılaşmaya niyə imza atdı? – Kremlin bəyənmədiyi sazişlə bağlı İLGİNC DETALLAR
Bu gün, 10:08
Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ödəniş tərəfi dəyişəcək - Diqqət!
Bu gün, 10:07
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 10:06
Azərbaycan nefti 2 %-dən çox artıb
Bu gün, 10:05
Haaqa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiası üzrə qərarını dekabrın 7-də açıqlayacaq
Bu gün, 10:05
Ağstafada qadını qətlə yetirən şəxsə 20 il həbs cəzası verilib
Bu gün, 09:59
"Əslində Avropa Parlamentinin bu mövqeyi təəccüblü də deyil" - Partiya sədri
Bu gün, 09:58
Gülağa Quliyev vəfat etdi
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru