"Məhz buna görə prezidentlik institutunun müddəti artırılır" .....                     Azərbaycan xəbərdarlığını etdi... .....                     “Putinin nə pulu, nə də maşını var” .....                     Azərbaycan prezidenti Sabirabadda yol tikintisinə .....                     Bakıda 19 yaşlı qız bıçaqlanıb .....                     Azərbaycanlı məmurun oğlunun adı "FETÖ işi"ndə .....                     İraqın Əl-Kayyara şəhəri İŞİD-dən azad edilib .....                     İki nazir yol qəzasında yaralandı .....                     Lavrovla Kerri arasında görüş keçiriləcək .....                     FETÖ-cü yazardan Kılıçdaroğlu sui-qəsdinə reaksiya: .....                     İtaliyada daha bir yeraltı təkan: .....                     “Dövlət-din münasibətləri”mövzusunda elmi-praktik konfrans .....                     “İnanmıram ki, ABŞ Qarabağ məsələsində liderliyi Rusiyaya versin” .....                     Hindistan polislərinin KÜÇƏ DÖYÜŞÜ .....                     SOCAR Türkiyədə ən önəmli investorlardan biridir .....                     Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək .....                     Sabah dolların rəsmi məzənnəsi .....                     “Bir canımız var, o da bu məmləkətə fəda olsun” .....                     Nazirlər Kabinetinin buraxılmasını söyləmək o qədər də asan deyil... .....                     18-29 yaşlı qadınlar arasında abort çoxalıb .....                     Rusiyadakı təlimlər NATO-nu narahat etdi .....                     Azərbaycanlı Rusiyada istintaq idarəsinə rəis təyin edildi .....                     Türkiyənin baş naziri Azərbaycana gələcək .....                     Manat dolların qarşısında qəpik-quruşa çevrilir... .....                     Rusiya Vaqnerin ordusunu Qarabağa göndərir? .....                     "Çakır" və Mahsun Rövşən Lənkəranskinin yasına gəliblər .....                     "Əli İnsanov protokolu cırıb, hakimiyyət nümayəndəsinə..." .....                     Özünü MTN polkovniki kimi təqdim edən qadın .....                     “Əl-Fəcr” qəzeti Mehriban Əliyevanın xidmətlərindən .....                     Selahettin Demirtaş haqqında cinayət işi açıldı .....                     Oqtay Əsədov Türkiyəyə gedir .....                     “Terrorçuların hədəfi Kamal Kılıçdaroğlu olub” .....                     Türkiyədə FOX TV-nin departament rəhbəri həbs edilib .....                     “Cahangir Hacıyevin dedikləri həqiqətə uyğun deyil” .....                     Ərdoğan Kılıçdaroğlunun kartejinə atəş açılması ilə bağlı .....                     Gülənlə savaşın ən uğurlu yolu… .....                     Rusiya paytaxtındakı “Koka-Kola” zavodunda partlayış baş verdi .....                     Türkiyənin müxalifət lideri polislə terrorçular arasındakı atışmanın ortasında qalıb .....                     “Nazirlər Kabineti buraxıla bilər” .....                     "Hafka"nın "Baghlan"ı bağlandı .....                 

“Aktyora bir milyon manat da versən, çatmayacaq” - Xalq artisti Şamil Süleymanlı
Tarix: 30-01-2014, 11:25 | Çap et
“Aktyora bir milyon manat da versən, çatmayacaq”
Xalq artisti Şamil Süleymanlının APA-ya müsahibəsi

- Şamil müəllim, son vaxtlar yaman qaç-qovdasınız, nə vaxt zəng vururam, tez-tələsik sağollaşırsınız ki, başqa vaxt danışarıq. Hara tələsirsiniz belə?

- İndi qoy mən sual verim: niyə məhz mən? Az qala həftədə üç dəfə zəng edirsən.

- Son illər çəkilən az qala bütün filmlərdə rol almısınız. Yəni hesabat verməyin vaxtıdır...

- Bilirsən, son vaxtlar mənə qəribə sual verirlər: Şamil müəllim, haradasınız, çoxdandır görünmürsünüz? İş də orasındadır ki, son illər mənim aktyor karyeramın, belə deyək, məhsuldar dövrüdür və bu illərdən çox razıyam. Cavan rejissorlar filmlərə dəvət edirlər, mənimlə işləmək istəyirlər və buna görə çox sevinirəm. Əsas olan cavanların sıralarında olmaqdır. Bundan böyük xoşbəxtlik yoxdur. Son çəkildiyim serialda mən Lal Şamil rolunda oynayıram. Aktyorlar mənə əmi deməyə başlayıblar və bu, məni çox sevindirir. Hətta bəziləri məni dədə çağırır. Demək istəyirəm, əmi və dədə olmaq yaxşı hissdir.

- Amma fikir vermisinizmi, vaxtilə məşhur olan, filmlərdə çəkilən aktyorlar son illər diqqətsizlikdən gileylənirlər, filmlərə dəvət almadıqlarına görə narazıdırlar. Amma cavanlar istəyirlər ki, Şamil Süleymanlı onların yanında olsun. Niyə?

- Həyatda nəsənsə, ekranda da həmin adamsan. Anarın sözü ilə desəm, yaşımız bizim sərhədimizdir. Öz yaşımızın sərhədini keçə bilərik, amma adımız bir olacaq: abırsız! Ona görə yaş sərhədinin keşiyində gərək insan özü dursun. Əslində mənim cavanlarla, dostlarla, ətrafdakı insanlarla tez dil tapmağımda bir sirr var, onu demək istəmirəm.

- Azərbaycan tamaşaçısı sizin də rol aldığınız filmlər daxil olmaqla, niyə son illərdə çəkilən filmlərə “ürək qızdıra” bilmir?

- Həmişə tamaşaçıya elə gəlir ki, filmdə rol alan aktyor əsas simadır. Xeyr! Tamaşaçının özü də əsas simadır. Filmi anlamağın özü ən böyük iştirakdır. Tamaşaçı hərdən elə şeylərə ürəyi gedənə qədər əl çalır ki, çaşıb qalıram. Məsələ orasındadır ki, tamaşaçı çox vaxt klip və seriallarla “Azərbaycanfilim”in çəkdiyi filmləri qarışdırır. Bu, tamam başqa mədəniyyət, tamam başqa məktəbdir. Mən serialları pisləmək fikrində deyiləm, bu sahə yeni başlayıb və get-gedə inkişaf edəcək. Sadəcə, adam var seriala baxa bilir, adam var baxa bilmir. Mən baxa bilməyənlərdənəm. Adam 80 seriaya necə baxa bilər? Yaxud bir hekayə 60 seriya necə çəkilə bilər? Maraqlısı budur ki, serialları yeni studiyalar və cavanlar çəkir. Mən onlara uğur arzu edirəm. Kim seriala dəvət etsə, gedib iştirak edəcəm. Amma təkrar edirəm: bu, “Azərbaycanfilm” deyil! Kinostudiya məktəbdir. Ən maraqlısı bilirsiniz nədir? Bir də görürsən, iki nəfər cavan uşaq əlində kamera, mikrofon gəlib kinostudiyanın qabağına, onları içəri buraxmayanda, əsəbiləşirlər ki, biz filan şirkətik, hər yerdə bizə qırmızı işıqdır, siz niyə buraxmırsınız? Onda mən gülümsəyirəm: necə olur, ağsaqqal Şamil əminiz sizin iş yerinizə gələndə, onu qapıda gözlədirsiniz, buraxılış kağızı tələb edirsiniz, indi 90 yaşında ağsaqqal kinostudiyanın qapısından mən də belə keçim, siz də? (Gülür)

- O “ağsaqqal” bugünkü halından, taleyindən razıdırmı?

- Allah deyən olsun, tezliklə hər şey qaydasına düşəcək. Bilirsiniz, bu üç-beş mərtəbəli bina deyil, hər şeyi dağıdıb yenidən tikmək olmaz. O binada korifeylərin nəfəsi var, əşyaları var. Kinostudiyanın təmiri “bu gün başlayaq, sabah qurtaraq” söhbəti deyil. Kinostudiyanın çəkdiyi filmlər beynəlxalq müsabiqələrdə qalib olur. Demirəm ki, hamısı yaxşıdır, amma biz yavaş-yavaş dirçəlirik. Jurnalistlər də bu işdə bizə kömək etməlidirlər. Bir də görürsən, bir səhnəyə görə o qədər hay-küy salırlar ki. Nə olub, o səhnələr də sənətdir axı.

- Sizi qarşılayanda dediniz ki, mən böyük aktyor-filan deyiləm. Hətta əlavə etdiniz ki, necə aktyor olduğumu bilmirəm. Onda bir naqolay sualıma cavab verin: sizin nəsildən olan aktyorlardan böyük hesab etdiyiniz kimlərdir?

- Hamısı! Fəxrəddin Manafov, Fərhad İsrafilov və başqaları. Kiminlə çəkilmişəmsə, hamısını sevirəm. Bu, çox çətin və yenə çətin sənətdir! Söhbət ağız-burun əyənlərdən yox, aktyordan gedirsə, mən hamısını sevirəm.

- Fuad Poladov...

- Fuad Poladovu tərifləməyəcəyəm. Fuadın mənim tərifimə ehtiyacı yoxdur, çünki o, mənim ustadım və qardaşımdır. Bir dəfə onun vəzirini oynayırdım. Fuad rolunu necə oynadısa, tamaşaçıya çevrilib özümü itirdim, sözümü yadımdan çıxardım. Qaldım odla suyun arasında ki, axı mən də bir kişiyəm?! (Gülür) Mən Fuad Poladovu yeddinci sinifdən izləyirəm. Yadıma gəlir ki, “Məhv olmuş gündəliklər”dəki Savalan roluna görə mən Fuadın pencəyindən almışdım. Hətta bu yaxınlarda ona göstərdim ki, sən cavan vaxtı necə yeriyirdin, siqareti necə çəkirdin.

- “Mahmud və Məryəm”də siz də rol alıbsınız. Aktyor yox, tamaşaçı kimi fikrinizi bilmək istərdim: filmdən razı qaldınız?

- Elçin böyük yazıçıdır. Bilmirəm, “Mahmud və Məryəm”i oxumusunuz, ya yox, Elçinin böyük ürəyi var.

- Oxumuşam...

- O romanı dəfələrlə oxumuşam. Elçinin əsərlərindən kino alınanda da təqdirəlayiqdir, xoşa gəlməyəndə də!

- Xoşa gəlməyəndə nəyə görə təqdir olunmalıdır?

- Çünki onun qaldırdığı məsələlər haqqında danışmaq, bu mövzudan yazmaq hər kişinin işi deyil. Elçinin nəsr dili yalnız onun özünə məxsusdur və olduğu kimi kinoya çəkmək mümkün deyil. Mən bilirəm siz nələri nəzərdə tutursunuz. Ona görə ancaq öz rolumdan danışa bilərəm.

- Nələri nəzərdə tuturam?

- Bilirsən, oğlum, Elçinin dili az qala layladır, nəğmədir. Ona görə yazıq rejissorların gərək səkkizi birdən işləsin ki, nəyəsə yaxınlaşa bilsinlər. “Mahmud və Məryəm” haqqında ancaq yaxşı şeylərdən danışa bilərəm. Kimsə pafos məsələsini vurğulamaq istəyirsə, pafos yerində olanda pis şey deyil. Mən yaşa çatanda biləcəksiniz ki, pafosa ehtiyac var. Günün, anın pafosunu tapmaqdan dünyada gözəl şey yoxdur. Əlbəttə, 30-cu illərin pafosu ilə övladıma desəm ki, mənə bir stəkan çay gətir, o qayıdacaq ki, ata, dəli olmayıbsan? Oğul o rejissora deyərəm ki, Cəfər Cabbarlının əsərlərini ekranlaşdırıb, bu günün pafosunu tapsın. İndi hansı müdirə demək olar ki, sənə salam vermədim, bəli, “əyilməz vicdanın böyük heykəli”?! (Gülür)

- Hiss elədim ki, kino haqqında tənqidi fikirlər deməkdən ehtiyat edirsiniz. Elə bil, kiminsə qəlbinə dəyməkdən qorxursunuz...

- Mən Azərbaycan kinosunu və kinostudiyanı çox istəyirəm. Onun pisi də mənimdir, yaxşısı da. Ağzını Allah yolunda qoyub kinostudiyanı pisləyənlər unudurlar ki, bura mənim səngərimdir və ora heç kimi yaxın buraxmıram. Mən ancaq müvəffəqiyyətlərdən danışa bilərəm.

- Uğursuz filmlər haqqında siz danışmasanız, kim danışacaq?

- Uğursuz siz nəyə deyirsiniz? Bu yaxınlardan “Dolu” filmi çəkildi. Pis film idi? Həmin filmdə mən müəllimi oynamışam. Kim nə deyir, desin, tənqidçilər yazsın ki, Şamil pis oynayıb, vacib olan başqa şeydir: bir neçə müəllim zəng vurdu ki, Şamil müəllim, siz məni oynamısınız. Bəzən üzümə də deyirlər: müəllim o vaxt belə deyildi, nə bilim, az yer verilib-filan. Siz pis nəyə deyirsiniz? İndi pisləyin, mən qulaq asım...

- Şamil müəllim, mənim pisləmək fikrim yoxdur, sadəcə...

- Çəkilən üç filmdən biri yaxşı alınıbsa, deməli, bu uğurdur. Nazirlik “Bu meydan, bu ekran” adlı layihə həyata keçirir. Cavanlar ildə beş film çəkirlər. Vaxtilə biz belə şeyi arzulaya da bilməzdik. Ağlımıza da gəlməzdi ki, İncəsənət İnstitutunu bitirməmiş serialda çəkiləsən, əsas rol alasan. Mən idim ki, xoşbəxtlik quşu başıma qonmuşdu, “Baladadaşın ilk məhəbbəti”ndə rol aldım.

- Belə başa düşdüm ki, Azərbaycanda gənc aktyor və rejissor nəslinin özünü reallaşdırması üçün bütün şərait var...

- Bəli! Hətta film bitməmiş rejissor müsahibə də verir.

- Filmin yaxşı alınması üçün doğrudanmı hər şey maliyyədən asılıdır?

- Bəli! Maliyyə məsələsindən geniş danışmayacağam. Kinoya maliyyə ayrılır, hər şey var. Bəzən aktyorlar gileylənəndə bu mənim acığıma gəlir. Bilirsiniz niyə? Uzun illər sovet filmlərində çəkilmişəm və heç vaxt deməyiblər ki, naharda nə yeyəcəksən?! İndi isə nahar çəkiliş meydançasına gətirilir. Aktyor da deyir, toyuq yeməkdən bezmişəm, mənə çəkilmiş ətlə filan yeməyi verin. Yaxud mən “Cola” istəmirəm, mənə limonad gətirin. Çay çəkiliş meydançasına gətirilir, maşınlar təzə və rahat olur, qaldığımız hotellər az qala istirahət evlərini xatırladır. Vaxtilə biz belə şeyi ancaq arzulaya bilərdik. Çəkilişin şirin yerində nazirimiz gəlir meydançaya. Qorxulu vəzifədə olan nazir gəlib hamı ilə əl tutur, gülür. Özü də ən maraqlısı budur ki, nazirin gəlməsi mənim üçün tamam maraqsızdır. Qabaqlar yaşlı bir kişi gələrdi, indi isə əksinə, tay-tuşum gəlib əl görüşür ki, Şamil, necəsən, hər şey yaxşıdır? Nazirdən qorxmağa utanıram. Sağ olsun, Əbülfəs müəllimdən çox razıyam. Kim görmüşdü ki, meydançaya nəinki nazir, idarə rəisi gəlib kresloda otursun ki, bu niyə belədir, filan şey niyə yoxdur? Özü də Bakıda yox, rayonlarda.

- Kinostudiyanın rəhbərliyindən nə gözləyirsiniz?

- Onu çəkiliş pavilyonunda, kinostudiyanın həyətində gedən qızğın işlərin ortasında görürəm. Bu, mənim xoşuma gəlir. Məncə, Müşfiq Hətəmovla işləmək yaxşı olacaq.

- Aktyora hansı rol təklif olunsa, çəkilməlidir?

- Mənə nə veriblər, çəkilmişəm. Hətta bu yaxınlarda kütləvi səhnələrdə də çəkilmişəm.

- Rejissorun kütləvi səhnədə çəkilmək təklifi sizin şəstinizə toxunmur?

- Bilirsiniz, niyə şəstimə toxunmalıdır? Lazımdırsa, get çəkil də. Mozalanda o qədər kütləvi səhnələrdə çəkilmişəm ki...

- Çəkildiyiniz filmlərin maliyyə tərəfi haqqında danışmaq niyə xoşunuza gəlmir?

- Bəli, sənət adamının siyasətdən danışmağından və qonorardan şikayətlənməyindən xoşum gəlmir. Ancaq onu deyə bilərəm ki, aktyora bir milyon manat da versən, çatmayacaq, bir manat da. Bu, artist tayfasının xislətindədir. Mənim kimi aktyorların qazancı ancaq kinodandır və bu çox çətindir. Bilirsən, mənim pulum olmayanda ya soyuducumuzun motoru xarab olacaq, ya işıqpulu çox gələcək, pulum olanda da qohum-əqrəba bir-birinə xəbər edib dalbadal toy edəcəklər. Allaha şükür! Şikayətlənmək mənə yaraşmaz.

- “Mahmud və Məryəm”dən aldığınız qonorarı soruşsam...

- Qurban olum sənə, istəmirəm. Orda elə bir gülməli hadisə oldu ki, danışmaq istəmirəm. Mənə yaraşmaz.

- İstədiyinizi aldınız?

- Adama deyərlər, qol çəkib götürübsənsə, niyə gedib orda-burda danışırsan? Aktyora həmişə elə gəlir ki, ona yüksək qonorar verməliydilər, vəssalam. Aktyor aldığı qonorarla, əlbəttə, on səkkiz mərtəbəli bina tikə bilməz. Aktyorun aktyor, alimin alim, rejissorun rejissor qazancı var.

loading...






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məhz buna görə prezidentlik institutunun müddəti artırılır" - deputatdan İZAHAT
Bu gün, 18:02
Azərbaycan xəbərdarlığını etdi... - İş qaldı əcnəbilərə
Bu gün, 17:59
“Putinin nə pulu, nə də maşını var” - Andrey Kostin
Bu gün, 17:55
Azərbaycan prezidenti Sabirabadda yol tikintisinə 6,2 milyon manat ayırıb
Bu gün, 17:54
Bakıda 19 yaşlı qız bıçaqlanıb
Bu gün, 17:53
Azərbaycanlı məmurun oğlunun adı "FETÖ işi"ndə - həbsi belə gözləniləndir
Bu gün, 17:52
İraqın Əl-Kayyara şəhəri İŞİD-dən azad edilib
Bu gün, 17:33
İki nazir yol qəzasında yaralandı
Bu gün, 17:30
Lavrovla Kerri arasında görüş keçiriləcək
Bu gün, 17:27
FETÖ-cü yazardan Kılıçdaroğlu sui-qəsdinə reaksiya: - “Bu hələ başlanğıcdır”
Bu gün, 17:14
İtaliyada daha bir yeraltı təkan: - dağıntılar var
Bu gün, 17:09
“Dövlət-din münasibətləri”mövzusunda elmi-praktik konfrans - Lənkəranda
Bu gün, 17:08
“İnanmıram ki, ABŞ Qarabağ məsələsində liderliyi Rusiyaya versin” - Zaxarova
Bu gün, 17:07
Hindistan polislərinin KÜÇƏ DÖYÜŞÜ
Bu gün, 17:05
SOCAR Türkiyədə ən önəmli investorlardan biridir - Berat Albayrak
Bu gün, 16:55
Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək
Bu gün, 16:52
Sabah dolların rəsmi məzənnəsi 1,6280 manat olacaq
Bu gün, 16:51
“Bir canımız var, o da bu məmləkətə fəda olsun” - Kılıçdaroğlu
Bu gün, 16:49
Nazirlər Kabinetinin buraxılmasını söyləmək o qədər də asan deyil... - deputat
Bu gün, 16:48
18-29 yaşlı qadınlar arasında abort çoxalıb
Bu gün, 16:45
Rusiyadakı təlimlər NATO-nu narahat etdi
Bu gün, 16:45
Azərbaycanlı Rusiyada istintaq idarəsinə rəis təyin edildi
Bu gün, 16:43
Türkiyənin baş naziri Azərbaycana gələcək
Bu gün, 16:42
Manat dolların qarşısında qəpik-quruşa çevrilir... - Sentyabrın 3-də dollar 2,02 manat olacaq
Bu gün, 16:22
Rusiya Vaqnerin ordusunu Qarabağa göndərir? - Sensasiya
Bu gün, 16:15
"Çakır" və Mahsun Rövşən Lənkəranskinin yasına gəliblər
Bu gün, 16:13
"Əli İnsanov protokolu cırıb, hakimiyyət nümayəndəsinə..." - Prokuror
Bu gün, 16:11
Özünü MTN polkovniki kimi təqdim edən qadın məhkəməyə xərəkdə gətirilib
Bu gün, 16:10
“Əl-Fəcr” qəzeti Mehriban Əliyevanın xidmətlərindən YAZDI
Bu gün, 16:08
Selahettin Demirtaş haqqında cinayət işi açıldı
Bu gün, 16:06
Oqtay Əsədov Türkiyəyə gedir
Bu gün, 16:05
“Terrorçuların hədəfi Kamal Kılıçdaroğlu olub” - Nazir
Bu gün, 16:02
Türkiyədə FOX TV-nin departament rəhbəri həbs edilib
Bu gün, 15:27
“Cahangir Hacıyevin dedikləri həqiqətə uyğun deyil” - RƏSMİ
Bu gün, 15:24
Ərdoğan Kılıçdaroğlunun kartejinə atəş açılması ilə bağlı Artvin valisinə zəng edib
Bu gün, 15:21
Gülənlə savaşın ən uğurlu yolu… - Aynur Camalqızı
Bu gün, 15:19
Rusiya paytaxtındakı “Koka-Kola” zavodunda partlayış baş verdi
Bu gün, 15:18
Türkiyənin müxalifət lideri polislə terrorçular arasındakı atışmanın ortasında qalıb
Bu gün, 15:17
“Nazirlər Kabineti buraxıla bilər”
Bu gün, 14:48
"Hafka"nın "Baghlan"ı bağlandı - FOTOLAR
Bu gün, 14:47
`Maribor` fanatlarından `Qəbələ`yə qarşı təxribat
Bu gün, 14:43
"Azəriqaz"a etiraz edən kənd sakinləri yolu bağladılar
Bu gün, 14:39
ADİF “Qafqaz İnkişaf Bankı”na tələb və borcu olanlara müraciət edib
Bu gün, 14:38
Samux rayon Təhsil Şöbəsi tərəfindən məktəblərin vakansiya yerləri satılır - İDDİA
Bu gün, 14:36
İranda Azərbaycan vətəndaşları olan ana və oğlu intihara cəhd edib, onlardan biri ölüb
Bu gün, 14:34
Lənkəranskinin anasının vəziyyəti ağırlaşdı - İnsult keçirib
Bu gün, 14:30
"Flora ilə mənim aramı ermeni əsilli biri vurdu"
Bu gün, 14:30
“Sələmçi”likdə ittiham olunan deputatla vəkil arasında - Qalmaqal
Bu gün, 14:27
Türk əsgəri Suriyada nə qədər qalacaq? - Nazir açıqladı
Bu gün, 14:22
Türkiyə Aİ-dən PKK və İŞİD arasında fərq qoymamağı tələb edir
Bu gün, 14:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru