
"Euro Holding” MMC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.
DİA.AZ FED.az-a istinadla xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə-
300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxılır. İddia Azər Tağıyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmə ilə bağlı baxış iclası 16.02.2023, saat 11:30-a təyin edilib.