
Ermənistanda məskunlaşan daha bir əcnəbi ölkə prezidenti Vahaqn Xaçatryanı məhkəməyə verib.
DİA.AZ Modern.az-a istinadla xəbər verir ki, Tailanddan olan Məhəmməd Mehdi Mukarmea İrəvan məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Vahaqn Xaçatryanın ona Ermənistan vətəndaşlığı verməməsindən şikayətlənib.
Qeyd edək ki, Ermənistan KİV-ləri dünən məlumat yaymışdılar ki, Tailanddan olan digər mühacir Kaçaçat Bundi də Vahaqn Xaçatryanı ona vətəndaşlıq vermədiyinə görə məhkəməyə şikayət edib.
İrəvan Məhkəməsi hər iki işi icraata götürüb.