Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır .....                     Qiymət “qəssabları”... .....                     "Your Consulting and Support Devices" MMC “Akelik Group” MMC-ni məhkəməyə verib .....                     İsraildəki Azərbaycan səfirliyi: İranın yuxusunu ərşə çəkib .....                     “Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...” .....                     Yeni regional güc mərkəzinin yol xəritəsi? .....                     Putin yenə “nüvə çantasına” əl atır .....                     “ABŞ-a mühacirətə getməmişdim” .....                     Ermənistan Ukraynaya qarşı savaşda .....                     “FTM Food” MMC-yə qarşı .....                     Namaz qılmayan şəxs oruc tuta bilərmi? .....                     Bəzi yerlərdə yağış yağacağı ehtimalı var .....                     Region ölkələrində insanlar neçə il pensiya alır? .....                     Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb .....                     Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib .....                     Bakıda məktəb direktoru özünü SULTAN SANDI .....                     Ordumuzun azad etdiyi yüksəkliyin strateji əhəmiyyəti .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər .....                     "Tac" MMC və "Bonus Market" .....                     “PASHA Holding”in əməkdaşı nazir müavini təyin edildi .....                     İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı .....                     Bakıda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb .....                     Nəzir qutuları Şeyxin əlindən alındı .....                     DSK sədri nöqsanlara görə işdən çıxarıldı, icra başçısı yeni vəzifə verdi .....                     Bir güllə belə atmadan... .....                     Rus mütəfəkkirlərinin fotoları altında... rus bayrağının hənirtisi ilə... .....                     Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib .....                     “Çin Rusiyaya hərbi yardım da göstərə bilər” .....                     “Best Energy Group” MMC .....                     Zaur Mikayılovun şirkəti indi `tender dəryaları`nda `TƏNHA ÜZÜR` .....                     "Bakı Sənaye-Tikinti" ASC-yə yeni sədr seçiləcək .....                     Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb .....                     Məhkəməyə məcburi çağırılan BSU-nun sabiq rektoru .....                     "Sədərək" Ticarət Mərkəzində ƏDV niyə geri qaytarılmır? .....                     Azərbaycanda siqaret yenidən bahalaşdı .....                     Təbrizdən salam var: “Molla rejimini güdürük” .....                     "İndi, elmi işimin adını belə çəkməkdə xəcalət çəkirəm" .....                     Maştağa sakini çətənə yetişdirmək üçün əməlli-başlı "İŞ GÖRÜB" .....                     Əvəz Zeynallı məhkəmə qarşısına ÇIXARILIR .....                 

Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə - GƏLİŞMƏ
Tarix: 1-02-2023, 17:03 | Çap et
Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə
Ötən 30 illik dövrdə Azərbaycan-Macarıstan əlaqələri iki ölkənin dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində inkişaf etdirilərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Ölkələrimiz ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və s. sahələrdə fəal əməkdaşlıq əlaqələri var.
Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə bu ölkəyə rəsmi səfəri, o cümlədən səfər çərçivəsində Macarıstanlı həmkarı Katalin Novakla və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, dövlətlərimiz arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı.
Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Dövlətimizin başçısı səfər zamanı Budapeştdə mətbuata verdiyi bəyanatda bildirib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da, həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı.
Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub. Bu dövlət ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək Vətən müharibəsi dövründə də, bu gün də davam edir. Müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərinin bariz nümunəsidir. Dövlət başçımız qeyd edib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birindən əsirgəməyəcək. Azərbaycan şəhərsalma istiqamətində, hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləməyə maraqlıdır. Çünki on min kvadrat kilometrə bərabər olan azad edilmiş torpaqlarda daş-daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb.
Azərbaycan və Macarıstan arasında dostluq, əməkdaşlıq münasibətlərinin daim təkmilləşdiyini son bir neçə ilin qarşılıqlı təmaslarında daha aydın müşahidə etmək mümkündür. Bu baxımdan səfər çərçivəsində müzakirə edilən məsələlər və imzalanan sənədlər deyilənlərin praktiki təsdiqidir. Genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat və qarşılıqlı əməkdaşlığın geniş tətbiq sahələrini əhatə edən yeni ikitərəfli müqavilələr ölkələrimiz arasında münasibətlərin əhatə dairəsinin daha da genişləndiyinin və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun göstəriciləridir.
Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın imzaladığı “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəd, bu günədək iqtisadi sahədə imzalanan sənədlər və səfər çərçivəsində bu sıraya əlavə olunan yeni Anlaşma Memorandumları əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayacaq. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın enerji sektoru ilə yanaşı qeyri-neft sektorunda mövcud imkanları da dünyanın diqqətindədir. Hazırda günümüzün əsas çağırışları sırasında yaşıl enerji sahəsində əlaqələrin qurulması xüsusi yer tutur.
Səfər çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında Azərbaycanın Avropanın bu günkü və gələcək həyatında oynadığı rolun müstəsna əhəmiyyəti, ölkəmizin təşəbbüsləri əsasında həyata keçirilən qitə miqyaslı layihələrin bütün Avrasiya üçün faydaları və eləcə də ikitərəfli əsasda Macarıstanla Azərbaycan arasında davamlı olaraq güclənən iş birliyinin xalqlarımız üçün əhəmiyyəti barədə açıqlamaları hər iki ölkənin ictimaiyyətində böyük rəğbət doğurdu. Azərbaycanın ənənəvi və müasir yaşıl enerji istehsalı, ixracı və tranziti ilə bağlı geniş imkanları, Avrasiya miqyaslı nəqliyyat-logistika layihələri ilə bağlı böyük potensialı, eləcə də Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən bərpası ilə bağlı layihələrə cəlb olunması haqqında ölkə başçısının verdiyi açıqlamalar bütövlükdə Azərbaycan–Avropa əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında aydın təsəvvür yaratdı. Cənab Prezident həmçinin ölkəmizdə istehsal ediləcək yaşıl enerjinin Avropaya nəql edilməsi ilə bağlı dekabr ayında Rumıniyada imzalanmış dördtərəfli müqavilənin icrasına başlanılması ilə bağlı yaxın günlərdə Bakıda keçiriləcək növbəti toplantı barəsində məlumat verərək bundan sonra Avropa qitəsinin enerji təhlükəsizliyinin daha dolğun və əhatəli şəkildə təmin ediləcəyini bildirdi.
Azərbaycanla Macarıstan arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminik. Çünki dövlət və hökumət başçılarının dediyi kimi, Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.

Həsən İsmayılov
Abşeron RİH başçısının Xırdalan Şəhər İƏD üzrə nümayəndəsinin müavini
DİA.AZ





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:40
Qiymət “qəssabları”... - ETİRAZ
Bu gün, 14:28
"Your Consulting and Support Devices" MMC “Akelik Group” MMC-ni məhkəməyə verib
Bu gün, 14:21
İsraildəki Azərbaycan səfirliyi: İranın yuxusunu ərşə çəkib - Görünəni odur ki...
Bu gün, 14:14
“Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...” - ETİRAZ
Bu gün, 14:02
Yeni regional güc mərkəzinin yol xəritəsi? - Ankara Bəyannaməsi
Bu gün, 14:00
Putin yenə “nüvə çantasına” əl atır - NƏ BAŞ VERİR?
Bu gün, 13:08
“ABŞ-a mühacirətə getməmişdim” - Ərəstun Oruclu
Bu gün, 13:07
Ermənistan Ukraynaya qarşı savaşda Rusiyanın texniki-təchizat mərkəzidir
Bu gün, 13:04
“FTM Food” MMC-yə qarşı İDDİA
Bu gün, 13:00
Namaz qılmayan şəxs oruc tuta bilərmi? - AÇIQLAMA
Bu gün, 12:57
Bəzi yerlərdə yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:51
Region ölkələrində insanlar neçə il pensiya alır? – Azərbaycan sonuncudur
Bu gün, 12:45
Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb
Bu gün, 12:39
Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Bu gün, 12:34
DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib - Diqqət!
Bu gün, 12:33
Bakıda məktəb direktoru özünü SULTAN SANDI - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Ordumuzun azad etdiyi yüksəkliyin strateji əhəmiyyəti – Hərbi ekspert DETALLARI açıqladı
Bu gün, 12:28
“Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər - TƏYİN EDİLDİ
Bu gün, 12:24
"Tac" MMC və "Bonus Market" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 12:22
“PASHA Holding”in əməkdaşı nazir müavini təyin edildi - DOSYE
Bu gün, 12:19
İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:16
Bakıda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb - VİDEO
Bu gün, 12:14
Nəzir qutuları Şeyxin əlindən alındı - İDDİA
Bu gün, 12:12
DSK sədri nöqsanlara görə işdən çıxarıldı, icra başçısı yeni vəzifə verdi - AXI NİYƏ?!
Bu gün, 12:04
Bir güllə belə atmadan... – Separatçılar “olum, ya ölüm” SEÇİMİ QARŞISINDA
Bu gün, 12:00
Rus mütəfəkkirlərinin fotoları altında... rus bayrağının hənirtisi ilə... - Belə bir görüş təkrarlana bilməz...
Bu gün, 11:55
Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib - TƏFƏRRÜAT
Bu gün, 11:50
“Çin Rusiyaya hərbi yardım da göstərə bilər” - Alexandr Rar
Bu gün, 11:46
“Best Energy Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 11:42
Zaur Mikayılovun şirkəti indi `tender dəryaları`nda `TƏNHA ÜZÜR` - İLGİNC FAKT
Bu gün, 11:41
"Bakı Sənaye-Tikinti" ASC-yə yeni sədr seçiləcək
Bu gün, 11:33
Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb
Bu gün, 11:30
Məhkəməyə məcburi çağırılan BSU-nun sabiq rektoru prosesə YENƏ gəlmədi
Bu gün, 11:29
"Sədərək" Ticarət Mərkəzində ƏDV niyə geri qaytarılmır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:27
Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır?
Bu gün, 11:24
Təbrizdən salam var: “Molla rejimini güdürük” - VİDEO
Bu gün, 11:21
"İndi, elmi işimin adını belə çəkməkdə xəcalət çəkirəm" - Nadir Israfilov
Bu gün, 11:11
Maştağa sakini çətənə yetişdirmək üçün əməlli-başlı "İŞ GÖRÜB" - VİDEO
Bu gün, 11:09
Əvəz Zeynallı məhkəmə qarşısına ÇIXARILIR - TƏFƏRRÜAT
Bu gün, 11:02
"Azərbaycanın məqsədi təkcə Qarabağ, Zəngəzur və ya Geqarkunik deyil, bütün Ermənistandır" - Voskanyan
Bu gün, 10:59
Rusiya niyə anti-NATO ittifaqı yarada bilmir? - İNCƏLƏMƏ...
Bu gün, 10:55
Ermənilər ordumuzun Qarabağda hərəkətini izləmək üçün... - "Müharibədən sonra bu sistemlərdən..."
Bu gün, 10:51
Ramiz Mehdiyevin bankında SƏDR DƏYİŞİKLİYİ... - Bundan sonra...
Bu gün, 10:47
Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:45
Putin İrəvana gəlsə..: ONU TUTACAQLARMI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:41
İranda qeybə çəkilən tələbəmizdən hələ də XƏBƏR YOXDUR
Bu gün, 10:39
Ermənilər Rusiyadan nəyi TƏLƏB EDİR...
Bu gün, 10:37
Rəsmi Bakı Qarabağ ermənilərinə BİR DAHA ÇAĞIRIŞ ETDİ - Prezident Administrasiyasında sizi gözləyirik...
Bu gün, 10:28
Ermənilər Qarabağda YENİ YOL ÇƏKƏSİ OLMADI? - VİDEO
Bu gün, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru