
DİA.AZ: - Xətai rayonunda qadına qarşı soyğunçuluq edilib. Zərərçəkən şəxs yaşadığı evə gedən zaman
naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə dəyəri 300 manat olan mobil telefonu ələ keçirib.
Bu barədə DİA.AZ-a DİN-dən verilən məlumatda deyilir.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin
cinayəti törətməkdə şübhəli bilinən Sahil Əliyev saxlanılıb.O, izahatında törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə
göndərilib. Sahil Əliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.