
DİA.AZ: - "Mən hələ indiyə qədər seçim etdiyim banklar arasında müştərisinə qarşı bu qədər məsuliyyətsiz və laqeyd yanaşan bankla qarşılaşmadım. Problemlə bağlı 2 həftədən çoxdur ki, əməkdaşlarının geri dönüş etmədiyi məsələ ilə bağlı(4 dəfə qaynar xəttləri ilə əlaqə saxlamışam)artıq filiala yaxınlaşmalı olacağam və bununla bütün hesablarımı bağlayıb əməkdaşlığa son qoyacağacam "Rabitəbank"la.." DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Səfərova soyadlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: Proqramda görünən kredit xəttini tam bağlamaq üçün ödəniş etmişəm və sonra günlərlə sabit qalan qalıq borcu ilə baş-başa qalmışam həftələrdir.
Əlaqə saxlamışam qaynar xətt məkdaşlarından biri deyir ekran görüntüsü almamısızsa sizə kömək edə bilmərik, biri deyir proqramı yeniləməmisiz deyə düzgün rəqəmi görmürsüz, biri görür şikayət edirəm holda alır zəngi(hələ bu ayrı mərhələdir nə deyim bilmirəm... Biri deyir nə görünürsə ödəməlisiz və.s tipli ağızlarından bal tökülür. Belə gülünc bir vəziyyətdə qalmışam yəni...
Bu gün də kredit kartımla bağlı eyni məsələ yarandı və geri dönüş etməyəcəklərini başa düşmüşəm artıq.
Heç olmasa bu müddət ərzində əlaqə saxlayıb biri bir məntiqli açıqlama versəydi yüngülləşdirərdi vəziyyəti.
Mənim vaxtım və sağlığım sizin əməkdaşlarınızın məsuliyyətsizliyinizə görə hədər olub. Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...