Milli Məclisdə İranla bağlı çağırış: - “Əlaqələrə son qoyulsun!”
Tarix: 1-02-2023, 15:05 | Çap et
 Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib. Azərbaycan himninin oxunması ilə açıq elan edilən sessiyanın ilk plenar iclasına spiker Sahibə Qafarova sədrlik edib. Toplantıda deputatlar 21 qanun layihəsini müzakirə ediblər.
Müzakirələrdən əvvəl millət vəkilləri gündəmin məsələləri ilə bağlı fikir bildiriblər. Deputatların əksəriyyəti İranda Azərbaycanın səfirliyinə silahlı hücumla bağlı tənqidi fikir səsləndiriblər.
Spiker: “Biz bu terror hücumunu hərtərəfli araşdırmağa çağırırıq”
Spiker S.Qafarova xatırladıb ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edilib, nəticədə səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri şəhid olub: “Azərbaycan Milli Məclisi bu aktı qətiyyətlə pisləyir. Deputat həmkarlarımız mətbuatda bu barədə danışıblar, terror hücumunu pisləyiblər. Biz bu terror hücumunu hərtərəfli araşdırmağa çağırırıq. Terror hücumu zamanı şəhid olan səfirlik əməkdaşına Allahdan rəhmət diləyirik”.
“İrandakı səfirliyimizə hücum dövlətimizə və diplomatlarımıza qarşı terrordur", - deyən deputat Kamran Bayramov çıxışında qeyd edib ki, terror zamanı və ondan sonrakı dövrdə İranın səhlənkarlığı və terrora məişət donu geyindirməyə çalışması hiddət doğurur.
“Milli Məclisin İran Parlamenti ilə dostluq qrupunun fəaliyyəti müvəqqəti dayandırılsın”
Deputat Nizami Səfərov vurğulayıb ki, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır: “Bu, belə qiymətləndirilməlidir. Beynəlxalq konvensiyaya görə, səfirliklərin və diplomatik nümayəndəliklərin qorunması yerləşmə dövlətin vəzifəsidir. İran bu vəzifəsini kobud şəkildə pozub”.
Deputat Elman Nəsirov isə terrordan danışarkən təkliflə çıxış edib. Millət vəkili qeyd edib ki, Milli Məclisin İran Parlamenti ilə dostluq qrupunun fəaliyyəti müvəqqəti dayandırılsın: “Onun gələcək fəaliyyəti İranın davranışlarından asılı olmalıdır”.
“Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi ölkə daxilində İrana bağlı insanlarla bağlı tədbirlər görür, əməliyyat aparır. Bildiyim qədər saxlanılanların sayı 40 nəfərə qədərdir. Ötən gün də bu səpkidə əməliyyat keçirildi, saxlanılanlar oldu. Hesab edirəm ki, bu, təsirli tədbirlərdir”, - Nəsirov əlavə edib.
Deputat: “Səfirlikdə fəaliyyət göstərən təhlükəsizlik əməkdaşlarına lazım gəldikdə silahlar paylanılmalıdır”
“Hücum birmənalı demək olar ki, terror aktıdır. Hesab edirəm ki, molla rejimi terrorla bağlı İranda istintaqın ədalətli aparılmasına imkan verməyəcək”. Bu sözləri isə deputat Fəzail Ağamalı səsləndirib.
Millət vəkili xatırladıb ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti də silahlı hücumla bağlı cinayət işi açıb: “İnanıram ki, DTX-nin araşdırması nəticəsində terror aktına görə İranın molla rejiminin məsuliyyət daşıdığı əksini tapmalıdır”.
“İranla bütün əlaqələrə son qoyulmalı, bütün layihələr dayandırılmalıdır. Eyni zamanda, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu da buraxılmalıdır”, - deputat qeyd edib.
Deputat Qüdrət Həsənquliyev çıxışında deyib ki, son vaxtlar xaricdəki beş səfirliyimizə hücum olub: “Bu, ciddi problemdir. Düşünürəm ki, Milli Məclisin bir iclası səfirliklərimizin təhlükəsizlik məsələsinə aid edilməlidir. Dövlət qurumları da parlamentə çağırılmalıdır. Səfirlikdə fəaliyyət göstərən təhlükəsizlik əməkdaşlarımıza lazım gəldikdə silahlar paylanılmalıdır. Bu məsələ müzakirə olunmalıdır”.
“İran düşünmürdü ki, Azərbaycan Ermənistan üzərində qələbə qazanar”
Deputat Elşən Musayev isə İranın terror aktının qarşısını qabaqcadan ala biləcəyini, ancaq bunu etmədiyini söyləyib.
“Bir sıra politoloqlar bildirirlər ki, İran ona görə Ermənistana yaxınlaşır ki, Azərbaycan onu yaxına buraxmır. Mən bu fikirlə razılaşmıram”. Bu sözləri isə deputat Vahid Əhmədov səsləndirib.
Millət vəkili xatırladıb ki, müstəqillik əldə etdiyimiz vaxtdan İran şirkətlərini Azərbaycanda açıb: “Bu, Azərbaycanın İranı yaxına buraxmaması fikirlərinin üstündən xətt çəkir. Sadəcə İran düşünmürdü ki, Azərbaycan Ermənistan üzərində qələbə qazanar. Onlar bunu həm də istəmirdi. Hesab edirəm ki, İranla əməkdaşlığa son qoyulmalıdır. Nə vaxt ki, İran səfirliyimizə qarşı törədilən hadisəni terror aktı kimi qiymətləndirər, onda hər şey qaydasına düşə bilər”. //AYNA//

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...” - ETİRAZ
Bu gün, 14:02 |
|
|
|
• Yeni regional güc mərkəzinin yol xəritəsi? - Ankara Bəyannaməsi
Bu gün, 14:00 |
|
|
|
• Putin yenə “nüvə çantasına” əl atır - NƏ BAŞ VERİR?
Bu gün, 13:08 |
|
|
|
• “ABŞ-a mühacirətə getməmişdim” - Ərəstun Oruclu
Bu gün, 13:07 |
|
|
|
• Ermənistan Ukraynaya qarşı savaşda Rusiyanın texniki-təchizat mərkəzidir
Bu gün, 13:04 |
|
|
|
• “FTM Food” MMC-yə qarşı İDDİA
Bu gün, 13:00 |
|
|
|
• Namaz qılmayan şəxs oruc tuta bilərmi? - AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:51 |
|
|
|
• Region ölkələrində insanlar neçə il pensiya alır? – Azərbaycan sonuncudur
Bu gün, 12:45 |
|
|
|
• Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb
Bu gün, 12:39 |
|
|
|
• Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Bu gün, 12:34 |
|
|
|
• DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib - Diqqət!
Bu gün, 12:33 |
|
|
|
• Bakıda məktəb direktoru özünü SULTAN SANDI - BU NƏDİ BELƏ?
Bu gün, 12:32 |
|
|
|
• Ordumuzun azad etdiyi yüksəkliyin strateji əhəmiyyəti – Hərbi ekspert DETALLARI açıqladı
Bu gün, 12:28 |
|
|
|
• “Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər - TƏYİN EDİLDİ
Bu gün, 12:24 |
|
|
|
• "Tac" MMC və "Bonus Market" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 12:22 |
|
|
|
• “PASHA Holding”in əməkdaşı nazir müavini təyin edildi - DOSYE
Bu gün, 12:19 |
|
|
|
• İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:16 |
|
|
|
• Bakıda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Nəzir qutuları Şeyxin əlindən alındı - İDDİA
Bu gün, 12:12 |
|
|
|
• DSK sədri nöqsanlara görə işdən çıxarıldı, icra başçısı yeni vəzifə verdi - AXI NİYƏ?!
Bu gün, 12:04 |
|
|
|
• Bir güllə belə atmadan... – Separatçılar “olum, ya ölüm” SEÇİMİ QARŞISINDA
Bu gün, 12:00 |
|
|
|
• Rus mütəfəkkirlərinin fotoları altında... rus bayrağının hənirtisi ilə... - Belə bir görüş təkrarlana bilməz...
Bu gün, 11:55 |
|
|
|
• Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• “Çin Rusiyaya hərbi yardım da göstərə bilər” - Alexandr Rar
Bu gün, 11:46 |
|
|
|
• “Best Energy Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 11:42 |
|
|
|
• Zaur Mikayılovun şirkəti indi `tender dəryaları`nda `TƏNHA ÜZÜR` - İLGİNC FAKT
Bu gün, 11:41 |
|
|
|
• "Bakı Sənaye-Tikinti" ASC-yə yeni sədr seçiləcək
Bu gün, 11:33 |
|
|
|
• Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb
Bu gün, 11:30 |
|
|
|
• Məhkəməyə məcburi çağırılan BSU-nun sabiq rektoru prosesə YENƏ gəlmədi
Bu gün, 11:29 |
|
|
|
• "Sədərək" Ticarət Mərkəzində ƏDV niyə geri qaytarılmır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:27 |
|
|
|
• Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır?
Bu gün, 11:24 |
|
|
|
• Təbrizdən salam var: “Molla rejimini güdürük” - VİDEO
Bu gün, 11:21 |
|
|
|
• "İndi, elmi işimin adını belə çəkməkdə xəcalət çəkirəm" - Nadir Israfilov
Bu gün, 11:11 |
|
|
|
• Maştağa sakini çətənə yetişdirmək üçün əməlli-başlı "İŞ GÖRÜB" - VİDEO
Bu gün, 11:09 |
|
|
|
• Əvəz Zeynallı məhkəmə qarşısına ÇIXARILIR - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
• "Azərbaycanın məqsədi təkcə Qarabağ, Zəngəzur və ya Geqarkunik deyil, bütün Ermənistandır" - Voskanyan
Bu gün, 10:59 |
|
|
|
• Rusiya niyə anti-NATO ittifaqı yarada bilmir? - İNCƏLƏMƏ...
Bu gün, 10:55 |
|
|
|
• Ermənilər ordumuzun Qarabağda hərəkətini izləmək üçün... - "Müharibədən sonra bu sistemlərdən..."
Bu gün, 10:51 |
|
|
|
• Ramiz Mehdiyevin bankında SƏDR DƏYİŞİKLİYİ... - Bundan sonra...
Bu gün, 10:47 |
|
|
|
• Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:45 |
|
|
|
• Putin İrəvana gəlsə..: ONU TUTACAQLARMI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:41 |
|
|
|
• İranda qeybə çəkilən tələbəmizdən hələ də XƏBƏR YOXDUR
Bu gün, 10:39 |
|
|
|
• Ermənilər Rusiyadan nəyi TƏLƏB EDİR...
Bu gün, 10:37 |
|
|
|
• Rəsmi Bakı Qarabağ ermənilərinə BİR DAHA ÇAĞIRIŞ ETDİ - Prezident Administrasiyasında sizi gözləyirik...
Bu gün, 10:28 |
|
|
|
• Ermənilər Qarabağda YENİ YOL ÇƏKƏSİ OLMADI? - VİDEO
Bu gün, 10:23 |
|
|
|
• Mahir Xəttabın həbsxanada səhhəti pisləşdi - "...beyninə qan siza bilərdi"
Bu gün, 10:16 |
|
|
|
• Naxçıvan polisində KÜTLƏVİ İXTİSAR... - Süleyman Neymətovun YENİ TAKTİKASI...
Bu gün, 10:11 |
|
|
|
• Bakı Qarabağla bağlı NƏ ETMƏLİDİR? - Ekspert danışır
Bu gün, 10:08 |
|
|
|
• Vasif Talıbov BUNU DA QADAĞAN ETMİŞDİ... - Adamın ÖZ ƏLİ... ÖZ BAŞI imiş...
Bu gün, 10:05 |
|
|
|
|