
Dəfələrlə yazdıq ki, Azərbaycanda proqram olmalıdır və bu proqram "yol xəritəsi" kimi cənublu soydaşlarımızın hüquqlarını və təhlükəsizliyini müdafiə edən sənəd kimi dəyər qazanmalıdır.
Bu çağırışlarımız boğazdan yuxarı deyilən sözlərin, pafosların gurluğu altında batırdı.
İndi Cənubda zəlzələ olub, soydaşlarımız çöldə qalıb. Pafos da lazımdır, amma arada reallığı nəzərə alaraq hökumətə çağırışlar da edilməlidir. Düzdür, İran öz vətəndaşının təhlükəkəsizliyinin və firəvanlğının qeydinə qalmalıdır. Ancaq etmir.
Söhbəti nəyə gətirirəm? Sabah axın olsa, məsələlər necə tənzimlənəcək? Mütləq şəkildə bir proqram qəbul olunmalı və uyğun tənzimləyici tətbiqlər icra edilməlidir.
Aqşin Kərimov
Siyasi şərhçi
DİA.AZ