Qiymət “qəssabları”... .....                     "Your Consulting and Support Devices" MMC “Akelik Group” MMC-ni məhkəməyə verib .....                     İsraildəki Azərbaycan səfirliyi: İranın yuxusunu ərşə çəkib .....                     “Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...” .....                     Yeni regional güc mərkəzinin yol xəritəsi? .....                     Putin yenə “nüvə çantasına” əl atır .....                     “ABŞ-a mühacirətə getməmişdim” .....                     Ermənistan Ukraynaya qarşı savaşda .....                     “FTM Food” MMC-yə qarşı .....                     Namaz qılmayan şəxs oruc tuta bilərmi? .....                     Bəzi yerlərdə yağış yağacağı ehtimalı var .....                     Region ölkələrində insanlar neçə il pensiya alır? .....                     Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb .....                     Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib .....                     Bakıda məktəb direktoru özünü SULTAN SANDI .....                     Ordumuzun azad etdiyi yüksəkliyin strateji əhəmiyyəti .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər .....                     "Tac" MMC və "Bonus Market" .....                     “PASHA Holding”in əməkdaşı nazir müavini təyin edildi .....                     İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı .....                     Bakıda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb .....                     Nəzir qutuları Şeyxin əlindən alındı .....                     DSK sədri nöqsanlara görə işdən çıxarıldı, icra başçısı yeni vəzifə verdi .....                     Bir güllə belə atmadan... .....                     Rus mütəfəkkirlərinin fotoları altında... rus bayrağının hənirtisi ilə... .....                     Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib .....                     “Çin Rusiyaya hərbi yardım da göstərə bilər” .....                     “Best Energy Group” MMC .....                     Zaur Mikayılovun şirkəti indi `tender dəryaları`nda `TƏNHA ÜZÜR` .....                     "Bakı Sənaye-Tikinti" ASC-yə yeni sədr seçiləcək .....                     Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb .....                     Məhkəməyə məcburi çağırılan BSU-nun sabiq rektoru .....                     "Sədərək" Ticarət Mərkəzində ƏDV niyə geri qaytarılmır? .....                     Azərbaycanda siqaret yenidən bahalaşdı .....                     Təbrizdən salam var: “Molla rejimini güdürük” .....                     "İndi, elmi işimin adını belə çəkməkdə xəcalət çəkirəm" .....                     Maştağa sakini çətənə yetişdirmək üçün əməlli-başlı "İŞ GÖRÜB" .....                     Əvəz Zeynallı məhkəmə qarşısına ÇIXARILIR .....                     "Azərbaycanın məqsədi təkcə Qarabağ, Zəngəzur və ya Geqarkunik deyil, bütün Ermənistandır" .....                 

Ukraynadan bizim məmurlara böyük pislik - AXI NİYƏ?
Tarix: 1-02-2023, 14:00 | Çap et
Ukraynadan bizim məmurlara böyük pislik
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

…5-6 ay idi ki, AYNA-nın oxucularının görüşünə gəlmirdim. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardı. Bir ara o andıra qalmış “Omicron”un nə bilim neçənci ştammı gəlib mənə də urcah oldu, daha sonra Ukraynada baş verənlər bütün diqqətimi ora yönəltdi, sonra bizimkilərin Moskvanın Ruben Vardanyan proyektini dinc yolla necə məhv etməsi prosesini müşahidə etdim, sonra da səfirliyimizin əməkdaşının ölümü ilə nəticələnən İrandakı son hadisələr ortaya çıxdı.

Bir sözlə, yazmağa mövzu çox idi və proseslər o qədər sürətlə inkişaf edir ki, yazmaq üçün kompüterin qarşısına oturan kimi situasiya dəyişirdi. Odur ki, qərar gəldim, sadaladığım mövzuların çalışıb sonunu gözləyəcəm ki, hansısa hadisə barədə yazdıqlarım 2-3 gün sonra keçmiş zamanda oxunmasın.

Elə bu düşüncələrlə var-gəl edirdim ki, qarşıma bizim üçün heç vaxt köhnəlməyəcək və təəssüf ki, keçmiş zamanda qalmayacaq bir mövzu çıxdı. Bəlkə də, müharibə xəbərləri, videoları və şəkilləri ilə dolu olan Ukrayna “Telegram” kanallarında bu mövzu 2-3 cümlə ilə getdiyi üçün, ona çox adam əhəmiyyət vermədi. Amma mənim girdə eynəklərimdən yan keçmədi.

Müharibə çox axmaq şeydir - ələxsus da, bütün ölkə ərazisində aparılırsa. Müharibə zamanı dövlət məmurlarının başları “Hər şey qələbə üçün” ideyasının reallaşmasına o qədər qarışır ki, bəzən elə qərarlar qəbul edirlər ki, özləri bir yana, yaxın-dost dövlətlər, daha doğrusu, orada yaşayan və xalqlarının rifahı naminə gecə-gündüz çalışan məmurlar üçün də başağrısı yaradırlar.

Baxın, bizim ölkə dağ boyda Rusiyanın təzyiqlərinə baxmayaraq, Ukraynaya bacardığı dəstəyi göstərir: deyilənə görə, əl altdan silah da verir (humanitar yardım öz yerində), Ukraynada olan SOCAR yanacaq doldurma məntəqələrində təcili yardım və yanğınsöndürən maşınlara havayı yancaq verir, hətta rusların enerji infrastrukturunu dağıtmaqla, allahsızcasına donmağa məhkum etdiyi insanlara generatorlar belə, göndərir. Amma hər yerdə, hətta bizdə də dövlət xidmətlərinin elektronlaşdığı bir şəraitdə Ukraynada elə bir qanun qəbul ediblər ki, bizim məmurlar olduqca pis vəziyyətdə qalıblar.

Bu bizim ukraynalı qardaşlarımız oturduqları yerdə qərara gəliblər ki, öz dövlət xidmətlərinin elektron xidməti olan “Дiя” resursuna ölkəyə idxal edilən avtomobillərin gömrükdən keçirilməsini – “rastamojka”sını da salsınlar. Yəni, istənilən Ukrayna vətəndaşı Almaniyadan maşın gətirir və daha gömrükdə qapı-qapı gəzmədən, evindəcə bu “Дiя” resursuna daxil olur, dövlət rüsumunu ödəyir, maşınını “rastamojka” edir.

Təbii ki, tətbiqdə avtomobilin xüsusiyyətlərini nəzərə alaraq prosedurun təxmini dəyərini hesablamaq da mümkün olacaq. Gömrük rəsmiləşdirilməsi funksiyasının tətbiqi Ali Radanın təsdiqindən sonra planlaşdırılır.

Bu da bu! A kişilər! İndi özünüz deyin, Ali Rada bu qanunu qəbul edəndən sonra, effektiv rəsmiləşdirilmə qaydası keçmiş sovet ərazisinə yayılsa, bizim “rastamojka” ustaları nə edəcək? Birdən bizim rəhbərliyin də bu metod xoşuna gəldi və qərara gəlindi ki, bizdə də elə belə olsun. Bəs onda maşının motorundan və göstəricilərindən daha çox həm maşının, həm də onu gətirənin xarici görünüşünə baxaraq, bədahətən rəsmiləşdirmə qiyməti deyənlər nə edəcəklər?

Axı niyə bizim gecə-gündüz “bolet” elədiyimiz Ukrayna hökuməti bizim məmurlara belə pislik edir? İndi bu məmurlar Ukraynaya göndərilən yardımı əvvəlki həvəslə təşkil edəcəklərmi? Heç dəxli var?! A kişi, başınıza “urus” bomba tökür, siz isə demokratiya, şəffaflıq və Avropa standartları hayındasınız. Özünüz cəhənnəmə, bizimkiləri də zibilə salırsınız.

Belə dostluq və həmkarlıq olar? İndi ümid qalıb Ali Radanın deputatlarına. Bəlkə, onlar bizim məmurları da nəzərə alaraq, bu qanununu ya qəbul etməzlər, ya da qəbulunu bir neçə il uzadarlar. Ona kimi də... Görək noolur...

Müəllif: Yoldaş Mircəfər
//AYNA//




 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qiymət “qəssabları”... - ETİRAZ
Bu gün, 14:28
"Your Consulting and Support Devices" MMC “Akelik Group” MMC-ni məhkəməyə verib
Bu gün, 14:21
İsraildəki Azərbaycan səfirliyi: İranın yuxusunu ərşə çəkib - Görünəni odur ki...
Bu gün, 14:14
“Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...” - ETİRAZ
Bu gün, 14:02
Yeni regional güc mərkəzinin yol xəritəsi? - Ankara Bəyannaməsi
Bu gün, 14:00
Putin yenə “nüvə çantasına” əl atır - NƏ BAŞ VERİR?
Bu gün, 13:08
“ABŞ-a mühacirətə getməmişdim” - Ərəstun Oruclu
Bu gün, 13:07
Ermənistan Ukraynaya qarşı savaşda Rusiyanın texniki-təchizat mərkəzidir
Bu gün, 13:04
“FTM Food” MMC-yə qarşı İDDİA
Bu gün, 13:00
Namaz qılmayan şəxs oruc tuta bilərmi? - AÇIQLAMA
Bu gün, 12:57
Bəzi yerlərdə yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:51
Region ölkələrində insanlar neçə il pensiya alır? – Azərbaycan sonuncudur
Bu gün, 12:45
Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb
Bu gün, 12:39
Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Bu gün, 12:34
DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib - Diqqət!
Bu gün, 12:33
Bakıda məktəb direktoru özünü SULTAN SANDI - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Ordumuzun azad etdiyi yüksəkliyin strateji əhəmiyyəti – Hərbi ekspert DETALLARI açıqladı
Bu gün, 12:28
“Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər - TƏYİN EDİLDİ
Bu gün, 12:24
"Tac" MMC və "Bonus Market" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 12:22
“PASHA Holding”in əməkdaşı nazir müavini təyin edildi - DOSYE
Bu gün, 12:19
İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:16
Bakıda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb - VİDEO
Bu gün, 12:14
Nəzir qutuları Şeyxin əlindən alındı - İDDİA
Bu gün, 12:12
DSK sədri nöqsanlara görə işdən çıxarıldı, icra başçısı yeni vəzifə verdi - AXI NİYƏ?!
Bu gün, 12:04
Bir güllə belə atmadan... – Separatçılar “olum, ya ölüm” SEÇİMİ QARŞISINDA
Bu gün, 12:00
Rus mütəfəkkirlərinin fotoları altında... rus bayrağının hənirtisi ilə... - Belə bir görüş təkrarlana bilməz...
Bu gün, 11:55
Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib - TƏFƏRRÜAT
Bu gün, 11:50
“Çin Rusiyaya hərbi yardım da göstərə bilər” - Alexandr Rar
Bu gün, 11:46
“Best Energy Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 11:42
Zaur Mikayılovun şirkəti indi `tender dəryaları`nda `TƏNHA ÜZÜR` - İLGİNC FAKT
Bu gün, 11:41
"Bakı Sənaye-Tikinti" ASC-yə yeni sədr seçiləcək
Bu gün, 11:33
Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb
Bu gün, 11:30
Məhkəməyə məcburi çağırılan BSU-nun sabiq rektoru prosesə YENƏ gəlmədi
Bu gün, 11:29
"Sədərək" Ticarət Mərkəzində ƏDV niyə geri qaytarılmır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:27
Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır?
Bu gün, 11:24
Təbrizdən salam var: “Molla rejimini güdürük” - VİDEO
Bu gün, 11:21
"İndi, elmi işimin adını belə çəkməkdə xəcalət çəkirəm" - Nadir Israfilov
Bu gün, 11:11
Maştağa sakini çətənə yetişdirmək üçün əməlli-başlı "İŞ GÖRÜB" - VİDEO
Bu gün, 11:09
Əvəz Zeynallı məhkəmə qarşısına ÇIXARILIR - TƏFƏRRÜAT
Bu gün, 11:02
"Azərbaycanın məqsədi təkcə Qarabağ, Zəngəzur və ya Geqarkunik deyil, bütün Ermənistandır" - Voskanyan
Bu gün, 10:59
Rusiya niyə anti-NATO ittifaqı yarada bilmir? - İNCƏLƏMƏ...
Bu gün, 10:55
Ermənilər ordumuzun Qarabağda hərəkətini izləmək üçün... - "Müharibədən sonra bu sistemlərdən..."
Bu gün, 10:51
Ramiz Mehdiyevin bankında SƏDR DƏYİŞİKLİYİ... - Bundan sonra...
Bu gün, 10:47
Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:45
Putin İrəvana gəlsə..: ONU TUTACAQLARMI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:41
İranda qeybə çəkilən tələbəmizdən hələ də XƏBƏR YOXDUR
Bu gün, 10:39
Ermənilər Rusiyadan nəyi TƏLƏB EDİR...
Bu gün, 10:37
Rəsmi Bakı Qarabağ ermənilərinə BİR DAHA ÇAĞIRIŞ ETDİ - Prezident Administrasiyasında sizi gözləyirik...
Bu gün, 10:28
Ermənilər Qarabağda YENİ YOL ÇƏKƏSİ OLMADI? - VİDEO
Bu gün, 10:23
Mahir Xəttabın həbsxanada səhhəti pisləşdi - "...beyninə qan siza bilərdi"
Bu gün, 10:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru