
DİA.AZ: - Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məsələsində İqtisadiyyat Nazirliyindən narazılıqlar durmadan artmaqdadır. DİA.AZ olaraq bu barədə vətəndaş gileylərini çatdırsaq da, aidiyyatı qurumların gərəkən reaksiyaları müşahidə olunmur və bu da problemə yanaşmada biganəliyinin, rəsmi qurumların özbaşınalığının göstəricisi olaraq anlaşılır...
Növbəti vətəndaş gileyini təqdim edirik.

"Şikayətim Var" sosial qrupundakı paylaşımında Rövşən Zayıdov adlı istifadəçi bildirir:
"Şikayətim var vergilər nazirliyindən. Mənim 72 manatlıq ƏDV-dən gələn gəlirimi karta yüklənməyə 10 gün qalmış ləğv elədilır. Niyə?"
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ-a istinad ZƏRURİDİR!!!