Rusiya Müdafiə Nazirliyi də təsdiqlədi: Azərbaycan ordusu… .....                     Ermənistan Putini həbs edə biləcək? .....                     Kuleba Afrika yolunda .....                     İrəvan təxribatçı hərəkətlərini .....                     "Multipack" şirkəti "Prestij-Kİmya" MMC-ni .....                     "Ermənistan Rusiyanı, dolayısı ilə Türkiyəni bu prosesdən kənarda qoymaq məqsədi güdür..." .....                     Kim Çen Inın 10 yaşlı qızı “Dior”dan gödəkcə geyinir .....                     Dövlət qurumu "Hanse" MMC-yə qarşı .....                     Şarl Mişel Prezident İlham Əliyevə .....                     Qarabağa silah daşıyan Ermənistana rəsmi Bakıdan .....                     Qarabağdan sonuncu ermənini KÜRÜYƏNƏCƏN... .....                     AQTA-nın İSLAHATLARI Azərbaycanın pomidor ixracına ZƏRBƏ VURUB .....                     SEPAH-ın məxfi məlumatları xaricə ötürülür .....                     Ordumuz ermənilərin QARŞISINI KƏSİB .....                     “ABŞ-da keçirilən “Demokratiya sammiti” turist səfərindən başqa ciddi bir hadisə deyil" .....                     İsmayıllı sakinlərindən qanunsuz odlu silahlar götürülüb .....                     Bağlanan nəhəng banklar .....                     Bakı Şəhər Lokal Baş Gəlirlər İdarəsi yerli şirkəti .....                     Qarabağ erməniləri Azərbaycana məxfi məlumatlar ötürüb .....                     Azərbaycan ordusu HƏRƏKƏTƏ KEÇDİ: ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜB .....                     "Məmləkətimiz insan olmadan müsəlman olmuş kimliklərlə dolub-daşır" .....                     İrəvan çıxılmaz vəziyyətdə: Mirzoyan Rusiyanın vasitəçiliyindən imtina edir? .....                     O, İmranın bacısı ilə intim əlaqədə olduğunu zənn edərək... .....                     "Dəmirbank"ın malı-mülkü SATIŞA ÇIXARILIR .....                     “Havadarları Ermənistanı müharibəyə təhrik edir” .....                     Azərbaycanda daha 17 nəfər COVID-19-a yoluxub, .....                     BNA-dan bundan artığını gözləməyinə dəyməz... .....                     İran prezidenti oyundankənar vəziyyətdə .....                     "Champion İZ" borca görə .....                     Şarl Mişel və Nikol Paşinyan regionda son vəziyyəti .....                     `Birlink`in sayəsində bütün nanotexnologiyaya nifrət edirsən... .....                     "Gilan Vegetables" MMC .....                     Təbii qaza ümid olsa, camaat SOYUQDAN DONAR... .....                     Yeni doğulan körpələri xaricə satan Nərgiz saxlanıldı .....                     Qarabağın Donbas və Kosovadan əsas fərqi .....                     Ərdoğanla Putin arasında telefon danışığı olub .....                     Onları Qarabağdan qovmağın VAXTI YETİŞİB .....                     Tanınmış yazıçı vəfat etdi .....                     Azərbaycanda məşhur xəstəxana .....                     "Misir Mərdanov hesab edir ki, Emin Əmrullayev tezliklə yola salınacaq" .....                 

Kreml Ermənistan-Azərbaycan sərhəddinə nəzarəti ƏLDƏN VERİB? - MOSKVA NARAHATDIR...
Tarix: 1-02-2023, 08:38 | Çap et
Kreml Ermənistan-Azərbaycan sərhəddinə nəzarəti ƏLDƏN VERİB?
Rusiya Xarici İşlər Nazirliyi kəskin bəyanatla çıxış edərək Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə monitorinq missiyası göndərmək qərarını tənqid edib. Xatırladırıq ki, Aİ Şurası yanvarın 23-də Ermənistanda 2 il müddətinə yeni mülki nümayəndəliyin yaradılması barədə qərar qəbul edib.

“Rusiyanın Zaqafqaziyada qeyri-regional faktorun olmaması ilə bağlı prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur. Biz Aİ “ekspertlərinin” Ermənistan-Azərbaycan sərhədi rayonunda baş verənləri müşahidə etməsində heç bir “əlavə dəyər” görmürük. Əgər Brüssel Zaqafqaziyada sülhün bərqərar olmasında səmimi qəlbdən maraqlı olsaydı, onlar Azərbaycanla öz missiyalarının iş şərtlərini razılaşdırardılar.

MDB məkanında qarşıdurma siyasəti yürüdən ABŞ və NATO-nun əlavəsinə çevrilmiş Avropa Birliyi nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regiona ancaq geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər”, – sənəddə deyilir.

“Aİ missiyasının mülki mahiyyətli olacağının elan edilməsi də aldadıcı olmamalıdır – missiya Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində formalaşır və bundan irəli gələn nəticələri olacaq.

Avropa İttifaqının Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq, nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək cəhdləri regionun sülh yolu ilə inkişafına qayıtmağa çalışan ermənilərin və azərbaycanlıların köklü maraqlarına zərbə vurmağa qadirdir.

Əminik ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas faktoru Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında bölgədə yerləşdirilən Rusiya sülhməramlı kontingenti, eləcə də Ermənistan sərhədlərində xidmət edən Rusiya sərhədçiləri olacaq. Onlar vəziyyətin inkişafını nəzərə alaraq Aİ müşahidəçilərinin davranışına cavab verəcəklər”, – sənəddə daha sonra vurğulanır.

“Onu da qeyd edirik ki, İrəvan KTMT missiyasının göndərilməsi üzrə işi məntiqi sona çatdırmadan Aİ missiyasının xeyrinə seçim etməyə üstünlük verib. Əgər erməni müttəfiqlərimiz KTMT-nin potensialından istifadə etməkdə maraqlıdırsa, missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”, – Rusiya XİN-in şərhində bildirilir.

Maraqlıdır, görəsən Rusiyanın cəmi 100 silahsız insandan ibarət avropalı müşahidəçi missiyasına belə qısqanc münasibət bəsləməsinə nə səbəb olub? Doğrudanmı onlar Moskvanın Ermənistandakı maraqlarının irəliləməsinə hansısa formada mane ola bilərlər? Kreml nədən narahatdır?

DİA.AZ bildirir ki, Press Klubun suallarını xarici ekspertlər cavablandırıblar.

Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani qeyd edir ki, ötən il fevralın 24-də Kremlin ölümcül səhvi dünyanı onun üçün arzuolunmaz istiqamətdə dəyişib.

“Bu gün bütün sivil dünya ona qarşı birləşib. Bu da onu kiməsə, o cümlədən o qədər də uzaq olmayan keçmişdə onun iradəsinin qeyd-şərtsiz icraçısı və regionda əsas forpostu olan Ermənistana nəyisə diktə etmək imkanından məhrum edir. Kreml dünyanı dəyişəcəyinə ümid edirdi, amma bunun əksi oldu: Ukrayna dünyanı dəyişdi, onun qəhrəmancasına fədakarlığı ona gətirib çıxardı ki, Avropanın aparıcı dövlətləri (hələ ABŞ-ı demirəm) artıq qalib gəlmək üçün ona tanklar verirlər. Kreml bir il əvvəl bunu ən qorxulu yuxusunda da görmürdü.

Aydındır ki, bu vəziyyət regionumuza təsir etməyə bilməzdi və Rusiyanın təsirini tarixi minimuma endirdi. Mən şəxsən rəsmi İrəvanın bu qərarını alqışlayıram. Bu, baş nazir Paşinyanın Kremlin yaratdığı KTMT-ni açıq şəkildə aşağılamasından sonra mənə kifayət qədər məntiqli görünür. Ermənistan suveren dövlətdir və aydındır ki, onun öz milli maraqları üçün zəruri hesab etdiyi belə bir qərar qəbul etmək hüququ var və Kreml artıq bunun qarşısını almaq iqtidarında deyil”, – ekspert bildirib.

Onun sözlərinə görə, Kremlə yalnız “itirilmiş şöhrət”lə bağlı ümidsiz donquldanma və təəssüf etmək qalıb. “Bilavasitə Ermənistan-Azərbaycan münaqişəsinə gəlincə, hesab edirəm ki, tərəflər mövcud geosiyasi vəziyyəti bir daha ölçüb-biçməli və gərginliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atmalıdırlar. Məhz bu halda Avropa İttifaqının proseslərə cəlb olunması məhsuldar olacaq. Tərəflər komplekslərindən imtina edərək, ciddi ədalət prinsipləri ilə yanaşı, mövcud geosiyasi reallığın diktə etdiyi yeni “qırmızı xətlər” çəkməlidir. Düşünürəm ki, yeni reallıqda bu tarixi məqsədə Rusiyasız nail olmaq mümkündür. Bunun üçün həm regional, həm də qeyri-regional aktorlar öz müsbət töhfələrini verməlidirlər”, – deyə Xevtsuriani yekunlaşdırıb.

Postsovet məkanının Avropa dövlətləri üzrə rusiyalı ekspert, “Azadlıq” radiosu/Exo Kavkaza (Praqa) jurnalisti Vadim Dubnov hesab edir ki, bunun bir neçə aspekti var.

“Məncə, bu, ilk növbədə heç bir aktiv fəaliyyət göstərmək imkanının olmamasının və Laçın yolunda problemi həll edə bilməməyin üstünü ört-basdır etmək cəhdidir. Bu həm də Rusiya sülhməramlılarının və ümumilikdə Rusiya tərəfinin müəyyən passivliyinin izahıdır ki, bu da kifayət qədər obyektiv xarakter daşıyır.

İkincisi, bu, nizamlanmada iştirak etmək istəməməyi izah etmək imkanıdır.

Və nəhayət, üçüncüsü, bu, təbii ki, həm Ermənistana, həm də Azərbaycana bir növ siqnaldır ki, regionda simpatiyaların bu cür uzlaşdırılması Moskvanı qane etmir. Bu həm də Moskvanın Qərb tərəfdaşlarına qarşı kifayət qədər vahid cəbhə ilə hərəkətə keçməyə hazır olduğu ilə bağlı Ermənistana siqnaldır. Bu, Ermənistana xəbərdarlıqdır ki, Kreml xarici siyasət oriyentasiyasının bu cür inkişafını həqiqətən bəyənmir. Baxmayaraq ki, Moskva bu dönüşün sistem xarakterli olduğuna inanmır”, – Dubnov bildirib.

“Bundan başqa, hesab edirəm ki, bu, Moskvanın Zaxarovanın hələ bundan öncəki bəyanatında tutduğu xəttin davamıdır – o, Gürcüstanı təriflədi, sonra isə Ermənistandakı Avropa missiyasının xoşagəlməz olduğuna eyham vurdu. Bununla belə, bu hadisənin əhəmiyyətini çox da şişirtməzdim. Düşünürəm ki, bu, daha çox Moskvanın mövqeyinin aydın olması üçün lazım olan qeyddir. Baxmayaraq ki, Moskvanın mövqeyi onsuz da uzun müddətdir aydındır”, – deyə jurnalist yekunlaşdırıb.

Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasits qeyd edib ki, Rusiyanın nöqteyi-nəzərindən Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyəti Rusiyanı beynəlxalq aləmdə təcrid etmək siyasəti çərçivəsində nəzərdən keçirilməlidir.

“Onlar Aİ-nin mövcudluğunu genişləndirməklə Rusiyanın bölgədəki təsirini azaltmağı hədəfləyirlər. Bu barədə, Avropa Parlamentinin 2023-cü ilin yanvarında açıqlanan ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair son illik hesabatında birbaşa qeyd olunub. Moskvanın fikrincə, belə yanaşma Ermənistan-Azərbaycan münasibətlərində mövcud ziddiyyətlərin həllinə imkan verməyəcək və Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxarmayacaq”, – Tasits hesab edir.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Müdafiə Nazirliyi də təsdiqlədi: Azərbaycan ordusu… - DETALLAR
Dünən, 21:32
Ermənistan Putini həbs edə biləcək? - Ekspert danışır
Dünən, 19:00
Kuleba Afrika yolunda
Dünən, 18:19
İrəvan təxribatçı hərəkətlərini DAVAM ETDİRİR...
Dünən, 18:12
"Multipack" şirkəti "Prestij-Kİmya" MMC-ni - MƏHKƏMƏYƏ VERDİ
Dünən, 18:04
"Ermənistan Rusiyanı, dolayısı ilə Türkiyəni bu prosesdən kənarda qoymaq məqsədi güdür..." - ŞƏRH
Dünən, 18:02
Kim Çen Inın 10 yaşlı qızı “Dior”dan gödəkcə geyinir - FOTO
Dünən, 17:54
Dövlət qurumu "Hanse" MMC-yə qarşı - MƏHKƏMƏ
Dünən, 17:50
Şarl Mişel Prezident İlham Əliyevə ZƏNG EDİB
Dünən, 17:44
Qarabağa silah daşıyan Ermənistana rəsmi Bakıdan REAKSİYA
Dünən, 17:42
Qarabağdan sonuncu ermənini KÜRÜYƏNƏCƏN... - DİNMƏLİ DEYİLİK!
Dünən, 17:40
AQTA-nın İSLAHATLARI Azərbaycanın pomidor ixracına ZƏRBƏ VURUB - FAKT BUDUR!
Dünən, 17:34
SEPAH-ın məxfi məlumatları xaricə ötürülür - KİV
Dünən, 17:33
Ordumuz ermənilərin QARŞISINI KƏSİB - TƏFƏRRÜAT
Dünən, 17:28
“ABŞ-da keçirilən “Demokratiya sammiti” turist səfərindən başqa ciddi bir hadisə deyil" - Türkiyənın Strateji Düşüncə İnstitutunun rəhbəri
Dünən, 17:25
İsmayıllı sakinlərindən qanunsuz odlu silahlar götürülüb
Dünən, 17:20
Bağlanan nəhəng banklar - Azərbaycanı nə gözləyir?
Dünən, 17:19
Bakı Şəhər Lokal Baş Gəlirlər İdarəsi yerli şirkəti - MƏHKƏMƏYƏ VERİB
Dünən, 17:05
Qarabağ erməniləri Azərbaycana məxfi məlumatlar ötürüb - İLGİNC
Dünən, 17:00
Azərbaycan ordusu HƏRƏKƏTƏ KEÇDİ: ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜB - MN-dən XÜSUSİ AÇIQLAMA
Dünən, 16:53
"Məmləkətimiz insan olmadan müsəlman olmuş kimliklərlə dolub-daşır" - deputat
Dünən, 16:52
İrəvan çıxılmaz vəziyyətdə: Mirzoyan Rusiyanın vasitəçiliyindən imtina edir? - AKTUAL
Dünən, 16:45
O, İmranın bacısı ilə intim əlaqədə olduğunu zənn edərək... - TƏFƏRRÜAT
Dünən, 16:44
"Dəmirbank"ın malı-mülkü SATIŞA ÇIXARILIR
Dünən, 16:43
“Havadarları Ermənistanı müharibəyə təhrik edir” - Görünəni budur...
Dünən, 16:41
Azərbaycanda daha 17 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib
Dünən, 16:39
BNA-dan bundan artığını gözləməyinə dəyməz... - Günün FOTOSU
Dünən, 16:38
İran prezidenti oyundankənar vəziyyətdə - NƏ BAŞ VERİR?
Dünən, 16:32
"Champion İZ" borca görə ÇƏKİŞMƏDƏ
Dünən, 16:29
Şarl Mişel və Nikol Paşinyan regionda son vəziyyəti MÜZAKİRƏ EDİB
Dünən, 16:28
`Birlink`in sayəsində bütün nanotexnologiyaya nifrət edirsən... - "Rəşid müəllimin hər pasiyentə "sarımsaq yeyin, düzələcək" deyən kimi..."
Dünən, 16:27
"Gilan Vegetables" MMC - MƏHKƏMƏYƏ VERİLİB
Dünən, 16:17
Təbii qaza ümid olsa, camaat SOYUQDAN DONAR... - NARAZILIQ VAR!
Dünən, 16:16
Yeni doğulan körpələri xaricə satan Nərgiz saxlanıldı
Dünən, 16:04
Qarabağın Donbas və Kosovadan əsas fərqi - ermənilərin “suya düşən” arzusu
Dünən, 16:00
Ərdoğanla Putin arasında telefon danışığı olub
Dünən, 15:57
Onları Qarabağdan qovmağın VAXTI YETİŞİB - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:56
Tanınmış yazıçı vəfat etdi - FOTO
Dünən, 15:43
Azərbaycanda məşhur xəstəxana - YENİDƏN QURULUR
Dünən, 14:00
"Misir Mərdanov hesab edir ki, Emin Əmrullayev tezliklə yola salınacaq" - İLGİNC İDDİA
Dünən, 13:18
"Artistə qoyduğunuz maya batacaq..." - ETİRAZ
Dünən, 13:15
ABB müştərisini çarəsiz durumda buraxır... - GİLEY
Dünən, 13:07
“İranın bizə qarşı hərbi ritorikası daxilindəki mürəkkəb siyasi durumun nəticəsidir...” - Ekspert danışır
Dünən, 13:00
"Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..." - VİDEO
Dünən, 12:54
Putinin həbs olunması üçün ORDER VERİLDİ
Dünən, 12:52
İranın sərhədimizə yığdığı ordu və texnikanın yeri - FOTO
Dünən, 12:46
Siyasi intriqalar kralı Bakıda saytın bağlanmasına səbəb oldu - TƏFƏRRÜAT
Dünən, 12:32
"Tfu, sizin riyakar üzünüzə, titulunuza..." - AMEA işçisi OD PÜSKÜRDÜ
Dünən, 12:23
Gəncədən Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi, həbs olundu
Dünən, 12:19
"Artıq İnstaqrama baxmağa qorxuram"
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru