
Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də Azərbaycanın Ermənistana qarşı hüquqi təqib təşəbbüsləri üzrə ictimai dinləmələr keçirəcək.
Bu haqda məlumatı politoloq Yeganə Hacıyeva paylaşıb.

“Dinləmələr Azərbaycan Respublikasının 3 yanvar 2023-cü ildə Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr edilib. Azərbaycan Ermənistana qarşı, İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında, yerli vaxtla saat 10:00-da keçiriləcək.Sessiya məhkəmənin sədri Joan E. Donoghuenin hakimliyi ilə baş tutacaq”, - deyə Y.Hacıyevə əlavə edib.