
Ermənistanın Baş naziri Nikol Paşinyan hakim fraksiyanı təmsil edən nazirlərin müşayiəti ilə Yerablur hərbi xiyabanına baş çəkib.
DİA.AZ KONKRET.az-a istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgərlərinin valideynləri, eləcə də onlara dəstək verən digər şəxslər Paşinyanı “ermənilərin qatili”, “satqın” adlandıraraq qarşılayıblar.
Onlar müxtəlif təhqiramiz ifadələr də səsləndiriblər.