Putin yenə “nüvə çantasına” əl atır .....                     “ABŞ-a mühacirətə getməmişdim” .....                     Ermənistan Ukraynaya qarşı savaşda .....                     “FTM Food” MMC-yə qarşı .....                     Namaz qılmayan şəxs oruc tuta bilərmi? .....                     Bəzi yerlərdə yağış yağacağı ehtimalı var .....                     Region ölkələrində insanlar neçə il pensiya alır? .....                     Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb .....                     Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib .....                     Bakıda məktəb direktoru özünü SULTAN SANDI .....                     Ordumuzun azad etdiyi yüksəkliyin strateji əhəmiyyəti .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər .....                     "Tac" MMC və "Bonus Market" .....                     “PASHA Holding”in əməkdaşı nazir müavini təyin edildi .....                     İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı .....                     Bakıda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb .....                     Nəzir qutuları Şeyxin əlindən alındı .....                     DSK sədri nöqsanlara görə işdən çıxarıldı, icra başçısı yeni vəzifə verdi .....                     Bir güllə belə atmadan... .....                     Rus mütəfəkkirlərinin fotoları altında... rus bayrağının hənirtisi ilə... .....                     Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib .....                     “Çin Rusiyaya hərbi yardım da göstərə bilər” .....                     “Best Energy Group” MMC .....                     Zaur Mikayılovun şirkəti indi `tender dəryaları`nda `TƏNHA ÜZÜR` .....                     "Bakı Sənaye-Tikinti" ASC-yə yeni sədr seçiləcək .....                     Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb .....                     Məhkəməyə məcburi çağırılan BSU-nun sabiq rektoru .....                     "Sədərək" Ticarət Mərkəzində ƏDV niyə geri qaytarılmır? .....                     Azərbaycanda siqaret yenidən bahalaşdı .....                     Təbrizdən salam var: “Molla rejimini güdürük” .....                     "İndi, elmi işimin adını belə çəkməkdə xəcalət çəkirəm" .....                     Maştağa sakini çətənə yetişdirmək üçün əməlli-başlı "İŞ GÖRÜB" .....                     Əvəz Zeynallı məhkəmə qarşısına ÇIXARILIR .....                     "Azərbaycanın məqsədi təkcə Qarabağ, Zəngəzur və ya Geqarkunik deyil, bütün Ermənistandır" .....                     Rusiya niyə anti-NATO ittifaqı yarada bilmir? .....                     Ermənilər ordumuzun Qarabağda hərəkətini izləmək üçün... .....                     Ramiz Mehdiyevin bankında SƏDR DƏYİŞİKLİYİ... .....                     Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ .....                     Putin İrəvana gəlsə..: ONU TUTACAQLARMI? .....                 

Mirzoyandan Azərbaycana hədə: Bakı cavabsız qoymayacaq - NƏ BAŞ VERİR?
Tarix: 28-01-2023, 09:34 | Çap et
Mirzoyandan Azərbaycana hədə: Bakı cavabsız qoymayacaq
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Tofiq müəllim, Avropa İttifaqı Ermənistana uzunmüddətli missiya göndərməklə bağlı qərar verib. Sizcə, bu missiya mümkün sülh prosesinə necə təsir göstərəcək?

- Burada iki məqam var. İlk növbədə bu, həmin missiya ilə Azərbaycanın hər hansı bir əməkdaşlığının olmaması ilə bağlıdır. Azərbaycan qəti şəkildə buna razı olmayacaq. Çünki bu missiya birtərəfli Ermənistanın mövqeyinə olan münasibət fonunda göndərilib. Azərbaycan Prezidenti də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Azərbaycana yanaşmada balanslaşmış münasibət hiss olunmayıb. Ona görə də, Azərbaycan tərəfində Avropa İttifaqının vasitəçiliyi ilə bağlı suallar yaranıb.

- Sizcə, bu missiyanın əsas məqsədi nədir?

- Aİ-nin missiyasında qeyd edilib ki, tərəflər arasında etimad mühitinin yaradılmasına çalışacaq. Əslində onlara sual vermək lazımdır ki, burada hansı tərəflərdən söhbət gedir? Əgər söhbət Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən gedirsə, missiyanın bizim ərazimizdə olmaması fonunda bunun necə baş verəcəyi də aydınlaşmalıdır. Azərbaycanın bu missiya ilə əməkdaşlığı perspektivdə görünmür. Burada görünən odur ki, ermənilər və onların havadarları növbəti dəfə yanlışlığa yol verib. Bu da onunla bağlıdır ki, Aİ-nin hansısa etimadından söhbət gedirsə, burada digər tərəf də olmalıdır. Bu tərəf də isə Zəngəzur bölgəsidir. Zəngəzur bölgəsində ikinci tərəfin kim ola biləcəyinə gəlincə, vaxtilə o ərazidən qovulmuş azərbaycanlılar ola bilər. Çünki məntiq məhz bunu deyir.

- Bunun perspektivi necə ola bilər?

- Artıq beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı Ermənistan-Azərbaycan, Zəngəzur mövzusunu rəsmən tanıyıb. Buna aid beynəlxalq missiya göndərilib. İndi Azərbaycanda da artıq fəaliyyəti yeni müstəvidə qurulan Qərbi Azərbaycan İcması Aİ-nin Ermənistana göndərdiyi missiya ilə təmasa girməlidir. Bununla Ermənistandan tələb olunmalıdır ki, bu insanların hüquqları bərpa olunsun.

- Avropa İttifaqının son davranışları ilə Brüssel formatındakı yanaşmaları arasında ziddiyyət var. Bu nədən qaynaqlanır?

- Bu bölgəyə aid xarici siyasətdə Avropa İttifaqının mövqeyi demək olar ki, Fransanın mövqeyi ilə üst-üstə düşür. Bu, əslində Aİ-nin daxilində olan problemlərdən qaynaqlanır. Bu siyasətə Aİ-da etiraz edənlər də çoxdur. İttifaqın digər qurumları Azərbaycanla enerji sektorunda əməkdaşlıq etməyə meyillidirlər. Bunu israrla bildirirlər. Hətta müxtəlif layihələrə aid sənədlər imzalanıb. Ona görə də, görünən odur ki, Avropa İttifaqının rəyi süni şəkildə Fransanın təsiri altındadır. Amma bu tendensiya uzun çəkməyəcək. Çünki digər ölkələr çox ciddi şəkildə buna etiraz edirlər. İtaliya, İspaniya, Balkan dövlətləri, Macarıstan, bəzi Şərqi Avropa ölkələri Azərbaycanla əməkdaşlıqda Aİ-nin düzgün xətt tutmasında israrlıdırlar.

- Sizcə, Azərbaycanla Ermənistan arasında vasitəçi olan Aİ bu xəttlə nəyə nail ola bilər?

- Aİ birtərəfli mövqe və təzyiq yolu ilə heç nəyə nail ola bilməyəcək. Azərbaycana aid məsələlərdə Aİ-nin təzyiq imkanları zəifdir. Azərbaycan öz imkanlarının nədən ibarət olduğuna bələddir.

- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Laçın yolu ilə bağlı təxribat xarakterli açıqlaması oldu. Bunun fonunda növbəti təxribat və hərbi qarşıdurma elementlərini necə dəyərləndirmək olar?

- Müxtəlif mənbələrdə Ermənistanı dəstəkləyən bəyanatlar verilir. Amma onlar heç bir real nəticəyə gətirib çıxarmayacaq. Azərbaycan öz mövqeyində israrlıdır. Artıq Ermənistanın mövqeyinin əsasını təşkil edən yalan ritorikası ifşa olunur. Çünki bir çox maraqlı tərəflər indi tam yəqin edir ki, Laçın yolu heç də bağlı deyil və orada heç bir blokada şəraitindən söhbət gedə bilməz. Yola nəzarət isə Azərbaycanın fundamental hüququdur. Bunu da Azərbaycana heç kəs qadağan edə bilməz.

- Vardanyan layihəsinə Qərbin münasibəti necədir?

- Ermənistanın yürütmək istədiyi siyasi xəttdə zəif məqam odur ki, Kremlin layihəsi olan Ruben Vardanyan bir çox Qərb dairələri tərəfindən qəbul edilmir. Hamı yaxşı başa düşür ki, burada Rusiyanın oyunu nədən ibarətdir. Azərbaycanın bu mövqedə israrlı olması öz nəticələrini verir. Ona görə də, A.Mirzoyanın çıxışında bu məsələlərə aid bəzi tendensiyaları sezmək olur. Çünki o indi daha radikal bəyanatlar verməyə çalışır. Az qala mümkün güc tətbiqi ilə bağlı Azərbaycanı hədələyir. Hansısa qüvvələri Azərbaycan ərazisinə dəvət etməklə Laçın yolunu hərbi nəzarətə götürmək kimi iddialara səsləndirilir. Bu da təşviş içində qalmış bir siyasi xəttin göstəricisi hesab edilir.

- Baş verənlər müstəvisində mümkün sülhdən nə dərəcədə uzaqlaşılır?

- Sülhə gedən yol ikitərəfli olmalıdır. Bir tərəf əgər 90-cı illərin əvvələrində olan bəyanatlara qayıdıbsa, təbii ki, Azərbaycan birtərəfli sülh istəyə bilməz. Belə olan halda prosesə uyğun adekvat siyasət yerinə yetirilməlidir. Beləliklə də ayrı bir yol qalmır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanımaq istəmirsə, onlarla heç bir sülh müqaviləsi və faydalı danışıqılar aparıla bilməz. Ölkələrin əlaqələrində qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünün tanıması başlıca prinsip kimi qəbul edilir. Məhz bunun fonunda hansısa bir sülh sazişini bağlamaq elə də real bir məsələ deyil. Azərbaycan da təbii olaraq buna heç vaxt getməyəcək.






 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin yenə “nüvə çantasına” əl atır - NƏ BAŞ VERİR?
Bu gün, 13:08
“ABŞ-a mühacirətə getməmişdim” - Ərəstun Oruclu
Bu gün, 13:07
Ermənistan Ukraynaya qarşı savaşda Rusiyanın texniki-təchizat mərkəzidir
Bu gün, 13:04
“FTM Food” MMC-yə qarşı İDDİA
Bu gün, 13:00
Namaz qılmayan şəxs oruc tuta bilərmi? - AÇIQLAMA
Bu gün, 12:57
Bəzi yerlərdə yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:51
Region ölkələrində insanlar neçə il pensiya alır? – Azərbaycan sonuncudur
Bu gün, 12:45
Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb
Bu gün, 12:39
Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Bu gün, 12:34
DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib - Diqqət!
Bu gün, 12:33
Bakıda məktəb direktoru özünü SULTAN SANDI - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Ordumuzun azad etdiyi yüksəkliyin strateji əhəmiyyəti – Hərbi ekspert DETALLARI açıqladı
Bu gün, 12:28
“Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər - TƏYİN EDİLDİ
Bu gün, 12:24
"Tac" MMC və "Bonus Market" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 12:22
“PASHA Holding”in əməkdaşı nazir müavini təyin edildi - DOSYE
Bu gün, 12:19
İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:16
Bakıda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb - VİDEO
Bu gün, 12:14
Nəzir qutuları Şeyxin əlindən alındı - İDDİA
Bu gün, 12:12
DSK sədri nöqsanlara görə işdən çıxarıldı, icra başçısı yeni vəzifə verdi - AXI NİYƏ?!
Bu gün, 12:04
Bir güllə belə atmadan... – Separatçılar “olum, ya ölüm” SEÇİMİ QARŞISINDA
Bu gün, 12:00
Rus mütəfəkkirlərinin fotoları altında... rus bayrağının hənirtisi ilə... - Belə bir görüş təkrarlana bilməz...
Bu gün, 11:55
Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib - TƏFƏRRÜAT
Bu gün, 11:50
“Çin Rusiyaya hərbi yardım da göstərə bilər” - Alexandr Rar
Bu gün, 11:46
“Best Energy Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 11:42
Zaur Mikayılovun şirkəti indi `tender dəryaları`nda `TƏNHA ÜZÜR` - İLGİNC FAKT
Bu gün, 11:41
"Bakı Sənaye-Tikinti" ASC-yə yeni sədr seçiləcək
Bu gün, 11:33
Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb
Bu gün, 11:30
Məhkəməyə məcburi çağırılan BSU-nun sabiq rektoru prosesə YENƏ gəlmədi
Bu gün, 11:29
"Sədərək" Ticarət Mərkəzində ƏDV niyə geri qaytarılmır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:27
Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır?
Bu gün, 11:24
Təbrizdən salam var: “Molla rejimini güdürük” - VİDEO
Bu gün, 11:21
"İndi, elmi işimin adını belə çəkməkdə xəcalət çəkirəm" - Nadir Israfilov
Bu gün, 11:11
Maştağa sakini çətənə yetişdirmək üçün əməlli-başlı "İŞ GÖRÜB" - VİDEO
Bu gün, 11:09
Əvəz Zeynallı məhkəmə qarşısına ÇIXARILIR - TƏFƏRRÜAT
Bu gün, 11:02
"Azərbaycanın məqsədi təkcə Qarabağ, Zəngəzur və ya Geqarkunik deyil, bütün Ermənistandır" - Voskanyan
Bu gün, 10:59
Rusiya niyə anti-NATO ittifaqı yarada bilmir? - İNCƏLƏMƏ...
Bu gün, 10:55
Ermənilər ordumuzun Qarabağda hərəkətini izləmək üçün... - "Müharibədən sonra bu sistemlərdən..."
Bu gün, 10:51
Ramiz Mehdiyevin bankında SƏDR DƏYİŞİKLİYİ... - Bundan sonra...
Bu gün, 10:47
Baba Rzayev Qarabağ Qazilərinə SAVAŞ ELAN ETDİ - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:45
Putin İrəvana gəlsə..: ONU TUTACAQLARMI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:41
İranda qeybə çəkilən tələbəmizdən hələ də XƏBƏR YOXDUR
Bu gün, 10:39
Ermənilər Rusiyadan nəyi TƏLƏB EDİR...
Bu gün, 10:37
Rəsmi Bakı Qarabağ ermənilərinə BİR DAHA ÇAĞIRIŞ ETDİ - Prezident Administrasiyasında sizi gözləyirik...
Bu gün, 10:28
Ermənilər Qarabağda YENİ YOL ÇƏKƏSİ OLMADI? - VİDEO
Bu gün, 10:23
Mahir Xəttabın həbsxanada səhhəti pisləşdi - "...beyninə qan siza bilərdi"
Bu gün, 10:16
Naxçıvan polisində KÜTLƏVİ İXTİSAR... - Süleyman Neymətovun YENİ TAKTİKASI...
Bu gün, 10:11
Bakı Qarabağla bağlı NƏ ETMƏLİDİR? - Ekspert danışır
Bu gün, 10:08
Vasif Talıbov BUNU DA QADAĞAN ETMİŞDİ... - Adamın ÖZ ƏLİ... ÖZ BAŞI imiş...
Bu gün, 10:05
Goranboy İcra Hakimiyyətində YENİ TƏYİNAT
Bu gün, 10:03
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru