Tikinti şirkətləri niyə şəhərin mərkəzinə maraq göstərirlər? .....                     Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir .....                     Neftçilər maaşlarının azlığından şikayətçidirlər .....                     Rusiya Ukrayna müharibəsi ucbatından Hindistana silah satışını kəskin şəkildə azaldıb .....                     Putinin etirafı və... .....                     Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırıldı .....                     Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır .....                     Qiymət “qəssabları”... .....                     "Your Consulting and Support Devices" MMC “Akelik Group” MMC-ni məhkəməyə verib .....                     İsraildəki Azərbaycan səfirliyi: İranın yuxusunu ərşə çəkib .....                     “Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...” .....                     Yeni regional güc mərkəzinin yol xəritəsi? .....                     Putin yenə “nüvə çantasına” əl atır .....                     “ABŞ-a mühacirətə getməmişdim” .....                     Ermənistan Ukraynaya qarşı savaşda .....                     “FTM Food” MMC-yə qarşı .....                     Namaz qılmayan şəxs oruc tuta bilərmi? .....                     Bəzi yerlərdə yağış yağacağı ehtimalı var .....                     Region ölkələrində insanlar neçə il pensiya alır? .....                     Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb .....                     Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb .....                     DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib .....                     Bakıda məktəb direktoru özünü SULTAN SANDI .....                     Ordumuzun azad etdiyi yüksəkliyin strateji əhəmiyyəti .....                     “Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər .....                     "Tac" MMC və "Bonus Market" .....                     “PASHA Holding”in əməkdaşı nazir müavini təyin edildi .....                     İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı .....                     Bakıda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb .....                     Nəzir qutuları Şeyxin əlindən alındı .....                     DSK sədri nöqsanlara görə işdən çıxarıldı, icra başçısı yeni vəzifə verdi .....                     Bir güllə belə atmadan... .....                     Rus mütəfəkkirlərinin fotoları altında... rus bayrağının hənirtisi ilə... .....                     Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib .....                     “Çin Rusiyaya hərbi yardım da göstərə bilər” .....                     “Best Energy Group” MMC .....                     Zaur Mikayılovun şirkəti indi `tender dəryaları`nda `TƏNHA ÜZÜR` .....                     "Bakı Sənaye-Tikinti" ASC-yə yeni sədr seçiləcək .....                     Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb .....                     Məhkəməyə məcburi çağırılan BSU-nun sabiq rektoru .....                 

Səfirliyə "Kalaşnikov"la hücumu "məişət məsələsi"nə çevirmək cəhdi – BU, TERRORDUR
Tarix: 27-01-2023, 18:08 | Çap et
Səfirliyə "Kalaşnikov"la hücumu "məişət məsələsi"nə çevirmək cəhdi
Bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yarıb, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb.

Belə ki, hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına şəhid olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb. Bildirilir ki, silahlı hücum edən 50 yaşlı kişi olub. O, “KIA Pride” markalı maşınla səfirliyin inzibati binasının yanına gəlib. Bu zaman onun yanında 7 yaşlı oğlan və 14 yaşlı qız övladları olub. O, binaya daxil olan kimi atəş açıb. Səfirliyin mühafizə xidmətinin rəisi hadisə zamanı silahsız olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib ki, hazırda bu xain hücum üzrə araşdırma gedir: “Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Allah şəhidimizə rəhmət eləsin!”.

İranın İRNA agentliyinin məlumatına görə, səfirliyə hücumda şübhəli bilinərək saxlanılan şəxs ilkin ifadə verib. O, ifadəsində belə deyib: “Bu ilin aprel ayında mənim arvadım Azərbaycan səfirliyinə gedib və geri qayıtmayıb. Dəfələrlə etdiyim müraciətə baxmayaraq, səfirlikdən cavab almamışam və düşünürdüm ki, arvadım səfirlikdədir, amma mənimlə görüşmək istəmir. Bugün mən qabaqcadan hazırladığım “Kalaşnikov” avtomatı ilə səfirliyə getməyi qərara aldım”.

Hadisə ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib. Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib: “Can Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu lənətləyirəm. Şəhid qardaşımıza allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlı, yaralananlara təcili şəfalar diləyirəm. Azərbaycan heç bir zaman tək deyil”.

Hadisəyə Rusiyadan da reaksiya gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik”.

“Ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə hücum və bir nəfərin qətlə yetirilməsi heç bir çərçivəyə sığmır və beynəlxalq hüquqlara, konvensiyalara ziddir”. AYNA xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, bu hadisə terror hadisəsi kimi qiymətləndirilməlidir: “İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur”.

“Təəssüflə qeyd edirəm ki, baş verən hadisə yaxın qonşumuz İranın iç üzünü bir daha ortaya qoyur və “qardaş” ölkə olduqlarını təsdiqləyir”, - deyə Əsgərov sərt fikirlər səsləndirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum bu ölkənin rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir.

“İrandan Azərbaycan əleyhinə daima səslənən “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb. Əlbəttə, səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı da istisna deyil. Məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirməkdir”, - deyə analitik qeyd edib.

E.Şahinoğlu vurğulayıb ki, soyuqqanlığımızı qorumaq şərtilə Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin və sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanmalıdır. Qırmızı çizgiləri aşan İran oldu.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl AYNA-ya bildirib ki, hadisə ilə bağlı detallı araşdırma aparılmalıdır: “Əvvəla, onu deyim ki, bu hadisəyə görə birbaşa İran hakimiyyəti cavab verməlidir. Diplomatik nümayəndəliklərin, səfirliklərin təhlükəsizliyinə cavabdeh həmin ölkədir. Yəni İran hüquq-mühafizə orqanları bunun qarşısını almalı idilər. Amma buna biganə yanaşıblar. Yaxud da, maraqlı olublar ki, belə bir hadisə baş versin. Çünki İran polisi səfirliklərin lap yaxınlığında olur. Polisin "Kalaşnikov"u görməmək ehtimalı çox azdır”.

“Bu, terror aktı deməkdir. Bir nəfər səfirliyin binasına əlində “Kalaşnikov”la girir, sağa-sola atəş açır. Yayılan videogörüntülərdən məlum olur ki, bu, sıradan bir hücum deyil. Əvvəlcədən hazırlanmış, planlaşdırılmış aktdır. Çünki videodan görünür ki, qorxutmaq məqsədi ilə deyil, öldürmək məqsədi ilə atəş açılır. Səfirliyin mühafizə xidmətinin əliyalın əməkdaşı onu zərərsizləşdirməsə, hər kəsi öldürəcəkdi. Yəni ki, sıradan bir hadisə deyil”, - ekspert vurğulayıb.

İ.İsmayıl bunun arxasında hansı qüvvənin dayandığını indidən deməyin düzgün olmadığını bildirib: “Bir çox versiyalar var ki, bunların hamısı araşdırılmalıdır. İran polisi tərəfindən verilən açıqlama yetərsizdir. Tehran rejimi bunu “məişət məsələsi” səviyyəsinə endirmək istəyir. Amma əsla belə deyil. Çünki məişət cinayəti belə olmur. Güman ki, Tehrandakı qüvvələr Bakıya bununla mesaj vermək istəyirlər, yaxud Azərbaycanı təxribata çəkmək istəyirlər. Görünür, dövlətlər arasında gərginliyin artmasında maraqlı olan qüvvələr var. Yenə deyirəm, bütün versiyalar ciddi araşdırılmalıdır. Bu, Azərbaycan tərəfindən birmənalı şəkildə İran hakimiyyəti qarşısında qaldırılmalıdır”.

“İranın Bakıdakı səfirliyi, diplomatik nümayəndəlikləri qorunmalıdır. Çünki bu hadisədən istifadə edib təxribat törətməyə cəhdlər ola bilər. Bu təxribatlara imkan vermək olmaz. İrana sərt etiraz bildirilməklə yanaşı, onların səfirliyinə qarşı adekvat addım atmaq doğru olmazdır. Bu təxribatlara getmək yanlış və zərərlidir. Soyuq başla, sərt diplomatiya ilə məsələnin araşdırılmasını, cinayətkarın ciddi cəzalandırılması tələb edilməlidir”, - ekspert fikrini tamamyayıb.

AYNA-nın məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev səfirliyə edilmiş silahlı hücumu şərh edərkən deyib ki, bu, son 2 ildə bu Azərbaycanın diplomatik missiyasına edilmiş sayca 5-ci hücumdur: “Bunlardan birincisi İrana bağlı dini qruplaşma tərəfindən Londonda, 2 hücum radikal ermənilər tərəfindən Parisdə və növbətisi yenə ermənilər tərəfindən Beyrutda törədilib. Diplomatik əlaqələr haqqında 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasına əsasən ev sahibi ölkə xarici missiyaların təhlükəsizliyinə tam məsuliyyət daşıyır. İran rəsmiləri hücumun şəxsi səbəblər zəminində baş verdiyini iddia etsələr də, yenə də buna görə məsuliyyət daşıyırlar”.

“Azərbaycana qarşı İranda əks təbliğat kampaniyasından və daha əvvəl Londona edilmiş hücumdan xəbərdar olan İran Azərbaycan səfirliyinin mühafizəsi üçün tədbirləri daha da gücləndirməli idi. Bu iranlı və ermənilər tərəfindən Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı digər ölkələrə də aiddir", - Şəfiyev vurğulayıb.

Yeri gəlmişkən, hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev reaksiya verib. Prezident sosial şəbəkə hesabındakı paylaşımında hadisəni terror aktı adlandırıb və qınayıb: “Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir", - deyə ölkə başçısının paylaşımında qeyd edilib”.
//AYNA//




 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tikinti şirkətləri niyə şəhərin mərkəzinə maraq göstərirlər? - EKSPERT AÇIQLADI
Bu gün, 15:40
Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:35
Neftçilər maaşlarının azlığından şikayətçidirlər - NARAZILIQ VAR!
Bu gün, 15:33
Rusiya Ukrayna müharibəsi ucbatından Hindistana silah satışını kəskin şəkildə azaldıb - GƏLİŞMƏ
Bu gün, 15:32
Putinin etirafı və... - ŞƏRH
Bu gün, 15:30
Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırıldı - Diqqət!
Bu gün, 15:27
Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:40
Qiymət “qəssabları”... - ETİRAZ
Bu gün, 14:28
"Your Consulting and Support Devices" MMC “Akelik Group” MMC-ni məhkəməyə verib
Bu gün, 14:21
İsraildəki Azərbaycan səfirliyi: İranın yuxusunu ərşə çəkib - Görünəni odur ki...
Bu gün, 14:14
“Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...” - ETİRAZ
Bu gün, 14:02
Yeni regional güc mərkəzinin yol xəritəsi? - Ankara Bəyannaməsi
Bu gün, 14:00
Putin yenə “nüvə çantasına” əl atır - NƏ BAŞ VERİR?
Bu gün, 13:08
“ABŞ-a mühacirətə getməmişdim” - Ərəstun Oruclu
Bu gün, 13:07
Ermənistan Ukraynaya qarşı savaşda Rusiyanın texniki-təchizat mərkəzidir
Bu gün, 13:04
“FTM Food” MMC-yə qarşı İDDİA
Bu gün, 13:00
Namaz qılmayan şəxs oruc tuta bilərmi? - AÇIQLAMA
Bu gün, 12:57
Bəzi yerlərdə yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:51
Region ölkələrində insanlar neçə il pensiya alır? – Azərbaycan sonuncudur
Bu gün, 12:45
Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb
Bu gün, 12:39
Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Bu gün, 12:34
DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib - Diqqət!
Bu gün, 12:33
Bakıda məktəb direktoru özünü SULTAN SANDI - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Ordumuzun azad etdiyi yüksəkliyin strateji əhəmiyyəti – Hərbi ekspert DETALLARI açıqladı
Bu gün, 12:28
“Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər - TƏYİN EDİLDİ
Bu gün, 12:24
"Tac" MMC və "Bonus Market" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Bu gün, 12:22
“PASHA Holding”in əməkdaşı nazir müavini təyin edildi - DOSYE
Bu gün, 12:19
İsveç - Azərbaycan oyunundakı mümkün erməni təxribatı ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:16
Bakıda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb - VİDEO
Bu gün, 12:14
Nəzir qutuları Şeyxin əlindən alındı - İDDİA
Bu gün, 12:12
DSK sədri nöqsanlara görə işdən çıxarıldı, icra başçısı yeni vəzifə verdi - AXI NİYƏ?!
Bu gün, 12:04
Bir güllə belə atmadan... – Separatçılar “olum, ya ölüm” SEÇİMİ QARŞISINDA
Bu gün, 12:00
Rus mütəfəkkirlərinin fotoları altında... rus bayrağının hənirtisi ilə... - Belə bir görüş təkrarlana bilməz...
Bu gün, 11:55
Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib - TƏFƏRRÜAT
Bu gün, 11:50
“Çin Rusiyaya hərbi yardım da göstərə bilər” - Alexandr Rar
Bu gün, 11:46
“Best Energy Group” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 11:42
Zaur Mikayılovun şirkəti indi `tender dəryaları`nda `TƏNHA ÜZÜR` - İLGİNC FAKT
Bu gün, 11:41
"Bakı Sənaye-Tikinti" ASC-yə yeni sədr seçiləcək
Bu gün, 11:33
Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb
Bu gün, 11:30
Məhkəməyə məcburi çağırılan BSU-nun sabiq rektoru prosesə YENƏ gəlmədi
Bu gün, 11:29
"Sədərək" Ticarət Mərkəzində ƏDV niyə geri qaytarılmır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:27
Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır?
Bu gün, 11:24
Təbrizdən salam var: “Molla rejimini güdürük” - VİDEO
Bu gün, 11:21
"İndi, elmi işimin adını belə çəkməkdə xəcalət çəkirəm" - Nadir Israfilov
Bu gün, 11:11
Maştağa sakini çətənə yetişdirmək üçün əməlli-başlı "İŞ GÖRÜB" - VİDEO
Bu gün, 11:09
Əvəz Zeynallı məhkəmə qarşısına ÇIXARILIR - TƏFƏRRÜAT
Bu gün, 11:02
"Azərbaycanın məqsədi təkcə Qarabağ, Zəngəzur və ya Geqarkunik deyil, bütün Ermənistandır" - Voskanyan
Bu gün, 10:59
Rusiya niyə anti-NATO ittifaqı yarada bilmir? - İNCƏLƏMƏ...
Bu gün, 10:55
Ermənilər ordumuzun Qarabağda hərəkətini izləmək üçün... - "Müharibədən sonra bu sistemlərdən..."
Bu gün, 10:51
Ramiz Mehdiyevin bankında SƏDR DƏYİŞİKLİYİ... - Bundan sonra...
Bu gün, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru