Sabah dollar neçəyə olacaq? .....                     Taksilərin də QİYMƏTİ QALXIR? .....                     Azərbaycanda banklar bağlanır? .....                     DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ .....                     Dərman qıtlığı daha da DƏRİNLƏŞİB .....                     İranın PSİXİ PROBLEMİ... .....                     Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə .....                     Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, .....                     İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... .....                     Çevik Polis Alayına komandir təyin edilib .....                     Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. .....                     2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... .....                     Erməni politoloqdan gülməli iddia: .....                     Erməni saytı İrəvanı ifşa etdi: .....                     Xoya yardım edən futbolçunun hesabı bloklandı .....                     İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis .....                     Abşerona polis rəisi təyin edilib .....                     MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi .....                     “PSG Finans” BOKT .....                     “Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” .....                     Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər .....                     “Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur” .....                     Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb .....                     Türkiyə-Naxçıvan sərhədi açılıb .....                     "Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!" .....                     ANAMA sədrinə birinci müavini .....                     İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi "udan" şirkət kimindir? .....                     Qarabağdakı rus hərbçiləri ilə Avropanın patrulları arasında qarşıdurma qaçılmazdır .....                     Bakıda minlərlə sənədsiz ev söküləcək: .....                     Hadrutdan qaçan iş adamı Əsgəranda .....                     Milli Məclisdə İranla bağlı çağırış: .....                     "EuroHome"dakı yanğına görə icarəçilərə 16,5 milyon ziyan dəyib .....                     Dövlət qurumu “Azəriqaz”ı .....                     İsrail də Azərbaycandan yana narahatdır .....                     “Bizdəki dindarlar deyir ki, Sistani ağa dini liderimizdir: .....                     Dələduzluqda ittiham olunub bəraət alan şəxslə bağlı hökm ləğv edilib .....                     "Azəriqaz" sahibkara BELƏ DİVAN TUTUR... .....                     "Evimi `Azərlotoreya` YIXDI..." .....                     İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik .....                     Ukraynadan bizim məmurlara böyük pislik .....                 

"Bəzi nazirlər “bazar iqtisadiyyatı”nın nə olduğunu bilmirdilər" - Sabiq nazir
Tarix: 25-01-2023, 16:51 | Çap et
"Bəzi nazirlər “bazar iqtisadiyyatı”nın nə olduğunu bilmirdilər"
DİA.AZ bildirir ki, Lent.az “Sabiqlər” adlı yeni layihəni təqdim edir. Bu rubrikamızda bir zamanlar yüksək vəzifə tutmuş, hazırda başqa fəaliyyətlə məşğul olan şəxslərlə müsahibələri təqdim edəcəyik. İlk qonağımız 1992-93-cü illərdə Azərbaycanın maliyyə naziri vəzifəsində olan iqtisadçı alim, professor Saleh Məmmədovdur. O vəzifədən azad edildikdən sonra fəaliyyətinə Milli Bankın İdarə Heyətinin üzvü, Bakı şəhər icra hakimiyyətində icra başçısının məsləhətçisi kimi davam edib. Hazırda müxtəlif universitetlərdə elmi-pedoqoji fəaliyyətlə məşğuldur.

- Saleh müəllim, insanların bir ailənin maliyyə yükünü daşımaqda çətinlik çəkdiyi bir zamanda 90-cı illərdə nazir postuna oturmaqdan çəkinmədiniz?

- O zamana qədər müəyyən təcrübəm var idi. Ona qədər Azərbaycan KP MK-nin iqtisadi məsələlər üzrə katibinin, Azərbaycan Respublikasının baş nazirinin, Azərbaycan Respublikası prezidentinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində işləmişdim. 1979-cu ildən başlayaraq milli iqtisadiyyatımızın təhlili ilə məşğul olmuşdum. Azərbaycanın böyük resurslarının olduğunu bilirdim. Nazir postuna isə xaricdən gəldim. Uzun müddət Türkiyədə işləmişdim və orda Almaniya, Avstriya, İngiltərə təcrübəsini öyrənmişdim. Çətin olmadı.

- Sovet Azərbaycanından sonra xəzinədə çox şey qalmışdı?

- O zaman maliyyə çətinliyi düşündüyünüz qədər ağır deyildi. Sovet İttifaqı bizdən nəhəng pullar çəkib aparırdı. Sovet Hökumətinin istismarına ən çox Azərbaycan məruz qalmışdı. Müstəqillik qazandıqdan sonra cəmi 1 il içində bu maliyyə vəsaitinin hamısı ölkədə qaldı və investisiya inkişaf üçün yaxşı imkanlar yarandı. Hər həftənin şənbə günləri iş adamları ilə görüşüb onları yönləndirir, kömək edirdim. İstehsal sahəmiz o zaman hələ dağılmamışdı. Sənaye məhsulu üzrə istehsal səviyyəmiz 35-40 faiz təşkil edirdi, hazırda bu göstərici 90 faizdir. Bu o deməkdir ki, biz neftdən daha az asılı idik. Təəssüf edirəm ki, planladığımız bütün işləri görə bilmədim. Beynəlxalq əlaqələrimiz Moskvanın tənzimləməsi ilə həyat keçmişdi. Buna görə də münasibətləri az zaman içərisində qaydaya salmaq olmadı. İxracat sahəsində işləyən bacarıqlı kadrlarımız var idi. O zaman valyuta ehtiyatlarımızı qorumaq üçün Moskvaya yönəltməyib, xarici banklara yatırmağı bacarmışdılar. Mən işdən çıxdığım dövrdə xarici banklarda yarım milyarda yaxın valyuta ehtiyatımız toplanmışdı. Sovet Azərbaycanından müstəqil Azərbaycana yaxşı istehsal sahələri qalmışdı. Elə bircə faktı qeyd edim ki, hələ 70-ci illərdə Heydər Əliyev Bakıda çip, elektron qurğular istehsal edən cihazqayırma müəssisəsi yaratmışdı. Dünya çip istehsalına indi başlayıb, bizdə 50 il əvvəl var idi. Alimlərimiz yaxşı işləyirdilər, elmi istehsalat birliklərimiz fəaliyyətdə idi, onlarla ölkəyə məhsul ixrac edirdik. Mən hələ yalnız qeyri-neft sahəsindən danışıram. Çox zəngin bir ölkə miras qalmışdı bizə. 1993-cü ildə bizim büdcəmizdə kəsir olmadı.

- Bəs nə üçün inflyasiya, geriləmə baş verdi?

- Rubl məkanından dərhal çıxa bilmədik, rubla uyğunlaşmalıydıq. Dollara keçə bilməmişdik. Elmi istehsalat birliklərinin işini qoruyub saxlaya bilmədik. 44 günlük müharibədə bizə qələbəni əsgərlərimizin igidliyi ilə yanaşı, həm də ağıllı texnologiyalar qazandırdı. İstehlakçıyıq. İstehsalçı olmalıyıq, ən yeni texnologiyalara sahib olmaq üçün xərc çəkməliyik. 1985-ci illə müqayisədə elmə çəkilən xərclərimiz mütləq mənada azalıb. 1985-ci ildə Azərbaycanda elmə 150 milyon dollar xərc çəkilirdi, bu gün bu rəqəm 100 milyondur.

- Sizcə, maliyyə naziri postunu idarə eləmək indi asan olardı, ya o zaman?

- İndi çox asandır. O zaman keçid dövrünü yaşayırdıq. Qanun, təlimat yox idi. Əyalət iqtisadiyyatı səviyyəsindən milli iqtisadiyyat səviyyəsinə keçirdik. Kadrlar yox, qanunlar yox, mərkəzləşdirilmiş plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçirdik. Bunlar fərqli şeylər idi, təcrübəsizlik özünü göstərirdi. Nazirlərin çoxu bazar iqtisadiyyatı nədir bilmirdilər. Bu ifadə işlənəndə elə bilirdilər söhbət adi bazarlardakı vəziyyətdən gedir. Hamısı Sovet iqtisadiyyatının mütəxəssisləri idilər. Mənim kimi xaricdə oxumuş, təcrübə qazanmış adam çox az idi. Mərkəzi Bankı və bankların fəaliyyəti haqqında qanunları biz alman mütəxəssislərin iştirakı ilə Türkiyədə hazırlayıb gətirdik. Əmanətlərin Sığortalanması Fondu dərhal yaradılmalıydı, vacib idi, bunu yaratmağa qoymadılar. Yalnız 2006-cı ildə bu fond yaradıldı. Məncə indi də mükəmməl fəaliyyət göstərmir. Biz hələ 1992-ci ildə, ilk kollegiya iclasında rəqəmsal iqtisadiyyata keçid hədəfi qoymuşduq. Bu da yarımçıq qaldı. Rəqəmsal iqtisadiyyata keçid 2003-cü ildən tətbiq edilməyə başladı.

- O zaman internet yox idi. Bunu necə edəcəkdiniz?

- Maliyyə Nazirliyinin banklar sistemi nəzdində rəqəmsal keçid təmin olunmalıydı. Pentaqonun təcrübəsindən yararlanacaqdıq. Network- şəbəkə sistemindən istifadə etməklə banklar rabitə vasitəsilə bir-birlərinə birləşirdi. Bakıda oturub istənilən bölgədəki bankın işinə nəzarət eləmək olardı. Rabitə Nazirliyi ilə danışdıq, rabitə sistemini avtomatlaşdırdıq, lakin işlər yarımçıq qaldı. Sonra internet çıxdı. Prezident İlham Əliyev 2003-cü ildə bu proqramın tətbiqi ilə bağlı göstərişlər verdi.

O zaman ehtiyatlarımızı milyonlarla hesablayırdıq, indi milyardlardan danışırıq. Bu çox böyük göstəricidir. Azərbaycanın strateji valyuta ehtiyatları 55 milyardı keçib. Bu o deməkdir ki, Türkiyə də daxil olmaqla bütün türk dünyasında, iqtisadi islahatlar keçirməyə bəs eləyəcək qədər böyük resursa malikik. Biz bu ehtiyatlar hesabına hətta 5 il heç nə istehsal eləməsək də, ölkəni idarə edə bilərik. İndi prosesləri bilən insanlar çoxdur, yüksək texnologiyalar var. Hazırda daha asandır. Sinqapur iqtisadi islahatlara 2 milyard dollarla başlayıb, amma görün hansı zirvələrdədir.

- Hər zaman böyük həvəslə Sinqapurun yüksəlişindən, “Marşall” planından danışırsınız. Bu planı Azərbaycanda tətbiq etmək arzunuz olmuşdu və ya indən belə tətbiq etmək olar?

- “Marşall” planı bir zamanlar bizə tətbiq oluna bilərdi. Onda pul ehtiyatlarımız az idi. İndi valyuta ehtiyatlarımız o qədər çoxdur ki, Azərbaycan özü başqa ölkələrdə “Marşall” planını tətbiq etmək üçün mənbə kimi çıxış edə bilər. Azərbaycan valyuta ehtiyatlarının səviyyəsinə görə çox irəlidədir və bu Azərbaycan Prezidentinin xidmətidir. Ekstra rezerv ehtiyatlarımızın həcminə görə, dünyada 4 ölkədən biriyik. Bu ölkələr İsveç, Norvec, Sinqapur və Azərbaycandır. Beynəlxalq valyuta ehtiyatı tələbi 6 milyarddır, biz bu tələbi 9 dəfə üstələmişik. Həddən artıq vəsaitimiz var, dövlət düzgün tətbiq etsə, ölkəmiz dünyanın ən güclü ölkələri sırasında olacaq. Elmi texnoloji inkişaf bizim çıxış yolumuzdur. Dünya tarixində elmlə başlayan heç bir islahat uğursuzluğa düçar olmayıb. Hərdən mənə xəyalpərəst deyirlər, amma Azərbaycanın ən inkişaf etmiş ölkə olmaq ehtimalı xəyal deyil, mövcud şərtlərə görə Azərbaycan nə Sinqapurdan, nə Cənubi Koreyadan, nə Dubaydan, nə Honkonqdan geri qalmır. Cənab Prezident sağ olsun qurub və iqtisadi orqanların sərəncamına verib. Sadəcə ağılla və səmərəli istifadə etmək lazımdır.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Taksilərin də QİYMƏTİ QALXIR? - AÇIQLAMA
Bu gün, 16:58
Azərbaycanda banklar bağlanır? - “Bu gündən qoyulan yeni qayda...”
Bu gün, 16:57
DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ - KÜTLƏVİ HƏBS VƏ...
Bu gün, 16:55
Dərman qıtlığı daha da DƏRİNLƏŞİB – Məsələ niyə həll OLUNMUR?
Bu gün, 16:47
İranın PSİXİ PROBLEMİ... - NƏ ETMƏLİ?
Bu gün, 16:38
Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə - NARAZILIQ VAR!
Bu gün, 16:37
Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Bu gün, 16:33
İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... - Ekspert danışır
Bu gün, 16:30
Çevik Polis Alayına komandir təyin edilib - AÇIQLAMA
Bu gün, 16:26
Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. - 21-ci əsrdir eee...
Bu gün, 16:24
2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... - BU DA FAKT!!!
Bu gün, 16:22
Erməni politoloqdan gülməli iddia: - “Səfirlikdəki terroru Britaniya Turan layihəsinə görə törədib”
Bu gün, 16:20
Erməni saytı İrəvanı ifşa etdi: - "Xankəndidə naringi də satılır, yerkökü də"
Bu gün, 16:17
Xoya yardım edən futbolçunun hesabı bloklandı - Bu da onların MÜSƏLMANÇILIĞI...
Bu gün, 16:15
İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis TƏYİN OLUNDU
Bu gün, 16:13
Abşerona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 16:12
MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi - Məzələnirlər?..
Bu gün, 16:01
“PSG Finans” BOKT - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 15:59
“Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” - ÇAĞIRIŞ
Bu gün, 15:57
Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər - "Ayrılan müavinətdən yararlana bilməmişik..."
Bu gün, 15:53
“Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur” - deputat
Bu gün, 15:49
Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün, 15:45
Türkiyə-Naxçıvan sərhədi açılıb - MÜJDƏ
Bu gün, 15:43
"Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!" - NARAZILIQ VAR!
Bu gün, 15:41
ANAMA sədrinə birinci müavini TƏYİN OLUNDU
Bu gün, 15:35
İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi "udan" şirkət kimindir? - 385 minlik qalmaqal
Bu gün, 15:34
Qarabağdakı rus hərbçiləri ilə Avropanın patrulları arasında qarşıdurma qaçılmazdır - Yeni təhlükə
Bu gün, 15:24
Bakıda minlərlə sənədsiz ev söküləcək: - “Kupça” əvəzinə pul verilir?
Bu gün, 15:15
Hadrutdan qaçan iş adamı Əsgəranda yeni çaxır zavodu TİKİR
Bu gün, 15:10
Milli Məclisdə İranla bağlı çağırış: - “Əlaqələrə son qoyulsun!”
Bu gün, 15:05
"EuroHome"dakı yanğına görə icarəçilərə 16,5 milyon ziyan dəyib - Direktorla bağlı qərar verildi
Bu gün, 15:00
Dövlət qurumu “Azəriqaz”ı – MƏHKƏMƏYƏ VERİB
Bu gün, 14:58
İsrail də Azərbaycandan yana narahatdır - NƏ BAŞ VERİR?
Bu gün, 14:56
“Bizdəki dindarlar deyir ki, Sistani ağa dini liderimizdir: - Ondan imtina olunmalıdır”
Bu gün, 14:52
Dələduzluqda ittiham olunub bəraət alan şəxslə bağlı hökm ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 14:42
"Azəriqaz" sahibkara BELƏ DİVAN TUTUR... - GİLEY
Bu gün, 14:41
"Evimi `Azərlotoreya` YIXDI..." - Dövlət BUNA SUSMALI DEYİL...
Bu gün, 14:37
İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik - Ərdoğan
Bu gün, 14:31
Ukraynadan bizim məmurlara böyük pislik - AXI NİYƏ?
Bu gün, 14:00
"Dövlət heçnə etmədi, bizə yardım edən Təbriz oldu" - Etiraz dalğası böyüyür
Bu gün, 13:08
"Haqqında meyxana deyilən it keçən il Azərbaycanın çempionu olub" - Mehman Əhmədli
Bu gün, 13:04
Sayğacın çox yazdığından şikayətlər var: - Abonent sayğacın dəyişdirilməsini tələb edə bilər?
Bu gün, 13:00
İrəvandan rəsmi etiraf: - "İran döyüşlərdə bizə kömək etdi"
Bu gün, 12:58
İrandan "yatmış hücrələr"ə mesaj: Yeni terror dalğası – Hədəf Zəngəzur dəhlizidir
Bu gün, 12:56
Rayonlara da gediş-gəliş bahalaşdı: - Yeni qiymətlər...
Bu gün, 12:51
“Zeytun Pharmaceuticals" yanğın təhlükəsizliyi qaydalarını pozmağa görə - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 12:50
Putin Baydeni necə tələyə saldı? - İNCƏLƏMƏ...
Bu gün, 12:47
"O aktyor çörək yeməsin? Ac qalsın?" - ETİRAZ
Bu gün, 12:43
Bakıdakı İran Bankı bağlanacaq? - AÇIQLAMA
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru