
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Arakel Martikyan vəzifəsindən azad edilib.
DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Ermənsitan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, prezident Vaaqn Xaçaturyan bu gün bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Martikyan bu vəzifəyə bir il əvvəl, 2022-ci ildə təyin edilib.