Kasıb pensiya yaşına çata bilmir, Eldar Mahmudov ayda 6 min manat alır... - Replika
Tarix: 25-01-2023, 15:14 | Çap et
 Aydın Kərimlini xatırlayırsınız? Özünüzü yormayın, yazıram. Aydın Kərimli “Bakı Metropoliteni”nin əməkdaşı olub. Onun haqqında ona görə keçmiş zamanda yazıram ki, artıq həyatda yoxdur. İki gün əvvəl təsərrüfat qatarını idarə edərkən iş başında dünyasını dəyişib...
Ölüm haqdır. Bir gün hamımız öləcəyik. Birimiz iş başında, birimiz bulaq başında. Amma mütləq öləcəyik. Alnımıza nə yazılıbsa, onu da görəcəyik...
Mən Aydın Kərimlini tanımırdım. Heç vaxt üzünü görməmişdim, görüşməmişdim. Amma onun ölümü məni yandırdı. İki gündür için-için yanıram.
Deyim niyə?
Aydın Kərimli 1958-ci ildə anadan olmuşdu. Bir ay, ay yarım sonra pensiyaya çıxacaqdı. Yüksək vəzifəsi, gəlirli işi olmadığına görə pensiyası az olacaqdı. Amma həyatda ilk dəfə işləmədən, bir çöpü yerdən götürmədən dövlətdən pul alacaqdı. 40-45 illik əmək stajının bəhrəsini görəcəkdi.
Görə bilmədi. Qəfil ölüm onu sevdiklərinin əlindən aldı. Bax, məni yandıran da budur. Bu ölkədə insanların çoxu pensiya yaşına çatmadan dünyadan köçürlər. 65 yaşa çatmaq hamıya nəsib olmur.
Səhv etmirəmsə, sovet dövründə kişilər üçün pensiya yaşı 60 olaraq müəyyənləşmişdi. Müstəqillik dövründə bunu 63 elədilər. Dövlət vəsaitinə qənaət siyasəti vüsət alandan sonra 65-ə qaldırdılar. Buna görə də mərhum Aydın kişiyə pensiya almaq qismət olmadı. Aramızda neçə nəfərə qismət olub-olmayacağını bir olan Allah bilir. Mənim bildiyim odur ki, Aydın Kərimli 60 yaşında pensiyaya çıxmış olsaydı, ən azı 4 il 11 ay pensiya almış olacaqdı...
Bu sətirləri klaviaturada döyəcləyəndə qarşıma bir xəbər çıxdı: Sən demə, keçmiş MTN "şef"i Eldar Mahmudov ayda 6 min manat pensiya alırmış. Bu həmin Eldar Mahmudovdur ki, işdən çıxandan sonra indi ləğv olunmuş MTN-nin 22 əməkdaşı cinayət məsuliyyətinə cəhd edilib. Onların arasında bir neçə general da var. Hətta bu yaxınlarda həmin generallardan birinin məhkəmədə ürəyi getmişdi. Ürəyi getməyinə baxmayın, o da həbsdən çıxan kimi Akif Çovdarovun yolu ilə gedəcək. Necə ki, Çovdarov dövlətdən və xalqdan çapıb-taladığı 30 milyon manatı geri qaytardı, hakim qarşısında şalvarını batıran həmin general da qaytaracaq. Bura Azərbaycandır. Burda ölmüş quşlar da qanad açıb uça bilir...
Həmkarım, qələm dostum Elçin Rüstəmlinin sayəsində bu gün öyrənmişəm ki, keçmiş MTN generalı Akif Çovdarovun 30 milyonluq əmlakının özünə qaytarılması başqa məmur kolleqalarını da həvəsləndirib. Sən demə, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev, Rabitə Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov iddia qaldırıb müsadirə olunan var-dövləti geri qaytarmağı tələb edirlər. Vidadi müəllimin 43 milyonluq əmlakına həbs qoyulub. Yəqin ki, tezliklə o da 43 milyonuna qovuşar. Yazdım axı, bura Azərbaycandır. Burda kasıb təqaüd yaşına çata bilmir, Eldar Mahmudov isə ayda 6 min manat pensiya alır.
Dünən canımızı alanlar, bu gün dövlətdən pensiya alır...
Seymur VERDİZADƏ //yenisabah.az//

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kooperasiya Universitetində “YIĞIM MÖVSÜMÜ” - Şöbə müdiri qiymət üçün magistrlərə neçə manat “oxuyur?”
Bu gün, 11:18 |
|
|
|
• "Gələndən deyirlər soyunur, narahat olmayın altdan nə lazımdı geyinmişəm...” - Xalq artisti
Bu gün, 11:14 |
|
|
|
• Haaqa məhkəməsi toplaşacaq: - Azərbaycanın şikayətinə baxılacaq
Bu gün, 11:09 |
|
|
|
• "SOCAR Downstream Management”in direktoru dəyişib - İlteri Alxaslı əvəzlədi
Bu gün, 11:08 |
|
|
|
• İT İTİ ÖYƏR: Erməni şərqşünas Tehrana təriflər yağdırdı - “İran İrəvanın reaksiyasını gözləyir”
Bu gün, 11:05 |
|
|
|
• Bundan sonra molla rejimi ilə HANSI DİLDƏ DANIŞAQ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:01 |
|
|
|
• Mansur yavaşladı: Ərdoğan, yoxsa Kılıçdaroğlu? - GƏLİŞMƏ
Bu gün, 10:59 |
|
|
|
• Qarabağdakı quruculuğun MAYASINA HARAM QATANLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55 |
|
|
|
• Neftçalada polis məktəbliləri təlimatlandırır
Bu gün, 10:49 |
|
|
|
• Ermənilər Paşinyana hücum çəkdi
Bu gün, 10:48 |
|
|
|
• İranı idarə edən SİYASİ HOQQABAZLAR: LOTU MOLLALAR... - BELƏ DÖVLƏT OLUR?
Bu gün, 10:31 |
|
|
|
• Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO
Bu gün, 10:30 |
|
|
|
• Azərbaycanda DOLLAR BOLLUĞU YARANIB? - Ekspertlər danışır
Bu gün, 10:11 |
|
|
|
• "Gah deyiblər “Bakını raketlə vurarıq”, gah da “sərhədi keçərik”, - söyləyiblər" - İRAN AÇIQ DÜŞMƏNDİR!!!
Bu gün, 10:08 |
|
|
|
• Xaraba günə qalan GORANBOY... - Buraların yiyəsi YOXDUR?
Bu gün, 10:05 |
|
|
|
• Məktəbdə başlanan sevgi ŞANTAJA ÇEVRİLDİ: - ata övladının intim şəkilləri yayılmasın deyə...
Bu gün, 10:01 |
|
|
|
• Rüşvətə görə tutulan keçmiş vəzifəli şəxs şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:00 |
|
|
|
• "Blokadadayıq" deyib HARAY ÇƏKƏN Vardanyan Kəlbəcərdə... - FOTOLAR
Bu gün, 09:57 |
|
|
|
• Uşaq bağçalarını QAZANC YERİNƏ ÇEVİRƏNLƏR... - "...bu cinayətləri görmürlər?"
Bu gün, 09:53 |
|
|
|
• "Access Bank" qanunları BELƏ POZUR... - DETALLAR
Bu gün, 09:41 |
|
|
|
• Mirzoyandan Azərbaycana hədə: Bakı cavabsız qoymayacaq - NƏ BAŞ VERİR?
Bu gün, 09:34 |
|
|
|
• Fars-molla rejiminə türkiyəli diplomatdan AÇIQ İSMARIC - "İrana Şuşa Bəyannaməsini xatırladıram..."
Bu gün, 09:30 |
|
|
|
• "Optimal Elektronika" alqı-satqı məsələsinə görə - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 09:28 |
|
|
|
• "23 ildir ki biz buranın səhmdarıyıq..." - Bakıda ETİRAZ
Bu gün, 09:20 |
|
|
|
• Bu terror aktını Azərbaycanın hüquq-mühafizə orqanları araşdırmalıdır - ÇAĞIRIŞ
Bu gün, 09:18 |
|
|
|
• "QOSQOCA" İran kəşfiyyatının ABSURD TAMAŞASI... - Meymunluğunuza BİR QUŞ...
Bu gün, 09:15 |
|
|
|
• Vasif Talıbovun həbsi üçün DÜYMƏ BASILIB - İLGİNC
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycan təhlilçilərindən səfirliyə hücuma baxış - “İran üzr istəməsə...”
Bu gün, 09:08 |
|
|
|
• Qorxulu Tehran: terrorun doğurduğu suallar - NƏ BAŞ VERİR?
Bu gün, 09:06 |
|
|
|
• Ermənistanda hərbçilərin qəsdən yandırıldığı iddia olunur - Ermənistan KİV
Bu gün, 09:04 |
|
|
|
• “Bütün umu-küsüləri kənara qoyub, kino ittifaqlarını birləşdirmək lazımdır” - ÇAĞIRIŞ
Bu gün, 09:02 |
|
|
|
• Bu idarədə işçinin haqqını yeyirlər... - NARAZILIQ VAR!
Bu gün, 09:00 |
|
|
|
• "Azəriqaz" vətəndaşın başına OYUN AÇIR - MÜRACİƏT
Bu gün, 08:57 |
|
|
|
• "Törədilmiş terror aktının təhlükəsizlik məsələsinə də aidiyyəti var" - Eldar Namazov
Bu gün, 08:50 |
|
|
|
• Yeni tikilmiş bina evlərinə də çıxarışlar verilmir - NİYƏ?
Bu gün, 08:49 |
|
|
|
• Maşından zibil atmağa görə cəzanı sərtləşdirmək lazımdırmı? - AKTUAL
Bu gün, 08:47 |
|
|
|
• Kreml Paşinyanı “taxtdan salır” - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• İranın Azərbaycandakı səfirliyi də TERROR sözünü işlətmədi - "Bu acı hadisə..."
Dünən, 18:21 |
|
|
|
• Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB
Dünən, 18:19 |
|
|
|
• Səfirliyə "Kalaşnikov"la hücumu "məişət məsələsi"nə çevirmək cəhdi – BU, TERRORDUR
Dünən, 18:08 |
|
|
|
• Bu da İranın SİMASIZLIĞINA DAHA BİR DƏLİL - Danışan foto...
Dünən, 18:05 |
|
|
|
• Emin Topçiyevin direktoru olduğu daha 3 şirkət ləğv olunur - TƏFƏRRÜAT
Dünən, 18:03 |
|
|
|
• Sirlər açılır: səfirliyə hücumdan öncə nə baş verib? - FOTOFAKT
Dünən, 17:59 |
|
|
|
• Cənubi Azərbaycanda etirazlar gözlənilir - Sosial şəbəkələrdən başlayacaq
Dünən, 17:51 |
|
|
|
• 2 nəfər saxlanılıb: Onlar İran vətəndaşlarının yaratdığı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər - VİDEO
Dünən, 17:50 |
|
|
|
• Mingəçevir sakini Məşğulluq Mərkəzinin müraciətlərə cavab vermədiyini deyir - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Bankdan kredit götürüb, maşın almaq üçün xalası oğluna göndərdi, amma… - NAXÇIVAN SAKİNİ İÇRAÇIDAN ŞİKAYƏTÇİDİR
Dünən, 17:37 |
|
|
|
• Masallıda BULANIQ SUDA BALIQ SEVDASI... - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 17:33 |
|
|
|
• Avropa İttifaqı DÜRÜST OLMALIDIR - Ona görə ki...
Dünən, 17:28 |
|
|
|
• İran xüsusi xidmətinin Azərbaycana qarşı PLANI BELƏ CIZILDI
Dünən, 17:26 |
|
|
|
|