
Ermənistanda 12 vergi məmuru həbs edilib.
DİA.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, buna onların rüşvət alması səbəb olub.
Kütləvi həbsin təfərrüatları, o cümlədən məmurların adları hələ açıqlanmayıb.