
DİA.AZ: - "Naxçıvanın demək olar ki, bütün məmurları müxtəlif vasitələrlə məni xahiş yağmuruna tuturlar: kimdən yazırsan yaz, məndən yazma". DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.
Jurnalist daha sonra qeyd edir: "Mənim bu cür xahişləri yerinə yetirməyim Naxçıvanı yenidən xan üsul idarəsinə təslim etməyim deməkdir. Bu isə soyub-soyub quyruğunda "murdarlamaq" mənasına gəlir. Mən isə imza atdığım şah əsərimi kiminsə xahişinə qurban vermərəm. Edə biləcəyim yeganə "yaxşılıq" qarşı tərəfin mövqeyini də işıqlandırmaqdır. Bu isə mənim "yaxşılığım" yox, jurnalist kimi vəzifə borcumdur.
Minnətçilərə tövsiyəm: mətbuat xidmətlərimizin fəaliyyətini aktivləşdirin".