İrana qarşı koalisiya: Azərbaycan qoşulanlar siyahısında olacaq? .....                     MTN generalı və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib .....                     İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər .....                     Azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar .....                     Od tutub yanan "qaraj" qiymətləri: .....                     İrəvanda daha bir ETİRAZ .....                     "Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır" .....                     Ukraynada Rusiya ordusunun 2 mayoru öldürülüb .....                     YTP məhkəmə qərarını icra etmir .....                     Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib .....                     Gənclər üçün Prezident mükafatları verilib .....                     Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir… .....                     İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: .....                     "Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi" .....                     GÜNÜN BAXIŞ BUCAĞI... .....                     Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə .....                     “Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə .....                     "Sem-Az" şirkəti .....                     Zeynəb Dostəliyeva .....                     Erməni "Telegram" kanallarının növbəti "fake"i .....                     Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... .....                     Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə .....                     Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub .....                     Gültəkin Hacıbəyliyə bəraət verildi .....                     Sabah dollar neçəyə olacaq? .....                     Taksilərin də QİYMƏTİ QALXIR? .....                     Azərbaycanda banklar bağlanır? .....                     DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ .....                     Dərman qıtlığı daha da DƏRİNLƏŞİB .....                     İranın PSİXİ PROBLEMİ... .....                     Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə .....                     Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, .....                     İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... .....                     Çevik Polis Alayına komandir təyin edilib .....                     Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. .....                     2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... .....                     Erməni politoloqdan gülməli iddia: .....                     Erməni saytı İrəvanı ifşa etdi: .....                     Xoya yardım edən futbolçunun hesabı bloklandı .....                     İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis .....                 

Göyçayda veterana ƏL TUTAN YOXDUR... - GİLEY
Tarix: 25-01-2023, 08:00 | Çap et
Göyçayda veterana ƏL TUTAN YOXDUR...
Göyçayın Mırtı kənd sakini 29 yaşlı Vüqar İsayev on ildir ki, təməli qoyulan evini tikib yekunlaşdıra bilmir. Səbəb isə imkansızlıqdır.

Meydan TV-yə danışan müharibə veteranı deyir ki, 2 yaşında anasını xəstəlikdən itirib, nənəsinin və bibisinin himayəsində böyüyüb. Hərbi xidmətini başa vurduqdan sonra dəfələrlə iş üçün müraciət etsə də, fəhləlikdən başqa iş tapa bilməyib.

Hazırda atasının ikinci ailəsi və bibisi ilə birlikdə köhnə, yaşayışa yarasız iki otaqlı evdə məskunlaşıb. Ötən əsrin 50-ci illərində tikilən evin isə nə tavanı, nə divarı, nə də şəraiti yaşayışa uyğundur.

Deyir ki, onun istəyi bir müharibə iştirakçısı kimi aidiyyəti qurumların onun evinin tikintisinə kömək etməsidir, ancaq müraciətlərinə baxan yoxdur. Əvəzində: “Get özümüz səni çağırarıq”, – deyib yola salırlar.

Vüqar İsayev 2020-ci ilin sentyabrın 21-dən dekabrın 31-dək Suqovuşan, Ağdərə istiqamətində döyüşlərdə iştirak edib:

“Çətinlik, soyuq bilməmişəm. Topçu olmuşam. Canımı belə verməyə hazır idim. İki medalım var. İki dəfə Göyçayın icra başçısının qəbuluna getmişəm. İlk dəfə görüş oldu, dedilər ki, özümüz, çağıracağıq. Sonra yenə qəbula getdim, buraxmadılar. Dəfələrlə vəd verib aldadıblar. Heç bir rəsmi işim yoxdur, işsizəm, ancaq torpaq əkib, heyvan saxlamaqla dolanırıq. Ailədə 6-7 nəfərik, 52 yaşlı bibimə də mən baxıram. Tək gəlirim 80 manat veteran pensiyasıdır”.

“Yaşadığımız tikili 70 ilin evidir. İki ailə hər an uçub-dağılma ehtimalı olan evdə qalır. Arada digər əmimin evində qalırıq. Onun da şəraiti yoxdur. İş də yoxdur ki, gedib işləyəsən, ayda maaş alasan. Hazırda dükana 600 manat borcluyam”, – deyə İsayev bildirib.

“6-7 nəfər iki darısqal otaqda qalırıq”

O deyir ki, heyvanlarını sataraq, eləcə atasının və qazi əmisinin köməkliyi ilə yeni tikilən evinin divar hörgüsünə yetəcək qədər mişar daşı alıb.

Divarın hörgü işlərini kənd sakinləri ilə birlikdə vurub yekunlaşdırmağı planlaşdırsa da, evini tikib köçməyə ümüdsizdir. Çünki nə maddi vəsaiti, nə tikinti materialı var ki, işi tamamlasın:

“10 ildir ki, bu evi tikməyə başlamışam. Tikinti materiallarına kömək lazımdır ki, başladığım işi bitirim. İmkansızlıqdan heyvanlarımı satdım. Bilirəm ki, vəsait və tikinti materialı olmadığından ev yenə yarımçıq qalacaq. Aylıq 80 manatlıq təqaüd isə ancaq ərzaqa gedir. Banklar da kredit vermirlər ki, təqaüdün məbləğ azdır. Əlavə gəlir yeri tələb edirlər. Evin tikintisinə gücüm çatmır, yaş da ötür. 6-7 nəfər iki darısqal otaqda birgə qalırıq. Subayam, ailə qurmalıyam. Evsiz necə? İndi bibimlə evsiz, şəraitsiz bir durumda qalmışıq. İş olsa, yaxşı olar. İki otaqlı evin ərsəyə gəlməsi üçün bundan sonra 20 min lazımdır. Lap 15 mininə kömək olsa, nəsə etmək olar. Hansı quruma gedirəmsə, xahiş edirəm ki, pul deyil, material şəklində kömək etsinlər. Çox istərdim ki, aidiyyəti qurumlar müraciətlərimi nəzərə alsınlar. Biz də heç olmasa, bir otağı tikib köçə bilək”.

“Müharibə olsa, yenə birinci bizim uşaqları aparacaqlar”

Müharibə iştirakçısının atası Gündüz İsayev işsizdir, arada fəhləliklə gunəmuzd qazana bilir. Özü də iki il birinci Qarabağ döyüşlərində iştirak edib. İndi isə köhnə evdə yaşadığını, xəstə həyat yoldaşı, iki qız övladına güclə baxdığını deyir.

Onun sözlərinə görə, müxtəlif dövlət orqanlarına etdikləri müraciətlər nəticəsiz qalır:

“1994-96-cı illərdə iki il Füzuli, Ağdam, Tərtər istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Mən bir ata kimi dəfələrlə aidiyyəti qurumlara evə, veteranlığıma görə müraciət etmişəm. Heydər Əliyev Fonduna, ölkə başçısına, rayon icra hakimiyyətinə yazıb kömək istəmişəm. Məktublarıma cavab veriblər ki, ərizənizə baxılacaq, amma nə nəticə var, nə də dəstək. Qardaşım Nüsrət İsayev də (Vüqar İsayevin əmisi – red) Qarabağ qazisidir. Ona da ev tikilməli idi, ancaq tikilməyib. Oğlum da döyüşüb, iki medalı var. Nə olar ki, dövlət bizim bu müraciətə baxa. Qaldığımız evin arxa divarı çökür. Hər yer çatlaqdır. İş olandan-olana fəhlə işləyirəm. Pul istəmirik ki, material versinlər. Yenidən aidiyyəti qurumlara məktub yazmışıq. Hələ də cavab yoxdur, amma müharibə olsa, yenə birinci bizim uşaqları aparacaqlar”.

“YAŞAT” Fondu və ƏƏSMN onlara aid olmadığını deyir…

“YAŞAT” Fondunun mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev Meydan TV-yə bildirib ki, müraciət edən şəxs müharibə veteran olduğundan fondun subyekti hesab olunmur:

““YAŞAT” Fondunun subyektləri Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailələrinin üzvləri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşları və ya həlak olmuş əməkdaşların ailə üzvləri olduğundan şəxsin müraciətinə baxılması Fondun səlahiyyətləri xaricindədir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Sosial Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov da vətəndaşın müraciəti ilə bağlı sorğuya oxşar cavabı verib:

“Şəhidlərimizin ailə üzvləri və müharibə əlillərimizin mənzil şəraitinin yaxşılaşdırılması ehtiyac olduqda qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər. İsayev Vüqar Gündüz oğlu qeyd olunan kateqoriyaya aid olmadığından, yəni müharibə əlili olmadığı üçün onun mənzil ya fərdi evlə təminatı Nazirliyin səhahiyyətləri xaricindədir”.

“Hələ bilmirik ki, bizə nə ayrılacaq, nə edə bilərik…”

Göyçayın icra başçısının müavini Zivər Zeynalova Meydan TV-yə deyib ki, bu cür müraciətlər üçün büdcədən pul ayrılsa da, imkanları çərçivəsində qismən kömək olunur:

“O da ancaq yerindəcə baxış keçirilib, yekun rəy verildikdən sonra. Bu il üçünsə hələ büdcədən pul ayrılmadığından dəqiq heç nə deyə bilməyəcəyik”.

“Ötən il icra hakimiyyətinə vəsait ayrılmışdı. Müəyyən vətəndaşlar üçün işlər görüldü. İndi isə il yeni başlayıb. Hələ büdcəmiz formalaşmayıb. Hələ bilmirik ki, bizə nə ayrılacaq, nə edə bilərik?! Ona görə də gəlib yerindəcə baxış keçirəcəyik, memarlığın əməkdaşlarını yönləndirəcəyik ki, baxsınlar. Ancaq deyim ki, o evi tamamilə tikəcəyik yox. Bunu hələ dəqiq bilmirik. İşə gəlincə, ancaq marketdə və konserv zavoduna minumum əməkhaqqına fəhlə işi var. İstəsə, gedib orada çalışar, yox, istəməsə, artıq başqa işimiz də yoxdur”, – deyə icra başçısının müavini bidirib.

Meydan TV

Göyçayda veterana ƏL TUTAN YOXDUR...





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrana qarşı koalisiya: Azərbaycan qoşulanlar siyahısında olacaq? - GƏLİŞMƏ
Bu gün, 19:00
MTN generalı və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib
Bu gün, 18:34
İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər - İNCƏLƏMƏ...
Bu gün, 18:10
Azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar - DƏRD BUDUR EEE...
Bu gün, 18:08
Od tutub yanan "qaraj" qiymətləri: - 1 maşın yeri üçün nə qədər istəyirlər?
Bu gün, 18:06
İrəvanda daha bir ETİRAZ - "Çörək məsələsidir, sonadək gedəcəyik"
Bu gün, 18:01
"Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır" - BU NƏDİ BELƏ?
Bu gün, 17:58
Ukraynada Rusiya ordusunun 2 mayoru öldürülüb
Bu gün, 17:56
YTP məhkəmə qərarını icra etmir - Rezidentlə texnopark arasında qalmaqal davam edir
Bu gün, 17:49
Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:47
Gənclər üçün Prezident mükafatları verilib - SİYAHI
Bu gün, 17:45
Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir… - İKİNCİNİN ÖLKƏDƏN QAÇDIĞI BİLDİRİLİR…
Bu gün, 17:43
İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: - “Xoruza, keçiyə olar, itə olmaz?”
Bu gün, 17:41
"Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi"
Bu gün, 17:37
GÜNÜN BAXIŞ BUCAĞI... - HƏ... BELƏDİR...
Bu gün, 17:35
Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə gündəmə çevrildi
Bu gün, 17:30
“Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə - ŞİKAYƏT EDİB
Bu gün, 17:25
"Sem-Az" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 17:21
Zeynəb Dostəliyeva ÖLÜM AYAĞINDADIR
Bu gün, 17:18
Erməni "Telegram" kanallarının növbəti "fake"i - Gəncədə hərbi hissədə yanğın məlumatı yalandır
Bu gün, 17:12
Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... - İDDİA
Bu gün, 17:11
Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə - GƏLİŞMƏ
Bu gün, 17:03
Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub - DETALLAR
Bu gün, 17:02
Gültəkin Hacıbəyliyə bəraət verildi
Bu gün, 17:01
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Taksilərin də QİYMƏTİ QALXIR? - AÇIQLAMA
Bu gün, 16:58
Azərbaycanda banklar bağlanır? - “Bu gündən qoyulan yeni qayda...”
Bu gün, 16:57
DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ - KÜTLƏVİ HƏBS VƏ...
Bu gün, 16:55
Dərman qıtlığı daha da DƏRİNLƏŞİB – Məsələ niyə həll OLUNMUR?
Bu gün, 16:47
İranın PSİXİ PROBLEMİ... - NƏ ETMƏLİ?
Bu gün, 16:38
Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə - NARAZILIQ VAR!
Bu gün, 16:37
Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Bu gün, 16:33
İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... - Ekspert danışır
Bu gün, 16:30
Çevik Polis Alayına komandir təyin edilib - AÇIQLAMA
Bu gün, 16:26
Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. - 21-ci əsrdir eee...
Bu gün, 16:24
2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... - BU DA FAKT!!!
Bu gün, 16:22
Erməni politoloqdan gülməli iddia: - “Səfirlikdəki terroru Britaniya Turan layihəsinə görə törədib”
Bu gün, 16:20
Erməni saytı İrəvanı ifşa etdi: - "Xankəndidə naringi də satılır, yerkökü də"
Bu gün, 16:17
Xoya yardım edən futbolçunun hesabı bloklandı - Bu da onların MÜSƏLMANÇILIĞI...
Bu gün, 16:15
İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis TƏYİN OLUNDU
Bu gün, 16:13
Abşerona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 16:12
MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi - Məzələnirlər?..
Bu gün, 16:01
“PSG Finans” BOKT - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 15:59
“Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” - ÇAĞIRIŞ
Bu gün, 15:57
Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər - "Ayrılan müavinətdən yararlana bilməmişik..."
Bu gün, 15:53
“Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur” - deputat
Bu gün, 15:49
Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün, 15:45
Türkiyə-Naxçıvan sərhədi açılıb - MÜJDƏ
Bu gün, 15:43
"Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!" - NARAZILIQ VAR!
Bu gün, 15:41
ANAMA sədrinə birinci müavini TƏYİN OLUNDU
Bu gün, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : d[email protected]
Designed by Daraaz.net
�������@Mail.ru