
DİA.AZ: - Naxçıvanda həyata keçirilməkdə olan islahatlar və bu islahatların ilk olaraq gömrükdən başlaması vətəndaşlarımızda, xüsusən də Naxçıvan sakinlərində böyük ümidlər yaratmış oldu. İnam yarandı ki, nəhayətdə millətin canı Vasif Talıbovun eybəcər qanunlarından qurtula. Amma görünəni odur ki, bu hələ də belə deyil və DİA.AZ olaraq aşağıda təqdim edəcəyimiz fakt da belə deməyə əsas yaradır.

Culfa Gömrük Keçid Məntəqəsindəki bugünkü vəziyyət
DİA.AZ bildirir ki, Naxçıvanda aparılan islahatları sabotaj edən "xan" gömrükçüləri vətəndaşların öz mallarını arabayla daşımasına izn vermir. Vətəndaş da məcbur olub malları belinə yükləyib sərhəddən keçirir və nəticədə belə biabırçı mənzərə ortaya çıxır. Və ən əsası bu cür qürur qırıcı hadisələr Azərbaycana şir quyruğu göstərən İranın gözü qarşısında baş verir.
Yer üzünə"xan" rejimi qədər öz vətəndaşını aşağılayan, dosta-düşmənə güldürən ikinci hakimiyyət yer üzünə gəlməyib, gəlməyəcək də.
Daha ətraflı aşağıdakı VİDEODA:
bura tıklayın video üçün...