Naxçıvan Maliyyə Nazirliyində yoxlamalar keçirilir .....                     “Ermənilər sülh danışıqlarından qaçır və...” .....                     “Şikayətçilərə “Azərqaz”ın baş idarəsində deyiblər ki, qaz olsa, sizə yalnız qaz yox, hətta ördək də verərik” .....                     "Bu gedişlə dəlilik edib Kiyevə təyyarə də verəcəklər" .....                     `Rahat Telekom`un yaratdığı NARAHATÇILIQ... .....                     "Euro Holding" şirkəti .....                     İranı silkələyən TÜRK ÜSYANLARI .....                     Mərkəzdə yerləşən şəhər xəstəxanasında YEYİNTİ... .....                     Atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib .....                     “AzerGold” QSC-də 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib .....                     Güney Azərbaycandakı soydaşlarımız rejimin GİROVLARIDIR... .....                     Məhkəmə "Optimal Elektronika"ya qarşı qərar verdi .....                     Surqutdakı diasporumuz deyəsən, .....                     Saakaşvilinin TALEYİ NECƏ OLACAQ? .....                     Daha bir əcnəbi Ermənistan prezidentini məhkəməyə verib .....                     “Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək” .....                     Ermənistan-Azərbaycan münasibətlərində YENİ MƏRHƏLƏ... .....                     Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib .....                     Əyalətdə pulu belə yeyirlər... .....                     “Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb” .....                     Vasif Tağıyevin şəxsi qəhrəmanlığı və molla rejiminin planları... .....                     “ABŞ bölgəyə girmək, Rusiya isə çıxmaq istəmir” .....                     İran bu məqsədlə casuslarını ölkəmizə yerləşdirib .....                     Binəqədinin icra başçısı ÖZBAŞINA QALIB .....                     Kiçik siyasi partiyalar niyə birləşmək istəmir? .....                     "Chameleon Group" şirkəti MƏHKƏMƏYƏ VERİLDİ .....                     "Media haqqında" Qanuna və reyestrə etirazlar... .....                     “Dedim, 37-ci il deyil… özüm gedərəm” .....                     Məhkəmə Kəmaləddin Heydərovun bacanağına qarşı iddianı rədd etdi .....                     Səhiyyə nazirinə 50-yə yaxın müraciət yazan Cəlilabad sakini NƏLƏRİ AÇIQLADI .....                     Azərbaycanda artan ölüm: Virusun yeni ştammı öldürür? .....                     Azərbaycan və Ermənistan müharibə riski ilə üz-üzə, İran-Azərbaycan gərginliyi .....                     Kompleks Qazma İşləri Trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Fars-molla rejiminin AZƏRBAYCANDAKI DAYAQLARI... .....                     Fuad Nəcəfli Naxçıvanı DƏYİŞƏCƏKMİ? .....                     Respubilka Dəri-Zöhrəvi Mərkəzinin köçürülmə ehtimalı var .....                     Gediş haqqının 5 faizi kimin mənzilinə gedib çıxır? .....                     Paşinyan uşaq vaxtı da belə olub... .....                     Bakıdan ŞARJ OLUNAN AVROPA... .....                     "İnsanlar sanksiyalardan yorulub, rejimdən bezib" .....                 

Pensiyalar Füzuli Ələkbərovun dövründə saxtalaşdırılıb - REAKSİYA
Tarix: 7-12-2022, 17:06 | Çap et
Pensiyalar Füzuli Ələkbərovun dövründə saxtalaşdırılıb
“Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Baş Prokurorluğa göndərdiyi məlumatda qeyd olunan 51 nəfərin pensiyası 2013-cü ilin may ayınadək olan dövrdə təyin olunub”.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili öz feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, pensiya təyin olunmuş həmin şəxslərin şəxsiyyət vəsiqəsində doğum tarixi haqqında məlumatların saxtalaşdırması halları aşkarlanıb: “Sığorta haqlarının şəxsi hesablarda əks etdirilməsi üçün son illər DSMF tərəfindən mühüm işlər aparılır. Hələ 2006-2016-cı illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş 1,2 milyard manat vəsait artıq fərdi hesablara bərkidilib ki, bu da sosial sığorta iştirakçılarının hüquqlarının qorunmasına yönələn mühüm addımdır”. Rəşad Mehdili vurğulayıb ki, DSMF Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə bu il ilk dəfə konsolidə edilmiş maliyyə hesabatını audit rəyi ilə birlikdə dərc edib.

Qeyd edək ki, 7 fevral 2006-cı il - 22 oktyabr 2013-cü il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov olub.

Xatırladaq ki, 2021-ci il üçün Dövlət sosial müdafiə fondunun (DSMF) icra olunmuş gəlir və xərc göstəriciləri üzrə bəzi uyğunsuzluqlar aşkar olunub. Məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixədək pensiya təyin edilməklə 884 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

***

13:20

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda (Fond) aparılmış audit büdcədənkənar dövlət fondunun gəlir və xərc göstəricilərinin hesabatlarda doğru əks olunması, eləcə də publik hüquqi şəxs qismində vəsaitlərin idarəolunması ilə bağlı fəaliyyətin (pensiya və müavinətlərin təyin edilməsi istisna olmaqla) hüquqi aktlara uyğunluğu vəziyyətini əhatə edib.

Bu barədə Hesablama Palatasının məlumatında bildirilib.

Qeyd olunub ki, 2021-ci il üçün Dövlət sosial müdafiə fondunun icra olunmuş gəlir və xərc göstəriciləri cəmi məbləğ baxımından hesabatlarda düzgün əks etdirilsə də, ayrı-ayrı istiqamətlər üzrə bəzi uyğunsuzluqlar aşkar olunub. Belə ki, Fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsi ilə bağlı hüquqi aktlarda qeyd edilmiş tələblər tam təmin olunmayıb, bu isə sair daxilolmaların məbləğinin hesabatlarda 8,7% çox göstərilməsi ilə nəticələnib, Fond və İşsizlikdən sığorta fondu üzrə sair daxilolmaların məbləğinin düzgün uçota alınmaması, elektron informasiya bazalarının aidiyyəti qurumlar tərəfindən tam uyğunlaşdırılmaması və vahid formatın hazırlanması prosesinin yekunlaşdırılmaması hesablanmış faiz və maliyyə sanksiyaları üzrə vergi orqanlarının məlumatları ilə müqayisədə fərq məbləğini formalaşıb.

Gəlir və xərclərin büdcə prosesini tənzimləyən aktların müəyyən etdiyi qaydada vahid büdcə təsnifatına uyğun şəkildə tərtib və icra olunmaması, eləcə də proqnozlaşdırma prosesində tələb olunan bir çox məlumatların məzmun baxımından təkmil olmaması, xüsusilə icra edilmiş vəsaitlər barədə hesabatlılığın müəyyən edilməməsi, son nəticədə, gəlir və xərclərin icra səviyyəsinə təsir göstərməklə yanaşı ayrılmış vəsaitlərlə bağlı “məqsəd-nəticə” uyğunluğunun ədalətli qiymətləndirilməsinə şərait yaradıb.

2006-2016-cı illər üzrə 1394,0 mln. manat məbləğində vəsaitin sığortaolunanların hesabı ilə eyniləşdirilmədiyi müəyyən olunub, Fond tərəfindən həyata keçirilmiş fəaliyyət nəticəsində həmin məbləğ 2021-ci ildə bir neçə dəfə azalsa da, ilin sonuna 274,6 mln. manat məbləğində sığorta haqları sığortaedənlər tərəfindən hesabatlarının verməməsi səbəbindən sığortaolunanlar üzrə bölüşdürülüb. Məlumatların müvafiq proqram təminatında real vaxt rejimində yüklənilməsi tam təmin edilməyib, bəzi hallarda isə bu iş gecikmələrlə həyata keçirilib, nəticədə 2021-ci il ərzində 40,8 mln. manat məbləğində sığorta haqqının Fond tərəfindən sığortaolunanların fərdi şəxsi hesablarında əks etdirilməyib. Ödənilmiş sığorta haqları üzrə sığortaedənlər tərəfindən hesabatların natamam verilməsi həmin vəsaitlərin sığortaolunanlar üzrə fərdi hesablarda qeydə alınmaması ilə nəticələnib ki, bu da, sığorta hadisəsinin baş verdiyi təqdirdə sığortaedən, sığortaolunan və sığortaçı arasında öhdəliklərin sərhədlərinin müəyyənləşdirilməsi və bu öhdəliklərin icrasına təsir göstərəcək risklər sırasına aid edilə bilər.

Dövlət öhdəliyinin dəqiq müəyyənləşdirilməməsi, həmçinin Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin də büdcə təsnifatı üzrə proqnozlaşdırılaraq icra edilməməsi, son nəticədə, öhdəlik-vəsait-nəticə qarşılıqlı uzlaşmasının təmin olunması, eləcə də, öhdəliyin azaldılması ilə bağlı tədbirlərin nəticəliyinin yüksəldilməsi imkanlarını məhdudlaşdırır. Bu istiqamətdə ilkin şərt olan öhdəliklərin istiqamətlər üzrə məbləğinin dəqiqləşdirilməsi ilə bağlı fəaliyyət də tam başa çatdırılmayıb.

Dövlət sosial müdafiə fondunun büdcəsi barədə qanunun 5-ci maddəsi ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqlarından daxil olan və Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə müəyyən edilmiş tənzimləməyə əməl olunmayıb, büdcə təşkilatlarından daxilolmaların proqnoz və icra göstəricilərinin artıqlaması ilə icra olunması fonunda 2021-ci ildə dövlət büdcəsindən ayrılmalı olan vəsait 6,8 dəfə çox azaldılıb.

Xərclərin ayrı-ayrı istiqamətlər üzrə hesabatlarda doğru əks olunması ilə bağlı toplanmış audit sübutları ilə ümumilikdə istifadə edilmiş vəsaitlərin hesabatlarda doğru əks olunduğu müəyyənləşdirilib, bununla yanaşı proqnozların əsaslı şəkildə tərtib edilməməsi səbəbindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən 3 müavinət növü üzrə 18,9 mln. manat məbləğində vəsaitə əlavə tələbatı yarandığı, 26 nəfər pensiyaçıya eyni zamanda 2 yerli orqan tərəfindən əmək pensiyası ödənişinin həyata keçirildiyi, eləcə də 6 nəfər pensiyaçının vəfatından sonrakı dövr üçün vəsait istifadə olunduğu aşkar olunub.

Ödənişi davam etdirilən pensiya işləri üzrə aparılmış seçmələr əsasında 24 rayon (şəhər) üzrə 51 şəxsə 20 aprel 2013-cü il tarixədək təyin olunmuş pensiya təyinatının həyata keçirilməsi zamanı doğum tarixi üzrə məlumatların əks etdirildiyi sənədlərdə düzəlişlərlər olunduğu, bu düzəlişlərlə yaş həddi hüquqi aktların müvafiq tələbinə uyğunlaşdırılmaqla həmin vətəndaşlara pensiya ödənildiyi müəyyənləşdirilib.

Dövlət sosial müdafiə fondun xərclərinin əsasən dövlət-vətəndaş öhdəliklərinin tənzimlənməsi məqsədi daşıdığını diqqətə alsaq, funksional və iqtisadi baxımdan xərclərin, eləcə də gəlirlərin təsnifləşdirilməməsi son nəticədə bu, ödəmə məbləği və həmin məbləğ müqabilində göstərilən xidmətin dəyəri arasında uyğunluğun müəyyənləşdirilməsini çətinləşdirib.

Fondun saxlanması xərclərinin həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun idarəetmə xərcləri ilə bağlı tələbinə uyğun olmuşdur. Xərclərin araşdırılması zamanı bəzi hallarda uyğunsuzluqlar aşkar edilib, müqavilə müddətinin hüquqi aktlarla müəyyən olunmuş prosedurların uzadılması cərimələrin hesablanılması ilə bağlı addımların tətbiqini məhdudlaşdırıb.

İctimai sektorun bir tərkib elementi olaraq publik hüquqi şəxs qismində fəaliyyət göstərən Fond tərəfindən konsolidə edilmiş maliyyə hesabatlarının tərtibi prosesinin yekunlaşmaması Fondun maliyyə vəziyyətinin müəyyənləşdirilməsinə şərait yaratmayıb, eləcə də əsas vəsaitlərinin uçotunun düzgün aparılmaması və əvəzsiz verilməsinin hüquqi taktların tələbələrinə uyğun həyata keçirilməməsi aktivlərin hesabatlılığında uyğunsuzluqlara səbəb olub.

Auditor tərəfindən məhdud əminlik səviyyəsində təsdiq edilmiş xərc istiqamətləri üzrə fəaliyyətinin, Fondun aparatın saxlanılması xərcləri və daxili nəzarət sisteminin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla, qüvvədə olan hüquqi aktlara əsasən uyğun olması barədə rəy təqdim edilib.

Qəbul edilmiş Kollegiya qərarında pensiya və müavinətlərin ödənilməsi istiqamətində nöqsanlar üzrə ümumilikdə 36,7 min manat vəsaitin bərpa edildiyi nəzərə alınıb, bu istiqamətdə 38,3 min manat artıq, 19 pensiyaçı üzrə 18,0 min manat əskik, həmçinin 115 pensiyaçı üzrə fərdi uçot məlumatlarında dəqiqləşmələr aparılaraq artıq və ya əskik ödəmələr müəyyənləşdirilmiş hallar üzrə vəsaitin, eləcə də bəzi müqavilələr üzrə 34,3 min manat çatışmazlıq məbləğinin bərpasının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Eləcə də, məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixədək pensiya təyin edilməklə 884,0 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.
//"Unikal"//




 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan Maliyyə Nazirliyində yoxlamalar keçirilir
4-02-2023, 11:34
“Ermənilər sülh danışıqlarından qaçır və...” - deputat
4-02-2023, 11:00
“Şikayətçilərə “Azərqaz”ın baş idarəsində deyiblər ki, qaz olsa, sizə yalnız qaz yox, hətta ördək də verərik” - Şahbaz Xuduoğlu
4-02-2023, 10:27
"Bu gedişlə dəlilik edib Kiyevə təyyarə də verəcəklər" - Rusiya səfiri
4-02-2023, 10:25
`Rahat Telekom`un yaratdığı NARAHATÇILIQ... - GİLEY
4-02-2023, 10:21
"Euro Holding" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
4-02-2023, 10:17
İranı silkələyən TÜRK ÜSYANLARI – Fars-erməni qardaşlığı soydaşlarımıza necə divan tutdu?
4-02-2023, 10:11
Mərkəzdə yerləşən şəhər xəstəxanasında YEYİNTİ... - "Uzi" üçün kilometrlərlə yol qət edilir...
4-02-2023, 10:06
Atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib - VİDEO
4-02-2023, 10:03
“AzerGold” QSC-də 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib
4-02-2023, 10:02
Güney Azərbaycandakı soydaşlarımız rejimin GİROVLARIDIR... - NƏ ETMƏLİ?
4-02-2023, 10:00
Məhkəmə "Optimal Elektronika"ya qarşı qərar verdi
4-02-2023, 09:57
Surqutdakı diasporumuz deyəsən, MİZAN-TƏRƏZİSİNİ İTİRİB...
4-02-2023, 09:56
Saakaşvilinin TALEYİ NECƏ OLACAQ? - 2 cümləlik TƏSVİR
4-02-2023, 09:53
Daha bir əcnəbi Ermənistan prezidentini məhkəməyə verib - DETALLAR
4-02-2023, 09:50
“Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək” – Rusiyalı politoloq
4-02-2023, 09:49
Ermənistan-Azərbaycan münasibətlərində YENİ MƏRHƏLƏ... - Ekspert danışır
4-02-2023, 09:47
Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib - "Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi..."
4-02-2023, 09:45
Əyalətdə pulu belə yeyirlər... - İDDİA
4-02-2023, 09:44
“Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb” - ABŞ İnstitutu
4-02-2023, 09:42
Vasif Tağıyevin şəxsi qəhrəmanlığı və molla rejiminin planları... - HAMINI UCDAN TUTMA QIRMALI İDİLƏR...
4-02-2023, 09:41
“ABŞ bölgəyə girmək, Rusiya isə çıxmaq istəmir” - NƏ BAŞ VERİR?
4-02-2023, 09:39
İran bu məqsədlə casuslarını ölkəmizə yerləşdirib - İLGİNC
4-02-2023, 09:38
Binəqədinin icra başçısı ÖZBAŞINA QALIB - "Gəlib əmlakımı söküblər..."
4-02-2023, 09:34
Kiçik siyasi partiyalar niyə birləşmək istəmir? - AÇIQLAMA
4-02-2023, 09:31
"Chameleon Group" şirkəti MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
4-02-2023, 09:28
"Media haqqında" Qanuna və reyestrə etirazlar... - jurnalistlər nəyi tələb edir?
4-02-2023, 09:27
“Dedim, 37-ci il deyil… özüm gedərəm” - Tanınmış aktyor İlqar Cahangirov
4-02-2023, 09:24
Məhkəmə Kəmaləddin Heydərovun bacanağına qarşı iddianı rədd etdi - TƏFƏRRÜAT
4-02-2023, 09:20
Səhiyyə nazirinə 50-yə yaxın müraciət yazan Cəlilabad sakini NƏLƏRİ AÇIQLADI - "Bizim rayonla maraqlanın..."
4-02-2023, 09:19
Azərbaycanda artan ölüm: Virusun yeni ştammı öldürür? - AKTUAL
4-02-2023, 09:17
Azərbaycan və Ermənistan müharibə riski ilə üz-üzə, İran-Azərbaycan gərginliyi - Həyəcan təbili...
4-02-2023, 09:15
Kompleks Qazma İşləri Trestində NƏ İŞLƏR ÇEVRİLİR? - Fəhlələr FAKT AÇIQLAYIR...
4-02-2023, 09:14
Fars-molla rejiminin AZƏRBAYCANDAKI DAYAQLARI... - NƏ ETMƏLİ?
4-02-2023, 09:01
Fuad Nəcəfli Naxçıvanı DƏYİŞƏCƏKMİ? - "Dəyişiklik görməmişəm... görsəm, deyərəm..."
4-02-2023, 09:00
Respubilka Dəri-Zöhrəvi Mərkəzinin köçürülmə ehtimalı var - Boş otaqlar ola-ola baş həkim...
4-02-2023, 08:57
Gediş haqqının 5 faizi kimin mənzilinə gedib çıxır? - ARAŞDIRMA
4-02-2023, 08:55
Paşinyan uşaq vaxtı da belə olub... - ELƏ BELƏ...
4-02-2023, 08:51
Bakıdan ŞARJ OLUNAN AVROPA... - İNCƏLƏMƏ...
4-02-2023, 08:49
"İnsanlar sanksiyalardan yorulub, rejimdən bezib" - İranda sonun başlanğıcı
4-02-2023, 08:47
Vasif Talıbovun HAKİM QOHUMU... - Di gəl məhkəmədən ƏDALƏT UM...
4-02-2023, 08:46
Bir əllə verdilər, digəri ilə aldılar... - Növbədə hansı qiymət artımlarıdır?
4-02-2023, 08:44
Yeni siyasi düzənə hazırlıq: - Partiyaların ideoloji xətti varmı?
3-02-2023, 19:00
“Fransanın qurduğu İran rejimi dağılacaq” - Başqa cür ola da bilməz...
3-02-2023, 18:12
Ermənistan Qərbin ayırdığı pulları İrana verir - Aİ-nin 18,5 milyon avro vəsait İran şirkətinə yönəldilib
3-02-2023, 18:10
Texnoparkda qalmaqal davam edir: - "Anar Nəbiyev əməkdaşları hədələyib, təhqir edib"
3-02-2023, 18:08
Yusif Qədimbəylinin QƏDİMYANA BƏYLİYİ... - İLGİNC İDDİALAR...
3-02-2023, 18:03
“Güclü ordumuz olsa, 7 rayonu geri qaytara bilərik” - Ermənilər yenə “qaşınır”
3-02-2023, 17:56
İcbari Tibbi Sığorta sistemindəki HƏRC-MƏRCLİK – Kimdir haqlı, həkim, yoxsa xəstə?
3-02-2023, 17:40
Erkin Qədirli `SAXTA` elan etdiyi Milli Məclisə GƏLDİ VƏ... - "Hər zaman olduğu kimi..."
3-02-2023, 17:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru