Naxçıvan Maliyyə Nazirliyində yoxlamalar keçirilir .....                     “Ermənilər sülh danışıqlarından qaçır və...” .....                     “Şikayətçilərə “Azərqaz”ın baş idarəsində deyiblər ki, qaz olsa, sizə yalnız qaz yox, hətta ördək də verərik” .....                     "Bu gedişlə dəlilik edib Kiyevə təyyarə də verəcəklər" .....                     `Rahat Telekom`un yaratdığı NARAHATÇILIQ... .....                     "Euro Holding" şirkəti .....                     İranı silkələyən TÜRK ÜSYANLARI .....                     Mərkəzdə yerləşən şəhər xəstəxanasında YEYİNTİ... .....                     Atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib .....                     “AzerGold” QSC-də 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib .....                     Güney Azərbaycandakı soydaşlarımız rejimin GİROVLARIDIR... .....                     Məhkəmə "Optimal Elektronika"ya qarşı qərar verdi .....                     Surqutdakı diasporumuz deyəsən, .....                     Saakaşvilinin TALEYİ NECƏ OLACAQ? .....                     Daha bir əcnəbi Ermənistan prezidentini məhkəməyə verib .....                     “Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək” .....                     Ermənistan-Azərbaycan münasibətlərində YENİ MƏRHƏLƏ... .....                     Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib .....                     Əyalətdə pulu belə yeyirlər... .....                     “Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb” .....                     Vasif Tağıyevin şəxsi qəhrəmanlığı və molla rejiminin planları... .....                     “ABŞ bölgəyə girmək, Rusiya isə çıxmaq istəmir” .....                     İran bu məqsədlə casuslarını ölkəmizə yerləşdirib .....                     Binəqədinin icra başçısı ÖZBAŞINA QALIB .....                     Kiçik siyasi partiyalar niyə birləşmək istəmir? .....                     "Chameleon Group" şirkəti MƏHKƏMƏYƏ VERİLDİ .....                     "Media haqqında" Qanuna və reyestrə etirazlar... .....                     “Dedim, 37-ci il deyil… özüm gedərəm” .....                     Məhkəmə Kəmaləddin Heydərovun bacanağına qarşı iddianı rədd etdi .....                     Səhiyyə nazirinə 50-yə yaxın müraciət yazan Cəlilabad sakini NƏLƏRİ AÇIQLADI .....                     Azərbaycanda artan ölüm: Virusun yeni ştammı öldürür? .....                     Azərbaycan və Ermənistan müharibə riski ilə üz-üzə, İran-Azərbaycan gərginliyi .....                     Kompleks Qazma İşləri Trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Fars-molla rejiminin AZƏRBAYCANDAKI DAYAQLARI... .....                     Fuad Nəcəfli Naxçıvanı DƏYİŞƏCƏKMİ? .....                     Respubilka Dəri-Zöhrəvi Mərkəzinin köçürülmə ehtimalı var .....                     Gediş haqqının 5 faizi kimin mənzilinə gedib çıxır? .....                     Paşinyan uşaq vaxtı da belə olub... .....                     Bakıdan ŞARJ OLUNAN AVROPA... .....                     "İnsanlar sanksiyalardan yorulub, rejimdən bezib" .....                 

"Valideynlərin pulu cibində qalacaq”: - ”Şagirdlər kursları gəzməyəcək, əgər...”
Tarix: 7-12-2022, 16:08 | Çap et
"Valideynlərin pulu cibində qalacaq”:
Ölkənin məktəb və təhsil sistemindən bəhs edərkən repetitorluq əsas müzakirə mövzularından biridir.

Artıq neçə illərdir ki, şagirdlərin səhərlər məktəbə, dərsdən sonra repetitor yanına hazırlığa “qaçması” adi hal alıb.

Qeyd edək ki, bir vaxtlar ancaq yuxarı sinif şagirdləri əlavə hazırlığa gedirdisə, illər keçdikcə daha aşağı siniflərdə, hazırda elə 1-ci sinifdən bunu görmək mümkündür.

Bu gün cavabı tapılmayan suallardan biri odur ki, əgər şagirdlər təhsil almaq üçün məktəbə gedirsə, o zaman əlavə repetitora nə ehtiyac var, yaxud əksinə.

Həmçinin səslənən suallardan biri də odur ki, şagirdlərin repetior yanına getməsi məktəblərdə müəllimlərin biliyi ilə bağlı problemdənmi qaynaqlanır, yoxsa DİM-in qəbul proqramları ilə bağlıdır?

DİA.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya bildirib ki, repetitorluq imtahanların ixtisaslar üzrə test üsulu ilə keçirilməsinə bağlı məsələdir:

“Çünki test tətbiq olunmayana qədər bizim pedoqoji termində repetitorluq olmayıb. Biz onu ancaq xarici ədəbiyyatlarda oxumuşuq. Ancaq 90-cı illərin əvvəlində qəbul imtahanı ixtisaslar üzrə mərkəzləşdirilmiş şəkildə test formasında keçirilməyə başlayıb, ondan sonra repetitorluq yarandı və tədricən inkişaf etdi. Hazırda repetitorluq məsələsinə istər mütəxəssislər, istərsə də rəsmilər tərəfindən birmənalı cavab yoxdur.

Elə vəziyyət yaranıb ki, sanki repetitorluğun tərəfdarları ilə əleyhidarları sözləşib, yarıya bölünüblər. Bir qrup repetitorluğun zəruriliyini, vacibliyini deyir. İndi belə bir mülahizələr səslənir ki, təhsilimiz repetitorların çiyni üzərində üzərində inkişaf edir. Digər tərəf hesab edir ki, repetitorluq məktəb mühitini dağıdır. Yəni iki cəbhəyə bölünüblər və bu proses davam edir. Repetitorluq qeyri-pedoqoji fəaliyyət sahəsidir. Yəni bunun rəsmiləşdirilməsi, leqallaşdırılması həll olunmayıb. Baxmayaraq ki, dəfələrlə bu məsələ üzərinə gediblər”.

Ekspert bildirib ki, ümumiyyətlə, reptitorluq fəaliyyətinin genişlənməsinin səbəbləri çoxdur:

“Zaman, vəziyyət, dəyərlər, münasibət, ictimai həyat dəyişib. Məktəb də cəmiyyətin bir hissəsidir. Bir vaxtlar ancaq 10-11-ci siniflərdə, şəhər məktəblərində, imkanlı ailələr bu prosesə qoşulurdusa, indi hətta ucqar kəndlərdə imkansız ailələr də çalışırlar ki, uşaqlarını 10 kilometrlərlə uzaqda rayon mərkəzinə repetitor kurslarına göndərsinlər. Bu, ildən- ilə inkişaf edir. Bir misalda olduğu kimi, bir qrup hesab edir ki, yağın şorbaya ziyanı yoxdur. Yəni uşaqdır, əlavə hazırlaşır, nə ziyanı var ki. Ancaq burada təhlükəli tendensiya odur ki, məktəb, müəllim nüfuzdan düşür, hörmətini itirir. Bizim strategiyada da əsas hədəflərdən biri kimi müəllim nüfuzunun yüksəldilməsi məsələsi qoyulub. Hazırda müəllim-repetitor anlayışı formalaşıb. Bu gün ən başlıca səbəb bilavasitə imtahanlarla bağlıdır. İmtahanlar ixtisaslar üzrə aparılır, bizim də mentalitet ona yönəlib ki, hamı istəyir övladı ali təhsil alsın, həyatda fəal mövqe tutsun. Ona görə də uşaqlarını ixtisaslar üzrə ibtidai siniflərdən başlayaraq müəllim yanına göndərirlər”.

Bu prosesin ziyanlı tərəfinə gəldikdə isə ekspert deyir ki, yetişməkdə olan nəsil birtərəfli inkişaf edir:

“Məktəbin vəzifəsi öz yetirmələrinə hansısa bilik məcmuəsi vermək deyil. Məktəbin vəzifəsi hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. İxtisas ali məktəbin vəzifəsidir. Bizim qəbul etdiyimiz müasir kurikulumların məqsədi səriştəyə əsaslanan şəxsiyyətyönümlü vətəndaş hazırlamaqdır. Repetitorluq yanına getmək şagirdləri hərtərəfli deyil, birtərəfli, seçdiyi sahəyə hazırlayır. Nə qədər ki, qəbul imtahanları ixtisas qrupları üzrə testlə keçəcək, repetitorluq da davam edəcək.

Burada fərqli cəhət odur ki, sovet dövründə ali məktəbə hazırlıq orta məktəbin tədris proqramları əsasında gedirdi. Məktəbdə nə öyrədilirdisə, uşaqdan o tələb olunurdu. İndi orta məktəb proqramları, dərslikləri ilə DİM-in hazırladığı testlər arasında müəyyən fərqlər var. Ona görə də uşaqlar orta məktəb proqramı üzrə deyil, DİM-in hazırladığı testlər əsasında hazırlaşırlar. Dərsliklər 4 ildən bir nəşr olunur. Elə məsələlər var ki, dərsliyə düşmür. Dərsliyə düşməyən məsələlər testə salınır. Yaxud məntiqlə bağlı suallar orta məktəbdə keçməyibsə, imtahanda göstəricilər zəif olur. Bundan başqa, qaydalar tez-tez dəyişdirilir və hansısa fənnlər salınır, yaxud çıxarılır. Yəni uşaqlar məcburdurlar ki, imtahanlara test əsasında hazırlaşsınlar.

Ümumiyyətlə, repetitorluq bu qədər inkişaf edə bilməz, ya rəsmiləşdirilməlidir, ya da başqa yol tapılmalıdır. “Təhsil haqqında” Qanuna məktəblərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə maddə salınıb. Repetitorluğun da sahibkarlıq fəaliyyəti kimi məhz həmin məktəbdə müəllim tərəfindən həyata keçirilməsi haqqında sərəncam, təlimat verilsə, şagird əlavə hazırlığını öz məktəbində keçər, başqa yerə, kurslara getməz”.

Ekspert müəllimlərə “savadsız” deyilməsinin tərəfdarı deyil:

“İndi məktəbdə həm güclü, həm də zəif müəllimlər var. Bəzi müəllimlər var, dərsi ürəkdən, potensialı səviyyəsində demirlər, amma kütləvi deyil. Yən uşağı özündən asılı salmaq halları var ki, şagird onun yanına hazırlığa gəlsin, əlavə məşğul olsun. Mən uzun illər təhsil sistemində çalışmışam. Bəzən uşaqla prinsip də aparan olur ki, filan müəllimin yanına gedirsən, bura gəlmirsən. Ona görə də məktəbdə təhsilin keyfiyyəti əsas amillərdən biridir. Repetitorluğun aradan qaldırılmasının əsas vəzifəsi odur ki, təhsil alan repetitor asılılığından azad edilməlidir. Məktəb elə təhsil verməlidir, DİM ilə orta ümumtəhsil məktəbin sualları elə uzlaşdırlmalıdr ki, repetitorluğa ehtiyac qalmasın”.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan Maliyyə Nazirliyində yoxlamalar keçirilir
4-02-2023, 11:34
“Ermənilər sülh danışıqlarından qaçır və...” - deputat
4-02-2023, 11:00
“Şikayətçilərə “Azərqaz”ın baş idarəsində deyiblər ki, qaz olsa, sizə yalnız qaz yox, hətta ördək də verərik” - Şahbaz Xuduoğlu
4-02-2023, 10:27
"Bu gedişlə dəlilik edib Kiyevə təyyarə də verəcəklər" - Rusiya səfiri
4-02-2023, 10:25
`Rahat Telekom`un yaratdığı NARAHATÇILIQ... - GİLEY
4-02-2023, 10:21
"Euro Holding" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
4-02-2023, 10:17
İranı silkələyən TÜRK ÜSYANLARI – Fars-erməni qardaşlığı soydaşlarımıza necə divan tutdu?
4-02-2023, 10:11
Mərkəzdə yerləşən şəhər xəstəxanasında YEYİNTİ... - "Uzi" üçün kilometrlərlə yol qət edilir...
4-02-2023, 10:06
Atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib - VİDEO
4-02-2023, 10:03
“AzerGold” QSC-də 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib
4-02-2023, 10:02
Güney Azərbaycandakı soydaşlarımız rejimin GİROVLARIDIR... - NƏ ETMƏLİ?
4-02-2023, 10:00
Məhkəmə "Optimal Elektronika"ya qarşı qərar verdi
4-02-2023, 09:57
Surqutdakı diasporumuz deyəsən, MİZAN-TƏRƏZİSİNİ İTİRİB...
4-02-2023, 09:56
Saakaşvilinin TALEYİ NECƏ OLACAQ? - 2 cümləlik TƏSVİR
4-02-2023, 09:53
Daha bir əcnəbi Ermənistan prezidentini məhkəməyə verib - DETALLAR
4-02-2023, 09:50
“Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək” – Rusiyalı politoloq
4-02-2023, 09:49
Ermənistan-Azərbaycan münasibətlərində YENİ MƏRHƏLƏ... - Ekspert danışır
4-02-2023, 09:47
Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib - "Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi..."
4-02-2023, 09:45
Əyalətdə pulu belə yeyirlər... - İDDİA
4-02-2023, 09:44
“Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb” - ABŞ İnstitutu
4-02-2023, 09:42
Vasif Tağıyevin şəxsi qəhrəmanlığı və molla rejiminin planları... - HAMINI UCDAN TUTMA QIRMALI İDİLƏR...
4-02-2023, 09:41
“ABŞ bölgəyə girmək, Rusiya isə çıxmaq istəmir” - NƏ BAŞ VERİR?
4-02-2023, 09:39
İran bu məqsədlə casuslarını ölkəmizə yerləşdirib - İLGİNC
4-02-2023, 09:38
Binəqədinin icra başçısı ÖZBAŞINA QALIB - "Gəlib əmlakımı söküblər..."
4-02-2023, 09:34
Kiçik siyasi partiyalar niyə birləşmək istəmir? - AÇIQLAMA
4-02-2023, 09:31
"Chameleon Group" şirkəti MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
4-02-2023, 09:28
"Media haqqında" Qanuna və reyestrə etirazlar... - jurnalistlər nəyi tələb edir?
4-02-2023, 09:27
“Dedim, 37-ci il deyil… özüm gedərəm” - Tanınmış aktyor İlqar Cahangirov
4-02-2023, 09:24
Məhkəmə Kəmaləddin Heydərovun bacanağına qarşı iddianı rədd etdi - TƏFƏRRÜAT
4-02-2023, 09:20
Səhiyyə nazirinə 50-yə yaxın müraciət yazan Cəlilabad sakini NƏLƏRİ AÇIQLADI - "Bizim rayonla maraqlanın..."
4-02-2023, 09:19
Azərbaycanda artan ölüm: Virusun yeni ştammı öldürür? - AKTUAL
4-02-2023, 09:17
Azərbaycan və Ermənistan müharibə riski ilə üz-üzə, İran-Azərbaycan gərginliyi - Həyəcan təbili...
4-02-2023, 09:15
Kompleks Qazma İşləri Trestində NƏ İŞLƏR ÇEVRİLİR? - Fəhlələr FAKT AÇIQLAYIR...
4-02-2023, 09:14
Fars-molla rejiminin AZƏRBAYCANDAKI DAYAQLARI... - NƏ ETMƏLİ?
4-02-2023, 09:01
Fuad Nəcəfli Naxçıvanı DƏYİŞƏCƏKMİ? - "Dəyişiklik görməmişəm... görsəm, deyərəm..."
4-02-2023, 09:00
Respubilka Dəri-Zöhrəvi Mərkəzinin köçürülmə ehtimalı var - Boş otaqlar ola-ola baş həkim...
4-02-2023, 08:57
Gediş haqqının 5 faizi kimin mənzilinə gedib çıxır? - ARAŞDIRMA
4-02-2023, 08:55
Paşinyan uşaq vaxtı da belə olub... - ELƏ BELƏ...
4-02-2023, 08:51
Bakıdan ŞARJ OLUNAN AVROPA... - İNCƏLƏMƏ...
4-02-2023, 08:49
"İnsanlar sanksiyalardan yorulub, rejimdən bezib" - İranda sonun başlanğıcı
4-02-2023, 08:47
Vasif Talıbovun HAKİM QOHUMU... - Di gəl məhkəmədən ƏDALƏT UM...
4-02-2023, 08:46
Bir əllə verdilər, digəri ilə aldılar... - Növbədə hansı qiymət artımlarıdır?
4-02-2023, 08:44
Yeni siyasi düzənə hazırlıq: - Partiyaların ideoloji xətti varmı?
3-02-2023, 19:00
“Fransanın qurduğu İran rejimi dağılacaq” - Başqa cür ola da bilməz...
3-02-2023, 18:12
Ermənistan Qərbin ayırdığı pulları İrana verir - Aİ-nin 18,5 milyon avro vəsait İran şirkətinə yönəldilib
3-02-2023, 18:10
Texnoparkda qalmaqal davam edir: - "Anar Nəbiyev əməkdaşları hədələyib, təhqir edib"
3-02-2023, 18:08
Yusif Qədimbəylinin QƏDİMYANA BƏYLİYİ... - İLGİNC İDDİALAR...
3-02-2023, 18:03
“Güclü ordumuz olsa, 7 rayonu geri qaytara bilərik” - Ermənilər yenə “qaşınır”
3-02-2023, 17:56
İcbari Tibbi Sığorta sistemindəki HƏRC-MƏRCLİK – Kimdir haqlı, həkim, yoxsa xəstə?
3-02-2023, 17:40
Erkin Qədirli `SAXTA` elan etdiyi Milli Məclisə GƏLDİ VƏ... - "Hər zaman olduğu kimi..."
3-02-2023, 17:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru