Hara gedir eee belə qalxa-qalxa?! .....                     İrana qarşı koalisiya: Azərbaycan qoşulanlar siyahısında olacaq? .....                     MTN generalı və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib .....                     İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər .....                     Azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar .....                     Od tutub yanan "qaraj" qiymətləri: .....                     İrəvanda daha bir ETİRAZ .....                     "Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır" .....                     Ukraynada Rusiya ordusunun 2 mayoru öldürülüb .....                     YTP məhkəmə qərarını icra etmir .....                     Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib .....                     Gənclər üçün Prezident mükafatları verilib .....                     Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir… .....                     İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: .....                     "Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi" .....                     GÜNÜN BAXIŞ BUCAĞI... .....                     Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə .....                     “Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə .....                     "Sem-Az" şirkəti .....                     Zeynəb Dostəliyeva .....                     Erməni "Telegram" kanallarının növbəti "fake"i .....                     Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... .....                     Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə .....                     Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub .....                     Gültəkin Hacıbəyliyə bəraət verildi .....                     Sabah dollar neçəyə olacaq? .....                     Taksilərin də QİYMƏTİ QALXIR? .....                     Azərbaycanda banklar bağlanır? .....                     DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ .....                     Dərman qıtlığı daha da DƏRİNLƏŞİB .....                     İranın PSİXİ PROBLEMİ... .....                     Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə .....                     Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, .....                     İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... .....                     Çevik Polis Alayına komandir təyin edilib .....                     Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. .....                     2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... .....                     Erməni politoloqdan gülməli iddia: .....                     Erməni saytı İrəvanı ifşa etdi: .....                     Xoya yardım edən futbolçunun hesabı bloklandı .....                 

"'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı – SENSASİON GƏLİŞMƏ
Tarix: 6-12-2022, 12:00 | Çap et
"'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı
Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M ) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Dekabrın 22-də baş tutan ilkin iclasda Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalınan gətirilən məhkum olunmuş şəxslərin qoluna qandal vurulmur.

İlkin iclasda hakim İlqar Murquzov məhkum olunmuş şəxslərə və zərərçəkənlərə hüquqlarını izah edib.

Bundan sonra məhkəmə katibi proses iştirakçıları barədə məlumat verib. Məlum olub ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edib. “Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun şəxsi əlamanı kimi hallanan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyatı məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.

Mövlam Şıxəliyevin vəkilindən hakimə etiraz – İşə təyyarə sürəti ilə baxırsız

Hakim İlqar Murquzov tərəflərin məhkəmə tərkibinə etirazlarının olub-olmaması məsələsini də araşdırıb. Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmə tərkibinə etirazlarının olduğunu açıqlayıb.

Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsinə istinad edən vəkil hakimin cinayət prosesində maraqlı tərəf olmasını təsdiq edən mötəbər sübutların olmasının əsas götürüldüyünü və qeyd-şərtsiz təmin edilməli olduğunu vurğulayıb.

Vəkil hakimin işi “təyyarə sürəti” ilə apardığını diqqətə çatdırmaqla, hakim İlqar Murquzovun uzun illər Respublika Prokurorluğunda işlədiyin, hazırda onun oğlu Emil Murquzov Respublika Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarədə çalışdığını bildirib.
Vəkil deyib ki, hakimin məhkəməni sürətli şəkildə aparması onun iradəsindən kənardır. Vəkil sədrlik edən hakimə etirazın faydasız olduğunu bildirməklə məhkəmə tərkibinə etiraz etdiklərini açıqlayıb.

Vəkil Bakı Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova ünvanladığı etirazı hakimə təqdim edib.

Hakim İlqar Murquzov etiraza tərəflərin münasibətini öyrənmək üçün ilk olaraq Mövlam Şıxəliyevə müraciət edib.

Mövlam Şıxəliyev vəkilinin təqdim etdiyi etirazın yalnız sədrlik edənə münasibətdə dəstəklədiyini bildirib:

-Siz Respublika Prokurorluğunun işçisi olmusunuz. Hazırda da oğlunuz Respublika Prokurorluğunun işçisidir. 2015-ci ildən 2021-ci ilin aprelin 5-nə qədər, mən həbs edilənə qədər mənim işim üzrə istintaqı aparan müstəntiq Mehdi Mirzəyev Bakı Hərbi Məhkəməsinə müraciət təqdim edib. Həmin müraciətində Mehdi Mirzəyev bildirib ki, öz vicdanının səsi ilə məhkəməyə müraciət edir, Mövlam Şıxəliyevin istintaqını 6 il müdətində mən aparmışam, onun əməlində heç bir cinayət tərkibi olmadığına görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Həmin müraciətin bir kopyasını vəkillərim xüsusi məlumat qaydasında cənab prezidentə göndəriblər, bir nüsxəsini çox hörmətli Fuad Ələsgərova göndərmişəm. Bununla əlaqədar ombudsmana müraciət etmişəm. Məhkəmə Hüquq Şurasının sədrinə və şəxsən sizə müraciə etmişəm. Baş Prokurorluqda gedən istintaq zamanı heç bir sübut, heç bir dəlil əldə edilməyib.

Hakim:

-1 dəqiqə, dediz ki, şəxsən sizə müraciət etmişəm. Belə şey olmayıb axı...

Mövlam Şıxəliyev:

-Sizə göndərmişəm.

Hakim:

-O, başqa şeydir. İkincisi, etiraz verilib tərkibə.

-Mənim etirazım şəxsən sizədir. Oğlunuz Baş Prokurorluğun İttiham İdarəsində işləyir, özünüz də uzun illər Baş Prokurorluqda işləmisiz. Baş Prokurorluq da mənə qarşı qərəzli istintaq aparıb, ehtimallarla, fərziyyələrlə ittiham aktı tərtib ediblər. Bu zalda ittihamçı prokuror əyləşib, əgər bircə epizod üzrə bircə sübut təqdim eləsə mən ittihamla razıyam.

Hakim:

Müdafiəçiniz tərkibə etiraz edir, siz də deyirsiz ki, tərkibə yox, mənə etiraz edirsiz.

Vəkil Ceyhun Yusifov:

-İcazə verin yaxınlaşıb, mövqeyi dəqiqləşdirim.

Vəkil müvəkkilinə yaxınlaşdı və məsləhətləşdi. Bundan sonra yalnız sədrlik edən İlqar Murquzova etiraz etdiklərini bildirdi.

Mövlam Şıxəliyev: “Məni sifarişlə həbs ediblər”

Bundan sonra Mövlam Şıxəliyev çıxışını davam etdirdi:

-Hörmətli sədr, bu işin qeyri-adi istintaq olunmasını siz araşdırma zamanı görəcəksiniz. Xahiş edirəm ki, məhkəmə tam istintaqala aparılsın. Məni sifarişlə həbs ediblər.

Hakim:

-Bu məsələ müzakirə olunmur.

-Xahiş edirəm dinləyin. Burada zərərçəkən kimi tanınan iki zərərçəkən də məhkəmə zalında dedilər ki, Mövlam Şıxəliyev sifarişlə tutulub. Bunlardan biri Hüseyn Səfərov, o biri də Akif Qurbanov. Əgər ittiham tərəfində bircə sübut varsa, ortaya qoysunlar...

Hakim:

-Mövlam Şıxəliyev, biz araşdırmaya başlamamışıq. Sizin vəkiliniz etiraz verib. Etiraz müzakirə olunur.

Zərərçəkənlər Mövlam Şıxəliyevin vəkilinin təqdim etdiyi etirazın təmin edilməməsini istəyiblər.

Mövlam Şıxəliyevin “podelnik”ləri ona qarşı çıxdı
Mövlam Şıxəliyevlə müttəhimlər kürsüsünü bölüşən, sabiq işçiləri olan şöbə rəisləri Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərov da etiraza qarşı çıxıblar, etirazın təmin edilməməsini istəyiblər.

Bu zaman Mövlam Şıxəliyevin sabiq işçilərinə nifrətlə baxması da diqqətlərdən yayınmayıb.

Verilmiş etiraza baxmaq üçün hakimlər Həsən Əhmədovla Habil Məmmədov müşavirə otağına yollanıblar. Hakim İlqar Murquzov isə məhkəmə zalında etirazla bağlı qərarı gözləməli olub.

Zərərçəkən Hüseyn Səfərov yaranmış fasilə zamanı üzünü məhkumlara tutaraq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov kimi cinayətlərini etiraf etməyə çağırıb:

-Sizlər də böyük cinayətlər eləmisiz. Çıxın, cənab prezidentə deyin ki, xəyanət etmisiz. Siz burada bir-birinizi ittiham edib bizə qarşı cinayətləri bir-birinizin üstünə atırsız. Durun etiraf edin. Mənə xəbər göndərirsiz, yalan deyirsiz ki, etiraf edəcəyik. Mən də gedib zərərçəkənlərə yalan danışıram. Belə şey olar? Məni Mövlam Şıxəliyev aldadır, mən də məcburam ki, bu sözləri onun yanında deyim ki, zərərçəkənlər hamı eşitsin.

Əlimdə səs yazıları da var. Yutuba, Tiktoka da qoyacağam, hakimə də verəcəyəm. Gəlin, cavab verin. Məni yollayırlar Eldar Mahmudovun qapısına ki, get ora, Eldar Mahmudov vurulan ziyanı ödəyəcək. Axırda üçüncü dəfə gedəndən sonra Eldar Mahmudovun özü məcbur olub qəbul etdi. Mən bu məsələni də məhkəmədə açacağam. Bu məsələlər elə belə bitmir ki!

Müşavirə otağından qayıdan hakimlər Mövlam Şıxəliyevin vəkilinin təqdim etdiyi etirazın təmin edilmədiyini açıqlayıblar.

“Arvadı da, qızı da, oğlu da cinayət yolu ilə əldə olunmuş mal-mülkün leqallaşmasında birbaşa iştirak ediblər”

Bundan sonra hakim tərəflərdən apelyasiya şikayətlərinə dair mövqelərini soruşub, müdafiə edib-etmədiklərini öyrənib. Hər kəs verdiyi şikayəti müdafiə etdiyini açıqlayıb. Zərərçəkən Zaur Əliyev bildirib ki, iş üzrə Mövlam Şıxəliyevin ailə üzvləri – oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və həyat yoldaşı Aybəniz Şıxəliyeva da məhkəməyə apelyasiya şikayət təqdim ediblər. Lakin hazırlıq iclasına qatılmadıqlarından, vəkilləri də iştirak etmədiyindən onların mövqeyi bəlli deyil. Zərərçəkən hakimdən bu məsələ aydınlıq gətirilməsini xahiş edib.

Hakim bildirib ki, ilkin iclas olduğundan hazırda işin prosessual tərəfləri müzakirə olunmur. Bununla belə hakim izah edib ki, hər üç şəxsin şikayətləri əmlak məsələsi ilə bağlı olduğundan apelyasiya şikayətləri də məhkəmə baxışında müzakirə olunacaq və baxılacaq. Həmin şəxslər birbaşa cinayət prosesin tərəfləri deyil. Onlar ayrı-ayrılıqda əmlakla bağlı şikayət veriblər.

Zərərçəkən Hüseyn Səfərov:

-Hörmətli hakim, dediniz ki, ailə üzvləri cinayət prosesin birbaşa tərəfi deyil. Əslində isə onlar tərəfdirlər. Arvadı da, qızı da, oğlu da cinayət yolu ilə əldə olunmuş mal-mülkün leqallaşmasında birbaşa iştirak ediblər. İndi də heç bir əsas olmadan şikayət yazıblar. Haradan alıblar o boyda pulu o əmlakları almağa?

Hakim:

-Biz hazırda məhkəmənin aparılma qaydaları ilə bağlı izah veririk. Yekun qərarı biz müşavirə otağında verəcəyik.

Akif Mustafayevin vəkili də apelyasiya şikayəti ilə bağlı fikir bildirmək istədi. Hakim məhkəmə iclasında bu məsələnin müzakirə ediləcəyini bildirdi.

Bundan sonra vəkil Osman Kazımov məhkəməyə vəsatət təqdim etdi. Vəkil bildirdi ki, buna qədər iş üzrə zərərçəkən, dünyasını dəyişmiş Cahangir Məmmədovun hüquqi nümayəndəsi olaraq prosesdə qardaşı Arif Məmmədov təmsil edib. Vəkil mərhum Cahangir Məmmədovun həyat yoldaşı Yeganə Məmmədovanın hüquqi varis olaraq tanınmasını, Arif Məmmədovun hüquqi varis kimi fəaliyyətinə xitam verilməsini xahiş etdi.

Məsələ müzakirə olundu. Arif Məmmədovun vəkili vəsatətin təmin olunmamasını xahiş etdi. Bildirdi ki, Yeganə Məmmədovanın məhkəmədə hüquqi varis olaraq tanınmasına mənəvi haqqı yoxdur. Vəkil fikrini bununla əsaslandırdı ki, Cahangir Məmmədov MTN həbsdə olarkən onun azad edilməsi tələb olunan məbləğin yalnız 3 min 600 manat hissəsini həyat yoldaşı verib, yerdə qalan 74 min 400 manatı isə qardaşı Arif Məmmədov verib. Sonradan borcu qaytarmaq üçün Cahangir Məmmədov evini satmaq istəyib, həyat yoldaşı isə buna razı olmayıb.
Vəkil Osman Kazımov bildirib ki, qanunvericiliklə həyat yoldaşının məhkəmədə hüquqi varis kimi tanınmasını məhdudlaşdırmaq olmaz.

Yeganə Məmmədova isə bildirib ki, Cahangir Məmmədovun MTN-dən azad edilməsində qardaşı Arif Məmmədovun heç bir rolu olmayıb. Hər dəfə də Cahangiri təhqir edirdi. O pulun verilməsində birbaşa özüm iştirak etmişəm. Mən MTN-nə təşəkkür edirəm. Arif isə bunun əleyhinə idi. Yasin Məmmədov, Mövlam Şıxəliyev pul müqabilində olsa belə, Cahangiri ailəsinə qaytardılar. MTN pul müqabilində olsa da, Cahangiri ailəsinə qaytardı, buna görə onlara təşəkkür edirəm.

Sahib Ələkbərovun təhqiramiz davranışına qiymət verilsin!
Bundan sonra zərərçəkən Qulam Bağırov vəsatətlə çıxış etdi. O, məhkum Sahib Ələkbərovun tanışlıq iclasında ona, məhkəməyə qarşı əxlaqi normalara sığmayan, təhqiramiz davranışlarına görə cəzalandırılmasını, tənbeh edilməsini istədi. Hakim isə bildirdi ki, insident fasilə zamanı olduğundan aidiyyəti orqana müraciət olunmalıdır.

Qulam Bağırov isə məhkəmə zalında baş vermiş insidentə görə polisə şikayət etməyin ağlasığmaz olduğunu söylədi. Bildirdi ki, dediklərini sübut etmək üçün məhkəmə zalındakı kameraların yaddaşına baxılması kifayətdir.

Məhkum Sahib Ələkbərov isə deyib ki, Qulam Bağırovun ona təklifinə cavab verib.

Bundan sonra hakim işin məhkəmə baxışına təyin edilməsinə tərəflərin fikrini öyrənib.

Yasin Məmmədovun vəkili Əli Adıgözəlov 1 etiraz və 2 vəsatətinin olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Vəkil dövlət ittihamçısının təqdim etdiyi protestə etiraz etdiklərini; Yasin Məmmədovun barəsindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsini; qismən məhkəmə istintaqının aparılması və vəsatətlərində adlarını qeyd etdikləri şəxslərin məhkəmə iclasında şahid qismində dindirilmələrini xahiş edib.

Məhkumlar Vüsal Ələkbərovla Sahib Ələkbərovun vəkilləri də vəsatətlə çıxış edərək müvəkkillərinin barəsindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsini xahiş ediblər.

Mövlam Şıxəliyevin vəkili: “Protesti bizə də verin!”

Bundan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov dövlət ittihamçısının məhkəmə təqdim etdiyi protestin ona və müvəkkilinə verilmədiyini bildirib. Vəkil protestin təqdim edilməsi üçün iclasın təxirə salınmasını istəyib.

Hakim isə bildirib ki, protest proses iştirakçılarına, onların vəkillərinə təqdim olunub.

Mövlam Şıxəliyevlə birgə məhkum olunmuş keçmiş işçisi Yasin Məmmədov uca səslə sabiq şefini və onun vəkili Ceyhun Yusifovu yalan danışmaqda ittiham edib.

Mövlam Şıxəliyev Yasin Məmmədovun sözlərini eşidərək ona qınayıcı nəzərlərlə baxıb, lakin bir söz deməyib.

Vəkil Ceyhun Yusifov isə israrla bildirib ki, protest ona və müdafiə etdiyi şəxsə təqdim olunmayıb, iş materiallarında protestin onlara verilməsini təsdiq edən hər hansı bir sənəd yoxdur.

Mövlam Şıxəliyev də hakimin diqqətinə çatdırıb ki, o, bütün sənədləri alarkən bunun təsdiqi olaraq mütləq şəkildə imza atıb:

-İmzam varsa, təqdim edin. Yoxdursa, bizə protesti təqdim edin, tanış olaq. Deyirsiz ki, məqsəd nədir? Anar Heydərov adlı zərərçəkən məhkəməyə gəlmədi, onun epizoduna baxılmadı, amma hökm çıxarıldı. Bundan məqsəd nədir? Məqsəd sifarişdir də...

Yerdən zərərçəkənlər protestin Mövlam Şıxəliyevə və vəkilinə təqdim olunmasını istəyirlər. Məhkəmə katibi protesti Mövlam Şıxəliyevin vəkilinə təqdim edib.

Vəkil Ceyhun Yusifov onun və müvəkkilinin protestlə tanış olması, etiraz yazmaları üçün məhkəmə islasının təxirə salınmasını istəyib:

-Təxirə salın, vəkil qul deyil ki...

Hakim:

-Əyləşin. Siz Ceyhun Yusifov məhkəmə prosesi pozursuz. Məhkəmə iclası 15:00-a qədər təxirə salınır.

Vəkil Ceyhun Yusifov:

-Mən gəlməyəcəyəm, başqa prosesim var.

Hakim:

-Məhkəmə prosesi sabah 11:00-a qədər təxirə salınır.

Digər vəkillər isə deyirlər ki, dekabrın 6-da Vəkillər Kollegiyasının konfransı var, ora dəvətlidirlər, bu səbəbdən məhkəməyə gələ bilməyəcəklər.

Bundan sonra məhkəmə 12 dekabra qədər təxirə salınıb.
“Yeni Müsavat”





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hara gedir eee belə qalxa-qalxa?! - SORĞU
Bu gün, 19:14
İrana qarşı koalisiya: Azərbaycan qoşulanlar siyahısında olacaq? - GƏLİŞMƏ
Bu gün, 19:00
MTN generalı və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib
Bu gün, 18:34
İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər - İNCƏLƏMƏ...
Bu gün, 18:10
Azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar - DƏRD BUDUR EEE...
Bu gün, 18:08
Od tutub yanan "qaraj" qiymətləri: - 1 maşın yeri üçün nə qədər istəyirlər?
Bu gün, 18:06
İrəvanda daha bir ETİRAZ - "Çörək məsələsidir, sonadək gedəcəyik"
Bu gün, 18:01
"Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır" - BU NƏDİ BELƏ?
Bu gün, 17:58
Ukraynada Rusiya ordusunun 2 mayoru öldürülüb
Bu gün, 17:56
YTP məhkəmə qərarını icra etmir - Rezidentlə texnopark arasında qalmaqal davam edir
Bu gün, 17:49
Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:47
Gənclər üçün Prezident mükafatları verilib - SİYAHI
Bu gün, 17:45
Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir… - İKİNCİNİN ÖLKƏDƏN QAÇDIĞI BİLDİRİLİR…
Bu gün, 17:43
İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: - “Xoruza, keçiyə olar, itə olmaz?”
Bu gün, 17:41
"Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi"
Bu gün, 17:37
GÜNÜN BAXIŞ BUCAĞI... - HƏ... BELƏDİR...
Bu gün, 17:35
Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə gündəmə çevrildi
Bu gün, 17:30
“Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə - ŞİKAYƏT EDİB
Bu gün, 17:25
"Sem-Az" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 17:21
Zeynəb Dostəliyeva ÖLÜM AYAĞINDADIR
Bu gün, 17:18
Erməni "Telegram" kanallarının növbəti "fake"i - Gəncədə hərbi hissədə yanğın məlumatı yalandır
Bu gün, 17:12
Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... - İDDİA
Bu gün, 17:11
Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə - GƏLİŞMƏ
Bu gün, 17:03
Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub - DETALLAR
Bu gün, 17:02
Gültəkin Hacıbəyliyə bəraət verildi
Bu gün, 17:01
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Taksilərin də QİYMƏTİ QALXIR? - AÇIQLAMA
Bu gün, 16:58
Azərbaycanda banklar bağlanır? - “Bu gündən qoyulan yeni qayda...”
Bu gün, 16:57
DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ - KÜTLƏVİ HƏBS VƏ...
Bu gün, 16:55
Dərman qıtlığı daha da DƏRİNLƏŞİB – Məsələ niyə həll OLUNMUR?
Bu gün, 16:47
İranın PSİXİ PROBLEMİ... - NƏ ETMƏLİ?
Bu gün, 16:38
Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə - NARAZILIQ VAR!
Bu gün, 16:37
Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Bu gün, 16:33
İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... - Ekspert danışır
Bu gün, 16:30
Çevik Polis Alayına komandir təyin edilib - AÇIQLAMA
Bu gün, 16:26
Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. - 21-ci əsrdir eee...
Bu gün, 16:24
2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... - BU DA FAKT!!!
Bu gün, 16:22
Erməni politoloqdan gülməli iddia: - “Səfirlikdəki terroru Britaniya Turan layihəsinə görə törədib”
Bu gün, 16:20
Erməni saytı İrəvanı ifşa etdi: - "Xankəndidə naringi də satılır, yerkökü də"
Bu gün, 16:17
Xoya yardım edən futbolçunun hesabı bloklandı - Bu da onların MÜSƏLMANÇILIĞI...
Bu gün, 16:15
İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis TƏYİN OLUNDU
Bu gün, 16:13
Abşerona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 16:12
MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi - Məzələnirlər?..
Bu gün, 16:01
“PSG Finans” BOKT - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 15:59
“Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” - ÇAĞIRIŞ
Bu gün, 15:57
Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər - "Ayrılan müavinətdən yararlana bilməmişik..."
Bu gün, 15:53
“Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur” - deputat
Bu gün, 15:49
Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün, 15:45
Türkiyə-Naxçıvan sərhədi açılıb - MÜJDƏ
Bu gün, 15:43
"Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!" - NARAZILIQ VAR!
Bu gün, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru