
Bu günlərdə Rusiyanın himayəsində Azərbaycan torpaqlarında baş separatçılıq edən Arayik Arutyunyanın başçılıq etdiyi üzdəniraq nümayəndə heyəti Fransaya səfər edib.
DİA.AZ Moderator.az-a istinadla xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.
Arutyunyan Fransanın İle-de-Frans region şurasının sədrii Valeri Pekres ilə görüşüb. Pekres "Qarabağın və Ermənistanın erməni xalqı"na həmrəylik və dəstəyini ifadə edib.
"Cənubi Qafqazda sülh və sabitlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tələb edir", - Pekress "Tvitter" mikrobloqunda yazıb.
Xatırladıq ki, separatçı-terrorçu Arayiki qəbul edən Valeri Pekress 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində "Respublikaçılar" partiyasının nazmizəd olub. 22 dekabr 2021-ci ildə Azərbaycan ərazisinə qanunsuz səfərinə görə onun adı Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib.