
“Təxminən iki ay bundan əvvəl kəndimizə çörək daşıyan maşının sürücüsü avtomobildə idarəetməni itirərək yolun kənarındakı şəhidlər abidəsinə çırpılmış və abidə yararsız vəziyyətə düşmüşdü”.
DİA.AZ-ın Bizim.Media-ya istinadən məlumatına görə, bu fikirlər Qandax kənd bələdiyyəsinin sədri Rəvalə Bayramovaya məxsusdur.
Bələdiyyə sədri bildirib ki, qəzadan sonra hadisəni törədən sürücü yerli icra və bələdiyyə orqanları ilə əlaqə saxlayaraq təmiri tezliklə həyata keçirəcəyini bildirib. Lakin bu müddətdə bir qədər gecikmələr olub.
Bələdiyyə sədrinin sözlərinə görə, sürücü artıq şəhidlərin şəkillərinin hazırlanması üçün sifariş də edib və abidə ətrafında digər işlər davam etdirilir.

