
Rusiyanın “Ximki” klubunun üzvü Ayaz Quliyev Azərbaycan millisində çıxış edə bilər.
DİA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə Azərbaycan pasportu verilib.
Bununla da, Ayazın AVRO-2024-ün seçmə mərhələsinin qrup oyunlarında millimizdə çıxış edəcəyi gözlənilir.