"Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi" .....                     GÜNÜN BAXIŞ BUCAĞI... .....                     Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə .....                     “Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə .....                     "Sem-Az" şirkəti .....                     Zeynəb Dostəliyeva .....                     Erməni "Telegram" kanallarının növbəti "fake"i .....                     Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... .....                     Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə .....                     Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub .....                     Gültəkin Hacıbəyliyə bəraət verildi .....                     Sabah dollar neçəyə olacaq? .....                     Taksilərin də QİYMƏTİ QALXIR? .....                     Azərbaycanda banklar bağlanır? .....                     DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ .....                     Dərman qıtlığı daha da DƏRİNLƏŞİB .....                     İranın PSİXİ PROBLEMİ... .....                     Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə .....                     Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, .....                     İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... .....                     Çevik Polis Alayına komandir təyin edilib .....                     Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. .....                     2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... .....                     Erməni politoloqdan gülməli iddia: .....                     Erməni saytı İrəvanı ifşa etdi: .....                     Xoya yardım edən futbolçunun hesabı bloklandı .....                     İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis .....                     Abşerona polis rəisi təyin edilib .....                     MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi .....                     “PSG Finans” BOKT .....                     “Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” .....                     Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər .....                     “Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur” .....                     Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb .....                     Türkiyə-Naxçıvan sərhədi açılıb .....                     "Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!" .....                     ANAMA sədrinə birinci müavini .....                     İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi "udan" şirkət kimindir? .....                     Qarabağdakı rus hərbçiləri ilə Avropanın patrulları arasında qarşıdurma qaçılmazdır .....                     Bakıda minlərlə sənədsiz ev söküləcək: .....                 

Ərdoğana qarşı “Altılı masa” - XAİNLƏR BİR ARADA...
Tarix: 1-12-2022, 17:23 | Çap et
Ərdoğana qarşı “Altılı masa”
Türkiyədə gələn ilin yayında Prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Əgər seçkilərin təkrarlanması və ya növbədənkənar seçki keçirilməsi kimi müzakirə olunan variantlar baş tutmazsa, seçki 18 iyun 2023-cü ildə baş tutacaq. Hələ rəsmi təbliğat-təşviqat dövrünün başlanmasına, seçkilərlə bağlı açıq rəqabət prosesinə, namizədlərin qeydə alınmasına xeyli müddət var. Lakin artıq indidən seçki ilə bağlı qızğın müzakirələrin, gərgin rəqabətin və müxtəlif seçki strategiyalarının tətbiq edilməsinin şahidi oluruq.

Türkiyə müxalifətinin “Altılı masa”sı Konstitusiya dəyişikliklərinə dair 84 maddədən ibarət paketi ictimaiyyətə açıqlayıb. Dəyişiklik təkliflərinin təməlini parlament üsul-idarəsinə keçid və insan hüquq və azadlıqlarının genişləndirilməsi təşkil edir. “Altılı masa” iqtisadi böhrandan çıxış və digər sahələr üzrə proqramlarını, prezidentliyə vahid namizədin manifestini və seçkidə qalib gəldikdən sonra formalaşdırılacaq koalisiya hökumətinin protokolunu da razılaşdırıb.

Bunları xalqa açıqladıqdan sonra müxalifət seçki kampaniyasına hazır şəkildə daxil olmağı planlaşdırır. Yəni seçkiqabağı və seçkisonrası yol xəritəsi tam müəyyənləşdirildikdən sonra vahid namizədin adı, böyük ehtimalla, 2023-cü ilin yanvarında elan ediləcək.

Göründüyü kimi, Türkiyə tarixi bir siyasi hadisəyə hazırlıq ərəfəsindədir. Həm Türkiyə, həm də qardaş dövlət olaraq Azərbaycan ictimaiyyətini düşündürən əsas məsələ Türkiyənin gələcək siyasi taleyi ilə bağlıdır. Bəzi analitiklər seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən siyasi blokun qalib gələcəyini bəyan etsələr də, əks qənaətdə olanlar - müxalifətin bu seçkilərdə uğur qazanacağını iddia edənlər də yox deyil.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TUİB) sədrinin müşaviri, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Raqıp Sarı AYNA-ya müsahibəsində Türkiyədə keçiriləcək prezident seçkiləri və digər mövzular barədə fikirlərini bölüşüb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Raqıp bəy, yeddi aydan sonra Türkiyədə Prezident seçkiləri keçiriləcək. Bütün diqqətlər bu seçkilərə yönəlib. Sizcə, bu seçkilər Türkiyənin siyasi həyatında hansı dəyişikliklərə səbəb olacaq?

- Mövcud qanunvericiliyə görə, Türkiyədə Prezident vəzifəsi əsas post sayılır. Hansı ki, buna qədər bu, formal xarakretli bir post idi və bütün hakimiyyət Nazirlər Kabinetinin üzərində idi. Türkiyə müxalifəti Konstitusiyaya dəyişiklik edilməsi və yenidən parlament respublikasına qayıdışı təmin etmək istiqamətində aktiv fəaliyyətə başlayıb. Amma düşünmürəm ki, onların bu təklifi ictimai dəstək qazanacaq. Görünən odur ki, müxalifət birlik nümayiş etdirsə də, bəzi partiyalar bir araya gəlsə də, onların ciddi elektoratı mövcud deyil. Hesab edirəm ki, bu seçkilərdə ciddi və köklü dəyişikliklər baş verməyəcək.

Təbii ki, seçkiöncəsi yerli və daxili təzyiqlər çoxalacaq, siyasi mübarizə artacaq. Lakin bunun elə də ciddi dəyişikliklərə gətirib çıxaracağı qənaətində deyiləm. Məlumdur ki, Türkiyədə bu günə qədər çox siyasi çalxalanmalar baş verib və ancaq onlardan heç biri öz məqsədinə çatmayıb. Xüsusən Türkiyənin benyəlxalq nüfuzunun artdığı, dünyanın aparıcı diplomatik oyunçularından birinə çevrildiyi bir şəraitdə Türkiyə seçiciləri yəqin ki, mövcud siyasi kursun davamına dəstək nümayiş etdirəcəklər.

- Müxalifətin “Altılı masa”sı Konstitusiya dəyişikliklərinə dair 84 maddədən ibarət paketi ictimaiyyətə açıqlayıb. Ehtimallar mövcuddur ki, gələn ay vahid namizədin də adı elan olunacaq. Onların iqtidara gəlməsi Türkiyə üçün nələr vəd edir?

- Müxalifətin dəstək qazanması halında Türkiyədə ciddi siyasi dəyişikliklər gözlənilir. Qeyd etdiyim kimi, müxalifət liderləri ilkin tələb olaraq parlament respublikasına keçidi tələb edirlər. Məlumdur ki, bu üsul-idarəetmə modelini Türkiyəyə Mustafa Kamal Atatürk gətirib və onlar yenidən bu siyasi sistemə qayıdışı tələb edirlər. Bunun özü kifayət qədər ciddi dəyişiklik tələbidir. Bu hal baş verərsə, Türkiyədə Prezident postu yeindən formal bir təsisata çevriləcək. Prezident yalnız beynəlxalq miqyaslı tədbirlərdə Türkiyəni təmsil edəcək.

O, başqa mövzudur ki, müxalifət hakimiyyətə gələcəyi təqdirdə öz sözünü tutacaq, ya yox. Tamamilə mümkündür ki, iqtidara sahiblənəcəkləri halda bu sözlərindən imtina etsinlər. O ki qaldı onların iqtidara gəlməsinin ölkəmizin həyatında hansı dəyişikliklərə səbəb olacağına, hesab edirəm ki, mövcud hakimiyyət Türkiyənin milli maraqlarını qətiyyətlə müdafiə edir. Heç bir beynəlxalq təzyiqin qarşısında boyun əymir, hansısa xarici güclərin təsiri altında deyil. Birmənalı şəkildə müstəqil siyasət yürüdülür. Müxalifətin hakimiyyətə gəlişi şərtində isə bunun belə olmayacağı, Türkiyəyə xarici təsirlərin artacağı qənaətindəyəm.

- Ərdoğanın qələbə şansı yüksək qiymətləndirilir. Hətta Prezidentin seçkiöncəsi müəyyən islahatlara gedəcəyi də bildirilir. Qərbin təzyiqləri fonunda “Cümhur İttifaqı”nın qələbəsi Türkiyənin beynəlxalq miqyasda roluna hər hansı təsir göstərəcəkmi?

- Təbii ki, seçkiöncəsi Qərbin Türkiyəyə təzyiqləri artacaq. Onlar Rəcəb Tayyib Ərdoğanın seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırılmasına nail olmağa çalışırlar. Əsas məqsədləri də ona rəqib olan qüvvələri iqtidara gətirməkdir. Təbii ki, bu, təmənnasız dəstək deyil və öz istəklərinə çatacaqları təqdirdə onların qarşısında konkret tələblər qoyacaqlar. Bu, o deməkdir ki, Türkiyə həmin dairələrin qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq.

Bəs ABŞ və Qərbin Türkiyəyə təzyiq etməkdə məqsədi nədir? Heç şübhəsiz ki, onlar Türkiyənin güclənməsini, dünyanın aparıcı diplomatik oyunçularından birinə çevrilməsini istəmirlər. Xüsusən ABŞ və Qərbin Rusiyaya qarşı çoxvektorlu embarqoları fonunda Türkiyənin müstəqil xarici siyasət yürütməsi onları ciddi şəkildə narahat edir. Bu səbəbdən Türkiyə hakimiyyətini özləri formalaşdırmaq istəyirlər.

- Hesab etmək olarmı ki, Ərdoğanın qələbəsindən sonra Türkiyənin siyasi həyatında yeni mərəhlə başlayacaq. Yəni, ABŞ və Qərb bu qələbə ilə barışacaq və Türkiyə ilə hesablaşmaq məcburiyyətində qalacaqlar?

- Açıq şəkildə söyləmək olar ki, bu gün Türkiyədə təkcə Ərdoğan ilə müxalifətin deyil, həm də Ərdoğan il Qərbin arasında bir mübarizə gedir. Təbii ki, Ərdoğanın seçkilərdən qalib ayrılması bu qüvvələri neytrallaşdıracaq. Onlar bu qələbə ilə barışmaq məcburiyyətində qalacaqlar. Bundan sonra Türkiyə diplomatik müstəvidə uğurlarını artırmaqla yanaşı, eyni zamanda sənayenin və texnologiyanın inkişafına da nail olacaq. Türk dünyası dövlətləri arasında həmrəyliyə nail olunması baxımından da bu qələbə müstəsna əhəmiyyət kəsb edir. Bütün hallarda “Cümhur İttifaqı”nın seçkiləri qazanması daha məqbul variantdır və əminəm ki, türk xalqı qarşıdakı seçkilərdə yenidən Ərdoğana etimad göstərəcək.

- Əsas müzakirə mövzularından biri də Türkiyənin Azərbaycanla bağlı yürüdəcəyi siyasətdir. Bu seçkilərin nəticələri Türkiyə-Azərbaycan münasibətlərində hər hansı dəyişikliyə səbəb ola bilərmi?

- Türkiyədə kimin iqtidara gəlməsinin Azərbaycan-Türkiyə münasibətlərinə hər hansı təsiri olmayacaq. Düzdür, prezidentlər – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin yürütdükləri siyasət daha üst həddədir və iki ölkə arasında münssibətlər ən yüksək səviyyəyə çatdırılıb. Əlbəttə ki, Ərdoğanın yenidən Prezident seçilməsi bu münasibətlərin daha da inkişaf etməsinə zəmin yaradacaq. Lakin bütün hallarda iqtidara kimin gəlməsindən asılı olmayarq, bu, iki qardaş dövlət arasında münasibətləri zəifləməyəcək. Türkiyənin Azərbaycana münasibəti dövlət siyasətidir və bu, heç bir halda dəyişməyəcək. Necə ki, mərhum Azərbaycan Prezidenti Heydər Əliyev deyirdi: “Biz bir millət, iki dövlətik”. Bu siyasət davam edəcək. Hətta əks niyyətə düşənlər olsa belə, öz məqsədlərinə çata bilməyəcəklər. Azərbaycanla Türkiyə arasında münasibətlərin bərpası hər iki dövlətin daxilindən gələn sosial sifariş və tələbdir.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi"
Bu gün, 17:37
GÜNÜN BAXIŞ BUCAĞI... - HƏ... BELƏDİR...
Bu gün, 17:35
Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə gündəmə çevrildi
Bu gün, 17:30
“Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə - ŞİKAYƏT EDİB
Bu gün, 17:25
"Sem-Az" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 17:21
Zeynəb Dostəliyeva ÖLÜM AYAĞINDADIR
Bu gün, 17:18
Erməni "Telegram" kanallarının növbəti "fake"i - Gəncədə hərbi hissədə yanğın məlumatı yalandır
Bu gün, 17:12
Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... - İDDİA
Bu gün, 17:11
Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə - GƏLİŞMƏ
Bu gün, 17:03
Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub - DETALLAR
Bu gün, 17:02
Gültəkin Hacıbəyliyə bəraət verildi
Bu gün, 17:01
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Taksilərin də QİYMƏTİ QALXIR? - AÇIQLAMA
Bu gün, 16:58
Azərbaycanda banklar bağlanır? - “Bu gündən qoyulan yeni qayda...”
Bu gün, 16:57
DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ - KÜTLƏVİ HƏBS VƏ...
Bu gün, 16:55
Dərman qıtlığı daha da DƏRİNLƏŞİB – Məsələ niyə həll OLUNMUR?
Bu gün, 16:47
İranın PSİXİ PROBLEMİ... - NƏ ETMƏLİ?
Bu gün, 16:38
Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə - NARAZILIQ VAR!
Bu gün, 16:37
Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Bu gün, 16:33
İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... - Ekspert danışır
Bu gün, 16:30
Çevik Polis Alayına komandir təyin edilib - AÇIQLAMA
Bu gün, 16:26
Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. - 21-ci əsrdir eee...
Bu gün, 16:24
2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... - BU DA FAKT!!!
Bu gün, 16:22
Erməni politoloqdan gülməli iddia: - “Səfirlikdəki terroru Britaniya Turan layihəsinə görə törədib”
Bu gün, 16:20
Erməni saytı İrəvanı ifşa etdi: - "Xankəndidə naringi də satılır, yerkökü də"
Bu gün, 16:17
Xoya yardım edən futbolçunun hesabı bloklandı - Bu da onların MÜSƏLMANÇILIĞI...
Bu gün, 16:15
İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis TƏYİN OLUNDU
Bu gün, 16:13
Abşerona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 16:12
MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi - Məzələnirlər?..
Bu gün, 16:01
“PSG Finans” BOKT - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 15:59
“Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” - ÇAĞIRIŞ
Bu gün, 15:57
Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər - "Ayrılan müavinətdən yararlana bilməmişik..."
Bu gün, 15:53
“Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur” - deputat
Bu gün, 15:49
Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün, 15:45
Türkiyə-Naxçıvan sərhədi açılıb - MÜJDƏ
Bu gün, 15:43
"Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!" - NARAZILIQ VAR!
Bu gün, 15:41
ANAMA sədrinə birinci müavini TƏYİN OLUNDU
Bu gün, 15:35
İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi "udan" şirkət kimindir? - 385 minlik qalmaqal
Bu gün, 15:34
Qarabağdakı rus hərbçiləri ilə Avropanın patrulları arasında qarşıdurma qaçılmazdır - Yeni təhlükə
Bu gün, 15:24
Bakıda minlərlə sənədsiz ev söküləcək: - “Kupça” əvəzinə pul verilir?
Bu gün, 15:15
Hadrutdan qaçan iş adamı Əsgəranda yeni çaxır zavodu TİKİR
Bu gün, 15:10
Milli Məclisdə İranla bağlı çağırış: - “Əlaqələrə son qoyulsun!”
Bu gün, 15:05
"EuroHome"dakı yanğına görə icarəçilərə 16,5 milyon ziyan dəyib - Direktorla bağlı qərar verildi
Bu gün, 15:00
Dövlət qurumu “Azəriqaz”ı – MƏHKƏMƏYƏ VERİB
Bu gün, 14:58
İsrail də Azərbaycandan yana narahatdır - NƏ BAŞ VERİR?
Bu gün, 14:56
“Bizdəki dindarlar deyir ki, Sistani ağa dini liderimizdir: - Ondan imtina olunmalıdır”
Bu gün, 14:52
Dələduzluqda ittiham olunub bəraət alan şəxslə bağlı hökm ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 14:42
"Azəriqaz" sahibkara BELƏ DİVAN TUTUR... - GİLEY
Bu gün, 14:41
"Evimi `Azərlotoreya` YIXDI..." - Dövlət BUNA SUSMALI DEYİL...
Bu gün, 14:37
İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik - Ərdoğan
Bu gün, 14:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru