Çevik Polis Alayına komandir təyin edilib .....                     Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. .....                     2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... .....                     Erməni politoloqdan gülməli iddia: .....                     Erməni saytı İrəvanı ifşa etdi: .....                     Xoya yardım edən futbolçunun hesabı bloklandı .....                     İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis .....                     Abşerona polis rəisi təyin edilib .....                     MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi .....                     “PSG Finans” BOKT .....                     “Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” .....                     Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər .....                     “Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur” .....                     Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb .....                     Türkiyə-Naxçıvan sərhədi açılıb .....                     "Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!" .....                     ANAMA sədrinə birinci müavini .....                     İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi "udan" şirkət kimindir? .....                     Qarabağdakı rus hərbçiləri ilə Avropanın patrulları arasında qarşıdurma qaçılmazdır .....                     Bakıda minlərlə sənədsiz ev söküləcək: .....                     Hadrutdan qaçan iş adamı Əsgəranda .....                     Milli Məclisdə İranla bağlı çağırış: .....                     "EuroHome"dakı yanğına görə icarəçilərə 16,5 milyon ziyan dəyib .....                     Dövlət qurumu “Azəriqaz”ı .....                     İsrail də Azərbaycandan yana narahatdır .....                     “Bizdəki dindarlar deyir ki, Sistani ağa dini liderimizdir: .....                     Dələduzluqda ittiham olunub bəraət alan şəxslə bağlı hökm ləğv edilib .....                     "Azəriqaz" sahibkara BELƏ DİVAN TUTUR... .....                     "Evimi `Azərlotoreya` YIXDI..." .....                     İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik .....                     Ukraynadan bizim məmurlara böyük pislik .....                     "Dövlət heçnə etmədi, bizə yardım edən Təbriz oldu" .....                     "Haqqında meyxana deyilən it keçən il Azərbaycanın çempionu olub" .....                     Sayğacın çox yazdığından şikayətlər var: .....                     İrəvandan rəsmi etiraf: .....                     İrandan "yatmış hücrələr"ə mesaj: Yeni terror dalğası .....                     Rayonlara da gediş-gəliş bahalaşdı: .....                     “Zeytun Pharmaceuticals" yanğın təhlükəsizliyi qaydalarını pozmağa görə .....                     Putin Baydeni necə tələyə saldı? .....                     "O aktyor çörək yeməsin? Ac qalsın?" .....                 

Cənubi Azərbaycana niyə hüquqi dəstək verilmir? - HƏQİQƏTƏN DƏ...
Tarix: 1-12-2022, 16:47 | Çap et
Cənubi Azərbaycana niyə hüquqi dəstək verilmir?
İranda sentyabr ayından davam edən etiraz aksiyaları son günlər daha da şiddətlənib, vəziyyət getdikcə gərginləşir, günahsız insanlara işgəncə edilir, öldürülür, həbs olunur. Onların arasında güneyli soydaşlarımız da var. İranın ölkəmizə qarşı nümayiş etdirdiyi məkrli siyasət orada yaşayan azərbaycanlıları da qəzəbləndirib və onlar buna öz etirazlarını bildirirlər. Buna görə, hazırda rəsmi Tehranın soydaşlarımıza olan münasibəti daha da kəskinləşib.

Prezident İlham Əliyev soydaşlarımızın həyatı, onların təhlükəsizliyi ilə bağlı narahatlığını çıxışlarında ifadə edib, onlara qarşı olan ayrı-seçkiliyi gündəmə gətirib. Azərbaycanda insan haqlarının müdafiəsi üzrə ixtisaslaşmış və Avropa strukturları ilə sıx əlaqələri olan təşkilatlar – şəxslər (həm də xaricdə fəaliyyət göstərənlər) İran rejiminin soydaşlarımıza qarşı törətdiyi cinayətlərin beynəlxalq təşkilatların gündəminə daşınmasına, bununla həm də Cənubi Azərbaycan milli hərəkatına töhfə verə bilərlər. Onların belə imkanları genişdir. Ən əsası, orada öldürülənlər arasında azərbaycanlı soydaşlarımız varsa, biz nə üçün səsimizi çıxarmayaq?!

Bəs, həmin təşkilatlar İran rejiminin soydaşlarımıza qarşı törətdiyi cinayətlərin beynəlxalq təşkilatların gündəminə daşınması üçün hansısa işlər görürmü? Ümumiyyətlə, aidiyyəti qeyri-hökumət təşkilatları Cənubi Azərbaycan milli hərəkatına necə töhfə verirlər?

Bu suallarla Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan bir neçə təşkilatın qapısını döydük.

"İran rejimini nəzərə alaraq, insanların həyatını təhlükəyə atmaq istəməmişik"

DİA.AZ-ın məlumatına görə, “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova Publika.az-a bildirdi ki, İran qapalı dövlət olduğu üçün oradan informasiyanı əldə etmək olduqca çətindir.

“İranda gedən proseslər birbaşa Azərbaycana təsir etdiyi üçün bizim də diqqətimizdədir. Bizim təşkilatımız iki beynəlxalq qadın təşkilatının üzvüdür. Bununla bağlı biz həmin platformaya müraciət etmişik. Hazırda 16 günlük gender əsaslı zorakılıqla bağlı kampaniya aparılır. İran qapalı olduğu üçün beynəlxalq təşkilatlar orada fəaliyyət göstərə bilmirlər. Təsir mexanizmi yalnız bəyanatlardır. Amma həm bizim təşkilat, həm də çevik ekspert qrupumuz İranda baş verən proseslərlə bağlı həmin platformalara müraciət edib. Bu proseslər siyasi baxımdan ciddi şəkildə diqqətdə olsa da, zorakılıq baxımından Ukraynadakı və digər proseslər kimi çox müzakirə olunmur. Beynəlxalq platformalarda təəssüf ki, yalnız bəyanat və müzakirə formasında danıılır. Düşünürəm ki, bu, bir müddət belə olacaq. Proseslər bir qədər də irəlilədikcə, beynəlxalq aləmin də təsiri olacaq”.

G.Səfərova qeyd edib ki, İranda sivil toplum təşkilatları hələ formalaşmamış vətəndaş cəmiyyətidir. Buna görə də, qeyri-hökumət təşkilatları və digər qurumlar qapalı olduğu üçün əlaqə saxlamaq mümkün olmur:

“Onlar bunu etsələr, təqib olunacaqlar. Biz bunu başa düşürük. Buna görə də, təəssüf ki, yalnız işıqlandırmaqla kifayətlənirik. Amma əməli fəaliyyəti də edəcək səlahiyyətdə deyilik. Prezident İlham Əliyev son çıxışında dedi ki, biz Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarını qoruyacağıq. Bu çıxışdan sonra cənubdakı soydaşlarımızın Şimali Azərbaycana güvəni daha çox artıb. Müzakirələrdə biz bunu hiss edirik. Mən həm Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində, həm də Elm və Təhsil Nazirliyində təmsil olunuram. Müzakirələr aparmışıq, görünür ki, Azərbaycan üçün təhlükə var. İranın özünün hazırladığı agentlər də ölkəyə gəlib-gedə bilərlər. Halbuki, onlar bu prosesi dəstəkləyəcək formada görünə bilər. Ona görə də DTX bu sahədə işi kifayət qədər gücləndirməlidir.

Prezident təhsil məsələsini də xüsusi vurğuladı. İranın bu davranışı da qəbul edilən deyil. Bəlkə də quru sərhədi bağlı olduğu üçün biz bunu hiss etmirik. Amma gözləniləndir ki, proseslər şiddətlənsə, daxili gərginlik yüksək həddə çatsa, Azərbaycana çox sayda miqrant gələ bilər. Biz buna hazırıqmı? Bununla bağlı da iş aparmalıdır. Təəssüf ki, bu, bir qədər bizim öz zəif tərəfimizdir ki, İrandakı sivil toplum təşkilatları ilə kifayət qədər iş görməmişik. Biz həm də İran rejiminin necə sərt rejim olduğunu nəzərə alaraq, insanların həyatını təhlükəyə atmaq istəməmişik. Amma hadisələr onu göstərir ki, çox yaxında o sistem dəyişdirilməlidir”.

"Beynəlxalq təşkilatlar müsəlman ölkələrinə ikili standartlarla yanaşır"

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu rəhbəri olduğu təşkilatın son hadisələrdən əvvəl də güneyli soydaşlarımıza dəstək olduğunu söyləyib:

“Prezident İlham Əliyev hər bir azərbaycanlının yanında olduğunu bəyan etdi. Biz də uzun illərdir ki, dəstəyimizi göstəririk. Siyasi miqrantlar bura gələndə ailələri ilə təmas qurmuşuq, onları BMT-yə, ABŞ səfirliyinə təqdim etmişik, müvəqqəti yaşamaq icazəsi almışıq. Əslində, beynəlxalq təşkilatlar müsəlman ölkələrinə ikili standartlarla yanaşırlar. İranda nə qədər insan öldürülüb, həbs olunub, lakin buna baxmayaraq xarici təşkilatlar heç bir ciddi reaksiya bildirmirlər. Bunun üçün də biz çalışırıq ki, beynəlxalq qurumlara orada olan məsələləri çatdıraq. Onlar da buna səsini çıxarsın. Bundan başqa, iştirak etdiyimiz görüşlərdə də bu məsələni qaldırırıq. Ola bilsin ki, həbs olunan güneyli soydaşlarımızın ailələri təzyiqlə üzləşməmək üçün Azərbaycana miqrasiya edə bilərlər. Biz hazırda onların qəbuluna hazır olmalıyıq.

Əvvəllər BMT miqrantlara dəstək göstərirdi. Artıq bunu etmirlər. Ona görə də Azərbaycan özü güneyli soydaşlarımıza onlarla bir yerdə olduğunu göstərməlidir. Biz onlar bura gələndə yaşayış imkanlarını, iş yerlərini və s. hazırlamalıyıq. Çünki onlar burada özlərini rahat hiss etməlidir. Güneylilər hər yerdə Azərbaycan bayrağını dalğalandırır, bizim yanımızda olduqlarını nümayiş etdirirlər. Bizim də onlara sahib çıxmağımız lazımdır. Burada önəmli olan həm də Azərbaycan dövlətinin, cəmiyyətimizin onlara münasibəti və dəstəyidir”.

"Dəstək verməyimiz bir yana, hansısa təşəbbüslər ziyan verə bilər"

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl prosesi diqqətdə saxladıqlarını, bu məsələdə qadın hüquq müdafiəçilərinə, İranla əlaqəli olan şəxs və təşkilatlara dəstək göstərdiklərini bildirib:

“Bu, daha çox həmrəylik dəstəyidir. İrandakı vəziyyətin işıqlandırılması, ora daha çox diqqətin yetirilməsi, qadın hüquq müdafiəçilərinə dəstəyin göstərilməsi ilə bağlı hər fürsətdə beynəlxalq tərəfdaşlarımıza bildiririk. Amma İrana getmək, birlikdə nəyisə etmək onlar üçün riskdir. Bu məqamda çox həssasıq. Hazırda beynəlxalq təşkilatların əlində daha çox imkanlar var. Oradan çıxan qadınların orada qalması təhlükəlidir. Ancaq bəziləri nə qədər təhlükəli olsa da, ölkələrində qalmaq istəyirlər. O insanlara müəyyən dəstəyi vermək olar. İstər müvəqqəti, istərsə də daimi. Yəni vəziyyəti təqib etmək olar. Orada vəkillik etmək lazımdır ki, insan hüquqları və qadın hüququ müdafiəçiləri ilə beynəlxalq təşkilatlar əlaqəli olsunlar, müvafiq cavabı tez versinlər, yəni ehtiyaclarına uyğun davransınlar. Çünki bizim onlar üçün çıxış yolunun göstərilməsi həqiqi mənada onların arzu etdiyi təşəbbüs olub-olmadığı ilə bağlı sual doğura bilər.

Qapalı ölkə olması dəstəyin əlçatanlığını çox aşağı səviyyəyə endirir. Bizim üçün müvafiq gələn müəyyən şey, reallıqda onları bir az da təhlükəyə ata bilər. Ona görə də İranı tanıyan, oradakı icmanı, təhlükələri yaxşı bilənlərlə sıx ünsiyyətdə olmalıyıq ki, zərər gətirməyək. Dəstək verməyimiz bir yana, hansısa təşəbbüslər ziyan verə bilər”.

"Artıq danışmaq yox, konkret işlər görmək lazımdır"


Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri, hüquq müdafiəçisi Səadət Bənənyarlı hər zaman Yaxın Şərq, Suriyadakı prosesləri diqqətdə saxladıqlarını, İranla bağlı da əməli addım atmağın vacib olduğunu vurğulayıb:

“Bizim təşkilatımız beynəlxalq təşkilatdır. İranda nə qədər azərbaycanlının öldürüldüyü, həbs olunduğu ilə bağlı xarici həmkarlarımızın diqqətinə çatdırırıq. Bu, faktdır və hər kəs görür. Əslində, bizim üçün fərqi yoxdur, azərbaycanlı, ya digər bir xalqın nümayəndəsi. Əsas məsələ, orada insan haqları pozulur, insanlara qarşı vəhşi davranış nümayiş olunur. İnsan hüquqları pozulduğu üçün milliyyətindən, dinindən asılı olmayaraq, hər kəs öz fikrini bildirməlidir. Ona görə də biz təkcə azərbaycanlılara deyil, bütün dünya insanına müraciət edirik. Əslində, Avropada da bu məsələ kifayət qədər diqqətdə saxlanılır”.

Hüquq müdafiəçisi İrandakı milli hərəkata da töhfə verdiyini söyləyib:

“Milli hərəkatda biz Azərbaycanın bütövlüyündən, bölünmüş torpağının birliyindən danışırıqsa, burada tamam ayrı münasibət sərgilənməlidir. Bu gün hələlik İranda həm bizim soydaşlarımızın, həm də bütün insanların hüquqlarının pozulmasına diqqət yönəltmişik. Bu da paralel olaraq ikinci istiqamət olaraq gedir. Dünya artıq bilməlidir ki, Azərbaycan ikiyə bölünüb. Biz neçə illərdir bu haqda danışırıq. Yazıçılarımız, şairlərimiz yazır, görüşlərdə hər zaman bu məsələ danışılır. Biz ağlımız kəsəndən bu haqda danışırıq, informasiya veririk. Sovet dövründə Moskvada təhsil alan zaman mənə sual verirdilər ki, Azərbaycanın əhalisi nə qədərdir. Mən Azərbaycanın bölündüyünü, böyük hissəsinin İranda qaldığını deyirdik. Razıyam ki, artıq bu gün danışmaq yox, konkret işlər görmək lazımdır. Bütün sənədlər, xronikalar yayılmalı, gündəmdə saxlanmalıdır. Bu hərəkət uzun illərdir aparılır, ümid edirəm ki, dünyaya yayılan azərbaycanlıların səsi eşidiləcək”.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çevik Polis Alayına komandir təyin edilib - AÇIQLAMA
Bu gün, 16:26
Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. - 21-ci əsrdir eee...
Bu gün, 16:24
2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... - BU DA FAKT!!!
Bu gün, 16:22
Erməni politoloqdan gülməli iddia: - “Səfirlikdəki terroru Britaniya Turan layihəsinə görə törədib”
Bu gün, 16:20
Erməni saytı İrəvanı ifşa etdi: - "Xankəndidə naringi də satılır, yerkökü də"
Bu gün, 16:17
Xoya yardım edən futbolçunun hesabı bloklandı - Bu da onların MÜSƏLMANÇILIĞI...
Bu gün, 16:15
İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis TƏYİN OLUNDU
Bu gün, 16:13
Abşerona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 16:12
MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi - Məzələnirlər?..
Bu gün, 16:01
“PSG Finans” BOKT - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 15:59
“Hər kəs bilsin ki, biz İranla müharibə astanasındayıq” - ÇAĞIRIŞ
Bu gün, 15:57
Naxçıvanda xəstəxana işçiləri Fuad Nəcəfliyə müraciət etdilər - "Ayrılan müavinətdən yararlana bilməmişik..."
Bu gün, 15:53
“Gömrük Komitəsi sahibkarları lazımsız sənədlər içində boğur” - deputat
Bu gün, 15:49
Xətai rayonudan qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Bu gün, 15:45
Türkiyə-Naxçıvan sərhədi açılıb - MÜJDƏ
Bu gün, 15:43
"Böyük etibarsızlıq nümunəsisiniz, Rabitabank!" - NARAZILIQ VAR!
Bu gün, 15:41
ANAMA sədrinə birinci müavini TƏYİN OLUNDU
Bu gün, 15:35
İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi "udan" şirkət kimindir? - 385 minlik qalmaqal
Bu gün, 15:34
Qarabağdakı rus hərbçiləri ilə Avropanın patrulları arasında qarşıdurma qaçılmazdır - Yeni təhlükə
Bu gün, 15:24
Bakıda minlərlə sənədsiz ev söküləcək: - “Kupça” əvəzinə pul verilir?
Bu gün, 15:15
Hadrutdan qaçan iş adamı Əsgəranda yeni çaxır zavodu TİKİR
Bu gün, 15:10
Milli Məclisdə İranla bağlı çağırış: - “Əlaqələrə son qoyulsun!”
Bu gün, 15:05
"EuroHome"dakı yanğına görə icarəçilərə 16,5 milyon ziyan dəyib - Direktorla bağlı qərar verildi
Bu gün, 15:00
Dövlət qurumu “Azəriqaz”ı – MƏHKƏMƏYƏ VERİB
Bu gün, 14:58
İsrail də Azərbaycandan yana narahatdır - NƏ BAŞ VERİR?
Bu gün, 14:56
“Bizdəki dindarlar deyir ki, Sistani ağa dini liderimizdir: - Ondan imtina olunmalıdır”
Bu gün, 14:52
Dələduzluqda ittiham olunub bəraət alan şəxslə bağlı hökm ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 14:42
"Azəriqaz" sahibkara BELƏ DİVAN TUTUR... - GİLEY
Bu gün, 14:41
"Evimi `Azərlotoreya` YIXDI..." - Dövlət BUNA SUSMALI DEYİL...
Bu gün, 14:37
İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik - Ərdoğan
Bu gün, 14:31
Ukraynadan bizim məmurlara böyük pislik - AXI NİYƏ?
Bu gün, 14:00
"Dövlət heçnə etmədi, bizə yardım edən Təbriz oldu" - Etiraz dalğası böyüyür
Bu gün, 13:08
"Haqqında meyxana deyilən it keçən il Azərbaycanın çempionu olub" - Mehman Əhmədli
Bu gün, 13:04
Sayğacın çox yazdığından şikayətlər var: - Abonent sayğacın dəyişdirilməsini tələb edə bilər?
Bu gün, 13:00
İrəvandan rəsmi etiraf: - "İran döyüşlərdə bizə kömək etdi"
Bu gün, 12:58
İrandan "yatmış hücrələr"ə mesaj: Yeni terror dalğası – Hədəf Zəngəzur dəhlizidir
Bu gün, 12:56
Rayonlara da gediş-gəliş bahalaşdı: - Yeni qiymətlər...
Bu gün, 12:51
“Zeytun Pharmaceuticals" yanğın təhlükəsizliyi qaydalarını pozmağa görə - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 12:50
Putin Baydeni necə tələyə saldı? - İNCƏLƏMƏ...
Bu gün, 12:47
"O aktyor çörək yeməsin? Ac qalsın?" - ETİRAZ
Bu gün, 12:43
Bakıdakı İran Bankı bağlanacaq? - AÇIQLAMA
Bu gün, 12:42
Fevral ayında hava NECƏ OLACAQ?..
Bu gün, 12:40
Bakcell Bakının mərkəzi ərazilərində 5G-ni təqdim etdi!
Bu gün, 12:38
Deputatdan "Karabakh Telecom"la bağlı HAQLI TƏLƏB
Bu gün, 12:34
Aprel ayından əmlak bazarında BAHALAŞMA olacaq
Bu gün, 12:32
Güneydəki soydaşlarımızla bağlı YOL XƏRİTƏSİ OLMALIDIR!
Bu gün, 12:29
Rusiya və ABŞ bu ölkə uğrunda mübarizə aparırlar - İNCƏLƏMƏ...
Bu gün, 12:27
Bakı Meriyasının 5 gün əvvəl həbs edilən əməkdaşı ev dustaqlığına buraxıldı
Bu gün, 12:24
Azərbaycanda “Huseyniyyun” qruplaşmasının terror təşkilatı elan edilməsinin vaxtı çatmayıb? - AKTUAL
Bu gün, 12:22
Tanınmış aktrisadan SƏRT AÇIQLAMA: - “Xeyr ola, qadın kişinin hambalıdır?”
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru