Prezident İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə .....                     "0 cinayət" məmləkəti sayılan Naxçıvanda polislər nə işlə məşğul olurlar? .....                     Avropada Qarabağla bağlı təhlükəli oyun .....                     Azərbaycanda bank dələduzluğunun .....                     "Oğlumu itirməyimdən danışanda utanıram, danışmaq istəmirəm" .....                     VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN! .....                     İlham Əliyevin fotoları Güney Azərbaycan küçələrində .....                     “Sizi qorxutmaq istəmirəm, vəziyyət gərgindir” .....                     Tehranda hər şey dəyişir, xislətdən başqa .....                     Bakıdan İrəvana 70 milyard dollarlıq təzminat tələbi: .....                     Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər .....                     “Meqalizinq " şirkəti .....                     Məktəblərdə printer almaq üçün pul yığılır .....                     EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... .....                     Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? .....                     Azərbaycanda iki rayona polis rəisi təyin edilib .....                     Balıq ovçuları nazirlik əməkdaşlarının qayığını yandırıblar .....                     “EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... .....                     Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir .....                     Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? .....                     "Başqa ittifaqlara ehtiyacımız yoxdur... .....                     Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. .....                     SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... .....                     ““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” .....                     Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı .....                     Toivo Klaar Ermənistana səfərə gedir .....                     Büdcənin yükü: bir Naxçıvan deyil… .....                     Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı .....                     Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək .....                     Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR .....                     Arutyunyan Avropanı necə gəzə bilir? .....                     Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI .....                     Ermənistan müdafiə naziri Rusiyaya səfər edib .....                     Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... .....                     "Azərsun" xörəyimizə HANSI DUZU QATIR? .....                     Gələn il hansı banklar bağlana bilər? .....                     "350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" .....                     Ucarda quldurluq edən üç nəfər saxlanılıb .....                     Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? .....                     Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir .....                 

Məhkəmədə mollaxanımdan şok açıqlama: - "Namazda Nelliyə dua edirdi"
Tarix: 24-11-2022, 14:25 | Çap et
Məhkəmədə mollaxanımdan şok açıqlama:
Bakıda dələduzluqda ittiham olunan "Murov TSK" MMC-nin kadrlar şöbəsinin müdiri işləmiş 1988-ci il təvəllüdlü Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

DİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Gülçöhrə Mehdiyeva ifadə verib. O, dualar yazmaqla məşğul olduğunu deyib.

Onun sözlərinə görə, bu işdə adı keçən şahid Mehriban Atakişiyeva ilə qohumluq əlaqələri olub: “Uşaqlıqdan Quran dərslərini öyrənmişəm. Müxtəlif dualar yazırdım. Mehriban Atakişiyeva zərərçəkmiş Əfqan Zeynalovanın Nelliyə daha çox bağlanması üçün dualar yazdırdı. Buna görə, mən 1200 manat pul almışam. Nellinin atası və qardaşı üçün də barışıq duası yazmışam. Əfqan müəllimlə telefonda danışaraq hər şeyi etiraf etmişəm”.

Mehriban Atakişiyevanın bacısı Məlahət Mirzəyeva ifadəsində bacısının maddi sıxıntı içərisində yaşadığını, küçə süpürdüyünü, övladlarını min bir əziyyətlə böyütdüyünü deyib. Son vaxtlar bacısının güzaranı yaxşılaşıb, yaşadığı mənzili təmir etdirib, evinə yeni məişət avadanlıqları alıb, görmədiyi həyatı yaşamağa başlayıb, həyat səviyyəsi büsbütün dəyişib:

”Bacım deyirdi ki, şirkətdə işə düzəlmişəm, orada xeyirxah adamlar var, çoxlarına köməklik göstərirlər, mənə də yardım edirlər. Həmişə namazda Nelliyə dua edirdi. Deyirdi, uşaqlara köməklik edir, cürbəcür oyuncaqlar alır, onları sevindirir”.

Şahid ifadəsində N. Fabriçnayanın adını çox eşitsə də, özünü cəmi bir dəfə, iki il öncə gördüyünü deyib. Həmin vaxt Nelli ondan faizə pul tapmasını, köməklik göstərməsini xahiş edib. Deyib ki, lombarddan pul götür, sonra biz sənə qaytararıq. Amma onun bu təklifi ilə razılaşmayıb.

Zərərçəkmişin nümayəndəsi İradə Cavadovanın suallarını cavablandıran şahid bildirib ki, bacısının maddi vəziyyəti xadimə işlədiyi şirkətin hesabına yaxşılaşıb: ”Mehribanın nəvəsi epilepsiya xəstəsi idi. Onun müalicəsinə də çox köməklik olunmuşdu. Mehriban deyirdi ki, işlədiyi şirkət çox yerlərə köməklik edir”.

Məhkəmədə o da məlum olub ki, şirkətdə xadimə işləyən Mehriban 5 ulduzlu oteldə istirahət edib, oğluna yeni avtomobil alıb, ailə üzvləri ilə birgə istirahətə gediblər. Bütün bu xərclərin hamısını isə N. Fabriçnaya çəkib: ”Bacım deyirdi ki, Nelli maaşımdan hissə-hissə çıxacaq”.

Məhkəmədə şahidin istintaq zamanı fərqli ifadə verməsi üzə çıxıb. O, ifadəsində bacısının şərəfinə Zabratdakı restoranda ad günü təşkli olunduğunu, bu məclisin ona iş yerindən hədiyyə edildiyini deyib.

2020-ci ilin iyulunda səhər saatlarında Mehribanla Nellinin avtomobildə oturduqlarını görüb onlara yaxınlaşıb. Həmin vaxt bacısının epilepsiyalı nəvəsinin avtomobilin önündə yerə yıxılmasının şahidi olub.

Dövlət ittihamçısının şahiddən “hər şeyi onun üstünə ataq” dedikdə “hər şeyin” nədən ibarət olduğunu soruşub. Şahid bacısına xərclənən 70 min manat pulun nəzərdə tutulduğunu vurğulayıb.

Şahidin dediklərindən belə məlum olub ki, bacısı Nellinin verdiyi pulların şirkətin rəhbəri Ə. Zeynalova məxsus olduğunu bildikdən sonra borc-xərc tapıb hamısını geri qaytarıb. Özü isə “Balıqçı və qızıl balıq” nağılındakı kimi yenidən dilənçi vəziyyətinə düşüb: ”Nelli bacıma 70 min manat pul xərcləmişdi. Biz o pulu birtəhər düzəltdib verdik”.

Daha sonra şahid qismində Vüqar Əliyev ifadə verib. O bildirib ki, bu işdə şahid olan Mehriban Atakişiyevanın oğludur: “Anam mənə dedi ki, səni işlədiyim yerdə sürücü kimi işə düzəldəcəm. Lakin bunun üçün mikroavtobus almaq lazımdır. Əlimdə bir az pul var idi, anam da köməklik etdi 29 minə maşını aldım. Evin təmirinə isə 8 min pul xərclədik. Bu pulu da Nelli vermişdi. Ev üçün məişət avadanlıqları almışdıq ki, bunu da Nellinin köməkliyi ilə almışdılar. Nelli mənə bahalı telefon da aldı. Daha sonra bu pulların oğurluq olması üzə çıxandan maşını 25 minə satdım. Anam ümumilikdə 70 min manatı zərərçəkmiş Əfqan Zeynalova qaytardı”.

Zərərçəkmiş şəxsin vəkili məhkəməyə mülki iddia ilə bağlı vəsatət qaldırıb. Zərərçəkmiş Əfqan Zeynalov təqsirləndirilən şəxsdən 706 min 646 manat tutulmasını tələb edib. Məhkəmə yerində qısa müşavirədən sonra mülki iddia ilə bağlı vəsatəti təmin edib.

Növbəti proses dekabrın 5-də davam edəcək.

İttihama görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov "Avto Tranasyol"un baş direktoru olub, "Murov TSK" MMC yaradıb. 2018-ci ildə Nelli Fabriçnaya Əfqan Zeyanlovun şirkətinə işə düzəlib.

Ətraflı
Bu şirkət Azərbaycan Dəmir Yolları QSC ilə dəmir yollarının tikintisi üçün müqavilələr bağlayıb. Həmçinin şirkət avtomobil yolları tikintisi ilə məşğul olub. Əfqan işlərin görülməsi üçün Nelliyə etibarnamə verib.

İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, pulları Nelligildə saxlayıb. İddia olunur ki, Nelli 300 min dollar bir, 100 min dollar bir, 400 min dollar bir pulu seyfdən götürüb. Ümumilikdə Nelli Əfqanın 423 min dollar pulunu mənimsəyib.

O, həmin pulların bir hissəsini kömək məqsədilə şirkətin xadiməsi olan Mehriban adlı xanıma, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib.

O, xadimə və sevgilisinə ümumilikdə 103 min manat verib.

Əfqan Zeynalov iddia edib ki, Nelliyə etibar edirdi, ona görə seyfi alaraq onun evinə qoymuşdu. İddia edib ki, Fabriçnaya əməlinin üstü açılmasın deyə, onu öldürməyə cəhd edib: "Guya, mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi".

Zəhərləyib öldürmək cəhdi ilə bağlı istintaq dövründə araşdırma aparılıb. Lakin bu məsələylə bağlı cinayət işi başlanması rədd edilib. Bu qərar Əfqan Zeynalovu narazı salıb və tələb edir ki, məhkəmə bu istiqamətdə yenidən araşdırma aparsın.

İş meterialarında Müdafiə Nazirliyinin sorğuya verdiyi rəsmi cavab var. Orada yazılıb ki, Əfqan Zeynalov 44 günlük müharibənin iştirakçısı olmayıb.

Amma o, 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində iştirak edib, ikinci qrup əlildir.

İstintaq orqanı tərəfindən Nelli Fabriçnayanın barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan olunub.

Qeyd edək ki, bundan əvvəl Əfqan Zeynalov da mühakimə olunub və şərti cəza alıb.

Əfqan Zeynalov məhkum olunduğu vaxt "Avtotransyol" şirkətinin baş direktoru olub. O, sonradan "Murov TSK" MMC-ni təsis edib, 2018-ci ildə Nellini işə götürüb.

Təqsirləndirilən tərəf iddia edir ki, Zeynalov yoxa çıxanvəsaitlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq üçün Fabriçnayanı şərləyir.

Əfqan Zeynalovun rəhbərlik etdiyi "Murov TSK" şirkəti dəmiryolu stansiyaları və digər obyektlərin tikintisi, avtomobil yollarının çəkilməsi ilə bağlı tenderlərin qalibi olub.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub
Bu gün, 11:10
"0 cinayət" məmləkəti sayılan Naxçıvanda polislər nə işlə məşğul olurlar? - İLGİNC İDDİALAR...
Bu gün, 11:08
Avropada Qarabağla bağlı təhlükəli oyun - NƏ ETMƏLİ?
Bu gün, 11:01
Azərbaycanda bank dələduzluğunun - NÖVBƏTI ÜSULU AŞKARLANIB
Bu gün, 10:59
"Oğlumu itirməyimdən danışanda utanıram, danışmaq istəmirəm" - VİDEO
Bu gün, 10:55
VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
İlham Əliyevin fotoları Güney Azərbaycan küçələrində - FOTO
Bu gün, 10:48
“Sizi qorxutmaq istəmirəm, vəziyyət gərgindir” - Erməni nazirdən İLGİNC AÇIQLAMA
Bu gün, 10:44
Tehranda hər şey dəyişir, xislətdən başqa – Azərbaycana qarşı təkzibolunmaz riyakarlıq
Bu gün, 10:43
Bakıdan İrəvana 70 milyard dollarlıq təzminat tələbi: - sənədlər məhkəməyə hazırlanır
Bu gün, 10:42
Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər - TƏFƏRRÜAT
Bu gün, 10:34
“Meqalizinq " şirkəti MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 10:30
Məktəblərdə printer almaq üçün pul yığılır - FOTO
Bu gün, 10:29
EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:24
Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? – Məhkəmə ilə MTK arasında qalan zərərçəkəndən ŞİKAYƏT
Bu gün, 10:14
Azərbaycanda iki rayona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 10:11
Balıq ovçuları nazirlik əməkdaşlarının qayığını yandırıblar - Məhkəmə başlayır
Bu gün, 10:09
“EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... - NARAZILIQ VAR!
Bu gün, 10:08
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - MN
Bu gün, 10:04
Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? - FOTO
Bu gün, 10:00
"Başqa ittifaqlara ehtiyacımız yoxdur... - İndi Turan istiqamətinə gedirik"
Bu gün, 09:56
Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. - BU NƏDİ BELƏ?
Bu gün, 09:53
SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... - Bu da RUSİYANIN ASTAR ÜZÜ...
Bu gün, 09:48
““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” - Elşad Miri
Bu gün, 09:41
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı – Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir
Bu gün, 09:38
Toivo Klaar Ermənistana səfərə gedir
Bu gün, 09:35
Büdcənin yükü: bir Naxçıvan deyil… - Ekspert ÇÖZƏLƏYİR...
Bu gün, 09:28
Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı - NƏ BAŞ VERİR?
Bu gün, 09:25
Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək - Başqa yolu YOXDUR!
Bu gün, 09:24
Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR - ARAŞDIRMA
Bu gün, 09:23
Arutyunyan Avropanı necə gəzə bilir? - AKTUAL
Bu gün, 09:21
Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI - Yoxlamalarla bağlı
Bu gün, 09:19
Ermənistan müdafiə naziri Rusiyaya səfər edib - MƏXFİDİR?
Bu gün, 09:17
Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... - İSLAHAT ZƏRURƏTİ
Bu gün, 09:16
"Azərsun" xörəyimizə HANSI DUZU QATIR? - XƏBƏRİNİZ VARMI?
Bu gün, 09:10
Gələn il hansı banklar bağlana bilər? - AÇIQLAMA
Bu gün, 09:06
"350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" - ETİRAZ
Bu gün, 09:04
Ucarda quldurluq edən üç nəfər saxlanılıb
Bu gün, 09:02
Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? - GƏLİŞMƏ
Bu gün, 09:01
Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir - NƏ ETMƏLİ?
Bu gün, 08:59
Laçın dəhlizindəki müəmma - Hələlik bir şey məlumdur ki, heç nə məlum deyil...
Bu gün, 08:57
Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... - GİLEY
Bu gün, 08:54
NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... - Görünəni budur...
Bu gün, 08:52
Ermənistanın QARABAĞ HİYLƏSİ... - Atəşi ona görə açırlar ki...
Bu gün, 08:44
Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ - VİDEO
Bu gün, 08:38
Naxçıvanın hər qarışında YEYİNTİ VAR - Daha bir FAKT
Bu gün, 08:35
İran: Daxili qırğın və xaricdəki həyəcan - İNCƏLƏMƏ...
Bu gün, 08:32
Cəlilabadda vətəndaşların şikayəti bitmək bilmir... - MÜRACİƏT
Bu gün, 08:30
Balakəndə spirtli içkilər oğurladığı mağazanı yandırmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 08:27
Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... - "Keçən il bu vaxtı 24 manat idi..."
Bu gün, 08:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru