Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər .....                     “Meqalizinq " şirkəti .....                     Məktəblərdə printer almaq üçün pul yığılır .....                     EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... .....                     Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? .....                     Azərbaycanda iki rayona polis rəisi təyin edilib .....                     Balıq ovçuları nazirlik əməkdaşlarının qayığını yandırıblar .....                     “EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... .....                     Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir .....                     Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? .....                     "Başqa ittifaqlara ehtiyacımız yoxdur... .....                     Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. .....                     SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... .....                     ““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” .....                     Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı .....                     Toivo Klaar Ermənistana səfərə gedir .....                     Büdcənin yükü: bir Naxçıvan deyil… .....                     Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı .....                     Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək .....                     Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR .....                     Arutyunyan Avropanı necə gəzə bilir? .....                     Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI .....                     Ermənistan müdafiə naziri Rusiyaya səfər edib .....                     Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... .....                     "Azərsun" xörəyimizə HANSI DUZU QATIR? .....                     Gələn il hansı banklar bağlana bilər? .....                     "350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" .....                     Ucarda quldurluq edən üç nəfər saxlanılıb .....                     Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? .....                     Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir .....                     Laçın dəhlizindəki müəmma .....                     Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... .....                     NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... .....                     Ermənistanın QARABAĞ HİYLƏSİ... .....                     Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ .....                     Naxçıvanın hər qarışında YEYİNTİ VAR .....                     İran: Daxili qırğın və xaricdəki həyəcan .....                     Cəlilabadda vətəndaşların şikayəti bitmək bilmir... .....                     Balakəndə spirtli içkilər oğurladığı mağazanı yandırmaq istəyən şəxs tutulub .....                     Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... .....                 

Yeni Laçın yolu dəhliz deyil - deputat
Tarix: 24-11-2022, 14:21 | Çap et
Yeni Laçın yolu dəhliz deyil
“Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Mahir Abbaszadə ilə bölgədəki son durumu dəyərləndirdik. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Ermənistanla sərhəddə və rus sülhməramlılarının nəzarəti altında qalan ərazilərimizdə fəaliyyət göstərən separatçı rejim tərəfindən təxribatların sayı artıb. Mövcud durum nədən xəbər verir?

- Azərbaycan sərhədlərində təhlükəsiz və davamlı sülhün yaranması, delimitasiya, demarkasiya məsələlərinin həlli, tarixi Zəngəzur yolunun açılması, Prezidentin dediyi kimi, tarixdə müharibə səhifəsini bağlayıb, sülh səhifəsi açmaq, yenidən quruculuq siyasətini davam etdirərək bölgənin inkişafına nail olmaq üçün yenə də Ermənistanı sülh danışıqlarına dəvət edir. Bu, Azərbaycan dövlətinin apardığı əsas siyasətdir.

İrəvandan və Xankəndidə məskunlaşmış ermənilərin davranışlarından sülhə və təhlükəsizliyə təhdidlər var. Görürük ki, əslən erməni olan Rusiya vətəndaşı gəlib Qarabağda - Xankəndidə separatçı qüvvələrlə birləşərək mitinqlər keçirir, erməni əhalisinə yalançı vədlər verirlər.

9 noyabr bəyanatı Rusiyanın vasitəçiliyi ilə baş tutmuşdu və o sənəddə imzası var. Sülh təklifləri içərisində olan maddələr Azərbaycan xalqının, Azərbaycan Prezidentinin və dövlətimizin mövqeyini özündə ehtiva etmir. Prezident qeyd edir ki, “Qarabağ” adlı problem qalmayıb, Azərbaycanın ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Bu o deməkdir ki, biz artıq Qarabağ məsələsini həll etmişik, Qarabağda yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşlarıdır. Cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycan vətəndaşı olan ermənilər üçün heç bir xüsusi statusdan söhbət gedə bilməz. Belə olan surətdə proses Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya məsələlərinin həllinə yönəlməlidir. Qarabağda yaşayan erməniləri Ermənistana keçidlə bağlı Laçın rayonu ərazisindən yolla təmin etmişiksə, o formada da Zəngəzur yolu açılmalı və Azərbaycan öz tarixi torpağı olan Naxçıvanla birbaşa quru sərhədlərini təmin etməlidir. Əksinə, biz Rusiya, Ermənistan tərəfindən belə neqativ hallara rast gəlirik. Bunun cavabını cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı 8 noyabrda Şuşada Azərbaycan Qələbə bayramı keçirən zaman Ordunun qarşısında çıxışı zamanı verdiyi mesajlarda bir daha göstərdi. Bir daha elan etdi ki, əgər sülh danışıqları nəticə verməyəcəksə, Azərbaycanın uzatdığı sülh əlinə Ermənistan tərəfindən adekvat cavab olmadığı təqdirdə, Ermənistan tərəfi müharibə istəyəcəksə, nəticələri əvvəlcədən gözünün qabağına almalıdır. Ermənistan 30 il sülh istəmədi, 30 il müharibə istədi və bunun da nəticələrini gördü. Bu dəfə də Ermənistan sülhə doğru addım atmayacaqsa, sülhə təhdid yaradacaqsa, sülh prosesini uzatmağa çalışacaqsa, Azərbaycanın Dəmir Yumruğunu yenə görəcək. Azərbaycan Silahlı Qüvvələri öz ərazisini qorumaq, ədaləti və sülhü bərpa etmək gücünü özündə saxlayır.

- Rusiya Prezidenti Vladimir Putinin noyabrın sonunda keçirilməsi nəzərədə tutulan Brüssel görüşü öncəsi KTMT-nin sammitində iştirak etmək üçün Ermənistana səfərinin “pərdəarxası”nda nə dayanır?

– Soçidə Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması ilə bağlı sənədə imza atıb. Biz sənədlərdə bunun ehtiva olunduğunu və Rusiya tərəfinin də hansı vasitəçilik missiyasını yerinə yetirdiyini görürük. Əgər Putin İrəvana səfər edirsə və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi Bakıya səfər edirsə, deməli, Rusiya Prezidenti bununla həm də İrəvana səfərinin mahiyyəti ilə bağlı məlumat vermək istəyir. Məsələ ondan ibarətdir ki, üzdə elə gedişlərə rast gəlirik ki, onun bir hissəsi Azərbaycan xalqının mənafelərini ifadə etsə də, arxada bəzi planların olduğunu görürük. Görürük ki, Rusiya tərəfi Azərbaycanın suveren ərazisində, Qarabağın mərkəzi şəhəri olan Xankəndidə “rus mərkəzləri”nin açılmasını təmin edir və guya ermənilərin rus dilini bilməsi ilə bağlı işlər aparırlar. Təbii ki, Azərbaycanın rus dilinin tədrisi ilə bağlı narahatlığı yoxdur. Narahtlıq doğuran odur ki, bu tədbirlərin təşkilində Azərbaycan tərəfinin cinayətkar kimi axtarışa verdiyi, özünü saxta “Artsax” deyilən rejimin rəhbəri elan etmiş Arutunyan iştirak edir.

Rusiya tərəfi bilməlidir ki, bu ərazilərdə sülhün və təhlükəsizliyin təmin edilməsi orada fəaliyyət göstərən rus sülhməramlılarının missiyasına daxildir. Sülhməramlıların mandatı ondan ibarətdir ki, bölgə silahsızlaşdırılsın, erməni silahlı qüvvələri ərazidən çıxarılsın, azərbaycanlılarla ermənilər arasında etimad yaradılsın. Bu etimad da gələcəkdə orada qalıb, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərlə azərbaycanlılar arasında olmalıdır. Sülhməramlılar bu işlə məşğul olmalıdır. Təəssüflər olsun ki, biz başqa halları görürük. Azərbaycan öz ərazisində antiterror əməliyyatları aparmaq, düşmənin layiqli cavabını verməklə bağlı güc- qüvvəsini özündə saxlayır.

- Üçtərəfli sazişin müddəlarına əsasən erməni silahlıları ərazidən çıxarılmırsa, Qarabağda sülhməramlıların və erməni silahlılarının özbaşınalığı artırsa, ermənilər Zəngəzur yolunun açılmasına maneədirsə, bu, Laçın dəhlizinin bağlanmasını, yeni müharibə, antiterror əməliyyatını nə dərəcədə zəruri edir?

– Bu gün Qarabağdakı erməniləri Ermənistana aparacaq yol “dəhliz” deyil, yoldur. Beynəlxalq teminologiyada dəhlizin mənası başqadır, yolun başqa. Dəhlizdən həm dəmir yolu xətti, quru yol, işıq, qaz xətləri keçə bilər. Amma yoldan sadəcə maşınların gediş-gəlişi təmin olunur. Qarabğada yaşayan ermənilərin Ermənistana gediş-gəlişini asanlaşdırmaq üçün dəhliz vermişdik. İndi o, yeni yolla əvəzlənib. Bu yolun mühafizəsini 9 Noyabr sazişinə əsasən sülhməramlılar həyata keçirir. Bu yolun bağlanması, açılması, orada gömrük postunun qoyulması və yaxud sərhəd xidmətinin qurulması hüququnu Azərbaycan özündə saxlayır. Bu, beynəlxalq hüququn Azərbaycana verdiyi imkanlardır. Eyni zamanda, Laçın rayonunun ərazisindən Ermənistana gedən həmin yol Azərbaycan Respublikasının torpağıdır. Belə olan surətdə Konstitusiyaya uyğun olaraq Azərbaycan Dövləti istədiyi yerdə mühafizə xidməti qurub, sərhəd postu yarada bilər. İstənilən vaxtda həmin yolu bağlayıb pasport yoxlanışını təmin edə bilərik. Düşmən tərəfi, havadarları da bunu çox yaxşı bilir. Düşmən tərəfi anlamalıdır ki, bu gün Qarabağda -Xankəndidə yaşayan ermənilərlə birgə sülhə, təhlükəsizliyə böyük təhdidər yaradan addımları onların zərərinə işləyəcək. Azərbaycan Silahlı Qüvvələri o yolu istənilən vaxt bağlaya bilər və antiterror əməliyyatları keçirib həmin hərbi cinayətkarları həbs edə bilər. Bunu yadlarından çıxarmasınlar. Əgər düşmən tərəfi gələcəkdə beynəxalq hüququn verdiyi imkanlardan istifadə edib təhlükəsizlik və sülhün davamlı olmasına təhdid yaradacaqsa, Azərbaycan bu gücündən istifadə edəcək.

- Laçın yolunun bağlanmasında gecikmirik?.. Ermənilər yenə də toparlanırlar, mühəndis istehkamları qururlar. Yenə də müharibə hazırlıqları gedir...

- Otuzillik səbrimizdən sonra zaman gəldi, cənab Prezidentin rəhbərliyi ilə torpaqlarımızı geri aldıq. Həmin vaxt Prezidentin camaata belə müraciəti oldu: “Mən nəyi nə vaxt, necə edəcəyimi çox yaxşı bilirəm...”. Mənə elə gəlir ki, bu məsələnin həlli ilə bağlı danışıqlar yolu hələ ki, tükənməyib. Hələ ki, beynəlxalq təşkilatların hamısında Ermənistanın revanşist addımları dəstəklənmir. Bu addımların qarşılığında Azərbaycan tərəfinin irəli sürdüyü sülh və təhlükəsizlik tələbi daha ucadan səslənir. Azərbaycan tərəfi qalibdir, istədiyi vaxt əməliyyatları həyata keçirə bilər, amma cənab Prezident sülhsevərliyini, insanpərvərliyini və regionun lideri olduğunu ortaya qoyaraq təmkin göstərir. Bu, öz nəticəsini verəcək. Verməzsə, Azərbaycan Dövlətinin Ordusu öz gücünü özündə saxlayıb.

- Paşinyan sülh masasına “çərçivə sazişi” təklif edib. Bunun arxasında hansı niyyətlər var?

- Ermənistan-Azərbaycan danışıqlarının hansı səviyyədə və hansı maddələr üzərində aparılması ilə bağlı cənab Prezidentin irəli sürdüyü təkliflər var.

Bu təkliflər Azərbaycan xalqının mənafelərini müdafiə edir. Ərazilərdə sülhün və təhlükəsizliyin təminatı ancaq bu maddələr üzərində mümkündür. Bu maddələr özündə ehtiva edir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır, müharibə erası bitir və sülh prosesi başlayır. Adının “çərçivə sazişi”, yaxud başqa nə olmasından asılı olmayaraq bütün danışıqlar Azərbaycan tərəfinin irəli sürdüyü həmin maddələr üzərində olmalıdır. Bunu cənab Prezident dəfələrlə deyib.

- İranın, ABŞ-ın, Rusiyanın, Fransanın Qarabağ məsələsində sərgilədiyi mövqe və Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə fonunda Azərbaycan həqiqətlərinə beynəlxalq münasibət hansı standartlarda, çərçivədə görünür?

- Senatın Azərbaycanla bağlı qəbul etdiyi və nəzərdə tutduğu sanksiyaların heç bir əhəmiyyəti yoxdur. Senatın qətnamələri tövsiyə xarakterlidir və bunun hökumət tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi də başqa məsələdir. Fransa Parlamentinin Azərbaycanla bağlı mövqeyi gözlənilən idi. 2020-ci ildə biz torpaqları işğaldan azad edən zaman da Senatın belə bir qətnaməsi oldu. Senat bir az da qabağa gedərək, “Dağlıq Qarabağ” deyib, “artsax” dövlətinin tanınması ilə bağlı tövsiyyələr verirdi.

Hamı yaxşı bilir ki, Fransada erməni lobbisi çox güclüdür. Parlament, Prezident Makron da erməni lobbisinin təsiri altındadır. Makronun bütün çıxışları məhz Fransada yaşayan erməni lobbisinin səsini almağa yönəlib.

Senatda irəli sürülən təkliflərə baxsaq, qəbul edilmiş qərar reallıqları əks etdirmir. Bu qərarı qəbul edən parlamentariləri sanki Qarabağın harada olduğundan, Ermənistan-Azərbaycan sərhəddində nələrin baş verdiyindən xəbərsizdirlər.

Məsələn, maddələrin birində qeyd olunur ki, Azərbaycan Ordusu Ermənistan ərazilərindən və Laçın dəhlizindən çəkilməlidir. Onlar anlamırlar ki, “Laçın dəhlizi” məsələsi qurtarıb, indi sadəcə Laçından keçən yol var və yolun mühafizəsini rus sülhməramlıları aparırlar. Rus sülhməramlılarının da orada olması 9 noyabrda ermənilərin kapitulyasiya aktına imza atması ilə mümkün olub. Bu necə Senatdır ki, Ermənistan rəhbərliyinin atdığı addımlardan xəbəri yoxdur. Belə çıxır ki, Senat erməni lobbisinin təsiri altındadır. Yaxud, Senat qətnamədə qeyd edib ki, “Azərbaycan bütün hərbi əsirləri qaytarılmalıdır”. Azərbaycanda erməni hərbi əsiri yoxdur, terrorçular var. Onlar müharibədən sonra Azərbaycan ərazisində diversiya aparmaq istəyərkən təhlükəsizlik və silahlı qüvvələr tərəfindən tutulub, qanunlarımıza uyğun olaraq məhkəmədə cinayət məsuliyyətinə cəlb ediliblər. Əksinə, Ermənistan 4 mindən artıq hərbi əsrimizin taleyi haqqında bu günə qədər də məlumat vermir. Biz bu yaxınlarda Xocavənd rayonunun Edilli kəndində, Füzuli rayonunda tapılan kütləvi məzarlıqları gördük. O məzarlıqlarda 75-dən artıq azərbaycanlı əsirin əlləri, qolları bağlı şəkildə torpağa basdırılıdığı ortaya çıxdı.

Yaxud, Senat tövsiyə edir ki, “Fransa hökuməti Dağlıq Qarabağda “humanitar büro” açmalıdır.

Birincisi, Azərbaycanda “Dağlıq Qarabağ” ərazi vahidi yoxdur. İkincisi, siz necə Azərbaycanın hüququ ərazisi olan Qarabağda büro aça bilərsiniz? Azərbaycan istənilən büronu ləğv edib, üzvlərini də məhv edə bilər. Bu bizim suveren hüququmuzdur.

Deyirlər ki, “Dağlıq Qarabağ respublikası -Artsax tanınmalıdır”. Bir daha bəyan edirik ki, “Dağlıq Qrabağ” adlı respublika yoxdur. “Dağlıq Qarabağ” adlı problem də yoxdur.

Görünən odur ki, Fransa Senatının qəbul etdiyi qərar nəinki Azərbaycanın mənafeyinə uyğun deyil, heç bölgənin reallıqlarını özündə əks etdirmir.

- İşğaldan azad olunmuş ərazilərin bərpası, quruculuq işləri necə davam edir?

- Azərbaycan torpaqlarını işğaldan azad edib vətəndaşları geri qaytararkən bizim üçün ən böyük təhlükə mina təhlükəsidir. Müharibə qurtarandan sonra 300-ə yaxın insan minaların qurbanı olub. Bu insanların böyük əksəriyyəti həyatlarını, bəziləri sağlamlıqlarını itirblər.

Cənab Prezident də Şuşada qeyd edirdi ki, minalardan təmizlənmək üçün Azərbaycana milyardlarla dollar, təxminn 30 il də vaxt lazımdır. Qeyd etmək lazımdır ki, Azərbaycan işğaldan sonra bərpa-quruculuq işlərini tək öz vəsaitləri hesabına aparır. Məhz minaların təmizlənməsi prosesini də öz vəsaitləri gücü hesabına həyata keçirdir. Minalardan təmizləmə prosesi gedir, amma təhlükə də qalır.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər - TƏFƏRRÜAT
Bu gün, 10:34
“Meqalizinq " şirkəti MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 10:30
Məktəblərdə printer almaq üçün pul yığılır - FOTO
Bu gün, 10:29
EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:24
Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? – Məhkəmə ilə MTK arasında qalan zərərçəkəndən ŞİKAYƏT
Bu gün, 10:14
Azərbaycanda iki rayona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 10:11
Balıq ovçuları nazirlik əməkdaşlarının qayığını yandırıblar - Məhkəmə başlayır
Bu gün, 10:09
“EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... - NARAZILIQ VAR!
Bu gün, 10:08
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - MN
Bu gün, 10:04
Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? - FOTO
Bu gün, 10:00
"Başqa ittifaqlara ehtiyacımız yoxdur... - İndi Turan istiqamətinə gedirik"
Bu gün, 09:56
Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. - BU NƏDİ BELƏ?
Bu gün, 09:53
SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... - Bu da RUSİYANIN ASTAR ÜZÜ...
Bu gün, 09:48
““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” - Elşad Miri
Bu gün, 09:41
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı – Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir
Bu gün, 09:38
Toivo Klaar Ermənistana səfərə gedir
Bu gün, 09:35
Büdcənin yükü: bir Naxçıvan deyil… - Ekspert ÇÖZƏLƏYİR...
Bu gün, 09:28
Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı - NƏ BAŞ VERİR?
Bu gün, 09:25
Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək - Başqa yolu YOXDUR!
Bu gün, 09:24
Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR - ARAŞDIRMA
Bu gün, 09:23
Arutyunyan Avropanı necə gəzə bilir? - AKTUAL
Bu gün, 09:21
Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI - Yoxlamalarla bağlı
Bu gün, 09:19
Ermənistan müdafiə naziri Rusiyaya səfər edib - MƏXFİDİR?
Bu gün, 09:17
Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... - İSLAHAT ZƏRURƏTİ
Bu gün, 09:16
"Azərsun" xörəyimizə HANSI DUZU QATIR? - XƏBƏRİNİZ VARMI?
Bu gün, 09:10
Gələn il hansı banklar bağlana bilər? - AÇIQLAMA
Bu gün, 09:06
"350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" - ETİRAZ
Bu gün, 09:04
Ucarda quldurluq edən üç nəfər saxlanılıb
Bu gün, 09:02
Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? - GƏLİŞMƏ
Bu gün, 09:01
Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir - NƏ ETMƏLİ?
Bu gün, 08:59
Laçın dəhlizindəki müəmma - Hələlik bir şey məlumdur ki, heç nə məlum deyil...
Bu gün, 08:57
Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... - GİLEY
Bu gün, 08:54
NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... - Görünəni budur...
Bu gün, 08:52
Ermənistanın QARABAĞ HİYLƏSİ... - Atəşi ona görə açırlar ki...
Bu gün, 08:44
Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ - VİDEO
Bu gün, 08:38
Naxçıvanın hər qarışında YEYİNTİ VAR - Daha bir FAKT
Bu gün, 08:35
İran: Daxili qırğın və xaricdəki həyəcan - İNCƏLƏMƏ...
Bu gün, 08:32
Cəlilabadda vətəndaşların şikayəti bitmək bilmir... - MÜRACİƏT
Bu gün, 08:30
Balakəndə spirtli içkilər oğurladığı mağazanı yandırmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 08:27
Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... - "Keçən il bu vaxtı 24 manat idi..."
Bu gün, 08:25
İcbari Tibbi Sığorta xidmətin Covid-19 KORRUPSİYASI... - İTTİHAM VAR!
Bu gün, 08:18
Culfa gömrüyü hələ də ÖZÜNƏ YIĞIŞMIR... - ÖZBAŞINALIQ!
Bu gün, 08:14
Heydər Əliyev Azərbaycanın gənclər siyasətinin banisidir - MƏQALƏ
Bu gün, 08:06
Bu gün dollar neçəyə olacaq?
Bu gün, 08:04
Naxçıvanda nələr olacaq? - “Rəhbər Vasif olsun, Ağasif olsun, kim olursa olsun...”
Dünən, 19:00
"Baş nazirlərin müavinləri dəmir yolu ilə bağlı nəticə əldə etməyiblər" - Paşinyan
Dünən, 18:10
Talıbov Bakıya 200 “desant”ı niyə göndərmişdi? - İLGİNC
Dünən, 18:08
İlin sonuna qədər Azərbaycan XİN başçısı ilə görüşə dair razılıq var - Mirzoyan
Dünən, 18:06
Azərbaycanda 39 milyonluq kompüter və noutbuk tenderi - BU SİRKƏT QALİB GƏLDİ
Dünən, 17:48
“İranı beynəlxalq məhkəməyə verməli, rus hərbçilərini ərazilərimizdən çıxarmalıyıq” - ekspertdən UYARI
Dünən, 17:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru