SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... .....                     ““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” .....                     Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı .....                     Toivo Klaar Ermənistana səfərə gedir .....                     Büdcənin yükü: bir Naxçıvan deyil… .....                     Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı .....                     Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək .....                     Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR .....                     Arutyunyan Avropanı necə gəzə bilir? .....                     Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI .....                     Ermənistan müdafiə naziri Rusiyaya səfər edib .....                     Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... .....                     "Azərsun" xörəyimizə HANSI DUZU QATIR? .....                     Gələn il hansı banklar bağlana bilər? .....                     "350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" .....                     Ucarda quldurluq edən üç nəfər saxlanılıb .....                     Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? .....                     Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir .....                     Laçın dəhlizindəki müəmma .....                     Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... .....                     NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... .....                     Ermənistanın QARABAĞ HİYLƏSİ... .....                     Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ .....                     Naxçıvanın hər qarışında YEYİNTİ VAR .....                     İran: Daxili qırğın və xaricdəki həyəcan .....                     Cəlilabadda vətəndaşların şikayəti bitmək bilmir... .....                     Balakəndə spirtli içkilər oğurladığı mağazanı yandırmaq istəyən şəxs tutulub .....                     Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... .....                     İcbari Tibbi Sığorta xidmətin Covid-19 KORRUPSİYASI... .....                     Culfa gömrüyü hələ də ÖZÜNƏ YIĞIŞMIR... .....                     Heydər Əliyev Azərbaycanın gənclər siyasətinin banisidir .....                     Bu gün dollar neçəyə olacaq? .....                     Naxçıvanda nələr olacaq? .....                     "Baş nazirlərin müavinləri dəmir yolu ilə bağlı nəticə əldə etməyiblər" .....                     Talıbov Bakıya 200 “desant”ı niyə göndərmişdi? .....                     İlin sonuna qədər Azərbaycan XİN başçısı ilə görüşə dair razılıq var .....                     Azərbaycanda 39 milyonluq kompüter və noutbuk tenderi .....                     “İranı beynəlxalq məhkəməyə verməli, rus hərbçilərini ərazilərimizdən çıxarmalıyıq” .....                     Rusiya güzəştə məcbur oldu: .....                     Lüks həyat, bahalı maşınlar, ayda 16 min maaş... .....                 

İranda iki güclü klan arasında mübarizə gedir – Ərəstun Oruclu
Tarix: 24-11-2022, 19:00 | Çap et
İranda iki güclü klan arasında mübarizə gedir
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə hafta.az üçün budəfəki söhbətimizdə son dövrdə Azərbaycan xalqının emosiyalarını coşduran olay və proseslər, onların gerçək mahiyyəti və perspektivləri, İrandakı qanlı iğtişaşların gözlənilən nəticələri, habelə Rusiyanın Qarabağdakı “sülhməramlı”larının separatçı liderləri və qanunsuz silahlı erməni birləşmələrini himayə etməsinin hansı planlara xidmət etməsindən bəhs etdik. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Son aylar Azərbaycan cəmiyyətinin diqqəti və emosiyaları əsasən 3 istiqamətə yönəldilib. Birincisi, İranda, o cümlədən Güney Azərbaycanda baş verən iğtişaşlar fonunda artıq tezliklə Təbrizin, Ərdəbilin və s. azad olacağı, quzeyli-güneyli bütöv Azərbaycan yaranacağı xəyalıdır. İkinci məsələ türk ölkələrinin yaxın dövrdə Turan birliyi quracağı illüziyasıdır. Üçüncü mövzu isə tezliklə nəinki, Zəngəzur, Göyçə, hətta İrəvanda da Azərbaycan bayrağının dalğalanacağı xülyasıdır. Bu 3 məsələ, 3 arzu gerçək geo-siyasi proseslər prizmasından necə görünür?

- Bu məsələlərin hamısı; istər Güney Azərbaycan, Güneyli-Qizeyli Azərbaycanın birləşməsi, Turan və yaxud elə, nə bilim, “İrəvan respublikası”, “Zəngəzur-Göyçə respublikası” – bütün bunlar real siyasətdən, xüsusən də geo-siyasətdən olduqca uzaq duran məsələlərdir. Və əgər biz onların hər üçünə geo-siyasi proseslər prizmasından baxsaq, deyərdim ki, hətta bizim - Azərbaycan üçün təhlükəli məsələlərdir...

Nəzərə almalıyıq ki, İrandakı təbii səbəblərdən doğan iğtişaşlardan yararlanmağa çalışan məkrli qüvvələrin əsas hədəfi “Böyük Orta Doğu” adlanan projedə iştirak etməkdir. Amma onların bu bölgəyə çıxışı olmadığından həmin çıxışı Azərbaycan, Ermənistan və İrandan qoparmağa çalışdıqları bir hissə, sonrakı mərhələdə isə Suriya və İraq vasitəsilə reallaşdırmağa çalışırlar. İcazənizlə bir qədər də dərinləşdirim. Söhbət Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd bir zolağını, Naxçıvanı, Ermənistanın Zəngəzur bölgəsini və bütövlükdə Azərbaycan Respublikasını, sonrada isə qeyd etdiyim kimi, şimali Suriya və şimali İraqı əhatə edən böyük bir ərazidə destablizasiya zonası, başqa sözlə, “boz” zona yaratmaqdan gedir. Onun adı müxtəlif cür ola bilər. Yüksək ehtimalla deyək ki, bu, “Kürdüstan respublikası” ola bilər, təbii ki, tanınmayan... Amma eyni zamanda bu zolağın bir kommunikasiya rolu da oynaması mümkündür. Necə ki, vaxtilə - biz bunu çox yaxşı bilirik, -Azərbaycanın işğal altında qalan bölgələri belə bir rol oynayırdı. O zaman Rusiyadan, onun Ermənistandakı 102-ci bazası vasitəsilə Qarabağa, Qarabağdan isə İrana silah-sursat, geriyə isə narkotik maddələr daşınırdı. Eyni zamanda orada qeyri-leqal yanacaq və digər malların alveri də həyata keçirilirdi. İndi isə bu daha böyük miqyasda planlaşdırılmış bir layihədir... Amma artıq, gördüyümüz kimi, bu layihənin də qarşısını almağa başlayıblar. Bu haqda hələlik bu qədər...

- Proses konkret Azərbaycan üçün hansı təhlükələri daşıyır?

- Deyilən proseslərin Azərbaycan üçün daşıdığı təhlükə isə təsəvvür etdiyimizdən daha böyükdür... Birincisi bu, Şimali Azərbaycanın, yəni Azərbaycan Respublikasının suverenliyinin itirilməsi və ya məhdudlaşdırılması deməkdir. İkincisi, bu, Cənubi Azərbaycanda, yəni İranda “Qərbi Azərbaycan ostanı” adlandırılan və Türkiyə ilə həmsərhəd olan ərazidəki soydaşlarımızın bir hissəsinə qarşı etnik təmizləmə ilə nəticələnə bilər. Üçüncüsü, düşmən qüvvələrin, nəhayət, Türkiyənin şərq və cənub sərhədlərinə gəlib çıxmasına səbəb ola bilər. Və bununla da Türkiyə-Azərbaycan əlaqələrinin tam kəsilməsi mümkündür. Çünki olay və proseslərin düşmənlərimizin istədiyi kimi getməsi halında Azərbaycan Naxçıvan üzərindəki onsuz da məhdud suverenliyini xeyli dərəcədə itirə bilər. Bu isə Azərbaycan və Türkiyə üçün, ümumiyyətlə, türk dünyası üçün böyük bir faciə baş verməsi demək olar.

Sadalananların geosiyasi perspektivinə gəldikdə, hesab edirəm ki, artıq hər şey aydındır. İran ölkədə baş verən iğtişaşları və situasiyanı tədricən nəzarətə götürəcək. Bunun əlamətləri artıq görünməkdədir. Eyni zamanda Tehran hakimiyyəti şimali İraqdakı kürd silahlı birləşmələrini tərksilah edəcək... Yaxud bu işi təzyiq edərək İraq hökumətinə gördürəcək. Türkiyə isə artıq Suriyada əməliyyatlara başlayıb. Geosiyasi kontekstdən bu, belə görünür. Dünya mediasını diqqətlıə izlədikdə biz bir şeyi aydın görürük ki, istər ABŞ, istər Avropa KİV-də, istər Qərb analitiklərinin açıqlama və təhlillərində, istərsə də siyasətçilərin bəyanatlarında İranla bağlı hər hansı bir etnik, milli məsələ və ya həmin ölkənin parçalanması məsələsi müzakirə olunmur. Söhbət yalnız İranda rejimin dəyişməsindən, onun yumşalmasından və demokratik bir quruluşun təsbit olunmasından gedir. Dediyim kimi, real geo-siyasi baxış bucağından görünən bunlardır.

- Sizcə, mövcud reallıqda Azərbaycan dövlətinin əlində Qarabağdakı baş separatçı Araik Arutyunyan, V. Balasanyan, B.Saakyan və s. ilə yanaşı, Putinin milyarder “desantı” sayılan Ruben Vardanyanın da həbsi və Xankəndindəki separatçı-terrorçu “mədə yarası”nın kəsilib atılması üçün yetərli əsaslar və hüquqi mexanizmlər varmı?

- Bu gün Azərbaycan hakimiyyətinin əlində, əlbəttə, həmin Arayik Arutyunyanı, V. Balasanyanı, B.Saakyanı və bunlarla yanaşı, Putinin “desantı” sayılan həmin Ruben Vardanyanı da mühakimə etmək üçün əsaslar var, amma eyni zamanda da yoxdur. Nə qədər paradoksal görünsə də... Birincisi, ona görə ki, hüquqi baxımdan, bəli, onlar Azərbaycanın ərazi bütövlüyünü pozmuş, ərazimizdə qanunsuz silahlı birləşmələr yaratmış, Azərbaycan dövlətinin ərazi bütövlüyünə təhdid yaratmış şəxslər kimi ölkə qanunvericiliyınə görə cinayət məsuliyyəti daşıyırlar. Amma bu separatçı liderlərin məsuliyyətə cəlb olunması üçün hüquqi mexanizmlərin özü belə, yoxdur. Çox sadə bir səbəbdən... Həmin şəxslər hal-hazırda Azərbaycan ərazisində, onun Qarabağ bölgəsinin dağlıq hissəsində qanunsuz yerləşmiş dırnaqarası Rusiya “sülhməramlı”larının nəzarəti və himayəsi altındadırlar. Azərbaycan dövlətinin isə hələlik bəhs edilən ərazilərə təsir imkanları yoxdur. Odur ki, sözügedən erməni separatçıları və digərlərinin hər hansı bir şəkildə məsuliyyətə cəlb olunması hələlik, belə deyək, arzuolunan bir haldır...

- Əgər Azərbaycan ərazisininbir hissəsini nəzarətdə saxlayan Rusiya hərbi kontingentinin Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini silahla təchiz etməsi faktları doğrudursa, deməli, Kreml nə vaxtsa həmin separatçı “müdafiə ordusu”nun əli ilə torpaqlarımızda növbəti lokal və ya genişmiqyaslı hərbi qarşıdurmanı körükləməyi planlaşdırır. Sizcə, bu, hansı məqamda baş verə bilər?

- Bəli, Rusiya “sülhməramlıları” adlanan həmin o kontingentin qanunsuz erməni silahlı dəstələrini silahla təchiz etməsi, onlara təlim keçməsi şəksizdir. Bu haqda onlarla fakt var. Rusiya mənbələrinin yaydığı rəsmi və qeyri-rəsmi xəbər və məlumatlarda bəhs edilən Azərbaycan ərazisinin Rusiya Müdafiə Nazirliyi tərəfindən heç bir rəsmi qurum olmayan və heç kəs tərəfindən tanınmayan qondarma “dağlıq Qarabağ respublikası” kimi təqdim olunması Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımamasını, ona həqarət etməsini, onu təhdid altına qoymasını sübut edir. Moskva eyni zamanda bununla situasiyaya nəzarət edən tərəf olduğunu nümayiş etdirir. Eyni zamanda qanunsuz erməni birləşmələrinin qeyd etdiyimiz silahlandırılması məsələsi... Və eyni zamanda silahlandırmanı da kənara qoyaq, yada salaq ki, 10 noyabr üçtərəfli bəyanatına görə, Rusiyanın “sülhməramlı”larının əsas vəzifələrindən biri erməni silahlı birləşmələrinin tərksilah olunmasıydı ki, bunu etmədilər. Elə bunu etməmək erməni separatçılarını silahlandırmaq kimi bir şeydir...

Hesab edirəm ki, Kremlin Qarabağdakı silahlı dəstələri saxlamasının, onları silahlandırmasının, oradakı separatçıların başına Ruben Vardanyanı bir lider kimi gətirməsinin hədəfi isə Şimal-Cənub dəhlizinin Azərbaycan və həmçinin İran tərəfindən açılmayacağı halda həmin o silahlı dəstələrdən destablizasiya faktoru kimi istifadə etmək və bundan sonra bölgədə növbəti müharibəni qızışdırmaq planıdır. Mən bu planı belə görürəm. Və həmin planın tərkib hissəsindən biri də bu gün KTMT-nin İrəvanda keçirilən toplantısı və Putinin birbaşa özünün o sammitdə iştirakı, bu tədbirin hədəfində, məqsədində Ermənistana hərbi dəstəyin verilməsinin olmasıdır. Bunlar hamısı göstərir ki, sadalananlar vahid bir planın tərkib hissəsidir və plan da dediyim kimi, Azərbaycanı zorla həmin Şimal-Cənub dəhlizinin açılmasına razılıq verməyə məcbur etməkdir. Və şübhəsiz ki, həmin planda da Qarabağdakı qanunsuz hərbi birləşmələrin iştirakı nəzərdə tutuludbur. Bu, birmənalıdır..

- Necə hesab edirsiniz, İrandakı ilk baxışdan kortəbii görünən qanlı iğtişaşlar xarici güclərlə də bağlı olan hakimiyyətdaxili qruplaşmalar tərəfindən yönləndirilir, yoxsa, bütün bunlar, doğrudan da, Tehran rejiminin zülmündən cana doymuş xalq kütlələrinin kortəbii etirazının nəticələridir?

- İrandakı iğtişaşların birinci səbəbi, buna təkan verən birinci amil insanların artıq mövcud şəraitdən bezməsi, onların azadlığa, daha geniş hüquqlara malik olmağa can atmalarıdır. Bu, şübhəsizdir. Amma eyni zamanda bu, İranda iki güclü klan arasında gedən mübarizənin də təzahürüdür. Bunun da təsiri var. Onlardan biri Rəfsancani, digəri isə Xamneyi klanıdır. Bu iki klan arasında böyük bir savaş gedir. İranda bu savaşlar daim saray çəkişmələri səviyyəsində olub. Bu, yüzillərdən gələn bir ənənədir. Həmin çəkişmə siyasi konyuktura şəklində küçələrə yalnız o zaman çıxır ki, artıq daxildə məsələlər həll olunub, yəni bir klan digərinə qalib gəlib. Hazırda görünən budur ki, hələki güclər bərabərdir və həmin səbəbdən də bu gün müxalif olan Rəfsəncani klanı hələlik prosesləri öz nəzarəti altına almağa tələsmir. Əlbəttə ki, insanların mübarizə əzmi bir tərəfdən güclənirsə, digər tərəfdən əzilərək zəifləyir, mübarizə resursları hədərə xərclənir. Və ən təəccüblüsü odur ki, artıq iki aydan çoxdur davam edən proseslərdə hər hansı bir idarəçilik, təşkilatlanma görünmür. Bu da dediyim səbəbdəndir. Çünki əsl təşkilatlandırıcı amil pərdənin arxasındadır. Və bu, çox güman ki, Rəfsəncani klanıdır...





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... - Bu da RUSİYANIN ASTAR ÜZÜ...
Bu gün, 09:48
““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” - Elşad Miri
Bu gün, 09:41
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı – Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir
Bu gün, 09:38
Toivo Klaar Ermənistana səfərə gedir
Bu gün, 09:35
Büdcənin yükü: bir Naxçıvan deyil… - Ekspert ÇÖZƏLƏYİR...
Bu gün, 09:28
Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı - NƏ BAŞ VERİR?
Bu gün, 09:25
Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək - Başqa yolu YOXDUR!
Bu gün, 09:24
Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR - ARAŞDIRMA
Bu gün, 09:23
Arutyunyan Avropanı necə gəzə bilir? - AKTUAL
Bu gün, 09:21
Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI - Yoxlamalarla bağlı
Bu gün, 09:19
Ermənistan müdafiə naziri Rusiyaya səfər edib - MƏXFİDİR?
Bu gün, 09:17
Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... - İSLAHAT ZƏRURƏTİ
Bu gün, 09:16
"Azərsun" xörəyimizə HANSI DUZU QATIR? - XƏBƏRİNİZ VARMI?
Bu gün, 09:10
Gələn il hansı banklar bağlana bilər? - AÇIQLAMA
Bu gün, 09:06
"350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" - ETİRAZ
Bu gün, 09:04
Ucarda quldurluq edən üç nəfər saxlanılıb
Bu gün, 09:02
Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? - GƏLİŞMƏ
Bu gün, 09:01
Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir - NƏ ETMƏLİ?
Bu gün, 08:59
Laçın dəhlizindəki müəmma - Hələlik bir şey məlumdur ki, heç nə məlum deyil...
Bu gün, 08:57
Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... - GİLEY
Bu gün, 08:54
NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... - Görünəni budur...
Bu gün, 08:52
Ermənistanın QARABAĞ HİYLƏSİ... - Atəşi ona görə açırlar ki...
Bu gün, 08:44
Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ - VİDEO
Bu gün, 08:38
Naxçıvanın hər qarışında YEYİNTİ VAR - Daha bir FAKT
Bu gün, 08:35
İran: Daxili qırğın və xaricdəki həyəcan - İNCƏLƏMƏ...
Bu gün, 08:32
Cəlilabadda vətəndaşların şikayəti bitmək bilmir... - MÜRACİƏT
Bu gün, 08:30
Balakəndə spirtli içkilər oğurladığı mağazanı yandırmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 08:27
Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... - "Keçən il bu vaxtı 24 manat idi..."
Bu gün, 08:25
İcbari Tibbi Sığorta xidmətin Covid-19 KORRUPSİYASI... - İTTİHAM VAR!
Bu gün, 08:18
Culfa gömrüyü hələ də ÖZÜNƏ YIĞIŞMIR... - ÖZBAŞINALIQ!
Bu gün, 08:14
Heydər Əliyev Azərbaycanın gənclər siyasətinin banisidir - MƏQALƏ
Bu gün, 08:06
Bu gün dollar neçəyə olacaq?
Bu gün, 08:04
Naxçıvanda nələr olacaq? - “Rəhbər Vasif olsun, Ağasif olsun, kim olursa olsun...”
Dünən, 19:00
"Baş nazirlərin müavinləri dəmir yolu ilə bağlı nəticə əldə etməyiblər" - Paşinyan
Dünən, 18:10
Talıbov Bakıya 200 “desant”ı niyə göndərmişdi? - İLGİNC
Dünən, 18:08
İlin sonuna qədər Azərbaycan XİN başçısı ilə görüşə dair razılıq var - Mirzoyan
Dünən, 18:06
Azərbaycanda 39 milyonluq kompüter və noutbuk tenderi - BU SİRKƏT QALİB GƏLDİ
Dünən, 17:48
“İranı beynəlxalq məhkəməyə verməli, rus hərbçilərini ərazilərimizdən çıxarmalıyıq” - ekspertdən UYARI
Dünən, 17:47
Rusiya güzəştə məcbur oldu: - “Azərbaycan antiterror əməliyyatı ərəfəsindədir”
Dünən, 17:42
Lüks həyat, bahalı maşınlar, ayda 16 min maaş... - Bakıda “Crowd-1” dələduzluğu
Dünən, 17:36
Fransadan MƏDƏT UMANLARA... - YORULMADINIZ?!!
Dünən, 17:32
Mətbuat Şurasının sədri deputata ÇAĞIRIŞ ETDİ
Dünən, 17:21
Teatrdan çıxarılan 65 yaşlı aktrisa: - “Xəstə adam 320 manatla necə dolansın?”
Dünən, 17:18
“Rusiya Azərbaycan-Ermənistan dialoquna maneə törədir” – İdeal vasitəçi kim ola bilər?
Dünən, 17:14
Cənab Əmrullayev... 4 məktəbdə şagirdlər DONUR!!! - NARAZILIQ VAR!
Dünən, 17:11
Donuz qripi Azərbaycanda da yayılacaq? - AKTUAL
Dünən, 17:07
Pensiyalar Füzuli Ələkbərovun dövründə saxtalaşdırılıb - REAKSİYA
Dünən, 17:06
İran Ermənistana müasir raket kompleksləri hədiyyə edib - Bu da fars-molla rejimi...
Dünən, 17:03
ATƏT-in Minsk qrupunu ŞƏRƏFSİZ FRANSA GÖMÜB... - Belə tərəfsizlik olur?
Dünən, 17:02
Erməni istismarı altındakı “Qızılbulaq” və “Dəmirli" - Yataqlar Qarabağın harasında yerləşir?
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru