"Oğlumu itirməyimdən danışanda utanıram, danışmaq istəmirəm" .....                     VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN! .....                     İlham Əliyevin fotoları Güney Azərbaycan küçələrində .....                     “Sizi qorxutmaq istəmirəm, vəziyyət gərgindir” .....                     Tehranda hər şey dəyişir, xislətdən başqa .....                     Bakıdan İrəvana 70 milyard dollarlıq təzminat tələbi: .....                     Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər .....                     “Meqalizinq " şirkəti .....                     Məktəblərdə printer almaq üçün pul yığılır .....                     EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... .....                     Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? .....                     Azərbaycanda iki rayona polis rəisi təyin edilib .....                     Balıq ovçuları nazirlik əməkdaşlarının qayığını yandırıblar .....                     “EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... .....                     Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir .....                     Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? .....                     "Başqa ittifaqlara ehtiyacımız yoxdur... .....                     Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. .....                     SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... .....                     ““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” .....                     Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı .....                     Toivo Klaar Ermənistana səfərə gedir .....                     Büdcənin yükü: bir Naxçıvan deyil… .....                     Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı .....                     Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək .....                     Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR .....                     Arutyunyan Avropanı necə gəzə bilir? .....                     Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI .....                     Ermənistan müdafiə naziri Rusiyaya səfər edib .....                     Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... .....                     "Azərsun" xörəyimizə HANSI DUZU QATIR? .....                     Gələn il hansı banklar bağlana bilər? .....                     "350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" .....                     Ucarda quldurluq edən üç nəfər saxlanılıb .....                     Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? .....                     Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir .....                     Laçın dəhlizindəki müəmma .....                     Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... .....                     NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... .....                     Ermənistanın QARABAĞ HİYLƏSİ... .....                 

Dövlət Məşğulluq Agentliyi KİMƏ İŞLƏYİR? - Hər halda, VƏTƏNDAŞA YOX...
Tarix: 24-11-2022, 08:39 | Çap et
Dövlət Məşğulluq Agentliyi KİMƏ İŞLƏYİR?
Sehran Qasımov 10 ilə yaxındır ki, işsizdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi rəsmi qeydiyyata alınsa da, ötən dövrdə özünə uyğun iş ilə təmin edilməyib. O deyir ki, təklif edilən işlər ya yaşına uyğun olmayıb, ya da maaşı altı nəfərlik ailəni dolandırmağa bəs etməyib.Son çarə olaraq həyətindəki zeytun ağaclarının barından qazanmaq üçün Dövlət Məşğulluq Agentliyindən (DMA) kömək istəyib, amma bu dəfə də bəxti gətirməyib.

"Düşündüm ki, yağ tutub sataram"

"Özüm Bakı Dövlət Universitetinin kimya-biologiya ixtisasını bitirmişəm, uzun illər dövlət işlərində yaxşı vəzifələrdə çalışmışam. Sonra bəzi səbəblərdən ayrıldım, ticarət ilə məşğul oldum. 58 yaşım var, özümü biləndən də boş-bikar qalmamışam. Sonradan iş tapa bilmədim, Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Amma müraciətlərim hələ də cavabsız qalır", - Qasımov AzadlıqRadiosuna müsahibəsində deyib.Bakının Binə qəsəbəsində yaşayan Qasımov danışır ki, uyğun iş tapmağa kömək olmayan agentlikdən zeytun yağı istehsalı üçün yardım istəyib, amma bu dəfə də əliboş qayıdıb. "Həyətdə dörd-beş zeytun ağacı var ki, hamısından da yaxşı məhsul yığıram, özüm üçün duza qoyub, qohum-əqrəbaya da verirəm. Düşündüm ki, yağ tutub sataram, həm həyət məhsulu istəyənlər faydalanar, həm də çörəkpulu qazanaram. Amma agentlik "yardım edəcəyik", "müraciətə cavab verəcəyik" deyərək uzun müddətdir ki, məni yola verir. Ötən ildən cavab gözləyirdim, zeytun qurudu, cavab gəlmədi. Məcbur qalıb indi duza qoyuram, bəlkə, kimsə eşidər, alar", – o əlavə edib.

"Agentlik get-gedə saldı"Kimliyini anonim saxlayan 40-yaşlı xanım da AzadlıqRadiosuna Dövlət Məşğulluq Agentliyindən gileylənib. Onun sözlərinə görə, nə iş tapa, nə də iş qurmaq üçün avadanlıq ala bilir.

"Onsuz da kasıb adamam, hər dəfə oğul-qız əlinə baxmağa möhtacam. İstədim ki, pensiya yaşıma kimi işləyim, ya da 17 yaşımda öyrəndiklərimi işə salım, DMA-dan avadanlıq alım. Avadanlıqlarım olsa idi, toxuculuq ilə məşğul olardım. Növbəyə düşsəm də, nə avadanlıqları aldım, nə də bir xəbər verdilər. Onsuz da təklif edilən işlər ya məsafə, ya maaşa görə uyğun olmur. Agentlik get-gedə saldı, yaş elə artır ki, birazdan onsuz da toxumağa görən gözüm qalmayacaq", – o söyləyib."Özünüməşğulluq yalnız kənd təsərrüfatına köməklə məhdudlaşmalı deyil. Proqram digər sahələri də əhatələməlidir. Amma bizdə agentlik inək, qoyun, keçi verməklə işini gördüyünü düşünür. Təəssüf ki, bu, belə deyil. Hətta gələn il üçün 100 faiz kənd təsərrüfatını əhatə etmək nəzərdə tutulub ki, bu, tamamilə, yanlışdır və qeyri-effektiv olacaq", – o deyib.Onun sözlərinə görə, gələnilki büdcə layihəsində torpaq payı olanlar da işsiz sayıla biləcək. Lakin ekspert bunun özünüməşğulluq proqramından yararlanacaq şəxslərin sayını artıracağına inanmır. O, köklü islahatları vacib sayır.Deputatlar da narazıdır - Özünüməşğulluq xidməti də özünü doğrultmur.

Milli Məclisin deputatı Razi Nurullayev noyabrın 17-də parlamentin iclasında məşğulluq mərkəzlərinin fəaliyyətinin qənaətbəxş olmadığını dilə gətirib."Aidiyyəti üzrə göndərdikləri iş yerlərinin 95 faizində vakansiya az qala iki aydır ki, tutulmuş olur. Amma müsbət həll olundu kimi qarşısına "üstəgəl" işarəsi qoyulur və o vətəndaşın evi yıxılır. Çünki bu yalançı "üstəgəl" işarəsi onun bütün instansiyalara qapısını bağlayır. Belə çıxır ki, dövlət idarələri, özəl şirkətlər, digər qurumlar bir-birini aldatmaqla məşğuldur? Bizə isə yalan rəqəmlər yox, narazı insanların sayını azaldacaq real nəticələr lazımdır. Özünüməşğulluq yardım deyil, biznes fəaliyyətidir", – deyən Nurullayev deputatların komissiya yaradaraq monitorinq və sorğu aparmasını təklif edib.Deputat Fazil Mustafa da AzadlıqRadiosuna müsahibəsində DMA-nı "insanları yola vermək üçün nəzərdə tutulan", insanların vaxt itkisinə səbəb olan qurum adlandırıb: "Vətəndaşlar müraciət edir, onlara elə iş təklif olunur ki, insanlar bir daha yolunu oradan salmır. Maaş aşağı, şərtlər isə çətindir. Mahiyyətcə məşğulluq proqramları fərqli idarə olunmalıdır. Azərbaycanda da bu, dövlətə deyil, özəl biznes qurumlarına, sahibkarlara həvalə edilməlidir. Dövlət öz üzərinə götürəndə maaşlar aşağı olur. Amma özəl sektora tapşırılsa, sistem daha yaxşı işləyər. Bu məsələ müzakirəyə çıxarılmalı, islahatlar aparılmalıdır".

Agentlikdən cavab – Özünüməşğulluq 5 ildə 13 dəfə genişlənib.

Dövlət Məşğulluq Agentliyindən (DMA) AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildiriblər ki, 2021-ci ildə proqrama 16 min 232 şəxs cəlb edilib. Bu da proqramın icrasına başlandığı 2017-ci il ilə müqayisədə 13.6 dəfə artım deməkdir. Qurumun açıqlamasına görə, 2020-ci ildə 12 min, bu ilin 9 ayı ərzində isə 12 min 758 nəfər özünüməşğulluq proqramına cəlb edilib.DMA nizamnaməsinə əsasən, özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər, eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata düşənlər müraciət edə bilər."2022-ci ilin yanvar-sentyabrında 77.7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 26.2 min şəxs münasib işlərlə təmin edilib, 12 min 758 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. Agentlik tərəfindən bu ilin 9 ayında həmçinin 3 mindən çox işsiz şəxs peşə hazırlığına cəlb edilib. Qeyd olunan dövrdə 35.3 min şəxsə peşəyönümü xidmətlər göstərilib", – qurum AzadlıqRadiosunun sorğusuna cavabda qeyd edib.

"Məsələn, vətəndaşın qeyd etdiyi istiqamət (zeytundan yağ çəkmək üçün aparatla təminat) özünüməşğulluq zərflərinin siyahısında hazırda mövcud deyil. Lakin proqram çərçivəsində vətəndaşlara təqdim edilən biznes istiqamətləri üzrə istənilən vaxt proqrama müraciət edə bilər", – qurumdan deyilib.

Lakin agentlik digər tənqidlərə cavab verməyib.Sehran Qasımov isə Dövlət Məşğulluq Agentliyinə sayını itirdiyi növbəti müraciətini edəcəyini deyir.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Oğlumu itirməyimdən danışanda utanıram, danışmaq istəmirəm" - VİDEO
Bu gün, 10:55
VOLKOV!.. Nə sən canavar deyilsən... NƏ DƏ BİZ DOVŞAN! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
İlham Əliyevin fotoları Güney Azərbaycan küçələrində - FOTO
Bu gün, 10:48
“Sizi qorxutmaq istəmirəm, vəziyyət gərgindir” - Erməni nazirdən İLGİNC AÇIQLAMA
Bu gün, 10:44
Tehranda hər şey dəyişir, xislətdən başqa – Azərbaycana qarşı təkzibolunmaz riyakarlıq
Bu gün, 10:43
Bakıdan İrəvana 70 milyard dollarlıq təzminat tələbi: - sənədlər məhkəməyə hazırlanır
Bu gün, 10:42
Almaniyada çevrilişə cəhd edənlər hakimiyyəti şahzadəyə ötürmək istəyirmişlər - TƏFƏRRÜAT
Bu gün, 10:34
“Meqalizinq " şirkəti MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 10:30
Məktəblərdə printer almaq üçün pul yığılır - FOTO
Bu gün, 10:29
EKOLOJİ MUXTARLIQ: Ana Təbiətin NANKOR ÖVLADLARI... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 10:24
Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? – Məhkəmə ilə MTK arasında qalan zərərçəkəndən ŞİKAYƏT
Bu gün, 10:14
Azərbaycanda iki rayona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 10:11
Balıq ovçuları nazirlik əməkdaşlarının qayığını yandırıblar - Məhkəmə başlayır
Bu gün, 10:09
“EuroHome”dakı yanğının HƏLƏ DƏ ÇIXAN TÜSTÜSÜ... - NARAZILIQ VAR!
Bu gün, 10:08
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - MN
Bu gün, 10:04
Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? - FOTO
Bu gün, 10:00
"Başqa ittifaqlara ehtiyacımız yoxdur... - İndi Turan istiqamətinə gedirik"
Bu gün, 09:56
Xocalı qatili Balasanyan Volkovla Xocalıdakı görüşümüzdə “koordinator”luq etdi?.. - BU NƏDİ BELƏ?
Bu gün, 09:53
SÜLHMƏRAMLI NAĞILI: Bitirmək lazımdr bu mövzunu... - Bu da RUSİYANIN ASTAR ÜZÜ...
Bu gün, 09:48
““Qurani-Kərimdə “Peyğəmbər” sözü yoxdur” - Elşad Miri
Bu gün, 09:41
Qarabağ Qazilərinin pullarını mənimsəyən iş adamı – Özü 400 minlik, oğlu 200 minlik maşında gəzir
Bu gün, 09:38
Toivo Klaar Ermənistana səfərə gedir
Bu gün, 09:35
Büdcənin yükü: bir Naxçıvan deyil… - Ekspert ÇÖZƏLƏYİR...
Bu gün, 09:28
Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı - NƏ BAŞ VERİR?
Bu gün, 09:25
Vasif Talıbovun bu qanunsuz sərəncamı ləğv ediləcək - Başqa yolu YOXDUR!
Bu gün, 09:24
Azərbaycanda yüksək vəzifələrdə çalışan MƏMUR QARDAŞLAR - ARAŞDIRMA
Bu gün, 09:23
Arutyunyan Avropanı necə gəzə bilir? - AKTUAL
Bu gün, 09:21
Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI - Yoxlamalarla bağlı
Bu gün, 09:19
Ermənistan müdafiə naziri Rusiyaya səfər edib - MƏXFİDİR?
Bu gün, 09:17
Dəmir Yolları da DƏMİR YUMRUQ İSTƏYİR... - İSLAHAT ZƏRURƏTİ
Bu gün, 09:16
"Azərsun" xörəyimizə HANSI DUZU QATIR? - XƏBƏRİNİZ VARMI?
Bu gün, 09:10
Gələn il hansı banklar bağlana bilər? - AÇIQLAMA
Bu gün, 09:06
"350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır" - ETİRAZ
Bu gün, 09:04
Ucarda quldurluq edən üç nəfər saxlanılıb
Bu gün, 09:02
Sülhə doğru daha bir addım: Gözləntilər nələrdir? - GƏLİŞMƏ
Bu gün, 09:01
Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir - NƏ ETMƏLİ?
Bu gün, 08:59
Laçın dəhlizindəki müəmma - Hələlik bir şey məlumdur ki, heç nə məlum deyil...
Bu gün, 08:57
Kəndin adı Xırmandalıdır... özünü XIRMAN DALI bilib istədiklərini edirlər... - GİLEY
Bu gün, 08:54
NATO üzvü olan Türkiyə sən demə, NATO üzvü deyilmiş... - Görünəni budur...
Bu gün, 08:52
Ermənistanın QARABAĞ HİYLƏSİ... - Atəşi ona görə açırlar ki...
Bu gün, 08:44
Göyçə mahalında eşidilən AZAN SƏSİ erməniləri DƏLİ ETDİ - VİDEO
Bu gün, 08:38
Naxçıvanın hər qarışında YEYİNTİ VAR - Daha bir FAKT
Bu gün, 08:35
İran: Daxili qırğın və xaricdəki həyəcan - İNCƏLƏMƏ...
Bu gün, 08:32
Cəlilabadda vətəndaşların şikayəti bitmək bilmir... - MÜRACİƏT
Bu gün, 08:30
Balakəndə spirtli içkilər oğurladığı mağazanı yandırmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 08:27
Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... - "Keçən il bu vaxtı 24 manat idi..."
Bu gün, 08:25
İcbari Tibbi Sığorta xidmətin Covid-19 KORRUPSİYASI... - İTTİHAM VAR!
Bu gün, 08:18
Culfa gömrüyü hələ də ÖZÜNƏ YIĞIŞMIR... - ÖZBAŞINALIQ!
Bu gün, 08:14
Heydər Əliyev Azərbaycanın gənclər siyasətinin banisidir - MƏQALƏ
Bu gün, 08:06
Bu gün dollar neçəyə olacaq?
Bu gün, 08:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru