Ermənistan sülh sazişi layihəsi ilə bağlı Azərbaycandan təkliflər alıb .....                     Soyğunçuluğa görə saxlanılan şəxs .....                     Azərbaycanlıların Xankəndiyə girə bilməsi çox şeydən xəbər verir .....                     "Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib .....                     Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib .....                     “Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik" .....                     Qarabağda beş günlük hərbi əməliyyat mümkündür .....                     Azərbaycanda qorxulu qrip yayılıb: .....                     "Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" .....                     Azərbaycan Ordusunun əsgəri özünü güllələyib .....                     Tehran rejiminin Əliyevin suallarına “cavabı” .....                     “Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti .....                     İran: "Biz bu TURAN yoluna qarşıyıq" .....                     Səhhət Həbibbəylinin taleyi necə olacaq? .....                     Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN .....                     “Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” .....                     Rus rublu əlimizdə qalıb, banklar götürmür .....                     Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib .....                     Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? .....                     Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb .....                     "Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" .....                     İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib .....                     Bakıda bu gecə də SOYUQ OLACAQ .....                     "Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" .....                     “İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və .....                     Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: .....                     “Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” .....                     Növbəti erməni TƏXRİBATI: .....                     Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... .....                     “Yeni evimdə ərimlə qalacam” .....                     "Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" .....                     Səhiyyə Nazirliyində yeni təyinat olub .....                     Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin .....                     "'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı .....                     Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... .....                     Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... .....                     "Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin .....                     Türkiyədə böyük neft yatağı tapıldı .....                     İnterpolla aradığımız Arayik Fransaya səfər etdi... .....                     Deputat səfirləri TOPA TUTDU .....                 

Azərbaycana qarşı yeni hiylə: “Bakı buna imkan verməyəcək” - GƏLİŞMƏ
Tarix: 5-10-2022, 09:55 | Çap et
Azərbaycana qarşı yeni hiylə: “Bakı buna imkan verməyəcək”
Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- İsrail müdafiə naziri Benni Qantz Azərbaycana səfər etdi. Sizcə, bir çox ölkədə müzakirə mövzusuna çevrilən bu sürpriz səfərdə məqsəd nə ola bilər? Bu səfərdən sonra İsrail-Azərbaycan əlaqələrində hansı yeni gəlişmələrin şahidi ola bilərik?

- Bu, sürpriz səfər deyildi, əvvəlcədən planlaşdırılmışdı. Çünki İsrailin yeni hökumətinin yeni nazirləri, Nazirlər Kabinetinin üzvləri indiyədək Azərbaycanda olublar və bu proses davam edəcək. Söhbət İsrail əməkdaşlıq və tərəfdaşlığının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından gedir. Ortada bir sıra məsələlər var. Məsələn, bura kənd təsərrüfatı, sənaye, emal sənayesi, toxuculuq, tekstil, inşaat, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi və ora investisiyanın yatırılması, habelə müdafiə və hərbi-texniki sahədələrində əməkdaşlıq daxildir. Yəni Benni Qantzın Bakıya gəlişinin səbəbləri az deyil.

Əvvəla, Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlığın keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunur. Söhbət sadəcə Azərbaycanın İsraildən sursat, hərbi texnika və ən müasir texnologiyalar almasından getmir, söhbət iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıqdan gedir. Bu da özündə bir sıra məsələləri ehtiva edir.

Həmin məsələlər arasında birgə istehsal, yeni informasiya və hərbi sənaye texnologiyalarını paylaşmaq və istifadə, həmçinin Silahlı Qüvvələr arasında əməkdaşlıq və digərləri var.

Benni Qantz Bakıda olarkən əvvəlcə Prezident İlham Əliyev, daha sonra isə müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşdü. Söhbət heç də İsrailin Azərbaycan Silahlı Qüvvələrinin inkişafında bilvasitə iştirakından getmir. Azərbaycan özü də bunda maraqlı deyil.

Ümumiyyətlə, Azərbaycan Türkiyədən savayı heç bir ölkəni öz Silahlı Qüvvələrinin keyfiyyətcə inkişaf etdirilməsinə və ordu quruculuğuna yaxın buraxmır, buraxmayacaq da. Çünki biz müstəqil ölkəyik. Amma İsrailin müdafiə sənayesində əldə etdiyi uğurlar dünya tərəfindən tanınır.

Bundan başqa, İsrail ordusunun antiterror əməliyyatlarında qazandığı təcrübə və hava hücumundan müdafiə qüvvələrinin effektli fəaliyyəti və digər məsələlər müzakirə mövzusudur. Ən başlıcası isə İsrailin öz sərhədlərinin qorunmasında əldə etdiyi təcrübə də, təbii ki, Azərbaycanı maraqlandırır.

- Qantz Bakıda olarkən İran ordusunun baş qərargah rəisi Məhəmməd Hüseyn Baqeri müdafiə naziri Zakir Həsənova zəng etdi. Sizcə, bu zəng təsadüfi idimi və ya bunu necə şərh etmək olar?

- Təbii ki, təsadüfi sayıla bilməz. İran kəşfiyyatı bilirdi ki, Benni Qantz Azərbaycana gələcək. Nəzərinizə çatdırım ki, baş qərargah rəisi və ya müdafiə naziri İranın hərbi və müdafiə sistemində o qədər də söz sahibi deyil. İranda əsas söz sahibi İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Bu dövlət içində bir dövlətdir. İqtisadiyyatın təxminən 63 faizinə, Müdafiə Nazirliyinin ən effektli və elitar birləşmələrinin 82 faizinə SEPAH nəzarət edir.

İndi İranın baş qərargah rəisi təşvişə düşüb zəng edib ki, Qantzın Bakıya, Bakının da Qantza nə dediyini öyrənsin. Bu, diplomatik prosedurdur, Tehranın bu səfərdən təşvişə düşdüyünü diplomatik yolla Bakının nəzərinə çatdırmaqdır.

Təbii ki, nə Bakı Qantzla müzakirə olunan məsələləri Tehrana deyib, nə də Tehran belə ümiddə olub ki, danışılanların hamısını Bakı ona deyəcək. Dediyim kimi, bu zəng diplomatik prosedurdur.

- Ermənistan və Azərbaycan arasındakı son gəlişmələr fonunda ABŞ-dan, xüsusən də bir sıra Avropa dövlətlərindən ölkəmizə qarşı bəyanatlar və ittihamlar səsləndirilir. Ölkəmiz əleyhinə başlamış bu “xor”u necə anlamaq olar?

- Baş verənlərin səbəbi bəllidir. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Avropada yaranmış enerji böhranında Azərbaycan alternativ təminatçı və etibarlı tərəfdaş kimi çıxış edir, öz təbii ehtiyatlarını, karbohidrogen və enerji daşıyıcılarını Avropaya təklif edir. Sizə deyim ki, enerji bazarı uğrunda gedən savaş heç də fiziki müharibədən geri qalmır. Dünyanın müasir siyasi tarixində baş vermiş müharibələrin bir çoxu məhz enerji daşıyıcılarının hasilatı, emalı və tranziti üzərində başlayıb. Əfqanıstan, Suriya, Liviya, Çad və Sudandakı savaşlar, Burkina Fasodakı son dövlət çevrilişi – bunların hamısı enerji bazarı uğrunda gedən müharibənin doğurduğu nəticələrdir.

Məlum videodan sonra bir sıra beynəlxalq təşkilatlar, siyasətçilər, bəzi dövlətlər və parlamentlər bizi suçladılar. Ermənilərin indiyədək bizə nə etdiklərini bir kənara qoyuram, məsələ ondan ibarətdir ki, əgər biz “hərbi cinayət”dən danışırıqsa, bu məsələ tədqiq edilməli və bunun cinayət olub-olmadığı sübuta yetirilməlidir.

Adi bir hüquqşünas da bilir ki, cinayət dəqiqləşdirilmədən istintaq başlamır. Birincisi, bunun üçün cinayətin icraçıları, ikincisi isə sifarişçilər axtarılmalıdır. Qərb isə hüquq fakültəsinin birinci kursunda keçirilən və aksiom sayılan məsələlərin heç birini etmədən Azərbaycanı günahlandırır.

Bəzi siyasətçilər və təşklilatlar, hətta bəzi ölkələrin xarici işlər nazirlikləri belə bildirirlər ki, biz bu “cinayət”in kimlər tərəfindən törədildiyini dəqiq bilməsək də, Azərbaycanı bu cinayətdə cəzalandırmağa çağırırıq. Bu qədər absurd olmaz. Nə qədər gülünc göründüklərini anlamırlar, yaxud anlasalar da özlərini elə göstərirlər. Söhbət mənim azərbaycanlı kimi Azərbaycanın mövqeyindən çıxış etməyimdən getmir, mən holland da ola bilərəm. Yəni bu məsələdə dəqiq sübut, dəlil olmadan fikir yürütmək olmaz.

- Nikol Paşinyan ailəsinə yaxın “Haykakan Jamanak” qəzetinin dərc etdiyi bir xəbər Azərbaycanda müzakirə mövzusudur. Erməni nəşrinin iddiasına görə, Azərbaycan Ermənistandan 1919-1920-ci illər xəritəsi əsasında sərhədlərin müəyyənləşdirilməsini tələb edir. Sizcə, bu iddia nə qədər məntiqlidir?

- Paşinyan qələmə verilən qədər idiot və debil deyil. O, Ermənistanda sosial çağırışların və sifarişlərin nə olduğunu çox gözəl bilir. “Haykakan Jamanak” vaxtilə Paşinyanın baş redaktoru olduğu, indi isə onun çox qüssəli həyatının yoldaşı Anna Akopyanın guya baş redaktorluq etdiyi bir qəzetdir.

“Haykakan jamanak”, “erməni vaxtı” deməkdir. Görünür, “erməni vaxtı” əqrəblərini tərsinə fırladır və Paşinyan da bunu başa düşür. Bilərəkdən, əsəbləri tarıma çəkmək üçün belə feyk ortaya atırlar. Çünki indiyədək Azərbaycandan heç vaxt “1919-1920-ci illər xəritəsi olsun” deyilməyib. Biz təklif etmişik ki, mövcud xəritələr əsasında sərhədlərin delimitasiyası və demarkasiyası mümkün deyilsə, bundan əvvəlki bəzi xəritələrə baxaraq, ortaq məxrəc əldə etmək olar. Həmin xəritələrin hansısa baxsaq, indiki Ermənistan ərazilərinin xeyli hissəsi Azərbaycanın tərkibindədir.

Hesab edirəm ki, 1919-cu il xəritəsinin ortaya atılması sadəcə sosial-siyasi şantaj məqsədi güdür. Bu da əvvəlcədən hazırlanmış və gözlənilən bir təxribat idi.

- Son gəlişmələr Ermənistan-Azərbaycan sülh danışıqlarında ciddi çətinlik yaratmış kimi görünür. Düzdür, xarici işlər nazirləri İsveçrədə görüşdü, amma İrəvanın son bəyanatları və Azərbaycana yönəlik ittihamları qəbuledilməzdir. Belə olan halda irəlidə bizi nə gözləyə bilər?

- Proseslər bağlı situasiyanı proqnozlaşdırmaq çətin deyil. Ermənistan və Azərbaycan arasında olmayan sərhəd boyunca atışmalar səngiməyəcək, yəni ermənilərin təxribatları davam edəcək. Ermənilərin diversiya qrupları sərhəd istiqamətlərində Azərbaycan ərazisinə sızaraq yolları, kommunikasiyaları, yaşayış məntəqələrini minalamağa çalışacaqlar.

Ermənistan mümkün qədər vaxtı uzatmağa, prosesə sadəcə Rusiyanın yox, Fransa və ABŞ-ın da qatılmasını və onların fəal iştirakını təmin etmək istəyir. Burada biz müəyyən mənada “Donbas ssenarisi”ni görürük. 2014-cü ildə Almaniya, Fransa, Rusiya, ABŞ və Ukrayna liderləri Lukaşenkonun vasitəçiliyi ilə bir araya gələrək, Kiyev və Moskva arasında danışıqlara başlamışdılar. Bu danışıqlar Ukraynanın ziddinə idi.

Paşinyan indi “ikinci Donbas anlaşması”nın əldə olunmasına çalışır, amma bu baş tutan deyil. Azərbaycan buna sadəcə imkan verməyəcək.






 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan sülh sazişi layihəsi ilə bağlı Azərbaycandan təkliflər alıb - Eduard Ağacanyan
Bu gün, 14:54
Soyğunçuluğa görə saxlanılan şəxs Təranə Səmədovanın əri imiş
Bu gün, 14:53
Azərbaycanlıların Xankəndiyə girə bilməsi çox şeydən xəbər verir - Arşakyan
Bu gün, 14:50
"Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO
Bu gün, 14:48
Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib
Bu gün, 14:38
“Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik" - Hulusi Akar
Bu gün, 14:35
Qarabağda beş günlük hərbi əməliyyat mümkündür - Hərbi ekspertdən İLGİNC AÇIQLAMALAR
Bu gün, 14:00
Azərbaycanda qorxulu qrip yayılıb: - “Xəstəni aldadır, hətta ölüm...”
Bu gün, 13:10
"Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" - AÇIQLAMA
Bu gün, 13:08
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tehran rejiminin Əliyevin suallarına “cavabı” - İNCƏLƏMƏ...
Bu gün, 13:02
“Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti – MƏHKƏMƏYƏ VERİB
Bu gün, 13:00
İran: "Biz bu TURAN yoluna qarşıyıq" - Farslar FÜRSƏT gözləyir?
Bu gün, 12:59
Səhhət Həbibbəylinin taleyi necə olacaq? - atası onu QURTARA BİLƏCƏKMİ?
Bu gün, 12:56
Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN - GƏLİŞMƏ
Bu gün, 12:54
“Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” - Aftandil İsrafilovun qızı
Bu gün, 12:48
Rus rublu əlimizdə qalıb, banklar götürmür – Bu QANUN pozuntusudurmu?
Bu gün, 12:45
Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib - ADLAR
Bu gün, 12:42
Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? - Qazancdan imtina, yoxsa…
Bu gün, 12:38
Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb - “Hraparak”
Bu gün, 12:36
"Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" - ŞƏRH
Bu gün, 12:33
İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib - FOTO
Bu gün, 12:31
Bakıda bu gecə də SOYUQ OLACAQ - Belə deyirlər...
Bu gün, 12:30
"Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" - deputat
Bu gün, 12:27
“İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və soyğunçuluq edən şəxslər saxlanılıblar
Bu gün, 12:26
Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: - "Bizi heç vaxt bağışlamayacaqlar..."
Bu gün, 12:21
“Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” - Hrant Mikaelyan
Bu gün, 12:19
Növbəti erməni TƏXRİBATI: - Bu dəfə Azərbaycan mediası HƏDƏFDƏ
Bu gün, 12:18
Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... - HARINLIĞIN SON HƏDDİ...
Bu gün, 12:14
“Yeni evimdə ərimlə qalacam”
Bu gün, 12:09
"Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" - GİLEY
Bu gün, 12:05
Səhiyyə Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 12:03
Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin SƏDRİ SEÇİLDİ
Bu gün, 12:02
"'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı – SENSASİON GƏLİŞMƏ
Bu gün, 12:00
Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... - BUNA GÖRƏ...
Bu gün, 11:58
Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... - Ona dəxli var, ya yox?..
Bu gün, 11:56
"Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin SİYAHISI
Bu gün, 11:49
Türkiyədə böyük neft yatağı tapıldı – Xoş xəbəri Ərdoğan AÇIQLAYACAQ
Bu gün, 11:48
İnterpolla aradığımız Arayik Fransaya səfər etdi... - FOTO
Bu gün, 11:45
Deputat səfirləri TOPA TUTDU - "Bu yarıtmazlıq nədən ibarətdir?"
Bu gün, 11:44
İsmayıllıda evlərdən mobil telefonları oğurlayan keçmiş məhkum tutulub
Bu gün, 11:42
Aqil Abbas yaşlı aktyorların işdən çıxarılmasına ETİRAZ ETDİ
Bu gün, 11:29
Putin xilas olmağın yolunu Çində axtarır - GƏLİŞMƏ
Bu gün, 11:26
Prezident Dağıstan Respublikasının rəhbərini qəbul edib
Bu gün, 11:22
İrəvanda Avropaya miqrant daşıyan federasiya rəhbəri saxlanılıb
Bu gün, 11:16
"Qabaqlar bu kimi hadisələrdən az xəbər tuturduq" - NƏ ETMƏLİ?
Bu gün, 11:13
Naxçıvan Baş Gömrük İdarəsinin rəis əvəzindən İLK AÇIQLAMA - "Başlıca məqsəd..."
Bu gün, 11:11
“Əli və Nino Qrup” LƏĞV OLUNUR
Bu gün, 11:07
Vasif Talıbovun kələm, kartof, soğan tələbi ləğv olunub - Sakinlər deyir...
Bu gün, 11:05
Molla rejimi QANDIMI? - Görünəni odur ki...
Bu gün, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru