Qarabağda beş günlük hərbi əməliyyat mümkündür .....                     Azərbaycanda qorxulu qrip yayılıb: .....                     "Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" .....                     Azərbaycan Ordusunun əsgəri özünü güllələyib .....                     Tehran rejiminin Əliyevin suallarına “cavabı” .....                     “Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti .....                     İran: "Biz bu TURAN yoluna qarşıyıq" .....                     Səhhət Həbibbəylinin taleyi necə olacaq? .....                     Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN .....                     “Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” .....                     Rus rublu əlimizdə qalıb, banklar götürmür .....                     Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib .....                     Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? .....                     Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb .....                     "Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" .....                     İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib .....                     Bakıda bu gecə də SOYUQ OLACAQ .....                     "Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" .....                     “İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və .....                     Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: .....                     “Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” .....                     Növbəti erməni TƏXRİBATI: .....                     Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... .....                     “Yeni evimdə ərimlə qalacam” .....                     "Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" .....                     Səhiyyə Nazirliyində yeni təyinat olub .....                     Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin .....                     "'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı .....                     Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... .....                     Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... .....                     "Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin .....                     Türkiyədə böyük neft yatağı tapıldı .....                     İnterpolla aradığımız Arayik Fransaya səfər etdi... .....                     Deputat səfirləri TOPA TUTDU .....                     İsmayıllıda evlərdən mobil telefonları oğurlayan keçmiş məhkum tutulub .....                     Aqil Abbas yaşlı aktyorların işdən çıxarılmasına .....                     Putin xilas olmağın yolunu Çində axtarır .....                     Prezident Dağıstan Respublikasının rəhbərini .....                     İrəvanda Avropaya miqrant daşıyan federasiya rəhbəri saxlanılıb .....                     "Qabaqlar bu kimi hadisələrdən az xəbər tuturduq" .....                 

Alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irs - MƏQALƏ
Tarix: 1-10-2022, 12:33 | Çap et
Alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irs
Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik
önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin,
müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz
həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən
seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident
seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını
qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Bu həm
də onu göstərdi ki, Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə
qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi
iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan
qaynaqlanırdı. Azərbaycan xalqı yaxşı bilirdi ki, belə ağır və böhranlı dövrə
ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə
olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız
tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar
faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə
olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin
müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər
Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz
sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə
bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk
doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə
yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq
arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-
də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları
imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin
gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya
xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada
neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi
dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu
sayəsində qazanılan uğurlar çıxarıb
Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı
ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını
almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra
bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa
başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə
mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan
Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya
malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə
bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız
nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün,
respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim
əsas vəzifəmizdir”.
Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki,
şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini
düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu
yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi
qoruyacaq.
Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin
əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün
əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu
sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu
yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz
müasir silah və sursatla təmin olundu. Bu ilin aprelində silahlı qüvvələrin
təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən
qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib.
Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz düşmən
təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan ordusunun
qüdrətini nümayiş etdirdi.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar
dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu
Öndər kimi qalıb

Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli
dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman
kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət
quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya
demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan
dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və
dövlət arasında sarsılmaz birlik mövcuddur. Sentyabrın 26-da Prezident
İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş
ümumxalq səsverməsinin nəticələri bu birliyin nə qədər möhkəm olduğunu
bir daha təsdiqlədi.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar
dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər
kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında,
dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət
başçısı və siyasi lider tapmaq mümkün deyil.
Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də
dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər
bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və
yaşayacaq.

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş "Güclü dövlət -
müstəqil siyasət" konsepti Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Bütün bu reallıqlar bir daha təsdiq edir ki, bugünkü qüdrətli
Azərbaycan dövlətinin banisi məhz Ulu Öndər Heydər Əliyevdir. Ancaq Ulu
Öndərin digər şah əsəri yaratdığı misilsiz və alternativsiz dövlətçilik
məktəbi, mükəmməl siyasi irsdir. Bu məktəbi və irsi isə daha böyük
nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da
gücləndirən Azərbaycan Prezidenti, Müzəffər Komandan İlham Əliyevdir.
Xalqın mütləq əksəriyyətinin böyük etimadı ilə 2003-cü ilin oktyabrında
Prezident seçilən İlham Əliyev ötən 19 ildə Ulu Öndər Heydər Əliyev siyasi
kursunu uğurla davam etdirməklə yanaşı, onun xaos və anarxiyadan
qurtardığı respublikamızın "Güclü dövlət - müstəqil siyasət" konsepti
əsasında inkişafını təmin etmişdir.
Prezident İlham Əliyevin diqqət və qayğıkeşliyi nəticəsində bu gün
sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində
işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında
münasibətlərin tənzimlənməsi istiqamətində Azərbaycanda məqsədyönlü
tədbirlər həyata keçirilir.
Bu gün şanlı tariximizin yeni səhifələri yazılır. Bu yeni salnamənin
parlaq səhifəsi isə 44 günlük Vətən müharibəsindəki böyük zəfərin gətirdiyi
müasir reallıqlardır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, cənab
İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü
Azərbaycan dövləti bir daha öz qüdrətini dünyaya nümayiş etdirərək
beynəlxalq təşkilatların illərlə çözə bilmədiyi məsələni "Dəmir yumruq"
əməliyyatı ilə cəmi 44 günə reallığa çevirdi.
Bu zəfərlə Ermənistanın 30 illik işğalına son qoyuldu, yeganə ağrılı
problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız
Ermənistanı cəzalandırmadı, həm də uzun onilliklər xalqımız barədə
dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə
vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə
uydurulmuş mif 44 günə darmadağın edildi.
Bu gün Şuşada dalğalanan Azərbaycan bayrağının kölgəsi bütün
Qarabağa, Şərqi Zəngəzura düşür. İşğaldan azad edilən torpaqlarımızda
həyata keçirilən yenidənqurma işləri isə bir daha dünyaya Azərbaycanın
iqtisadi qüdrətini nümayiş etdirir. Çünki Qarabağda və Şərqi Zəngəzurda
reallaşdırılan bütün layihələri Azərbaycan heç kimdən yardım almadan öz
gücünə həyata keçirir.
Bu uğurlu diplomatiya, müstəqil siyasətin təntənəsi bir daha Ulu
Öndərin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi "İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərin həm dahi
şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin
bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə
yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür.

Fuad Heydər
YAP Səbail rayon təşkilatının təlimatçısı
DİA.AZ





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda beş günlük hərbi əməliyyat mümkündür - Hərbi ekspertdən İLGİNC AÇIQLAMALAR
Bu gün, 14:00
Azərbaycanda qorxulu qrip yayılıb: - “Xəstəni aldadır, hətta ölüm...”
Bu gün, 13:10
"Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" - AÇIQLAMA
Bu gün, 13:08
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tehran rejiminin Əliyevin suallarına “cavabı” - İNCƏLƏMƏ...
Bu gün, 13:02
“Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti – MƏHKƏMƏYƏ VERİB
Bu gün, 13:00
İran: "Biz bu TURAN yoluna qarşıyıq" - Farslar FÜRSƏT gözləyir?
Bu gün, 12:59
Səhhət Həbibbəylinin taleyi necə olacaq? - atası onu QURTARA BİLƏCƏKMİ?
Bu gün, 12:56
Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN - GƏLİŞMƏ
Bu gün, 12:54
“Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” - Aftandil İsrafilovun qızı
Bu gün, 12:48
Rus rublu əlimizdə qalıb, banklar götürmür – Bu QANUN pozuntusudurmu?
Bu gün, 12:45
Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib - ADLAR
Bu gün, 12:42
Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? - Qazancdan imtina, yoxsa…
Bu gün, 12:38
Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb - “Hraparak”
Bu gün, 12:36
"Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" - ŞƏRH
Bu gün, 12:33
İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib - FOTO
Bu gün, 12:31
Bakıda bu gecə də SOYUQ OLACAQ - Belə deyirlər...
Bu gün, 12:30
"Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" - deputat
Bu gün, 12:27
“İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və soyğunçuluq edən şəxslər saxlanılıblar
Bu gün, 12:26
Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: - "Bizi heç vaxt bağışlamayacaqlar..."
Bu gün, 12:21
“Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” - Hrant Mikaelyan
Bu gün, 12:19
Növbəti erməni TƏXRİBATI: - Bu dəfə Azərbaycan mediası HƏDƏFDƏ
Bu gün, 12:18
Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... - HARINLIĞIN SON HƏDDİ...
Bu gün, 12:14
“Yeni evimdə ərimlə qalacam”
Bu gün, 12:09
"Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" - GİLEY
Bu gün, 12:05
Səhiyyə Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 12:03
Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin SƏDRİ SEÇİLDİ
Bu gün, 12:02
"'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı – SENSASİON GƏLİŞMƏ
Bu gün, 12:00
Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... - BUNA GÖRƏ...
Bu gün, 11:58
Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... - Ona dəxli var, ya yox?..
Bu gün, 11:56
"Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin SİYAHISI
Bu gün, 11:49
Türkiyədə böyük neft yatağı tapıldı – Xoş xəbəri Ərdoğan AÇIQLAYACAQ
Bu gün, 11:48
İnterpolla aradığımız Arayik Fransaya səfər etdi... - FOTO
Bu gün, 11:45
Deputat səfirləri TOPA TUTDU - "Bu yarıtmazlıq nədən ibarətdir?"
Bu gün, 11:44
İsmayıllıda evlərdən mobil telefonları oğurlayan keçmiş məhkum tutulub
Bu gün, 11:42
Aqil Abbas yaşlı aktyorların işdən çıxarılmasına ETİRAZ ETDİ
Bu gün, 11:29
Putin xilas olmağın yolunu Çində axtarır - GƏLİŞMƏ
Bu gün, 11:26
Prezident Dağıstan Respublikasının rəhbərini qəbul edib
Bu gün, 11:22
İrəvanda Avropaya miqrant daşıyan federasiya rəhbəri saxlanılıb
Bu gün, 11:16
"Qabaqlar bu kimi hadisələrdən az xəbər tuturduq" - NƏ ETMƏLİ?
Bu gün, 11:13
Naxçıvan Baş Gömrük İdarəsinin rəis əvəzindən İLK AÇIQLAMA - "Başlıca məqsəd..."
Bu gün, 11:11
“Əli və Nino Qrup” LƏĞV OLUNUR
Bu gün, 11:07
Vasif Talıbovun kələm, kartof, soğan tələbi ləğv olunub - Sakinlər deyir...
Bu gün, 11:05
Molla rejimi QANDIMI? - Görünəni odur ki...
Bu gün, 11:00
Gədəbəydə vəzifələr SATIŞA ÇIXARILIB? - Təzə başçı köhnə cığırla YÜRÜYÜR...
Bu gün, 10:56
Zaqalatada şəhidlərin xatirəsinə inşa edilən abidəni kim dağıdıb? - AÇIQLAMA
Bu gün, 10:53
Baş Prokurorluq "Tərtər işi" ilə bağlı MƏLUMAT YAYDI - DETALLAR
Bu gün, 10:48
İsmayıllıda QƏRİBƏ MƏNZƏRƏ: İH işçiləri bir-birilərini dindirmir... - İDDİA
Bu gün, 10:46
İlon Mask Bakıya gələ bilər
Bu gün, 10:40
Türkiyənin şərq rayonları Ermənistan ərazisi kimi göstərilib - “Netfliks”dən TƏXRİBAT
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru