Bakı apteklərində ŞOK .....                     Xəzər Universitetində Elvin Arifoğlunun "Sükutla Danışanlar" kitabının təqdimatı keçirilib .....                     Daxili işlər orqanlarında yeni təyinat olub .....                     Vardanyan QATIQLADI: SAVAŞ İSTƏYİR... .....                     Azərbaycan və Türkiyə Respublikalarının Prezidentləri "Qardaş yumruğu" təlimində iştirak edən heyəti təbrik ediblər .....                     Zakir Sultanov Ali Məhkəməyə müraciət edib .....                     “Moskva Minsk Qrupuna qayıtsa, Qarabağla bağlı vəziyyət dəyişəcək” .....                     Azərbaycan hərbçiləri Laçın yolunun nəzarətə götürülməsini hədəfləyir .....                     “Azərelektrik Tikinti Quraşdırma" .....                     "Naxçıvandakı sement zavodunun yarım milyon ton məhsulu hər il "qara yolla" satılıb" .....                     Ermənistan sülh sazişi layihəsi ilə bağlı Azərbaycandan təkliflər alıb .....                     Soyğunçuluğa görə saxlanılan şəxs .....                     Azərbaycanlıların Xankəndiyə girə bilməsi çox şeydən xəbər verir .....                     "Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib .....                     Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib .....                     “Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik" .....                     Qarabağda beş günlük hərbi əməliyyat mümkündür .....                     Azərbaycanda qorxulu qrip yayılıb: .....                     "Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" .....                     Azərbaycan Ordusunun əsgəri özünü güllələyib .....                     Tehran rejiminin Əliyevin suallarına “cavabı” .....                     “Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti .....                     İran: "Biz bu TURAN yoluna qarşıyıq" .....                     Səhhət Həbibbəylinin taleyi necə olacaq? .....                     Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN .....                     “Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” .....                     Rus rublu əlimizdə qalıb, banklar götürmür .....                     Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib .....                     Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? .....                     Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb .....                     "Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" .....                     İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib .....                     Bakıda bu gecə də SOYUQ OLACAQ .....                     "Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" .....                     “İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və .....                     Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: .....                     “Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” .....                     Növbəti erməni TƏXRİBATI: .....                     Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... .....                     “Yeni evimdə ərimlə qalacam” .....                 

“Rusiya nüvə silahı tətbiq etsə, bir neçə saata...” - Ekspert danışır
Tarix: 1-10-2022, 12:22 | Çap et
“Rusiya nüvə silahı tətbiq etsə, bir neçə saata...”
“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-a müsahibə verib.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- ABŞ fəal şəkildə Ermənistan-Azərbaycan prosesinə qoşulur. Bir tərəfdə Rusiya, bir yanda Avropa Birliyi, digər tərəfdə də İran və Fransanın bölgədə özünə yer tapmağa çalışdığı vaxtda Amerikanın bu həmləsi hansı gəlişmələrə yol aça bilər?

- ABŞ-ın bölgəyə maraq göstərməsi, xüsusilə də regiona təsir etmək üçün mühüm alətlərdən biri olan Ermənistan-Azərbaycan prosesinə qoşulması tamamilə təbiidir. Rusiyanın Ukraynada öz hədəflərinə tam çata bilməməsi də bunu şərtləndirən amillərdən biri oldu.

Rusiyanın Ukraynadakı əsas hədəfi bu ölkənin “nasist-millətçi” hökumətini dəyişmək deyildi. Əlbəttə, bu da vardı, amma indiki vəziyyətdə Putinə bir “uğur” lazım idi ki, bununla “Rusiyanın gücü”nü dünyaya göstərsin. Əsas hədəf Ukraynanın sahilboyu ərazilərini, yəni Azovdan Qara dənizədək bütün Şərqi Ukraynanı işğal etmək idi. Bununla Krıma quru yolu açmağı və Ukraynanın Qara dənizlə əlaqəsini və ya başqa sözlə, Şərq-Qərb Dəhlizini kəsməyi planlaşdırırdı.

Amma Rusiya orada uğursuzluğa düçar oldu. Rusiyanın Ukraynadan əvvəl yanvarda Qazaxıstanda keçirdiyi əməliyyatın istədiyi kimi baş tutmamasından, ardınca Çinin bu prosesə qoşulması ilə həmin bölgədən də xeyli dərəcədə sıxışdırılıb çıxarılmasından sonra Şərq-Qərb Dəhlizini kəsmək üçün sonuncu cəhd kimi Cənubi Qafqaz bölgəsi qalırdı.

Cənubi Qafqazdakı durum da nə qərbdəkindən (Ukrayna), nə də şərqdəkindən (Mərkəzi Asiya) sadədir. Hətta deyərdim ki, daha mürəkkəbdir. Çünki burada ABŞ, Avropa Birliyi, Türkiyə və Rusiya ilə yanaşı, İran və Fransa da var. Fransa və İran burada müəyyən mənada sinxron addımlar atmağa çalışırlar. Digər yandan, Rusiya daim İranla tərəfdaş olduğunu göstərməyə cəhd edir. Eyni zamanda, İran xarici siyasətdə ən uzun yeri Çinlə əməkdaşlığa verir. Təkcə İranın yürütdüyü çoxvektorlu xarici siyasət bölgədəki durumu daha da mürəkkəbləşdirir. ABŞ-ın da supergüc olaraq bu prosesi qoşulması təbiidir.

Azərbaycanda belə bir məsələ müzakirə mövzusudur ki, ABŞ Ermənistana dəstək verir. Bu müzakirələrə rəvac verən əsas amil də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri oldu.

Əvvəla, onu deyim ki, bu səfər hələ bir neçə ay əvvəldən planlaşdırılıb. Deyərdim ki, bu səfər sırf təsadüfən Ermənistan-Azərbaycan sərhədindəki qarşıdurmadan sonra baş tutdu. Səfərdə məqsəd Ermənistanı ABŞ-ın tərəfdaşı kimi dəstəkləmək deyildi. İrəvana gələn Pelosinin iki məqsədi vardı: birincisi, Rusiyanın devirmək istədiyi Nikol Paşinyana ABŞ-ın dəstək verdiyini göstərmək, ikincisi isə Demokratlar Partiyasının gələcək seçkilərdə bundan yararlanmasına zəmin yaratmaq idi. Söhbət Amerikadakı erməni diasporunun seçkilərə maliyyə dəstəyini və səslərini almaqdan gedir.

Bu mənada, istər onu müşayiət edən nümayəndə heyətinin tərkibi, istərsə də onların İrəvanda verdikləri bəyanatlar demokratların anlaşılan ermənipərəst populist ənənəsinin nümunəsi idi.

Erməni mediası və siyasətçilərinin iddialarının əksinə olaraq, ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq qeyri-mümkündür. Çünki Ermənistan hüquqi və faktiki baxımdan Rusiyanın hərbi tərəfdaşıdır, müttəfiqidir. Rusiyanın Ermənistan ərazisində hərbi bazaları var. Bu vəziyyət dəyişməyənə qədər Ermənistan və ABŞ arasında hərbi əməkdaşlıqdan söhbət gedə bilməz.

Ötən illərə və konkret rəqəmlərə baxsaq, ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlıq daha genişdir, nəinki Ermənistanla. Ümumiyyətlə, demək olar ki, indiyədək ABŞ-la Ermənistan arasında hərbi əməkdaşlıq olmayıb. Bu yöndə gəzən söz-söhbətlər ya bilgisizlikdən, ya da ABŞ-Azərbaycan münasibətlərinə zərər vermək istəyindən qaynaqlanır.

ABŞ-ın prosesə qoşulmasına gəldikdə, bu yöndə onunla Avropa Birliyi arasında heç bir ziddiyyət yoxdur. Dövlət Departamenti və Ağ Ev də bəyan etdi ki, ABŞ Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir. Ukraynada olduğu kimi, Azərbaycan və ya Cənubi Qafqazda onların mövqeləri tam üst-üstə düşür. ABŞ-ın bu prosesə qoşulması sülh danışıqlarına dəstək olmaqla yanaşı, Rusiyanın yenidən burada fəallaşmasına rəvac verəcək. Biz bunu artıq görürük.

Bakı və İrəvan arasında ünsiyyətin intensivləşməsindən sonra Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Azərbaycana səfəri diqqət çəkdi. Volodin Bakıda olarkən nəqliyyat və kommunikasiya xətlərinin açılması, Xəzərlə bağlı birgə siyasətin həyata keçirilməsi və 22 fevral Moskva Bəyannaməsinin ratifikasiya edilməsi məsələlərini qaldırdı. Spiker Sahibə Qafarova ona cavabında ölkədə rus dilində ünsiyyətin və təhsilin geniş yayılmasından, mədəni sahədə əməkdaşlıqdan və sairədən danışdı.

Görünən budur ki, Bakı heç də təsəvvür və təqdim edilən qədər rusiyapərəst siyasət yürütmür. Azərbaycanın siyasəti ehtiyatlı və çoxvektorludur. Düşünürəm ki, Vaşinqtonda buna anlayışla yanaşırlar.

- Gərginliyin artdığı vaxtda Hindistanın Ermənistana silah satması da gözlənilməz oldu. Sizcə, bu, Pakistanın Azərbaycana verdiyi dəstəyə cavabdır, ya Hindistanın əliylə Ermənistana silah daşınacaq?

- Düşünürəm ki, burada heç bir yenilik və qeyri-adi bir şey də yoxdur. Əlbəttə, Hindistan Ermənistana münasibətini Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində nəzərdən keçirir. Bu gün Hindistanın Ermənistan siyasəti 250-255 milyon dollarlıq silah alışı ilə aktuallaşır. Amma biz əvvəllər də görmüşük ki, Hindistan rəsmiləri Ermənistana açıq dəstək veriblər. Bu da təbiidir. Əgər Türkiyə-Azərbaycan-Pakistan hərbi əməkdaşlığı varsa, şübhəsiz ki, Hindistan bu situasiyada heç bir halda Azərbaycana nə dəstək verə, nə də neytral qala bilər. Guya bölgəyə təsir göstərmək üçün Ermənistandan bir vasitə kimi istifadə etməyə, paralel olaraq, öz silahlarını satmağa çalışır.

Açıqlanan məlumata inansaq, Hindistanın Ermənistana təklif etdiyi silahlar indiyədək heç bir ölkəyə satılmayıb. Ümumiyyətlə, Hindistan hansısa yerli istehsal silahına görə o qədər də məşhur, silah bazarında yeri olan ölkə deyil.

Ətraflı
Amma mən sizə başqa bir faktı deyə bilərəm. Məsələn, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan “Barak 8” və “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemləri 44 günlük müharibədə Mingəçevir, Gəncə, Bakı, Şuşa və digər şəhərlərə atılan raketlərin zərərsizləşdirilməsində effektli şəkildə istifadə olunub. Həmin “Barak 8” sisteminin istehsalçısı təkcə İsrail deyil. Bu, İsrail-Hindistan birgə istehsalıdır. Yəni Azərbaycan da Hindistanın istehsal prosesində iştirak etdiyi silahlardan alıb.

Bir sözlə, Hindistanın bu addımının arxasında böyük bir gücün dayandığını düşünmürəm. Məsələn, inanmıram ki, ABŞ bunu özü edə bilmir, Hindistanın əliylə həyata keçirir. Bu, Hindistanın özünün verdiyi qərardır. Burada bizim üçün riskli olan yeganə məsələ budur ki, Ermənistana satılan yaylım atəş sistemləri 40-60 kilometr məsafədəki hədəfləri vura bilir. Amma iki ilə yaxındır ki, Hindistanda bunların 90 kilometrədək hədəfləri vura bilən reaktiv mərmiləri sınaqdan keçirilir. Bunun da tezliklə Ermənistana veriləcəyini düşünmürəm.

Mövcud anlaşmada nəzərdə tutulan silahların Ermənistana verilməsi uzun çəkəcək. Yaxın altı ay və ya bir ildə baş tutarsa, bu, təəccüb doğuracaq.

- Rusiya Krımdan sonra Ukraynanın daha dörd bölgəsini ilhaq etdi. Kremlin bu qərarı müharibənin gedişinə necə təsir göstərə bilər?

- Bu addım heç nəyi dəyişməyəcək. Bu, beynəlxalq aləm və hüquq tərəfindən yalnız başqa bir dövlətin ərazisinin işğalı və qanunsuz ilhaqı kimi tanınacaq və artıq tanınır. “Referendum” adlandırılan bu şou və Putinin bunu geniş nitqlə elan etməsi və söyləməsi ki, Ukraynanın həmin ərazilərə “təcavüz”ü Rusiyaya təcavüz kimi qəbul ediləcək – bunların hamısı nağıldır. Bu, yalnız Rusiyanın daxili auditoriyasına hesablanmış şoudan başqa heç bir şey deyil. Çünki Ukrayna ordusu hələ 2014-cü ildə ilhaq edilmiş Krımı dəfələrlə atəşə tutub və Rusiya hərbi hava qüvvələrinin oradakı mühüm hərbi bazalarını, silah anbarlarını və aerodromunu vurub. Rusiya buna cavab olaraq nə etdi ki, indi də nə edə.

Bunun müharibənin gedişatına yalnız bir təsiri olacaq – Rusiya bir qədər də təcrid ediləcək və Ukraynanın daha motivasiyalı döyüşməsinə gətirib çıxaracaq. Onu da bildirirlər ki, guya Ukraynanın bu ərazilərdə hərbi əməliyyatlarına cavab olaraq Rusiya nüvə silahından istifadə edə bilər. Bu, belə deyil. Hətta Rusiyanın özünün hərbi doktrinası buna imkan vermir. Hələ onu demirəm ki, nüvə silahının istifadə edilməsi hərbi cinayətdir.

Düşünmürəm ki, Rusiyada Putindən savayı kimsə buna imza atmağa hazırdır. Yəni bu son nəticədə bumeranq effekti verəcək və Rusiyanın özünə qarşı işləyəcək.

- Bəs Rusiya heç nəyi nəzərə almayaraq, nüvə silahına əl atsa, nə baş verəcək?

- Putin son çıxışında da ona eyham vurdu ki, ABŞ iki dəfə Naqasaki və Xirosimada nüvə silahından istifadə edib və artıq presedent yaradıb. Bunun mesajı o idi ki, Rusiya da istifadə edə bilər. Amma bu mümkün deyil. İlk növbədə, ona görə ki, Rusiyanın hərbi doktrinasında nüvə silahından ilk istifadə hüququ öz təsbitini yalnız Rusiya dövlətinin mövcudluğuna təhlükə yarandıqda tapır. Bu, tamam başqa bir situasiyadır. Başqa dövlətin ərazisində müharibə aparmaq Rusiya dövlətinin mövcudluğuna təhlükə demək deyil. Amma Putin son çıxışında dəfələrlə “mövcudluq” məsələsinə toxundu.

Digər yandan, nüvə silahının tətbiqinə razılıq verməli olan şəxslərin (Rusiya qanunvericiliyinə görə, belə şəxslərin sayı ən azı dörd nəfərdir) bunun üçün yazılı razılığı olmalıdır, üstəgəl, onlar şifrələri verməlidir. Belə görünür ki, Putin bu təşəbbüsündə təklikdə qalacağını anlayır.

Ümumiyyətlə, bunun qeyri-mümkün olacağını düşünürəm. Rusiya daxilində elə bir situasiya yaranmalıdır ki, buna hər kəs razılıq versin. Bugünkü situasiya isə ona cavab vermir, əksinə, baxmayaraq ki, bunun əlamətləri tam şəkildə özünü göstərmir, amma Rusiya hakimiyyətində parçalanma gedir. Hakimiyyət uğrunda hərbçilərlə Kreml arasında yaranmış konflikt, hərbçilərlə FSB arasındakı soyuqluq nüvə silahının tətbiqinə imkan vermir. Buna da ən azı müdafiə naziri və Silahlı Qüvvələrin baş qərargah rəisinin razılığı olmalıdır.

Əgər hakimiyyət uğrunda mübarizə gedirsə, heç kim gələcəkdə hərbi cinayətkar kimi iqtidara gəlmək istəməz. Bu baxımdan onların buna qarşı çıxması anlaşılandır.

Putinin son çıxışında tez-tez “Rusiyanın mövcudluğuna təhdid” və buna bənzər ifadələri təkrarlamasından və davranışından göründü ki, o da publikaya oynayır, cəmiyyətdən dəstək almağa çalışır. İnanmıram ki, bu mümkün olsun.

Amma deyək ki, birdən bu baş tutarsa, onda Rusiyaya adekvat cavab veriləcək. Elə Ukraynaya verilən silahların həcmini və keyfiyyətini artırmaqla Rusiyanı məğlub etmək olar. O cümlədən Rusiya üçün həyati önəm kəsb edən Qara dəniz hövzəsində...

Bir sıra Qərb eksperti də hesab edir ki, Rusiya nüvə silahı tətbiq etsə, bir neçə saat ərzində Rusiyanın Qara dəniz donanması yer üzündən silinəcək. Özü də adi silahlardan istifadə olunmaqla. Yəni bunun məsuliyyətini hər kəs anlayır və bu, o qədər də asan məsələ deyil. Bu kimi ifadələr daha çox təbliğat, qorxutmaq, hədə və təhdid xarakteri daşıyır.





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı apteklərində ŞOK – 15 manatlıq dərman 75 manata satılır
Bu gün, 15:28
Xəzər Universitetində Elvin Arifoğlunun "Sükutla Danışanlar" kitabının təqdimatı keçirilib
Bu gün, 15:24
Daxili işlər orqanlarında yeni təyinat olub - ƏMR
Bu gün, 15:19
Vardanyan QATIQLADI: SAVAŞ İSTƏYİR... - Deyəsən, ÇOX SUSDUQ...
Bu gün, 15:17
Azərbaycan və Türkiyə Respublikalarının Prezidentləri "Qardaş yumruğu" təlimində iştirak edən heyəti təbrik ediblər - VİDEO
Bu gün, 15:15
Zakir Sultanov Ali Məhkəməyə müraciət edib - DETALLAR
Bu gün, 15:13
“Moskva Minsk Qrupuna qayıtsa, Qarabağla bağlı vəziyyət dəyişəcək” - Stanislav Tarasov
Bu gün, 15:11
Azərbaycan hərbçiləri Laçın yolunun nəzarətə götürülməsini hədəfləyir - Başqa yolu YOXDUR!
Bu gün, 15:03
“Azərelektrik Tikinti Quraşdırma" – MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 15:00
"Naxçıvandakı sement zavodunun yarım milyon ton məhsulu hər il "qara yolla" satılıb" - YEYİNTİ İTTİHAMI...
Bu gün, 14:58
Ermənistan sülh sazişi layihəsi ilə bağlı Azərbaycandan təkliflər alıb - Eduard Ağacanyan
Bu gün, 14:54
Soyğunçuluğa görə saxlanılan şəxs Təranə Səmədovanın əri imiş
Bu gün, 14:53
Azərbaycanlıların Xankəndiyə girə bilməsi çox şeydən xəbər verir - Arşakyan
Bu gün, 14:50
"Qardaş yumruğu" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO
Bu gün, 14:48
Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib
Bu gün, 14:38
“Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik" - Hulusi Akar
Bu gün, 14:35
Qarabağda beş günlük hərbi əməliyyat mümkündür - Hərbi ekspertdən İLGİNC AÇIQLAMALAR
Bu gün, 14:00
Azərbaycanda qorxulu qrip yayılıb: - “Xəstəni aldadır, hətta ölüm...”
Bu gün, 13:10
"Naxçıvanlılar neçə gündür gömrük keyfi yaşamaqdadırlar" - AÇIQLAMA
Bu gün, 13:08
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib - TƏFƏRRÜAT
Bu gün, 13:04
Tehran rejiminin Əliyevin suallarına “cavabı” - İNCƏLƏMƏ...
Bu gün, 13:02
“Fair Group Construction” şirkəti podrat məsələsinə görə 2 şrikəti – MƏHKƏMƏYƏ VERİB
Bu gün, 13:00
İran: "Biz bu TURAN yoluna qarşıyıq" - Farslar FÜRSƏT gözləyir?
Bu gün, 12:59
Səhhət Həbibbəylinin taleyi necə olacaq? - atası onu QURTARA BİLƏCƏKMİ?
Bu gün, 12:56
Molla rejiminə DİRƏNƏN GÜNEY AZƏRBAYCAN - GƏLİŞMƏ
Bu gün, 12:54
“Bu vəziyyətdə xaricə aparmaq da mümkün deyil” - Aftandil İsrafilovun qızı
Bu gün, 12:48
Rus rublu əlimizdə qalıb, banklar götürmür – Bu QANUN pozuntusudurmu?
Bu gün, 12:45
Vəkillər Kollegiyası Rəyasət Heyətinə yeni sədr müavinləri seçilib - ADLAR
Bu gün, 12:42
Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? - Qazancdan imtina, yoxsa…
Bu gün, 12:38
Ermənistan baş nazirinin ailəsi üçün gizli qərarla dəyəri 500 min dollardan çox olan 5 avtomobil alınıb - “Hraparak”
Bu gün, 12:36
"Naxçıvanın birbaşa mərkəzə tabe edilməsi geosiyasi çağırışların tələbidir" - ŞƏRH
Bu gün, 12:33
İlham Əliyevə babasından qalma heykəltəraşlıq əsəri təqdim edilib - FOTO
Bu gün, 12:31
Bakıda bu gecə də SOYUQ OLACAQ - Belə deyirlər...
Bu gün, 12:30
"Savaşla Şuşanı qazandıq, sülhlə İrəvanı qazanacağıq" - deputat
Bu gün, 12:27
“İnstagram”da tanış olduğu şəxsi barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyən və soyğunçuluq edən şəxslər saxlanılıblar
Bu gün, 12:26
Rus müxalifin məhkəmədə Putinə dedikləri gündəm oldu: - "Bizi heç vaxt bağışlamayacaqlar..."
Bu gün, 12:21
“Azərbaycana uduzuruq, yalnız bir ümidimiz var...” - Hrant Mikaelyan
Bu gün, 12:19
Növbəti erməni TƏXRİBATI: - Bu dəfə Azərbaycan mediası HƏDƏFDƏ
Bu gün, 12:18
Vasif Talıbovun oğlunun İTİNİN DƏ VİLLASI VAR... - HARINLIĞIN SON HƏDDİ...
Bu gün, 12:14
“Yeni evimdə ərimlə qalacam”
Bu gün, 12:09
"Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" - GİLEY
Bu gün, 12:05
Səhiyyə Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 12:03
Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin SƏDRİ SEÇİLDİ
Bu gün, 12:02
"'Akula Akif" Eldar Mahmudovun generalının məhkəməsində üzə çıxdı – SENSASİON GƏLİŞMƏ
Bu gün, 12:00
Bakı şəhər İcra Hakimiyyəti 1-Cİ YERDƏDİR... - BUNA GÖRƏ...
Bu gün, 11:58
Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... - Ona dəxli var, ya yox?..
Bu gün, 11:56
"Tərtər işi" ilə bağlı azadlığa buraxılan 19 nəfərin SİYAHISI
Bu gün, 11:49
Türkiyədə böyük neft yatağı tapıldı – Xoş xəbəri Ərdoğan AÇIQLAYACAQ
Bu gün, 11:48
İnterpolla aradığımız Arayik Fransaya səfər etdi... - FOTO
Bu gün, 11:45
Deputat səfirləri TOPA TUTDU - "Bu yarıtmazlıq nədən ibarətdir?"
Bu gün, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru